Məhkəmə qərarları › İş №2-1(102)-814/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-814/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-814/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X2 LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X2 LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: “İlh am Co” firması) qarşı “çıxarışın ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-2274/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə “İlham Co” firması arasında məhkəmə mübahisəsi mövcud olmuşdur, həmin məhkəmə mübahisəsinin gedişi zamanı qeyd edilən tərəflər barışıq sazişi imzalamışlar və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiqlənmiş və müvafiq icra vərəqi verilmişdir. Qeyd edilən icra vərəqinə əsasən iddiaçı “X2 LLC” MMC-nin “İlham Co” firmasına olan borcu 210000 manat müəyyən edilmiş və borclu tərəfindən borcun 30 %-nin 1-ci ayda, 60%-nin növbəti 3 ay müddətində və qalan 10 %-nin isə növbəti ayda ödənilməli olması göstərilmişdir. ”X2 LLC” MMC tərəfindən icra vərəqi könüllü icra edilmədiyindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in “İlham Co” firmasının adına keçirilməklə rəsmiləşdirilməsinin, dövlət reyestrində müvafiq qeydlər aparmaqla çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

2. Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına qeydiyyata alınmışdır.

3. İddiaçı MMC xx.xx.2018-ci il tarixdə şikayət ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmiş, həmin qərardaddan verilən şikayətə ba xılan zaman apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirilmiş bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi 9a saylı evin 44 saylı mənzili, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 15 a saylı evin 20 saylı mənzilinin mülkiyyət hüquqları nın dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçı eyni zamanda cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışın ləğv olunması barədə iddia ərizəsi məhkəməyə müraciət etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2021 nömrəli, 5 yanvar 2021-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında eyni mübahisə predmetləri olan yuxarıda qeyd olunan iddia ərizələri üzrə müstəqil işlər bir icraata birləşdirilməsi qərara alınmışdır.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, 9a nömrəli evin, 44 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küçəsi, 2 nömrəli evin 100 nömrəli mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15a nömrəli evin 20 nömrəli mənzili və Bakı şəhəri, Binəqədi rayonu və Biləcəri qəsəbəsi, məhəllə 505768, 10 nömrəli evin, 1 nömrəli mənzili mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin törəmə müəssisəsi olan İddiaçı MMC-yə ("xxxx" MMC) məxsusdur. Lakin həmin daşınmaz əmlaklara dair mülkiyyət hüquqları qanunsuz və əsassız olaraq cavabdeh “İlham Co” firmasının adına dövlət qeydiyyatına alınmış və buna dair çıxarışlar verilmişdir. Belə ki, "xxxx" MMC-nin mülkiyyətin də olmuş yuxarıda qeyd edilən daşınmaz əmlakların “İlham Co” firmasının adına qeydiyyatdan keçib-keçməməsinə dair onlar tərəfindən xx.xx.2017-ci il tarixdə, 7/197 nömrəli sorğu ilə cavabdehə müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli, məktubla bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli, icra vərəqəsinə və qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, 9a nömrəli evin, 44 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küçəsi, 2 nömrəli evin, 100 nömrəli mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15a nömrəli evin 20 nömrəli mənzili, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057 -68, 10 nömrəli evin 1 nömrəli mənzili “İlham Co” firmasının adına keçirilmişdir və onun mülkiyyətindədir. İstinad olunan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə iddiaçı “İlham Co” firmasının cavabdeh İddiaçı ("xxxx" MMC) MMC və İİ cavabdeh X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Barışıq sazişi qəbul edilərək təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən tərəflər arasında "xxxx" MMC-nin “İlham Co” firmasına borcunun ƏDV daxil olmaqla 210000 manat məbləğində müəyyən edilməsi, həmin borc ƏDV daxil olmaqla 210000 manat məbləğinin "xxxx" MMC-nin hal-hazırki, təsisçilərdən başqa şəxslərə satılması barədə bağlanmış alqı-satqı müqaviləsinin icrasından sonra, 30%-ni 1ci ayda, 60%-nin – növbəti 3 ay müddətində və qalan 10% nin isə növbəti ayda ödənilməsi, "xxxx" MMC ilə mövcud olmuş və hazırda məhkəmə qaydasında tələb edilən imzalanmış nəqliyyat ekspedisiya xidmətinin göstərilməsi barədə müqaviləni təzələməklə, gələcəkdə də onunla dostcasına əməkdaşlıq edilməsi, "xxxx" MMC-nin “İlham Co” firmasına və İİ cavabdeh X14 qarşı “Bağlanmış müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın tutulması haqqında” qarşılıqlı iddia tələbindən imtinanın qəbul edilməsi, X9 üzərinə "xxxx" MMC-nin halhazırda, nə də bundan sonra olacaq təsisçilərinə Barışıq razılaşmasının predmetinə və ya digər hallar üzrə mövcud olmuş mübahisələr haqqında iddia tələblərini qaldırmayacağı və "xxxx" MMC ilə bağlı informasiyalardan istifadə etməyəcəyi və onları yaymayacağı barədə öhdəlik qoyulması razılaşdırılmışdır. Həmçinin xx.xx.2015ci il tarixdə 2 inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli eyni məzmunlu icra vərəqəsi verilmişdir. Həmin qərarın və icra vərəqəsinin məzmunundan göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istinad etdiyi qərarda qeyd edilən daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının “İlham Co” firmasının adına dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində "xxxx" MMC-nin qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilən dövlət qeydiyyatının və çıxarışların ləğv edilməsinə dair cavabdehə müraciət edilsə də bundan imtina edilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017- ci il tarixli qərarı əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzil “İlham Co” firmasının adına reyestrdə qeydə alınmış və həmin əmlak xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsi əsasında X3 adına qeydə alınmışdır. Bundan əlavə, Bakı şəhəri, Binəqədi rayonu və Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzil “İlham Co” firmasının adına reyestrdə qeydə alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X6) 2-1(112)-28/2021 saylı, 16 mart 2021ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə “İlham Co” firması arasında məhkəmə mübahisəsi mövcud olmuşdur, həmin məhkəmə mübahisəsinin gedişi zamanı qeyd edilən tərəflər barışıq sazişi imzalamışlar və 1 sayl ı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2inz(81)58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiqlənmiş və müvafiq icra vərəqi verilmişdir. Qeyd edilən icra vərəqinə əsasən iddiaçı “X2 LLC” MMC-nin “İlham Co” firmasına olan borcu 210000 manat müəyyən edilmiş və borclu tərəfindən borcun 30 %-nin 1-ci ayda, 60%-nin növbəti 3 ay müddətində və qalan 10 %-nin isə növbəti ayda ödənilməli olması göstərilmişdir. ”X2 LLC” MMC tərəfindən icra vərəqi könüllü icra edilmədiyindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxan ı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in “İlham Co” firmasının adına keçirilməklə rəsmiləşdirilməsinin, dövlət reyestrində müvafiq qeydlər aparmaqla çıxarışın verilməsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı MMC xx.xx.2018-ci il tarixdə şikayət ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmiş, həmin qərardaddan verilən şikayətə baxılan zaman apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirilmiş bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının ləğv edilməsini tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını icra məmurunun qərarı əsasında aparmışdır və icra məmurunun bu hərəkətinə münasibətdə artıq apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi mövcuddur. Belə olan halda iddiaçının iddiası əsaslı deyildir.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. a pellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(103)-1720/2021 nömrəli qərardadı ilə (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X29 və X5) Bakı İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə olduğundan, həmin çıxarış inzibati akt hesab olunmadığından və tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın mübahisələndirilmə əsasını mülki hüquq münasibə tləri təşkil edir. Belə olan halda, iddiaçının həmin tələbi hüquqi təbiəti baxımdan mülki-hüquqi tələbdir.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(102)-534/2022 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X4 və X18) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsasını iddiaçının mülkiyyətində olmuş daşınmaz əmlaklar barədə mülkiyyət hüququna dair qeydiyyatın qanunsuz olaraq üçüncü şəxsin adına aparılması və buna dair çıxarışların verilməsi hərəkəti təşkil edir. Belə ki, işin hallarından göründüyü kimi, qeydiyyatlar mülki-hüquqi əqdlər (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmamış, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olmuşlar. Bu baxımdan, məhkəmə qeydiyyatların mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli idi. Hazırkı mübahisə inzibati prosessual qaydasında inzibati məhkəmədə baxılmalıdır. ç. apellyasiya instansiyası məhkəmə sində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-2274/2022 nömrəli qərarı (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X7 və X22) ilə Bakı İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, istinad olunan yəni 1 saylı Bakı İnzibati - iqtisadi məhkəməsinin 2 inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə “İlham KO” firmasının cavabdeh “X2 LLC” MMC-nin və İİ cavabdeh X10 arasında bağlanmış 29 may 2009-cu il tarixli Barışıq sazişi qəbul edilərək təsdiq edilməsi, "xxxx" MMC-nin “İlham KO” firmasına borcu ƏDV 210 000 (iki yüz on min) manat məbləğində müəyyən edilməsi, həmin borc ƏDV daxil olmaqla 210 000 (iki yüz on min) manat məbləğinin "xxxx" MMC-nin hazırki təsisçilərdən başqa şəxslərə satılması barədə bağlanmış alqı-satqı müqaviləsinin icrasından (yəni, Satıcı tərəfindən tərtib edilmiş bank ödəmə tapşırığının alıcı tərəfindən qəbul edildikdən) sonra, 30 (otuz) %-ni - 1 (bir) ayda 60 (altmış) %-ni - növbəti 3 (üç) ay müddətində və qalan 10 (on)%~ni isə növbəti ayda ödənilməsi, "xxxx" MMC ilə mövcud olmuş və hazırda məhkəmə qaydasında etibarlığı tələb edilən imzalanmış nəqliyyat ekspedisiya xidmətinin göstərilməsi barədə müqaviləni təzələməklə, gələcəkdə də onunla dostcasına əməkdaşlıq edilməsinə, "xxxx" MMC-nin iddiaçı (qarşılıqlı cavabdeh) ‘İlham CO” firmasına və İİ cavabdeh- X12 qarşı “Bağlanmış müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın tutulması haqqında” qarşılıqlı iddia tələbindən imtina qəbul edilməsi, X13 öhdəlik qoyulsun ki, o, "xxxx" MMC-nə nə hal-hazırdaki, nədə bundan sonra olacaq təsisçilərinə Barışıq Razılaşmasının (Sazişinin) predmetinə və ya digər hallar üzrə mövcud olmuş mübahisələrə haqqında iddia tələbləri qaldırmayacaq və "xxxx" MMC ilə bağlı informasiyalardan istifadə etməyəcək və onları yaymayacağı qərara alınmışdır. Həmçinin 23 aprel 2015-ci il tarixdə 2 inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli eyni məzmunlu icra vərəqəsi.(iş materiallarında əlavəsi vardır) Həmin qərarın və icra vərəqəsinin məzmunundan göründüyü kimi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin istinad etdiyi qərarda qeyd edilən daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının “İlham Co” firmasının adına dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdır ılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 12.Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası i lə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 16.Dövlət reyestrində düzəlişlər 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqavə ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyil dirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23. “İcra haqqında” Qanun Maddə

3. İcra məmurunun tələblərinin məcburiliyi 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 43.Məcburi icra tədb irləri 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; Maddə 57.Tələbin borclu hüquqi şəxsin digər əmlakına yönəldilməsi 57.1. Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir.

24. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bil ər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi tərəfindən çıxarışın ləğv edilməsinin qanuni əsaslarının mövcudluğu ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad et diyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə “İlham Co” firması arasında məhkəmə mübahisəsi mövcud olmuşdur, həmin məhkəmə mübahisəsinin gedişi zamanı tərəflər barışıq sazişi imzalamışlar və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiqlənmiş və müvafiq icra vərəqi verilmişdir. Qeyd edilən icra vərəqinə əsasən iddiaçı “X2 LLC” MMC-nin “İlham Co” firmasına olan borcu 210000 manat müəyyən edilmiş və borclu tərəfindən borcun 30 %-nin 1-ci ayda, 60%-nin növbəti 3 ay müddətində və qalan 10 %-nin isə növbəti ayda ödənilməli olması göstərilmişdir. ”X2 LLC” MMC tərəfindən icra vərəqi könüllü icra edilmədiyindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şə həri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in “İlham Co” firmasının adına keçirilməklə rəsmiləşdirilməsinin, dövlət reyestrində müvafiq qeydlər aparmaqla çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İddiaçı MMC xx.xx.2018-ci il tarixdə şikayət ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmiş, həmin qərardaddan verilən şikayətə baxılan zaman apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirilmiş bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur.

33. Beləliklə, cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin qanuni qüvvəsini almış qərarı ilə ona həvalə edilmiş öhdəliyini yerinə yetirmiş, mübahisələndirilən mənzillərin cavabdeh qeydiyyat orqanı tərəfindən üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyat qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, bu zaman iddiaçının hüquqlarını pozan hərəkətlərə yol verilməmişdir. Başqa sözlə, üçüncü şəxsə məxsus reyestrdə təsbit olunan qeydiyyatın və buna müvafiq olaraq verilmiş çıxarışların ləğv olunması üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir.

35. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət tə min edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçı “X2 LLC” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-2274/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar