Məhkəmə qərarları › İş №2-1(102)-814/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-814/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-814/2021 04.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əlilliyi olan şəxsin dərman preparatlarının alınması ilə bağlı xərcinin yerli icra hakimiyyəti tərəfindən ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə “pul tələbi” barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli, 2-1(103)1550/2020 nömrəli qərarınd an iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1956-cı il tarixində anadan olmuşdur, 2-ci qrup əlildir və əlilliyə görə ömürlük 200 manat pensiya alır.

2. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək anası 1-ci qrup əlil X1 müalicəsi üçün dərmanların alınması ilə əlaqədar xərclədiyi pulların ona ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh həmin müraciətə cavab olaraq bildirmişdir ki, məişət avadanlıqlarının alınması və digər məqsədlər üçün vətəndaşlara maddi yardım göstərilməsinə yerli büdcədə maliyyə vəsaiti nəzərə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tə rəfindən anasının müalicəsi üçün dərmanların alınması ilə əlaqədar xərclədiyi 887,45 manat pulu ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər qismində Bakı Baş Səhiyyə İdarəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəlb edilməklə 988 manat 34 qəpik pulun cavabdehlərdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəməsinin 13.02.2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə 988 manat 34 qəpik pulun Cavabdehndən tutularaq ödənilməsi hissəsində icraata qəbul edilmişdir. 6. 12.03.2020-ci il tarixdə iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə ilə məhkəməyə müraciət edərək 1160 manat 38 qəpik pulun cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2-ci qrup əlildir. Onun anası X2 1-ci qrup əlildir. O, 2019-cu il dövründə onun müalicəsinə aptekdən 887 manat, 45 qəpik məbləğində dərman almışdır. Bu barədə aptekdən qəbzləri vardır. Həmin pulun ona ödənilməsi barədə Cavabdehnə dəfələrlə müraciət etmişdir. Lakin cavabdeh ona məktub göndərərək maliyyə vəsaitinin olmadığı üçün ona yardım etmək mümkün olmadığını bildirmişdir. 01.01.2019-cu ildən 12.01.2020-ci ilə kimi dərmanlara 988 manat 34 qəpik, 01.01.2019-cu ildən 09.03.2020-ci ilə kimi dərmanlara 1160 manat 38 qəpik pul ödəmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2- 1(112)-2264/2020 saylı qərarı ilə (hakim – Şəlalə Həsənova) iddianın rədd edilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və onun anası əlil olmaqla yanaşı dövlət tərəfindən onlara əlilliyə görə pensiya təyin olunmuşdur. Yəni dövlət tərəfindən həmin şəxslərin sosial rifahının təmini tədbirləri həyata keçirilmişdir. Bu əsasdan iddiaçının hazırkı tələbinin hüquqi əsası olmadığından təmin oluna bilməz

10. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli, 21(103)-1550/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakim lər – Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(112)-2264/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

13. Məhkəmə qərarı iddiaçıya 08.12.2020-ci il tarixində təqdim edilmiş, iddiaçı 18.12.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, 09.02.2021-ci il tarixində iddiaçı vəkillə təmin olunmuş, 26.02.2021-ci il tarixində iddiaçı kassasiya şikay əti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli, 2-1(103)-1550/2020 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 200 manat ömürlük pensiya təyin edilmişdir ki, bununla da dövlət tərəfindən həmin şəxslərin sosial rifahının təmini tədbirləri həyata keçirilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçının anasının müalicəsi üçün dərmanların alınması və sair xərclər artıq 1752 manat təşkil edir.

16. Bundan başqa, cavabdeh orqan imtina məktubunda qeyd etm işdir ki, məişət avadanlıqlarının alınması və digər məqsədlər üçün vətəndaşlara maddi yardım göstərilməsinə dair yerli büdcədə maliyyə vəsaiti nəzərdə tutulmamışdır. Halbuki, həmin xərclər məişət avadanlıqlarının alınması ilə deyil, 1-ci qrup əlilin müalicəsi üçün sərf edilmişdir. 17. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.7-ci bəndində əsasən də icra hakimiyyətlərinin insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ərazinin təhlükəsizliyinin təmin edilməsi sahələrində müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək vəzifəsi vardır.

