Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-815/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində hüququn mərhum anasına məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı v ə Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2246/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının Babayeva (Zəkiyeva) X8 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3155/2908 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından göstərilən torpaq sahəsinin yerinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğuns uzluq təşkil etməsi, yəni torpaq sahəsinin 2909 saylı bağın ərazisinə uyğun olması əsası ilə imtina edilmişdir. 2. 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2017-ci ildə ölmüş anası X1 adına vərəsəlik işi açılmışdır. Mərhum Babayeva (Zakiyeva) X11 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlak barədə dövlət reyestrindən çıxarışın notariat ofisinə göndərilməsi xahiş edilmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş cavabdehin arxivində mövcud olan xx.xx.1992-ci il tarixli 14156 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 3155/2908 nömrəli bağ sahəsi keçmiş X5 və İstismarı Birliyi ilə Zakiyeva (Babayeva) X11 icarəyə verilmişdir.
4. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciət ərizəsinin təmin edilməməsi üçün əsas olmuş halların araşdırılması ilə bağlı toplanmış sənədlər – inzibati icraat materialları kimi imtina məktubunun, daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktının, torpaq sahəsinin koordinatlarının, iddiaçının ərizəsinin, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 886 nömrəli cavabdehə ünvanlanmış məktubunun, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun, bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il ta rixli, 14156 №li müqavilənin, bağın cizgi planının, iddiaçının nümayəndəsinin şəxsiyyət vəsiqəsinin və etibarnaməsinin surətləri təqdim edilmişdir. Eyni zamanda cavabdehin həmin məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsindəki 0,1174 hektar torpaq sahəsi olan 1209 saylı bağ sahəsi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat kontorunda qeydə alınmış 4Ə-1747 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci ildə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2907 və 2910 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Ləhiş bağ massivində yerləşən 2909 nömrəli bağ sahəsinə dair B.Axundov ilə bağlanmış müqavilənin, sxemin, 3155/2908 nömrəli bağ sahəsinə dair X12 ilə bağlanmış müqavilənin, sxemin, 2908 nömrəli bağ sahəsinin X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınması haqqında çıxarışın, həmin bağla əlaqədar torpaq sahəsinin planının, miras payın bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpaq sahəsinin planı və cizgisinin surətləri təqdim edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun onun mərhum anas ı Zakiyeva X2 məxsus olması barədə arayışın (çıxarışın) onun qanun üzrə vərəsəsinə - iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X5 və İstismarı Birliyinin xx.xx.1992-ci il tarixli, 14156 nömrəli müqaviləsi ilə iddiaçının anası Zakiyeva X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan həmin bağ sahəsindən istifadə edirlər. İddiaçının anası xx.xx.2017-ci ildə vəfat etmişdir, anasının vəfatından sonra həmin bağ sahəsindən iddiaçı istifadə edir, bağ sahəsinə sahiblik edir. Hal-hazırda iddiaçı anasına məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı iddiaçı Bakı şəhəri 4 saylı ASAN Xidmət Mərkəzində notariat ofisinə müraciət etmiş, orada iddiaçı anasının vərəsəsi tanınmışdır. Notariat kontoru tərəfindən cavabdehə müraciət edilərək miras əmlak toplusuna daxil olan bağ sahəsinə çıxarışın verilməsi xahiş edilmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir.
8. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi 2909 nömrəli bağın ərazisinə uyğundur. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2511/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı ilə (M.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtina məktubunda və daha sonra məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında göstərilən dəlillər və əsaslar məhz inzibati icraat zamanı topladığı sənədlərə, sübutlara əsaslanmalıdır.
11. Cavabdehin etirazında və imtina məktubunda iddiaçıya məxsus torpaq sahəsinin yerinin bağların bölgüsünə dair sxematik xəri tə ilə uyğunsuzluq təşkil etməsi, torpaq sahəsinin 2909 saylı bağın ərazisinə uyğun gəlməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, əvvəla cavabdeh həqiqətən də uyğunsuzluğun olması barədə heç bir mötəbər sübutu - həm 2909 nömrəli, həm də 3155/2908 nömrəli bağ sahələrinin yerləşdiyi sahələrin koordinatlarının üst-üstə düşməsi barədə sübutu, ümumiyyətlə 2909 nömrəli bağ sahəsinin koordinatları barədə sənədi məhkəməyə təqdim etməmişdir.
12. Eyni zamanda iddiaçının ərizəsi üzrə aparılmış və imtina üçün əsas olmuş halların əks olunduğu inzibati icraat materialları məhkəmə tərəfindən cavabdehdən tələb edilmiş və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında yenə də iddiaçının anasına məxsus olmuş 3155/2908 nömrəli bağ sahəsinin həqiqətən də başqa bir, bu h alda isə 2909 nömrəli bağ sahəsi ilə üst-üstə düşməsi barədə məlumat aşkar edilmədi. Belə ki, 3155/2908 nömrəli bağın koordinatları müəyyən edilsə də 2909 nömrəli bağın koordinatları inzibati icraat materiallarında mövcud deyildir və hər iki bağın koordinatlarının üst-üstə düşməsi müəyyən edilmir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2246/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2511/2023 sa ylı, 26 yanvar 2023-cü il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində olan 3155/2908 saylı bağ sahəsinə torpaq sahəsinin daxilindən keçən torpaq yol hissəsi istisna olmaqla hüququn İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından, təqdim edilmiş sənədlərdən, o cümlədən mübahisəli sahənin “Ortofoto”sundan və şahid ifadələrindən müəyyən etmişdir ki, iddiaçının yuxarıda istinad olunan hüquqmüəyyənedici sənədlər əsasında mərhum anasına məxsus olmuş torpaq sahəsi X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsi(2908 nömrəli bağ sahəsi) ilə üst-üstə düşmür, iddiaçının iddia etdiyi bağ sahəsinin nömrəsinin sxematik xəritəyə uyğunlaşdırılması isə cavabdeh orqanın vəzifəsidir.
16. Daha sonra Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsində iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından, təqdim edilmiş sənədlərdən, o cümlədən mübahisəli sahənin “Ortofoto”sundan müəyyən etmişdir ki, cavabdehin də şikayətin dəlili kimi göstərdiyi hal mövcuddur, yəni iddiaçının iddia etdiyi torpaq sahəsinin daxilindən torpaq yol keçir.
17. Bununla bağlı məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdehin istinad etdiyi dəlil iddiaçının tələbinin “ torpaq sahəsinin daxilindən keçən torpaq yol hissəsi istisna olmaqla” təmin edilməsindən imtina üçün əsas deyildir
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur.
20. Bildirmək istəyir ki, iddia olunan bağ sahəsinin nömrəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi, 2908 nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, hazırda **********61 reyestr nömrəsi ilə X4 xüsusi mülkiyyətindədir.
21. Apelly asiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində və yuxarıda qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 24. “Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22 -dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əş ya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunve riciliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələri ndə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KAS SASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məlum olduğu kimi, İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivind ə 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun onun mərhum anası Zakiyeva X2 məxsus olması barədə arayışın (çıxarışın) onun qanun üzrə vərəsəsinə - iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2511/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye stri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(103)-2246/2023 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2511/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarının ləğv olunması, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində olan 3155/2908 saylı bağ sahəsinə torpaq sahəsinin daxilindən keçən torpaq yol hissəsi istisna olmaqla hüququn İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlə t Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması nəticəsinə gələrkən belə hesab etmişdir ki, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması müəyyən olunmadığından (hər iki hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir), həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən müqavilə ləğv olunmadığından və hazırda qüvvədə olduğundan, o cümlədən də torpaq sahəsinə dair mövcud uyğunsuzluqlar aradan qaldırılması cavabdehin vəzifəsinə aid olduğundan, habelə iddia olunan torpaq sahəsinin daxilindən keçən yol dövlət əhəmiyyətli magistral yol deyil, sonradan istifadə olunan torpaq yol olduğunda n, belə hal mövcud olsa da mülkiyyət hüququ qeydiyyata alınmış qonşu bağa münasibətdə imtina üçün əsas kimi göstərilmədiyindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində olan 3155/2908 saylı bağ sahəsinə torpaq sahəsinin daxilindən keçən torpaq yol hissəsi istisna olmaqla hüququn İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdə cavabdehin həm iddiaçıya, həm də məhkəmələrə ünvanladığı yazılı məktubları mövcuddur.
33. Belə ki, işin 4-cü səhifəsində olan xx.xx.2022-ci il tarixli məktubda cavabdeh iddiaçıya yazır ki, “... tərəfimizdən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi “2909” bağın ərazisinə uyğundur.”
34. İşin 6-cı səhifəsində olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda deyilir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 3155/2908 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X9 və İstismarı Birliyi ilə Zəkiyeva X3 (sənəddə olduğu kimi) arasında bağlanmış 24 fevral 1992-ci il tarixli, 14156 saylı müqavilə idarənin arxivində mövcuddur.”
35. İşin 62-63-cü səhifələrində olan cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı iddiaçının iddiasına dair yazıl ı etirazında bildirilir ki, “Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur.”
36. İşin 79-81-ci səhifələrində olan cavabdehin birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından yazdığı apellyasiya şikayətində göstərilmişdir ki, “Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur.”
37. Məhkəmə kollegiyası xüsusi olaraq cavabdehin 3 (üç) qısa cümlədən ibarət kassasiya ş ikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər əsassızdır.
38. Belə ki, cavabdeh yenə də təkrarlayır ki, “iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur.”
39. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bağların bölgüsünə dair sxematik xəritənin tərtib edilməsi iddiaçının səlahiyyətinə aid olmayan məsələdir, bu cavabdehin və onun hüquqi sələflərinin vəzifəsidir və burada iddiaçını nədəsə günahlandırmaq tam əsassızdır.
40. Digər tərəfdən, cavabdehin “torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur” yazması da hər hansı hüquqi məna kəsb etmir.
41. Belə ki, o zamanlar bağlar standart ölçüdə 0,25 hektar və şəkildə (formada) istifad əyə verilirdi ki, buna görə də bağların ərazilərin, məhz sxematik qaydada biribirinə uyğun gəlməsi təbiidir.
42. Diqqət yetirməlidir ki, cavabdeh kassasiya şikayətində yazmır ki, iddiaçının istifadəsində olan bağ sahəsi “2909” saylı bağın sahəsi ilə üst-üstə düşür.
43. Daha sonra cavabdeh kassasiya şikayətində göstərir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi, 2908 nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, hazırda **********61 reyestr nömrəsi ilə X4 xüsusi mülkiyyətindədir.”
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, iddiaçının iddiası 2908 nömrəli bağ sahəsi ilə deyil, 3155/2908 nömrəli bağ sahəsi ilə bağlıdır.
45. Nəhayət, cavabdeh kassasiya şikayətində göstərir ki, “apellyasiya instansiyası məhkəmə si tərəfindən yuxarıda qeyd olunan hallar ətraflı araşdırılmamış, ekspertiza keçirilməmişdir.”
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır.
47. Belə ki, iş üzrə ekspertiza təyin etmək məhkəmənin hüququdur, vəzifəsi deyildir (İPM-in 1.2, MPM-in 97-ci maddələri).
48. Digər tərəfdən, cavabdeh tərəfindən nə birinci instansiya, nə apellyasiya instansiyası məhkəməsində ekspertiza keçirilməsinə dair hər hansı bir vəsatət verilməmişdir.
49. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən işin halları tam olaraq araşdırılmış və iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilmişdir.
50. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 3155/2908 nömrəl i bağ sahəsi keçmiş X5 və İstismarı Birliyi ilə Zakiyeva (Babayeva) X15 arasında bağlanmış icarə müqaviləsi əsasında sonuncuya məxsus olmuşdur, həmin şəxs xx.xx.2017-ci ildə vəfat etmişdir, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 3155/2908 nömrəli bağ sahəsinə dair ölmüş adamın adına çıxarış verilməsi xahiş edilmişdir. Lakin nə notariusun, nə də iddiaçının həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
51. Həmçinin apellyasi ya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından, təqdim edilmiş sənədlərdən, o cümlədən mübahisəli sahənin “Ortofoto”sundan və şahid ifadələrindən müəyyən edilmişdir ki, iddiaçının yuxarıda istinad olunan hüquqmüəyyənedici sənədlər əsasında mərhum anasına məxsus olmuş torpaq sahəsi X4 və X7 adına mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsi(2908 nömrəli bağ sahəsi) ilə üst-üstə düşmür, iddiaçının iddia etdiyi bağ sahəsinin nömrəsinin sxematik xəritəyə uyğunlaşdırılması isə cavabdeh orqanın vəzifəsidir. Bununla yanaşı iddiaçının iddia etdiyi torpaq sahəsinin daxilindən torpaq yol keçir.
52. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməm əli, apellyasiya məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2246/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.