Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-814/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, inzibati akt hesab edilməyən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbin ə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2-1(107)-454/2023 nömrəli qərarından üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə X1 və Məmmədova Məryəm Mövlüd qızının ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yer ləşən 0,10 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə Məmmədova Məryəm Mövlüd qızının tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə ½ hissədə X1 və ½ hissədə X2 qızının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə ½ hissədə X1 və ½ hissədə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seri yalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə X1 və Məmmədova Məryəm Mövlüd qızının ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə Məmmədova Məryəm Mövlüd qızının tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə ½ hissədə X1 və ½ hissədə X2 qızının mülkiyyət hüq uqu dövlət qeydiyyatına alınmışdır.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə ½ hissədə X1 və ½ hissədə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə X1 və Məmmədova Məryəm Mövlüd qızının ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə Məmmədova Məryəm Mövlüd qızının tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə ½ hissədə X1 və ½ hissədə X2 qızının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə ½ hissədə X1 və ½ hissədə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
13. İddiaçı cavabdehə müraciət edərək Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,10 ha həy ətyanı torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunmasını xahiş etmişdir.
14. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda müraciətin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışların ərizə ilə ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (***** ***** qeydiyyat nömrəli) çıxarışların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı X4 xx.xx.2006-cı ildə vəfat etmiş və ondan miras əmlak olaraq torpaq sahələri qalmışdır. Bundan sonra Məryəm Əli qızının əri – Qurban Məmmədov ikinci dəfə evlənmişdir. Onun ikinci arvadının adı da Məryəm (Mövlüd qızı) olmuş və Qurban Məmmədovun arvadlarının yalnız ata adları fərqli olmuşdur. Qurban Məmmədov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə Məryəm Mövlüd qızı cavabdehə müraciət edərək, hazırkı iddia tələbində mübahisələndirilən torpaq sahələrinə dair çıxarışları almışdır. Həmçinin iddiaçı bacısından miras qalmış torpaq sahələrinə dair 2V-486, 487 və 488 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında ” şəhadətnamələr əldə etmişdir. Məmmədova Məryəm Mövlüd qızı müvafiq şəhadətnamələri və onun əsasında verilmiş çıxarışları Zaqatala rayon Məhkəməsində mübahisələndirmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-232/2020 nömrəli qətnaməsi ilə müvafiq şəhadətnamələr etibarsız hesab edilərək onun əsasında verilmiş çıxarışlar ləğv edilmişdir (hazırda həmin mülki iş üzrə X3 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin icraatındadır). Bundan sonra iddiaçı hazırkı tələbdə qeyd edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh ilkin olaraq müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
17. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Zaqatala rayonu Əliaba d qəsəbəsində aparılan torpaq islahatı zamanı mərhum X2 və X1 ümumibirgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 0,10 ha həyətyanı, 0,52 ha və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı texniki səhv nəticəsində X4 əvəzinə Məmmədova Məryəm Mövlüd qızı qeyd olunmuşdur. Cavabdeh tərəfindən həmin çıxarışlarda buraxılmış texniki səhv “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16-cı maddəsinə əsasən aradan qaldırılmış və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması ilə bağlı bildirişlər ünvanlanmışdır.
18. Şəki İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2-1(116)-57/2022 nömrəli qərardadı ilə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışların ləğvi hissəsində iddia mümkün sayılmamışdır.
19. Şəki İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2-1(116)-57/2022 nömrəli qərardadı ilə RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir.
20. Birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ləğvi tələb edilən RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışda 0,10 ha torpaq sahəsi və fərdi yaşayış evi üzrə X1 fərdi yaşayış evinə tam, torpaqda ümumi birgə payı, Məmmədova Məryəm Mövlüd qızının isə torpaq sahəsi üzrə ümumi birgə payının olduğu qeyd edilmiş, səhvin aradan qaldırıldığı RX seriyalı ******* nömrəli çıxarışda isə X1 fərdi yaşayış evinə tam, torpaqda ½ hissə payı, X2 torpaq sahəsində ½ hissə payının olduğu qeyd edilmişdir. Eyni ilə ləğvi tələb edilən 0,21 ha və 0,52 ha torpaq sahələrinə dair digər çıxarışlarda da (RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) X1 və Məmmədova Məryəm Mövlüd qızının torpaq sahəsi üzərində ümumi birgə payının olması qeyd edilmiş, səhvin aradan qaldırıldığı RX seriyalı ******* və ***** ** nömrəli çıxarışlarda X1 və X2 torpaq sahəsində hər birinin ½ hissə payının olması ilə bağlı qeydiyyat aparılmışdır. Daha sonra isə iddiaçının da adının daxil edildiyi müvafiq daşınmaz əmlaklara dair yeni çıxarışlar tərtib edilmişdir. Bu isə, o deməkdir ki, faktiki olaraq mübahisələndirilən çıxarışlarda cavabdeh tərəfindən yol verilmiş səhvlər aradan qaldırılaraq, yeni çıxarışlar verilmiş və artıq hazırkı tələbdə mübahisələndirilən, səhvlərin yol verildiyi həmin çıxarışların heç bir hüquqi qüvvəsi yoxdur.
21. İddiaçı apellyasiya şikayəti verərək, iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 20 22-ci il tarixli, 2-1(107)-217/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2-1(102)-1894/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbində mübahisəli çıxarışların ləğvini tələb etmiş, cavabdeh isə icraatın gedişində reyestrdəki qeyddə düzəliş edərək yeni məzmunda çıxarışlar tərtib etmiş, eyni zamanda, üçüncü şəxsə məktubla müraciət edərək səhv tərtib olunmuş çıxarışların təhvil verilməsini tələb etmişdir. Lakin həmin müraciətin üçüncü şəxs tərəfindən təmin olunduğuna dair işdə məlumat yoxdur. Eyni ilə, həmin çıxarışların ləğv edildiyini və ya qüvvədən düşdüyünü, yaxud etibarsız elan olunduğunu təsdiq edən hər hansı inzibati aktın qəbul edildiyinə dair məlumat işdə yoxdur. Bu səbəbdəndir ki, iddiaçı öz tələbində həmin çıxarışların qüvvəsindən müdafiə olunmaq məqsədi güdür. Onun həmin m əzmunda tələbi təmin olunmadığı halda, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığına dair məhkəmələrin gəldikləri nəticə İPM-in 67.3-cü maddəsinin tələbinə uyğun olmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(107)-191/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır birinci instansiyası məhkəməsində ikinci icraat
28. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Məmmədova Məryəm Mövlüd qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
29. Şək i İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-1448/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* (əslində 1438960) nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışların ləğv edilməsi öhdəliyi qoyulmuşdur.
30. Birinci instansiya məhkəməsi iş üzrə kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahələrinə dair yeni çıxarışlar tərtib olunsa da, mübahisələndirilən çıxarışlar ləğv olunanmamışdır. Odur ki, RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* (əslində 1438960) nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışların yaratdığı hüquqi nəticənin tamamilə istisna edilməsi üçün iddia təmin edilməli, qeyd olunan çıxarışların ləğvi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
31. Üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
32. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2-1(107)-454/2023 nömrəli qərarı ilə üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya in stansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
34. Üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
35. Üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızının kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışlar onsuz da cavabdeh inzibati orqan tərəfindən ləğv olunmuşdur. Həmin çıxarışlar hazırda qüvvədə deyil və yenisi ilə əvəz edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qüvvədə olmayan həmin çıxarışların ləğv edilməsi barədə qərar qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin qərarı qüvvədə saxlamışdır. Əgər qey diyyat və çıxarışlar qüvvədə deyilsə, cavabdeh hazırkı qərarın icrasını necə təmin edəcək? Məhkəmə özü də qərarında etiraf edir ki, daşınmaz əmlakın dövlət reyestrində düzəliş aparılmışdır. Həmçinin çıxarışın təhvil verilib-verilməməsi heç bir hüquqi əhəmiyyət kəsb etmir. Şəxsin əlində qüvvədə olmayan çıxarış olsa belə, o, həmin sənədə əsasən əmlak üzərində sərəncam verə bilməz. Çünki hazırda daşınmaz əmlakla bağlı notarial qaydada bağlanması zəruri olan əqdlər “Elektron notariat” sistemi vasitəsi ilə bağlanılır ki, həmin sistem də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin ərazi idarələrinin qeydiyyat məlumatlarını daxil etdiyi “Milli Qeydiyyat Sisteminə” inteqrə edilmişdir. Məhkəmələr çoxsaylı daşınmaz əmlakın dövlət rey estrində aparılmış qeydiyyatın və dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyini Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin ərazi idarələrinin üzərinə qoyur. Bu yanaşmaya görə, vətəndaş çıxarışı qeydiyyat orqanına təqdim etməsə, məhkəmə qərarı icrasız qalır və yaxud vətəndaş məhkəmə qərarı ilə ləğv edilmiş çıxarışa əsasən əmlak üzərində sərəncam verə bilər?! Eləcə də, çıxarış inzibati akt olmadığı üçün onun ləğvi ilə bağlı da hər hansı bir inzibati akt qəbul olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qey diyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “ Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. 38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.1. inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıd akı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkə tsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qə rarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 40. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı
17. Daşınmaz əmlak ın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inziba ti məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibat i orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. 41. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ü çün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdi kləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olma lıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏD LƏRİ
42. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yo xlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
46. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianı n əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
47. Hazırkı mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, əslində iddiaçının həqiqi məqsədi və hüquqi marağı daşınmaz əmlak üzərində hüquqa dair RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışların deyil, həmin çıxarışların verilməsinin əsasında duran daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvinə nail olmaqdan ibarətdir.
48. Bununla bağlı mübahisələndirilən çıxarı şların verilməsinin əsasında dayanan dövlət reyestrində aparılmış qeydiyyatların cavabdeh tərəfindən məhkəmə icraatının gedişində ləğv olunduğu nəzərə alınmalı, bu kontekstdə reyestrdən çıxarışın hüquqi təbiətinə qiymət verilməli və iddiaçının ümumi hüquqi müdafiə marağı ilə bağlı mümkünlük şərtinın mövcudluğu müəyyən edilməlidir.
49. Hazırkı qərarın 40-cı bəndində istinad edilən hüquqi mövqeyə görə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından reyestrdən çıxarış deyil, hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir. Reyestrdə müvafiq qeydiyyatın ləğv olunduğu təqdirdə, onun əsasında verilmiş çıxarışın artıq hüquqi əhəmiyyətini və hüquqa dair qeydiyyatı əks etdirən sənəd keyfiyyətini itirdiyi nəzərə alınmalı, həmin çıxarış yararsız və etibarsız sənəd kimi qiymətləndirilməlidir. Bundan əlavə, həm də nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə qeydiyyatın ləğv olunması səbəbindən həmin əmlak barəsində hər hansı əməliyyatın aparılması da istisna olunur. Belə ki, daşınmaz əmlaka dair əməliyyatlar fiziki anlamda mövcud olan çıxarış əsasında deyil, reyestrdəki qeydiyyat üzərindən aparılır.
50. Belə yanaşma bu qərarın 37-ci bəndində istinad olunan normanın məzmunundan irəli gəlir. Həmin normaya görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublik asının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
51. Hazırkı mübahisəyə münasibətdə ləğvi tələb edilən çıxarışların əsasında duran müvafiq qeydiyyatların cavabdehin özü tərəfindən məhkəmə icraatının gedişində ləğv olunması iddiaçının hüquqi marağının təmin edilməsi və bunun üzərindən onun məhkəmə qaydasında hüquqi müdafiə ehtiyacının aradan qalxması anlamında qiymətləndirilməlidir. Belə ki, mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüquqa dair dövlət reyestrində əvvəl aparılmış müvafiq qeydiyyatlar ləğv edilmiş, iddiaçının adına onun h üquqi marağına uyğun yeni qeydiyyat aparılmış və bu barədə ona müvafiq çıxarışlar verilmiş, iddiaçı tərəfindən ləğvi tələb edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar hüquqi anlamda öz əhəmiyyətini itirmişdir.
52. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
53. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən ümumi hüquqi müdafiə marağı ilə bağlı şərt də mütləq ödənilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə ümumi hüquqi müdafiə marağı ilə bağlı iddianın mümkünlük şərtinin ödənilmədiyi nəzərə alınmalı və iddia mümkün sayılmamalıdır.
54. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar nəzərə alınmamış və həmin xüsusatlara iddianın mümkünlüyü baxımından qiymət verilməmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti ü zrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2-1(107)-454/2023 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Qərar qətidir.