18. Həmin Əsasnamənin 4.6.9-cu yarımbəndinə istinadən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 y aşınadək uşaqların yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək səlahiyyətindədir. Yəni müvafiq olaraq bu əsasnamə ilə qeyd olunan səlahiyyət yerli icra hakimiyyətlərinə verilmiş, təbii ki bu səlahiyyətlərin həyata keçirilməsi üçün büdcə ayrılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında işti rak edən İddiaçı və iddiaçının vəkili Vəkil izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

29. Əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar. 23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18.07.2018-ci il tarixli, 213 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən həmin Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Həmin Fərmanın 1.1.16-cı bəndinə görə həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması q aydasının Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilmişdir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.03.2005-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, sağlamlıq imkanları məhdud uşaqların və digər kateqoriyalardan olan İ və İİ qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüala nmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin olunması” Qaydası:

2. Bu Qaydada qeyd edilmiş müxtəlif kateqoriyalardan olan insanların ambulator müalicəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısında göstərilən dərman preparatları ilə dövlət büdcəsi vəsaiti hesabına təmin edilir.

3. Pulsuz dərman preparatları ilə t əmin olunması üçün bu Qaydada göstərilən şəxslər dövlət müalicə-profilaktika müəssisələrinə müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri (əlillik,sağlamlıq imkanlarının məhdudluğu və ya köçkün statusu haqqında vəsiqəsi, xəstəlik haqqında arayış və s.) təqdim etməlidirlər.

4. Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçirilir. Təsdiq olunmuş pulsuz dərman reseptləri əsasında buraxılmış dərman preparatlarının dəyəri dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

25. İnzibati-Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəril mişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı anasının müalicəsi üçün dərman preparatlarının alınması ilə bağlı çəkdiyi xərclərin ödə nilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə bununla bağlı icra hakimiyyətlərinə büdcə ayrılmadığına istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

30. Məhkəmələr cavabdehin möqveyini əsaslı hesab etmiş, iddiaçı isə kassasiya şikayətində “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə istinad edərək bildirmişdir ki, icra hakimiyyətlərinin əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin, reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək səlahiyyəti var. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün cavabdeh orqana büdcə ayrıldığından imtinası əsassı zdır.

31. İddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, əlilliyi olan şəxslərin tibbi təminatı, eləcə də onların pulsuz dərman preparatları ilə təmin olunması hazırkı qərarın 22-24-cü bəndlərində göstərilən qanunvericilik aktları ilə tənzimlənir.

32. Həmin bəndlərdən qeyd olunan normaların məzmununu təhlil etdikdə aydın olur ki, əlilliyi olan şəxslərin dərman preparatları ilə təmin olunma qaydasını Nazirlər Kabineti müəyyən edir və Nazirlər Kabinetinin 07.03.2005-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən pulsuz dərman preparatları ilə təmin olunması üçün əlilliyi olan şəxslər dövlət müalicə-profilaktika müəssisələrinə müraciət etməlidirlər və təsdiq olunmuş pulsuz dərman reseptləri əsasında buraxılmış dərman preparatlarının dəyəri dövlə t büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

33. Göründüyü kimi, iddiaçının bildirdiyinin əksinə olaraq pulsuz dərman reseptləri əsasında buraxılmış dərman preparatlarının dəyəri yerli icra hakimiyyətləri tərəfindən yox, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

34. Odur ki, yerli icra hakimiyyətləri tərəfindən əlilliyi olan şəxslərə pulsuz dərman preparatlarının verilməsi ilə bağlı iddiaçının dəlilləri əsassızdır və apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

36. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmi n olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli, 21(103)-1550/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar