Məhkəmə qərarları › İş №2-1(102)-815/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-815/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-815/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vüsal Yadigarovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı 1973-1976-cı illərdə Mollaisaqlı kəndi “Pravda” kolxozunda, 01.09.1976-cı ildən 01.05.1996-cı ilədək eyni adlı sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-659/2018 saylı iş üzrə 06.12.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 22.06.1957-ci il tarixdə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı 1973-1976-cı illərdə Mollaisaqlı kəndi ”Pravda” kolxozunda, 01.09.1976-cı ildən 01.05.1996-cı ilədək Mollaisaqlı kəndi “Pravda” sovxozunda işlə miş və bu hal İsmayıllı rayon Dövlət Arxivinin 24.05.2016-cı il tarixli 188 №-li arxiv arayışında qeyd olunmuşdur. İddiaçı həmin müddətin sosial sığorta müddəti kimi nəzərə alınmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu özünün 24.05.2018-ci il tarixli 188 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, şöbəyə təqdim edilmiş sənədlərdə onun iş stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün komissiyanın qərarı ilə ona pensiya təyin edilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1973-1976-cı illərdə Mollaisaqlı kəndi “Pravda” kolxozunda, 01.09.1976-cı ildən 01.05.1996-cı ilədək Mollaisaqlı kəndi “Pravda” sovxozunda işləmişdir. O, kolxoz və sovxozda işlədiyi müddətin iş stajı kimi hesablanması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu 24.05.2018-ci il tarixli 188 nömrəli məktubla bundan imtina etmişdir. Halbuki, həmin dövrün qanunvericiliyinə əsasən işlədiyi müddət iş stajına daxil edilməlidir. İşlədiyi müddət nəzərə alınarsa, qanunvericilikdə nəzərdə tutulan stajı və pensiya kapitalı mövcud olur. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı 1973-1976-cı illərdə Mollaisaqlı kəndi "Pravda" kolxozunda, 01.09.1976-cı ildən 01.05.1996-cı ilədək eyni adlı sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mə tndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 10.10.2018-ci il tarixli iş № 2-1(84)-1615/2018, (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 06.12.2018-ci il tarixli iş № 2-1(107)-659/2018 (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Gündüz Abbasov və Mübariz Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsin in 10.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin gəldiyi bu nəticə səhvdir. Ona görə ki, 638 nömrəli qərarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2007-ci il tarixli 40 nömrəli qərarı ilə qüvvədən düşdüyü və hüquq münasibətləri 22.02.2018-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normalarının tətbiqi yolverilməzdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 0 6 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvə də saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməm əsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin gəldiyi bu nəticə səhvdir. Ona görə ki, 638 nömrəli qərarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2007-ci il tarixli 40 nömrəli qərarı ilə qüvvədən düşdüyü və hüquq münasibətləri 22.02.2018-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normalarının tətbiqi yolverilməzdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuşİsmayıllı rayon Dövlət Arxivinin 24.05.2016-cı il tarixli 188 №-li arxiv arayışına əsasən iddiaçı 1973-1976-cı illərdə - 1973-1976-cı illərdə Mollaisaqlı kəndi "Pravda" kolxozunda, 01.09.1976-cı ildən - 01.05.1996-cı ilədək Mollaisaqlı kəndi "Pravda" sovxozunda işləmişdir. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsas ən müəyyən edilir. Həmin əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hiss ələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 06. 12.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli 21(107)-659/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar