Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-815/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961 təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxx 1961-ci ildə Salyan rayonunun Qarabağlı kəndində doğulmuşdur və həmin kənddə qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçıya məxsus 21 iyul 1980-cı il tarixli, 13265 nömrəli attestatın notarial qaydada təsdiq olunmuş surətinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 20 noyabr 2020-ci il tarixli,Q-122/25 nömrəli ara yışa əsasən iddiaçı xx.xx.1979 - xx.xx.1980-cı il tarixlərdə 28 nömrəli texniki peşə məktəbində təhsil almışdır(bax s.15 və 55). 3. 22 may 1983-cü il tarixdə verilmiş NZ seriyalı, ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən verilmiş 494 nömrəli xx.xx.2020-ci il tarixli arayışa əsasən, iddiaçı 10 noyabr 1983-cü il tarixdən 10 dekabr 1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur (bax s. 58)
4. Notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı, ******* nömrəli xx.xx.1981-ci il tarixli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən, iddiaçı xx.xx.1980-ci ildə “Azneft” İstehsalat Birliyinin hərbiləşdirilmiş gözətçi dəstəsinin 4 saylı komandası na atıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1983-cü ildə X2 İdarəsinə 3cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə Sovet Ordusu sıralarına çağırılması ilə bağlı işdən azad edilmişdir. xx.xx.1983-cü ildə əvvəlki vəzifəsinə, neft və qaz istismar-kəşfiyyat qazma quyularının 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə bərpa edilmişdir. xx.xx.1983-cü ildə həqiqi hərbi xidmətə çağırılması ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1986-cı ildə “Şirvanneft” NQÇİ-nin İstehsalatın avtomatlaşdırılması sexinə teleavtomatika və dispetçer avadanlıqları üzrə 2-ci dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996-cı ildə 2 nömrəli Neftqazçıxarma sexinə 4-cü dərəcəli YAT operatoru keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli, 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ-si xx.xx.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında "xxxx" birgə MMM yaradılmışdır. xx.xx.1997-ci ildən həmin sexdə işini davam etdirmiş, xx.xx.2001-ci il tarixdə Quyuların Yeraltı Təmir Sexinin 2-ci sahəsinə 4-cü dərəcə YAT operatoru keçirilmişdir. xx.xx.2002-ci ildə Quyuların Yeraltı Təmir Sexinin (QYTS-nin) ləğvi ilə əlaqədar 2 saylı NQŞS-də 4-cü dərəcə YAT operatoru, sonra isə xx.xx.2005-ci ildə QƏYTS-nin yaradılması ilə əlaqədar 2-ci sahə üzrə 4-cü dərəcə YAT operatoru keçirilmiş və xx.xx.2009-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-cu ildə “X3 Limited” şirkətinin Quyuların əsaslı və Yeraltı Təmir Sexinə 4-cü dərəcə YAT operatoru qəbul edilmiş, xx.xx.2019-cu ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019cu ildə “Shirvan Drilling Limited” şirkətinə Quyuların əsaslı və yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə operator qəbul edilmiş, xx.xx.2020-ci ildə müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir(bax s. 59-68).
5. Bundan başqa, Azərbaycan Respublikası Dövlət X5 tərəfindən təqdim olunmuş Salyan rayon Qaraçala qəsəbə 1 nömrəli Pambıqçılıq sovxozu üzrə 1977-ci ilə aid əmrlərin və Kolxozlararası tikinti idarəsinin 1977-ci ilə aid əmək haqqı cədvəlinin 228 nömrəli, 17 may 2019-cu il tarixli arxiv çıxarışlarına əsasən, iddiaçı xx.xx.1977-ci il tarixdə 38 nömrəli əmrlə xx.xx.1977-ci il tarixdən tikitnti briqadası na fəhlə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixdə 40 nömrəli əmrlə tikinti briqadasının fəhlələri işdən azad olunmuşlar. xx.xx.1977-ci il tarixdən iddiaçı Salyan rayon Kolxozlararası tikinti idarəsinə göndərilmiş və 1977-ci ilin aprel, may, iyun, iyul aylarında əmək haqqı almışdır (bax s. 52) 6. “X3 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 13 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı “X3 Limited” Şirkətinin Quyuların Əsaslı və Yeraltı Təmiri Sexində Yeraltı təmir üzrə operator peşəsində işləmişdir. Onun xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 25 il 05 ay 07 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bəndinin 10.02 yarımbəndinə əsasən (neft, qaz və qaz kondensantı hasilatı) iddiaçının xx.xx.2006-cı il tarixinə güzəştli şərtlərlə 20 il 05 ay 26 gün iş stajı vardır. Onun xx.xx.2006-cı il tarixinə “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-də güzəştli şərtlərlə 19 il 10 ay 12 gün iş stajı vardır. Belə ki, xx.xx.1986-cı il tarixli, 18/k saylı əmrə əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Şirvanneft” NQÇİ-nin X1 3-cü dərəcə elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir (10 il, 06 ay 22 gün). xx.xx.1996-cı il tarixli, 156/k saylı əmrə əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixinə qədər “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-nin 3 saylı Neftqazçıxarma sexində və Quyuların Əsaslı və Yeraltı Təmiri Sexində 5-ci dərəcə yeraltı təmir üzrə operator peşəsində işləmişdir (09 il 03 ay 20 gün, bax s. 53).
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisinin Mərkəzi Arxivinin iş stajı haqqında xx.xx.2020-ci il tarixli, **********80020123X00144 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.1980-cı ildə “Azneft” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 4 nömrəli komandasına atıcı qəbul edilmiş, xx.xx.1982-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1986-cı ildə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) İstehsalın avtomatlaşdırılması sexinə teleavtomatika və dispetçer avadanlıqları üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu ildə teleavtomatika və dispetçer avadanlıqları üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmiş, xx.xx.1996-cı ildə 2 nömrəli NQÇS-yə 4-cü dərəcəli YAT operator u peşəsinə keçirilmişdir. ARDNŞ-nin xx.xx.1997-ci il tarixli, 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ xx.xx.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında "xxxx" X4 Müəssisə yaradılmışdır. xx.xx.1997-ci ildə "xxxx" BMMM-nin 2 nömrəli NQÇS-nə 4-cü dərəcəli YAT operatoru peşəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci ildə QYTS-yə 4-cü dərəcə YAT operatoru peşəsinə keçirilmiş, daha sonra isə xx.xx.2002-ci ildə QYTS-nin ləğvi ilə əlaqədar 2 saylı NQÇS-yə 4-cü dərəcəli YAT operatoru peşəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə QƏYTS-nin yaradılması ilə əlaqədar QƏYTS-nin 2-ci sahəsi üzrə 4-cü dərəcəli YAT operatoru peşəsinə keçirilmiş və xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Əmək Məcələsinin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsinə əsasən işdən azad olunmuşdur(bax s. 54)
8. Azərbaycan Respublik ası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” Trestinin xx.xx.2020-ci il tarixli, **********80020115X00080 nömrəli arxiv arayışına əsasən, iddiaçı Əli X8 İdarəsində işləmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən X2 İdarəsi, qazma sexi kimi X6 İşləri İdarəsinin tərkibinə verilmişdir. ARDNŞ-nin xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” Tresti yaradılmışdır və X6 İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” Trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən, X6 İşləri İdarəsi qazma sexi kimi X9 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13 -1000/01/SM-05-000035 saylı əmrinə əsasən “Kompleks qazma işləri” X7 İşləri İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı xx.xx.1983 - xx.xx.1983-cü və xx.xx.1983-xx.xx.1983-cü illərdə X2 İdarəsində 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işləmişdir(bax s. 51)
9. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən, yəni 25 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
10. Cavabdeh müraciətin təmin olunmasından imtina barədə 22 oktyabr 2020-ci il tarixli, **********3 nömrəli və 26 yanvar 2021-ci il tarixli, **********9 nömrəli məktublarında qeyd etmişdir ki, 18 fevral 1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən onun ümumi iş stajı 01 y anvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 7 ay 16 gün) təşkil edir. Kitabçada onun xx.xx.1986 - xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidmə ti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, işlədiyi X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək ümumi və güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir(bax s. 7-8 və 49-50). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
11. İddiaçı 5 noyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşının tamam olduğu 25 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıradək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı peşə təhsili nəzərə alınmaqla 25 il 8 aydan çoxdur. Güzəştli iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş „Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olaraq, 8 fevral 1983 - 11 may 1983 və 28 iyun 1983 - 9 noyabr 1983-cü il tarixlərində (09 ay 05 gün) X2 idarəsində qazmaçı köməkçisi vəzifəsində işlədiyi peşə Siyahının ********. Хİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə, X10 Çıxarma İdarəsinin İstehsalın Avtomatlaşdırılması Sexində teleavtomatika və dispetçer avadanlıqları üzrə elektrik montyoru vəzifəsində 19 fevral 1986 - 11 sentyabr 1996-cı il tarixlərində (10 il 6 ay 23 gün) işlədiyi peşə həmin Siyahının ********.
2. Neft-qaz və qaz kondensatının hasilatı, 2130200а-19861 neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə, həmin müəssisədə 11 sentyabr 1996 - 01 yan var 2006-cı il tarixinədək 2 nömrəli Neft-qaz çıxarma sahəsində 4-cü dərəcəli yeraltı təmir operatoru vəzifəsində işlədiyi peşə-********.
2. Neft-qaz və qaz kondensatının hasilatı, 2130200а-15870 quyuların yeraltı təmiri üzrə operatorlar peşəsinə uyğundur və ümumilikdə güzəştli iş stajı 20 il 7 ay 17 gün təşkil edir. İddiaçı qeyd etmişdir ki, cavabdehə müraciət etdikdən sonra peşə təhsili barədə arayışı ayrıca təqdim etsə də, həmin təhsil dövrü ümumi iş stajına daxil edilməmişdir. Bu səbəblə də onun ümumi iş stajının 25 ildən az olması qəbul edilmişdir. Həmin arayışı Peşə Təhsili üzrə Dövlət Agentliyindən alaraq daha sonrakı tarixdə məktubla göndərmişdir. Cavabdeh sənədlərini imtina məktubu ilə birlikdə ona geri qaytararkən həmin arayışı qaytarmamışdır, halbuki, ona göndərilən hər bir mə ktuba cavabdehin dəftərxanasında kargüzarlıq nömrəsi təyin edilir və icraata yönəldilir. Cavabdeh inzibati praktikasında 1 yanvar 2006-cı ilə qədər toplanmış əmək stajına əsasən güzəştli şərtlərlə pensiya təyinatı apararkən, həmin dövrə qədər ali, texniki və texniki-peşə məktəblərində əyani təhsil dövrünü ümumi iş stajına daxil etmişdir. İmtina məktubunda cavabdeh onun güzəştli iş stajına irad tutmadığı üçün, hesab edir ki, onun güzəştli iş stajı hazırki iddiada mübahisələndirilməyən hal kimi qəbul edilməlidir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2522/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qərarı ilə (hakim N. İ. Abıyev) iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox, yəni 25 il 8 ay 19 gün olmasına baxmayaraq, onun əmək kitabçasında qeyd olunan peşələr (xx.xx.1986-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi peşələr) əmək şəraiti zərərli olan işlərə aid deyildir.
15. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova-sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 24 iyun 2021-c i il tarixli, 2-1(112)2522/2021 saylı qərarı ləğv edilərək iddia tələbi qismən təmin olunmuş, iddiaçıya 57 yaşdan, yəni 25 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1986cı il tarixdən xx.xx.2009-cu il tarixədək “Şirvanneft” NQÇİ-nin X1 2-3-4-cü NQÇ sexində çalışdığı elektrik montyoru peşəsi, "xxxx" BMMM-in 3 saylı Neftqazçıxarma sexində və Quyuların Əsaslı və Yeraltı Təmiri sexində quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vezifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a – 19861 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları və 2130200a – 15870 şifrəsi ilə qeyd edilmiş quyuların yeraltı təmiri üzrə operatorlar peşəsinə uyğun olmaqla, onun xx.xx.2006-cı il tarixədək xüsusi iş stajı 12 il 6 aydan artıq təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərt - 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi iş stajı iddiaçı tərəfindən tam olaraq toplanmışdır. İşlədiyi müddətin onun güzəştli iş sta jına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən də təsdiq olunur.
18. Bundan başqa, iddia tələbinin yaranmış fərqin birdəfəyə ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə “birdəfəlik” ödənilmə ilə bağlı müddəa təsbit olunmadığı üçün iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi is stajının 25 ildən çox, yəni 25 il 8 ay 19 gün olmasına baxmayaraq, onun əmək kit abçasında qeyd olunan peşələrin (xx.xx.1986-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Sirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi dövrlərin) əmək şəraiti zərərli olan işlərə aid edilməməsinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu... Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı ol mayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.... 23. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu... Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını hə min işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə k urslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən ed ilir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barə də məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddiaçıya pensiyanın təyin olunmasından imtinanın dəlilləri ilə eyni olan şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərinin, yəni iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 iddiaçının işlədiyi teleavtomatika və dispetçer avadanlıqları üzrə elektrik montyoru vəzifəsi funksional və görülən işlərin məz munu, habelə xarakteri baxımından müvafiq siyahıda nəzərdə tutulmuş peşələrə uyğun hesab edilməlidir. Peşələrin uyğunluğunun müəyyən olunması zamanı nəzərə alınmalıdır ki, həmin dövrdə neft hasilatı sahəsində istifadə olunan teleavtomatika və dispetçer avadanlıqları da elektrik avadanlıqları xüsusiyyətlərinə malik olmuşdur və iddiaçı da məhz həmin avadanlıqların təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir. Bu xüsusat iddiaçının bilavasitə çalışdığı və onun həmin müəssisədə icra etdiyi vəzifə funksiyalarının və gördüyü işlərin məzmununu, eləcə də xarakterini müəyyən edən və daha dəqiq bilən müəssisələr tərəfindən verilmiş arayışlarla da təsdiq olunur. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iddiaçının bilavasitə işlədiyi müəssisələr tərəfindən verilmiş arayışı daha mötəbər hesab etməsini əsaslı sayır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-273/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.