Məhkəmə qərarları › İş №2-1(102)-815/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-815/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-815/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar "xxxx" ASC və Şəki Suvarma Sistemləri İdarəsinin cavabdeh Maraqlı şəxsnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, 2011-ci ildən əvvəlki dövrdə qəbul edilmiş inzibti aktın mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar "xxxx" ASC və İddiaçı2 cavabdeh Maraqlı şəxsnə qarşı “Şəki rayonunun Qozbulaq kəndində olan 5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2, X3 və X4 ümumbirgə mülkiyyətinə veri lməsinə dair Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın (Aqrar İslahat Komissiyasının qərarının) ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-75/2023 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərarından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X5, X6 və X7 18 may 1999-cu il tarixli, JN-113 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktı əsasında 5 hektar torpaq sahəsinin X2, X3 və X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair Seriya RX №0947006 olan Hüquqların Dövlət qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Şəki rayonunun Qozbulaq kəndində olan 5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2, X3 və X4 ümumbirgə mülkiyyətinə verilməsinə dair Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın (Aqrar İslahat Komissiyasının qərarının) ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddianın əsaslarına görə, Azərbaycan SSR Nazirlər Sovetinin 12 sentyabr 1986cı il 289 nömrəli qərarına əsasən Şək i rayonunun Cəyirli kəndi ərazisində ümumi su tutumu 1,23 mln kub.m olan su anbarının tikintisi üçün həmin ərazidə yerləşən “M.F.Axundov” adına kolxozun, “Şəfəq” kolxozunun, “Ordjonokidze” adına sovxozun və dövlət meşə fondunun ərazilərindən ümumilikdə 104,73 ha, o cümlədən 82,91 ha su anbarının tikintisinə torpaq sahəsi ayrılmışdır. İlkin tikintisi 1986-1989-cu illərdə aparılmış su anbarında əsas qurğular olan torpaq bənd və birləşmiş su keçirici qurğu vasitəsi ilə “Cəyirli arx” torpaq kanalının su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Su anbarı tikilib istismara verilmiş və bir müddət işlədikdən sonra ölkəmizdə və dünyada həmin vaxt gedən proseslərə görə baxımsızlıq səbəbindən istifadə edilməmiş və fəaliyyəti dayandırılmışdır. Cəyirli su anbarında yenidənqurma işləri 2014-cü ildən başlayaraq hissəhissə 2021-ci ilin fevral ayına qədər davam etdirilmişdir. Şəki rayonunda 1997-ci ildə torpaq islahatları aparılarkən Cəyirli su anbarının tikintisi üçün vaxtı ilə yuxarıda qeyd etdiyimiz qərarlara əsasən ayrılmış torpaq sahələrinin Cəyirli su anbarı üçün ayrılmış olması aidiyyəti üzrə qurumlar tərəfindən nəzərə alınmamış və həmin torpaq sahəsinin bir hissəsi də islahata daxil edilmişdir. Bununla da, X5, X6 və X7 18 may 1999-cu il tarixli, JN113 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktı əsasında 5 hektar torpaq sahəsinin X2, X3 və X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair Seriya RX №0947006 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarış verilmişdir. Bundan so nra iddiaçılar sənədləşdirmə prosesində yol verilmiş qüsurların aradan qaldırılması tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı müraciət etmiş, lakin müraciət təmin olunmamışdır.

4. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərlərinə çatdırılmışdır ki, ləğv olunması tələb edilən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi JN-113 Kod 40412028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən verilmişdir. Həmin dövlət aktı Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı əsasında verilmişdir.

5. Yardım məktubunun 3-cü və 4-cü abzaslarında göstər ilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin Fərmanla hüquqi varisi müəyyən edilməmişdir.

6. Eyni zamanda İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tari xdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.

7. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il ta rixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

8. İddia tələbi İPM-in tələblərinə əsasən mümkün sayılmamalı olduğundan yuxarıda qeyd olunanlarla bağlı münasibət bildirilməsi üçün iddiaçıya vaxt verilmişdir.

9. Yardım məktubunu aldıqdan sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin Maraqlı şəxs ilə əvəz edilməsini və Maraqlı şəxs iş üzrə cavabdeh qismində qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmişdir.

11. Şəki İnzibаti Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 noyabr 2022-ci il tarixli 21(116)-2114/2022 nömrəli qərardadı ilə iddiaçılar "xxxx" ASC-nin və İddiaçı2 cavabdeh Şəki Rayon İcra Hakimiyyətinə qarşı “Şəki rayonunun Qozbulaq kəndində olan 5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2, X3 və X4 ümumbirgə mülkiyyətinə verilməsinə dair Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın (Aqrar İslahat Komissiyasının qərarının) ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, X1 qərarları inzibati aktdır, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Şəki Rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.

13. Mübahisə açan tərə f həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

14. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

15. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etiba rsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır.

16. İddiaçılar аpellyаsiyа şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2-1(116)-2114/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-75/2023 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2-1(116)-2114/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. A pellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək qərardadın ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Hal-hazırda mübahisələndirilən qərardan iddiaçının nə vaxt məlumatlı olduğunu məhkəmə diqqətdən qaçırmışdır.

21. Belə ki, iddia ərizəsində də qeyd olunduğu kimi, Azərbaycan SSR Nazirlər Sovetinin 12 sentyabr 1986-cı il 289 nömrəli Qərarına əsasən Şəki rayonunun Cəyirli kəndi ərazisində ümumi su tutumu 1,23 mln kub.m olan su anbarının tikintisi üçün həmin ərazidə yerləşən "M.F.Axundov" adına kolxozun, "Şə fəq" kolxozunun, “Ordjonokidze" adına sovxozun və dövlət meşə fondunun ərazilərindən ümumilikdə 104,73 ha, o cümlədən 82,91 ha su anbarının tikintisinə torpaq sahəsi ayrılmışdır, ilkin tikintisi 19861989-cu illərdə aparılmış su anbarında əsas qurğular olan torpaq bənd və birləşmiş su keçirici qurğu vasitəsi ilə "Cəyirli arx" torpaq kanalının su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Su anbarı tikilib istismara verilməmiş və bir müddətdən sonra ölkəmizdə və dünyada həmin vaxt gedən proseslərə görə baxımsızlıq səbəbindən tikintisi dayandırılmışdır.

22. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s nömrəli sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 2013-cü ildə təsdiq olunmuş layihə tapşırığına əsasən Şəki rayonunun ə kin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidənqurulması işlərinin aparılması nəzərdə tutulmuşdur. İşçi layihədə 1986-1989-cu illərdə tikilmiş mövcud su anbarının əsas qurğuları olan torpaq bənd və birləşmiş su keçirici qurğudan maksimum dərəcədə istifadə edilməsi, eləcə də onların bəzi hissələrinin gücləndirilməsi vasitəsi ilə normal iş rejiminin təmin olunması üçün bir sıra layihə tədbirləri həyata keçirilmişdir. Layihədə mövcud su anbarının və qurğuların parametrləri, həndəsi ölçüləri və digər göstəriciləri 1980-cı illərdə yerinə yetirilmiş işçi layihədə olduğu kimi saxlanılmışdır. Maraqlı şəxs başçısının birinci müavininin, Maraqlı şəxs Tikinti və Memarlıq şöbəsi müdirinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi müdirinin, Şəki r ayonu Gigiyena və Epidemiologiya mərkəzi direktorunun və İddiaçı2 rəisinin imzaları və möhürləri ilə təsdiq olunaraq razılaşdırılmış "Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması Baş Planı" 2013-cü ildə Maraqlı şəxs başçısı E.Usubov tərəfindən təsdiq edilmişdir. Layihəyə uyğun olaraq su anbarının güzgü sahəsi 27 ha-dır. Yəni su anbarı layihəyə uyğun su ilə tam dolduqda onun su səthinin sahəsi 27 ha olur. Layihənin texniki iqtisadi göstəricilərinə uyğun olaraq anbarın maksimum basqı səviyyəsi 254 metrdir.

23. Cəyirli su anbarında yenidənqurma işləri 2014-cü ildən başlayaraq hissə-hissə 2021-ci ilin fevral ayına qədər davam etdirilmiş və 2021-ci ilin fevral ayında Cəmiyyətin əmri ilə istismara qəbul olunmuşdur.

24. Şəki rayonund a 1997-ci ildə torpaq islahatları aparılarkən Cəyirli su anbarının tikintisi üçün vaxtı ilə yuxarıda qeyd edilən qərarlara əsasən ayrılmış torpaq sahələrinin Cəyirli su anbarı üçün ayrılmış olması aidiyyəti üzrə qurumlar tərəfindən nəzərə alınmamış və həmin torpaq sahəsinin bir hissəsi də islahata daxil edilmişdir.

25. Bununla da, X5, X6 və X7 18 may 1999-cu il tarixli, JN-113 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktı əsasında 5 hektar torpaq sahəsinin X2, X3 və X4 ümumi birgə mülkiyyətinə verilməsinə dair Seriya RX №0947006 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir (Qeydiyyat tarixi xx.xx.2016).

26. Şəki rayonunun Qozlubulaq kəndində olan 5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5, X6 və X7 verilməsindən iddiaçı X8 cavabdeh "xxxx" ASC-yə və İddiaçı2nə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etdikdən sonra iddiaçının məlumatı olmuşdur. Buna qədər iddiaçı həmin torpaq sahəsini dövlət mülkiyyətində olan torpaq sahəsi kimi bilmişdir (buna əsas verən müvafiq sənədlər olmuşdur ki, bəzi hissələrdə mülkiyyətçilərin razılığının alınması barədə həmin sənədi məhkəməyə təqdim edəcəkdir). Eyni zamanda, Cəyırli su anbarında yenidənqurma işləri 2014-cü ildən başlayaraq hissə-hissə 2021-ci ilin fevral ayına qədər davam etdirilmişdir. Həmin yenidənqurma işləri gedən zaman su anbarının hansı əraziləri əhatə edəcəyi aşkar şəkildə görünürdü. b. kassasiya şikayətinə etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahis ələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin t əmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin t ələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. İddiaçı Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmiş, iddia məhkəmə tərəfindən mümkün sayılmamışdır.

35. Hazırki iş üzrə iddia tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, “mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əs aslılıq mərhələsində) yoxlanılmalıdır.

37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir...

38. Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib- edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiy i hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

39. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.

40. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır.

41. Eynilə iddiaçının hazırkı iddiası inzibati aktın ləğvi ilə bağlıdır.

42. İddiaçının mübahisə açdığı sərəncam 1998-ci ildə qəbul edilmişdir.

43. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır.

44. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhə miyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradar dı”. 45. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

46. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə o lmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.

47. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qər arında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).

49. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyu n 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).

50. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.

51. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-75/2023 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar