Məhkəmə qərarları › İş №2-1(102)-814/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-814/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-814/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtl ərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-376/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, Ermənistanın Sisyan rayonunda doğulmuşdur, hazırda Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 46-A, mənzil 3 də qeydiyyatdadır.

2. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı 1980-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Səna ye Universiteti) Energetika fakültəsinin “X3” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuş, 1985-ci ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir.

3. İddiaçı 1984-cü ildə institut daxilində hərbi hazırlıq kursu keçmişdir.

4. İddiaçı xx.xx.1985-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1985-ci ildə "xxxx"-nin Qazan-turbin sexinə əməliyyat heyətinə nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildə həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə həmin sexdə enerji blokun maşinisti vəzifəsinə keçirilmişdir, xx.xx.1987-ci ildə Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis vəzifəsinə keçirilmişdir, xx.xx.1988-ci ildə həmin sexdə böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə həmin sexdə sex rəisinin m üavini vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı ildə həmin sexdə sex rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə YanacaqNəqliyyat sexinin rəisi təyin edilmiş, xx.xx.2004-cü ildə İdarə aparatı, Baş mühəndisin müavini (istilik texnikası avadanlıqlarının istismarı üzrə) təyin edilmiş, xx.xx.2003-cü ildə "xxxx" ASC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" "xxxx" MMC adlandırılmış, xx.xx.2006-cü ildə "xxxx" ASC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC «Azərbaycan X3» MMC adlandırılmış, xx.xx.2015-ci ildə "xxxx" MMC-nin baş mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci ildə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.

5. Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan X3” MMC-nin “İstehsalat fəaliyyəti haqqında” 07-14 saylı xx.xx. 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx"-nin Qazan-turbin sexinin əməliyyat heyətinə nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmiş (Əmr № 773, xx.xx.1985), xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist (Əmr № 216, xx.xx.1986), xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə enerji blokun maşinisti (Əmr № 77, xx.xx.1987), xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis (Əmr № 201, xx.xx.1987), xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək həmin sexdə böyük mühəndis (Əmr № 110, xx.xx.1988), xx.xx.1990-cı il tarixdən xx.xx.19 96-cı il tarixədək həmin sexdə sex rəisinin müavini (Əmr № 88/K, xx.xx.1990), xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək həmin sexdə sex rəisi (Əmr № 151/K, xx.xx.1996), xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Yanacaq-Nəqliyyat sexinin rəisi (Əmr № 72/K, xx.xx.1999), xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İdarə aparatı, Baş mühəndisin istilik avadanlıqlarının istismarı və əməyin mühafizəsi üzrə müavini (Əmr № 57/KŞ, xx.xx.2004), xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-nin baş mühəndisi, xx.xx.2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMCnin direktoru vəzifəsində işləyir. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən əsas və köməkç i avadanlıqların istismarı ilə məşğul olmuşdur. Göstərilən sahə zərərli iş yeri hesab olunur və onun əmək haqqına əlavə 12% əmək haqqı ödənilmişdir. İş şəraitində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Avadanlıqların Sazlanması və Sınağı Sexi qazan, turbin, forsunka və titrəmə qruplarından ibarətdir. Sexin rəisi, rəis müavini, böyük mühəndisi qazan və turbin avadanlıqlarının iş rejimlərini yoxlayır, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədi ilə istismar sınaqlarının keçirilməsinə və sazlama işlərinin aparılmasına bilavasitə rəhbərlik edir. Sazlama və sınaq işləri yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarında yerinə yetirilir. Sazlama və sınaq işləri yüksək səs-küy, titrəmə, temperatur və təzyiq olan sahələrdə aparılır. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək onun əmək haqqına əlavə 12% əmək haqqı ödənilmişdir. İş şəraitində zərərli kimyəvi maddələr, mq/m3, 3-4 sinif təhlükəli, səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Yanacaq-Nəqliyyat sexi zərərli iş yeri hesab olunur və həmin sexin rəisinin iş fəaliyyəti bütün iş günü müddətində mazut təsərrüfatında olduğu üçün xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək onun əmək haqqına əlavə 8% əmək haqqı ödənilmişdir. İş şəraitində zərərli kimyəvi maddələr mq/m3, 3-4 sinif təhlükəli, səs-küy, infraqırmızı şüalanma, iş yer ində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. İddiaçı xx.xx.1985- ci il tarixdən xx.xx.1999-cu il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a”, ”b” bəndlərinə uyğundur. Zərərli iş şəraitində işlədiyi iş stajı 13 il 08 ay 21 gün təşkil edir.

6. Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan X3” MMC-nin 07-15 saylı xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdə “Azərbaşenerji”-nin göndərişi ilə "xxxx"-nin Qazan Turbin sexinin Əməliyyat heyətinə, nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmiş, ilk dəfə əmək fəaliyyətinə “Azərbaycan DRES"-də başladığı üçün İddiaçı adına müəssisə tərəfindən xx.xx.1985-ci il tarixdə İT-İ seriyalı ******* nömrəli əmək kitabçası açılmış, lakin titul vərəqəsinə möhür vurulmamışdır. Həmin müddətdə müəssisənin adı "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC - “Azərbaycan X3” MMC adlandırılmışdır. Əvvəlki möhürlər qanunvericiliyə uyğun olaraq təhvil verildiyi üçün halhazırda Kadrlar şöbəsinin möhürü dəyişdirilmişdir. İddiaçı xx.xx.1985-ci il tarixdən bir müəssisədə işlədiyi üçün əmək kitabçasının titul vərəqəsinə "xxxx" MMC-nin Kadrlar şöbəsinin möhürü vurulmuşdur.

7. İddiaçı onun gü zəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilərək iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24B) bəndində qazanxana sexlərinin rəisləri və onların müavinləri, turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş əmək kit abçasında qeyd olunur ki, iddiaçı xx.xx.1987- xx.xx.1999-cı il tarixləri arasındakı dövr ərzində "Azərbaycan DRES”-in Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi, xx.xx.1999-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Yanacaq Nəqliyyat sexinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “xx.xx.19 80-ci il tarixdən xx.xx.1985-ci il tarixədək M.Əzizbəyov adına X4 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-1985-ci illər M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda əyani şöbədə 5 il təhsil almış və “İstilik energetik mühəndisi” ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə xx.xx.1985-ci ildə başlamış və müxtəlif vəzifəsində işləmişdir. Onun işlədiyi nəzarətçi maşinist, turbin avadanlıqları üzrə nəzarətçi maşinist və enerji bloku maşinisti vəzifələri bilavasitə Siyahıda göstə rilmiş, Avadanlıqların Sazlanması və Sınağı sexində işlədiyi mühəndis, böyük mühəndis, sex rəisinin müavinin və sex rəisi vəzifələri bilavasitə Siyahıda göstərilməmişdir. Lakin iddiaçı qeyd edilən vəzifələrdə işləyərkən gündəlik iş müddətində qazan və turbin avadanlıqlarına xidmət etmiş, iş yeri müvafiq orqanlar tərəfindən attestasiya olunmuş, Siyahıda bilavasitə göstərilən vəzifələrdə çalışan şəxslərlə eyni həcmdə, yəni 12% əlavə əmək haqqı almış və ona əlavə məzuniyyət verilmişdir. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi, böyük mühəndisi, sex rəisinin müavinin və sex rəisi vəzifələrində işləyərkən Siyahıda bilavasitə göstərilən şəxslərlə birlikdə eyni avadanlıqda, eyni şəraitdə, eyni vəziyyətdə, yəni qazan və turbin avadanlıqlarının istismarı zamanı həmin avadanlıqlara xidm ət etmişdir. Yanacaq Nəqliyyat sexində işlədiyi müddət ərzində zərərli işə görə daim 8% həcmində əlavə əmək haqqı almış və əlavə məzuniyyət verilmişdir. O, xx.xx.1985-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 19 ildən artıq müddətdə zərərli iş şəraitində işləmişdir. Ona güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsilə əlaqədar cavabdeh orqanın imtinası qanunsuz və əsassız sayılmalıdır. Onun güzəştli iş stajı (xx.xx.1985-xx.xx.2004-ci illər) 13 ildən artıq, ümumi stajı isə (xx.xx.1980xx.xx.2006-cı illər) 25 il təşkil edir. 57 yaşı isə xx.xx.2020-ci ildə tamam olmuş, fərdi hesabının sığorta hissəsində qeyd olunmuş pensiya kapitalı hal-hazıra kimi 131.000 manatdan çoxdur, yəni pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir.

10. C avabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci madd əsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24B) bəndində qazanxana sexlərinin rəisləri və onların müavinləri, turbin atom stansiyasını idarə edilməsi üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş xx.xx.1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1987-xx.xx.1999-c ı il tarixləri arasındakı dövr ərzində "Azərbaycan DRES”-in Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi, xx.xx.1999-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Yanacaq Nəqliyyat sexinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az müddət təşkil edir. 11. "xxxx" MMC adlandırılan X1 Avadanlıqlarının Sazlanması və Sınağı sexində mühəndis, böyük mühəndis, sex rəisi və müavini, həmçinin Yanacaq-nəqliyyat sexinin rəisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində göstərilən vəzifələrdən hansına uyğun olması barədə” məhkəməyə təqdim edilmiş izahlı arayışında qeyd olunur: Hazırda "xxxx" MMC adlandırılan X3 8 enerji blokundan ibarətdir. Enerji bloku dedikdə qazanxana, turbin, generator və köməkçi avadanlıqlar, həmçinin güc transformatoru nəzərdə tutulur, X2 6 enerji bloku bir binada, digər 2 enerji bloku isə başqa binada yerləşdirilmişdir. Ancaq bir binada yerləşdirilən 6 enerji bloku stansiyanın strukturunda 1 nömrəli qazan-turbin sexi kimi, digər binada yerləşdirilən 2 enerji bloku isə 2 nömrəli qazan-turbin sexi struktur vahidi kimi formalaşdırılmışdır. Vəzifələrin uyğunluğu “Funksionallıq”, “Vaxt”, “Zərərlilik”, “Təzyiq”, “Temperatur”, “Səs-küy”, “Titrəmə”, “Təhlükəlilik” göstəriciləri və eyni avadanlıqlara xidmət göstərilməsi əsas götürülərək təsdiq olunmuş texniki sənədlər, vəzifə təlimatları, əsasnamələr, texniki istismar qaydaları, enerji blokunun avadanlıqlarının texniki xarakteristikalarına və əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsinə əsasən müəyyən edilir. İzahlı arayışda göstərilən vəzifəli şəxslərin hər birinin aşağıdakı əsas vəzifələri vardır: İstehlakçıların enerji ilə təchiz olunması üçün avadanlıqların etibarlı, qəzasız və qənaətli işinin təmin olunması; Operativ dispetçer intizamına əməl etməklə buraxılan enerjinin normal keyfiyyətinin, enerji istehsalının maksimal qiymətinin, etibarlığının təmin edilməsi; Avadanlıqların, bina və qurğuların istismara hazır v əziyyətdə saxlanılması, avadanlığın istismara prosesində partlayış, yanğın, əməyin gigiyena və təhlükəsizlik tələbinin yerinə yetirilməsi. İstehsalatın adamlara və ətraf mühitə olan zərərli təsirini azaltmaq üçün yeni texnologiyanın mənimsənilməsi, təmir işlərinin keyfiyyətinin yüksəldilməsi, avadanlıq və qurğuların avtomatlaşdırılması, sexin plan-tapşırıqların yerinə yetirməsi. Uyğunluğu göstərilən vəzifələrdə işləyən şəxslər, qeyd olunan vəzifələri yerinə yetirmək üçün eyni iş günü ərzində, eyni məkanda və avadanlıqda, eyni zərərli və təhlükəli iş şəraitində, yəni yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarının istismarının həyata keçirilməsi üçün müxtəlif funksiyaları həyata keçirirlər. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi vəzifəsi qeyd olunan siyahıda bil avasitə göstərilən enerji blokunun maşinist vəzifəsinə uyğundur. Çünki, hər iki vəzifəni daşıyan şəxs eyni zərərli iş şəraitində, eyni məkanda, eyni avadanlıqlara eyni vəziyyətdə, yəni istismar zamanı xidmət edirlər. Belə ki, enerji bloku maşinisti enerji blokunda olan hər bir avadanlığın zavod təlimatına uyğun istismarını həyata keçirmək üçün müxtəlif funksiyaları həyata keçirir. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi isə qazan və turbin avadanlıqlarının istismarı zamanı iş rejimlərini yoxlayır, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə istismar sınaqları keçirir, sazlama işlərini normadan yüksək səs-küy, titrəmə, temperatur və təzyiq olan sahədə aparır və hər iki vəzifədə işləyən şəxs əmək şəraitinin eyni dərəcədə zərərli olmasına görə əmək haqqına 12% əlavə əmək haqqı almaqla onlara əlavə məzuniyyət verilir. Avadanlıqların Sazlanması və Sınağı sexinin böyük mühəndisi qeyd edilən Siyahıda göstərilən enerji blokunun böyük maşinist vəzifəsi ilə uyğundur. Çünki, hər iki vəzifəni daşıyan şəxs eyni iş günü ərzində, eyni zərərli iş şəraitində, eyni məkanda, eyni avadanlıqlara eyni vəziyyətdə, yəni istismar zamanı rəhbərlik edirlər. Belə ki, enerji blokunun böyük maşinisti enerji blokunun maşinisti ilə eyni yerdə işləyərək onların işinə nəzarət və rəhbərlik edir. Avadanlıqların Sazlanması və Sınağı sexinin böyük mühəndisi isə qazan və turbin avadanlıqlarının iş rejimlərini yoxlayan, həmin avadanlıqların optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə sınaqlarını keçirən, sazlama işlərini aparan mühəndisi təlimatlandırır, işlərinə rəhbərlik edir və bu işləri sexdə yəni, normadan yüksək səs-küy, titrəmə, temperatur və təzyiq olan sahədə aparır və ona görə də hər iki vəzifədə işləyən şəxs əmək şəraitinin eyni dərəcədə zərərli olmasına görə 12% əlavə əmək haqqı alır və onlara əlavə məzuniyyət verilir. Avadanlıqların Sazlanması və Sınağı sexinin rəisi və rəis müavini vəzifələri qeyd olunan siyahıda göstərilən “qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifəsi”nə uyğundur. Ona görə ki, hər iki vəzifəni daşıyan, yəni qazanxana sexlərinin rəisləri və onların müavinləri, Avadanlıqların Sazlanması və Sınağı sexinin rəisi və rəis müavinləri eyni zərərli iş şəraitində, eyni məkanda eyni avadanlıqlara eyni vəziyyətdə yəni istismar zamanı bilavasitə rəhbərlik edirlər. Belə ki, qazanxana, yəni qazan qurğuları sistemi "xxxx" MMC adlandırılan X2 Qazan və Turbin sexi kimi formalaşdırılmışdır. Odur ki, qazan- turbin sexinin rəisi (qazanxana sexinin rəisi) yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarının istismarına bilavasitə rəhbərlik edirlər. Avadanlıqların Sazlanması və Sınağı sexinin rəisi və rəis müavini isə yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarında iş rejimlərini yoxlayır, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə İstismar sınaqlarının keçirilməsinə bilavasitə rəhbərlik edirlər. Sazlama və sınaq işləri yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarında yerinə yetirilir. Sazlama və sınaq işləri qazan və turbin avadanlıqlarında normadan artıq səs-küy, titrəmə, t emperatur və təzyiq olan sahələrdə aparılır. Qeyd olunan sahələr zərərli iş sahəsi hesab olunur və ona görə həmin vəzifəli şəxslərə aylıq əmək haqqına 12% əlavə əmək haqqı və əlavə məzuniyyət verilir. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi, böyük mühəndisi, sex rəisi və müavini tərəfindən qeyd olunan işlər il ərzində mütəmadi olaraq hər bir enerji blokunun qazan və turbin avadanlıqlarında aparılır. Yanacaq-nəqliyyat sexinin rəisi vəzifəsi yuxarıda qeyd edilən siyahıda bilavasitə göstərilən “qazanxana, turbin (buxar-qaz turbini), qazanturbin (tozhazırlama) və “yanacaq ötürmə sexlərinin növbə rəisləri”, “qazanxana sexlərinin rəisi və onların müavinləri” vəzifələrinə uyğundur. Çünki, hər iki vəzifəni daşıyan şəxslər mazutun boşaldılması, rezervuarlara vurulması, həmçinin mazutu n yanmaya hazırlanması üçün müxtəlif texnoloji proseslərdən keçdikdən sonra mazutu qazana ötürülməsi üçün yanacaqötürmə - yanacaq nasosları ilə qazanlara vurulmasına bilavasitə rəhbərlik edirlər və qeyd olunan işləri eyni dərəcədə zərərli iş şəraitində eyni məkanda yerinə yetirirlər. Belə ki, qazanxana, turbin (buxar-qaz turbini), qazan-turbin (tozhazırlama) və yanacaq ötürmə sexlərinin növbə rəisləri, mazut müxtəlif texnoloji proseslərdən keçdikdən sonra qazana ötürülməsinə rəhbərlik edirlər və qazanxana sexlərinin rəisi və onların rəis müavinləri isə mazutun alınması və lazımi texnoloji proseslərin aparılmasına, qazana ötürülməsinə, qazanxananın iş fəaliyyətinin təşkil edilməsinə bilavasitə rəhbərlik edirlər. "xxxx" MMC adlandırılan X2 Yanacaq Nəqliyyat sexi müstəqil sex kimi fəaliyyət g östərir, balansında 11,6 km dəmiryolu xətti, 6 ədəd teplovoz, hər birinin tutumu 20000 m3 olan 12 ədəd rezervuar, mazutun qəbul edilməsi açıq üsulla boşaldılması üçün 2 ədəd boşaltma qurğusu var. Gün ərzində 240 sistern və ya 1400 ton mazut boşaldıla bilir, mazut təsərrüfatında mazutun yanma prosesinə hazırlamaq üçün müxtəlif texnoloji proseslərdən sonra mazut nasosları vasitəsilə qazanlara ötürülməsi bilavasitə rəhbərlik etməklə həmin avadanlıqların istismarı və təmirinə nəzarət edir. Yanacaq Nəqliyyat sexinin rəisinin iş otağı mazut nasosxanasında yerləşir, yəni zərərli iş zonası hesab edir və ona görə də həmin vəzifədə işləyən şəxsə 8% əlavə əmək haqqı verilməklə hər il əlavə məzuniyyət verilir.

12. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli izahlı aray ışına əlavədən görünür ki, İddiaçı "xxxx" MMC-nin Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi vəzifələrində işlədiyi müddətdə xx.xx.1987-ci ildən xx.xx.1999-cu il tarixədək zərərli işə görə ona 1789,29 rubl və 1239560,96 manat əlavə əmək haqqı ödənilmişdir və hər iş ili üçün 6 gün əlavə məzuniyyət verilmişdir. Müəssisədə 1992-ci ilin avqust ayınadək ödəniş rubl ilə həyata keçirilmişdir. xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Yanacaq nəqliyyat sexinin rəisi vəzifəsində işləyərkən zərərli işə görə ona ******* manat əlavə əmək haqqı ödənilmiş və hər iş ili üçün 6 gün əlavə məzuniyyət verilmişdir.

13. Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan X3” MMC-nin 07-24 saylı xx.xx.2021-ci il tarixli güzəştli iş stajına dair arayışından görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx"-nin Qazan-turbin sexinin əməliyyat heyətinə, nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 773, xx.xx.1985). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsinə uyğundur. xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində (Əmr № 216, xx.xx.1986). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən turbin avadanlığı üzrə nəzarətçi maş inist vəzifəsinə uyğundur. xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə enerji blokun maşinisti vəzifəsində (Əmr № 77, xx.xx.1987). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən enerji blokunun maşinisti vəzifəsinə uyğundur. xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis vəzifəsində (Əmr № 201, xx.xx.1987). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən enerji blokunun maşinisti vəzifəsinə uyğundur. xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexind ə böyük mühəndis vəzifəsində (Əmr № 110, xx.xx.1988). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən enerji blokunun böyük maşinisti vəzifəsinə uyğundur. xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində rəis müavini vəzifəsində (Əmr № 88/K, xx.xx.1990). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “b” bəndində göstərilən qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində rəis vəzifəsində (Əmr № 151/K, xx.xx.1996). Azərbaycan Re spublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “b” bəndində göstərilən qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Yanacaq-Nəqliyyat sexinin rəisi (Əmr № 72/K, xx.xx.1999). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “b” bəndində göstərilən qazanxana sexlərinin rəisləri və onların müavinləri, habelə “qazanxana”, “turbin” (buxarqaz-turbin), qazan-turbin (toz hazırlama) və yanacaqötürmə sexlərinin növbə rəisləri vəzifələrinə uyğundur. Zərərli iş şəraitində işlədiyi iş stajı 18 il 06 ay 05 gün təşkil edir. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)1329/2021 nömrəli (hakim P.Hüseynov) qərarı ilə iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 il 4 ay 06 gün təşkil etməsinə baxmayaraq, tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-376/2022 nömrəli (hakimlər X.Cəmilova /sədrlik edən və məruzəçi/, M.Tağızadə və C.Yusifov) qərarı ilə iddiaçı tərəfindən v erilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2021 saylı 21 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək M.Əzizbəyov adına X4 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilərək, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, qeyd etmişdir ki, aparılmış araşdırmalara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi iş stajı 12 il 6 aydan artıqdır və bu staj onun iş yeri tərəfindən verilmiş təfərrüatlı arayışla təsdiq olunur. Buna gör ə də iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti imtina məktubuna və iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şərait ində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret hallan (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş ye rindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında ” Qanun: Maddə 13. b bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №- li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997- ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışını n predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

31. Cavabdehin şikayətinin məzmununa görə Azərbaycan Respub likası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24B) bəndində qazanxana sexlərinin rəisləri və onların müavinləri, turbin atom stansiyasını idarə edilməsi üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1987-xx.xx.1999-cı il tarixləri arasındakı dövr ərzində "xxxx"-in Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi, xx.xx.1999-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Yanacaq Nəqliyyat sexinin rəisi vəzifələri qeyd olunan sahəy ə uyğun deyil.

32. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

34. Qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir.

35. Apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın mübahisələndirdiyi hal - iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajının olmaması faktı araşdırılarkən iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş “Azərbaycan X3” MMC-nin 07-60 saylı xx.xx.2021-ci il tarixli işin xarakteri haqqında arayışdan müəyyən olunmuşdur ki, müəssisənin fəaliyyət istiqaməti Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, İstehsalat sahəsi Qazan-turbin sexi olmaqla yanaşı, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixinədək "xxxx"-nin Qazan-turbin sexinin əməliyyat heyətinə qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsində işləmiş, onun işlədiyi qazanxana avadanl ığı üzrə nəzarətçi maşinist vəzifəsi üzrə işçi qazan qurğusunun əsas və köməkçi avadanlıqlarının istismar parametrlərinin saxlanılmasını təmin edir, növbə ərzində mütəmadi olaraq həmin avadanlıqların işləməsinə nəzarət edir. Blok maşinistinin göstərişi üzrə texnoloji rejim parametrlərinin saxlanılmasını təmin edir. Nəzarətçi maşinist vəzifələrini zərərli, normadan artıq yüksək səs- küy, titrəmə, təhlükəlilik, havanın cərəyan sürəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı ödənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Onun tutduğu vəzifə Azərbaycan respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışa nlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən islahatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 13-cü abzasına – 2140000a – 13929 – qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə uyğundur; xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləmiş, onun işlədiyi turbin qurğuları avadanlığı üzrə nəzarətçi maşinist turbin avadanlığının istismar parametrlərinin saxlanılmasını təmin edir, növbə ərzində mütəmadi olaraq həmin avadanlığın işləməsinə nəzarət edir. Blok maşinistinin göstərişi üzrə texnoloji sexləri yoxlayır, tələb olunan hallarda texnoloji sxemləri dəyişdirir, texnoloji sxemlərin rejim parametrlərini saxlanmasını təmin edir. Nəzarətçi maşinist vəzifələrini zərərli, normadan artıq yüksək səs- küy, titrəmə, təhlükəlilik, havanın cərəyan surəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində yerinə yetirdiyi – işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı ödənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər K abinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 14-cü abzasına – 2140000a – 13929 – turbin avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə uyğundur; xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə enerji blokunun maşinisti vəzifəsində işləmiş, işlədiyi enerji bloku maşinisti qazan və turbin avadanlıqlarının təlimata uyğun istismar parametrlərinin saxlanmasına, enerji blokunun tələb olunan səviyyədə yüklənməsi, yükün çıxarılması əməliyyatlarını icra edir, qeyd olunan avadanlıqların təmin olunan zaman təmirə çıxarılması, təmirçilərə təhvil verilməsi və təmir olunmuş avadanlıqları yoxlayıb qəbul etmək və s. vəzifələri yerinə yetirir. Enerji blokunun maşinisti vəzifələrini zərərli, normadan artıq yüksək səs- küy, titrəmə, təhlükəlilik, havanın cərəyan surəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində yerinə yetirdiyi – işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı ödənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 23-cü abzasına – 2140000a – 14415 – enerji bloklarının maşinistləri vəzifəsinə uyğundur; xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis vəzifəsində işləmiş, işlədiyi avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi vəzifələrini qazan – turbin sexində yerləşən enerji blokunun əsas (qazan və turbin) və köməkçi avadanlıqlarının yerləşdiyi istehsalat sahəsində istehsalçı zavod tərəfindən müəyyən edilmiş istehsal parametrlərinə uyğun istismar edilməsini təmin etmək üçün 380 voltdan – 500000 voltadək elektrik gərginliyi altında olan elektrik avadanlıqlarından həmçinin 5450C temperaturda olan, 225 atmosfer təzyiq altında iti buxarla, 3300C isti hava ilə işləyən qazan qurğularından, 5400C temperaturda olan, 240 atmosfer təzyiq altında dəqiqədə 3000 dəfə dövr edən – fırlanan buxar turbinində, həmçinin digər yüksək gərginlik altında olan müxtəlif avadanlıqlarda istismar sınaqlarının keçirilməsini həyata keçirir, aparılmış sınaqların nəticələrinə əsasən avadanlıqların optimal qənaətli və təhlükəsiz işləməsinə təmin etmək üçün rejim xəritələri – sxemləri hazırlayır. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi vəzifələrini qazan – turbin sexində, enerji blokunun istismarı zamanı, yəni zərərli, normadan artıq yüksək səs – küy, titrəmə, təhlükəlilik, havanın cərəyan surəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində yerinə yetirdiyi – işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı ödənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Onun işlədiyi mühəndis vəzifəsi Azərbayca n Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 23-cü abzasına – 2140000a – 14415 – enerji bloklarının maşinistləri vəzifəsinə uyğundur; xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Avadanlıqlarının Sazlanması və Sınağı sexində böyük mühəndis vəzifəsində işləmiş, işlədiyi avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi vəzifələrini qazan – turbin sexində yerləş ən enerji blokunun əsas (qazan və turbin) və köməkçi avadanlıqlarının yerləşdiyi istehsalat sahəsində istehsalçı zavod tərəfindən müəyyən edilmiş istehsal parametrlərinə uyğun istismar edilməsini təmin etmək üçün 380 voltdan – 500000 voltadək elektrik gərginliyi altında olan elektrik avadanlıqlarından həmçinin 5450C temperaturda olan, 225 atmosfer təzyiq altında iti buxarla, 3300C isti hava ilə işləyən qazan qurğularından, 5400C temperaturda olan, 240 atmosfer təzyiq altında dəqiqədə 3000 dəfə dövr edən – fırlanan buxar turbinində, həmçinin digər yüksək gərginlik altında olan müxtəlif avadanlıqlarda istismar sınaqlarının keçirilməsini həyata keçirilməsinə rəhbərlik edir. Avadanlıqların Sazlanması və Sınağı sexinin böyük mühəndisi isə qazan – turbin avadanlıqlarının iş rejimlərini yoxlayan, həmin avadanlıqların optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə sınaqlarını keçirən, sazlama işlərini aparan mühəndisi təlimatlandırır, işlərinə rəhbərlik edir və bu işləri normadan yüksək səs – küy, titrəmə, təhlükəlilik, havanın cərəyan surəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində yerinə yetirdiyi – işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı ödənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Onun işlədiyi böyük mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəl i Siyahısı”nın (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 34-cü abzasına – 2140000a – 18832– enerji bloklarının böyük maşinistləri vəzifəsinə uyğundur; xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində sex rəisinin müavini, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində sex rəisi vəzifələrində işləmiş, Avadanlıqların Sazlanması və Sınağı sexinin rəis müavini və sex rəisi vəzifələrini qazan – turbin sexində yerləşən enerji blokunun əsas (qazan və turbin) və köməkçi avadanlıqlarının yerləşdiyi istehsalat sahəsində istehsalçı zavod tərəfindən müəyyən edilmiş istehsa l parametrlərinə uyğun istismar edilməsini təmin etmək üçün həmin avadanlıqların istismarı zamanı 380 voltdan – 500000 voltadək elektrik gərginliyi altında olan elektrik avadanlıqlarından həmçinin 5450C temperaturda olan, 225 atmosfer təzyiq altında iti buxarla, 3300C isti hava ilə işləyən qazan qurğularından, 5400C temperaturda olan, 240 atmosfer təzyiq altında dəqiqədə 3000 dəfə dövr edən – fırlanan buxar turbinində, həmçinin digər yüksək gərginlik altında olan müxtəlif avadanlıqlarda istismar sınaqlarının keçirilməsini həyata keçirilməsinə rəhbərlik edir. Avadanlıqların Sazlanması və Sınağı sexinin rəis müavini yüksək parametrlərdə işləyən qazan – turbin avadanlıqlarında iş rejimlərini yoxlamasına, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə istismar sınaqlarının keçirilməsinə, bilavasitə rəhbərlik edir. Sazlanma və sınaq işləri qazan-qazan və turbin avadanlıqlarında normadan yüksək səs – küy, titrəmə, temperatur və təzyiq olan sahələrdə aparılır. Qeyd olunan sahələr zərərli iş sahəsi hesab olunur və ona görə həmin vəzifəli şəxslərə aylıq əmək haqqına 12% əlavə əmək haqqı ödənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Onun işlədiyi sex rəisi və sex rəisinin müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 5-ci abzasına – 2140000b – 24125 – qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğundur; xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cu il tarixədək Yanacaq – nəqliyyat sexində sex rəisi vəzifəsində işləmiş, "xxxx" MMC adlandırılmış X2 Yanacaq Nəqliyyat sexi müstəqil sex kimi fəaliyyət göstərir, balansında 11,6 km dəmiryolu xətti, 6 ədəd teplovoz, hər birinin tutumu 20 000 m3 olan 12 ədəd rezervuar, mazutun qəbul edilməsi açıq üsulla boşaldılması üçün 2 ədəd boşaltma qurğusu var. Gün ərzində 240 sistem və ya 14000 ton mazut boşaldıla bilir, mazut təsərrüfatında mazutun yanma prosesinə hazırlamaq üçün müxtəlif texnoloji proseslərdən sonra mazu t nasosları vasitəsilə qazanlara ötürülməsi bilavasitə rəhbərlik etməklə həmin avadanlıqların istismarı və təmirinə nəzarət edir. Yanacaq Nəqliyyat sexinin rəisinin iş otağı mazut nasosxanasında yerləşir, yəni zərərli iş zonası hesab edilir və ona görə də həmin vəzifədə işləyən şəxsə 8% əlavə əmək haqqı verilməklə hər il əlavə məzuniyyət günləri verilir. Onun tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, b uxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 5-ci abzasına – 2140000b – 24125 – qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifəsinə və 4-cü abzasına – 2140000b – 24043 – qazanxana, turbin (Buxar – qaz turbini), qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri vəzifəsinə uyğundur.

36. Bununla da apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının zərərli iş şəraitində işlədiyi iş stajı 18 il 06 ay 05 gün təşkil edir. Arayış müvafiq peşələr üzrə vəzifə təlimatları, sexlərin əsasnamələri, texniki istismar qaydaları, qazan qurğularının sınaq metodikası, əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsi və enerji blokunun avadanlıqlarının texniki xarakteristikaları əsasında tərtib edilmişdir.

36. Beləliklə iddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi iş stajı 12 il 6 aydan artıqdır və bu staj onun iş yeri tərəfindən verilmiş təfərrüatlı arayışla təsdiq olunur.

37. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlandığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı qərarın “Tətbiq olunan hüquq” hissəsindəki 22-23-ci bəndlərində tətbiq edilmiş maddi hüquq normalarını düzgün tətbiq etmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayə ti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 21(103)-376/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar