Məhkəmə qərarları › İş №2-1(102)-816/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-816/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-816/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (arayışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı 2010-cu ildən 2016-cı ilə qədər İddiaçı dövlət tərəfindən ayrılan kommunal xidmət haqlarının (işıq, su, qaz) üçün ödənişlərin cavabdeh tərəfindən hara ödənilməsi barədə illəri göstərilməklə arayı şın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-960/2020 nömrəli iş üzrə 04.11.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 may 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı 2010-cu ildən 2016-cı ilə qədər İddiaçı dövlət tərəfindən ayrılan kommunal xidmət haqlarının (işıq, su, qaz) üçün ödənişlərin cavabdeh tərəfindən hara ödənilməsi barədə illəri göstərilməklə arayışın verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı Böyük vətən müharibəsi iştirakçısı olub. 1993-cü ilin dekabrında Suraxanı rayonunda dünyasını dəyişib. İddiaçı 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə Suraxanı rayonunda məskunlaşmışdır. Oğlunun evi darısqal həm də oğlu 2-ci qrup əlil olduğu üçün orada yaşaya bilməyib. 2009-cu ilə qədər Suraxanı rayonunda yaşadığı kommunal güzəştlərdən də orada istifadə etmişdir. 2009-cu ilin iyun ayından Suraxanı rayonundan qeydiyyatdan çıxıb və bunu 1057 saylı 23.10.2013-cü il tarixli arayışla təsdiq edir. 2009-cu ilin iyun ayında da Nəsimi rayon Qaçqın və Məcburi Köçkünlər şöbəsində kommunal kartı ilə qeydiyyata durmuş və bütün kommunalları Nəsimi rayonundan ödənilib. Bunu 273 saylı 27.08.2013-cü il tarixli arayışla təsdi q edir. Azərbaycan X3 tələbə şəhərciyinin direktoru tərəfindən 5-ci korpus 303-cü otaqda yaşadığını 1221 saylı 27.08.2013-cü il tarixli arayışla təsdiq edir. Yataqxanada yaşayan bir qrup qonşular və 5 saylı korpusun komendantı Nadir Nadirov tərəfindən yazılmış aktla təsdiq edir. Lakin köçürülmə vaxtı Köçürülmə komissiyasının sədri Elman İsmayilov bildirdi ki, iddiaçının adına Suraxanı rayonunda 4042/60 ev 3, mənzil 8-də kommunal ödənilib. İddiaçının kommunal kartı Nəsimi rayonundadır bütün kommunalları Nəsimi rayonundan ödənilib, lakin Elman müəllim əhəmiyyət vermədi. İddiaçı Suraxanı İşıq idarəsindən arayış təqdim etdi ki, 2009-cu ilə qədər kommunalları Suraxanı rayonundan ödənilib, sonra başqa əsassız bəhanələrə keçdilər. İddiaçı dəfələrlə keçmiş baş nazirin müavini Əli Həsənov yoldaşa ə rizə ilə müraciət etsə də ərizəsinə baxılmadan komitəyə göndərilir onlar da hər dəfə bir cavab verirlər ki, Suraxanı rayonunda kommunal xidmətlərdən istifadə etdiyiniz üçün evlə təmin olunmamısınız, ya da köçürülmə vaxtı orada olmadığınız üçün evlə təmin olunmamısınız; siyahı illər əvvəl tərtib olunub ili göstərmirdilər. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il fevral ayında verilmiş sərəncama əsasən siyahı tərtib edilmiş həmin vaxt iddiaçı Nəsimi rayonunda yaşamış və kommunalları oradan ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.12.2019-cu il tarixli, 21(81)-3650/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə İddiaçı 2010cu ildən 2016-cı ilə qədər ona d övlət tərəfindən ayrılan kommunal xidmət haqları (işıq, su, qaz) üçün ödənişlərin cavabdeh tərəfindən hara ödənilməsi barədə illər üzrə göstərilməklə məlumatın (arayışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 26, 50, 60-cı maddələrinə, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 11-ci maddələrinə, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2, 2.3, 10.1, 14.1, 21.1-ci maddələrinə, İPM-nin 15.1, 52, 68.1, 68.2-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia tələbi əsaslıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 04.11.2020-ci il tarixli, 2-1(103)-960/2020 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Vidadi Məmmədov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 11.12.2019-cu il tarixli, 2-1(81)-3650/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 1.2, 2.2.3, 34.1-ci maddələrinə, MPM-nin 82.3-cü maddəsinə, 01 yanvar 2017-ci il tarixədək qüvvədə olmuş Nazirlər Kabinetinin 15 nömrəli 2002-ci il 22 ya nvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın 3, 4, 5-ci bəndlərinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçı belə məlumat tələb etməkdə haqlı deyil. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə ö hdəlik qoyur.

9. AR Konstitusiyasının 57-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

10. AR Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 11. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilmədi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir.

12. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 13. "İnformasiya əldə etmək Haqqında" Azərbaycan Respub likasının Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə» etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs: sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 14. "İnformasiya əldə etmək Haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər ş ərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 15. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; sənədin üzünün köçürülməsi; informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 16. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən, İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunu n bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 17. 01 yanvar 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın 3, 4, 5-ci bəndlərinə əsasən də, həmin məlumatları yəni müvafiq kommunal və sairə xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdi m edir. Beləliklə də həmin məlumatlar cavabdehdə ola-ola onu qəsdən vermir.

18. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 2-l(103)960/2020 nömrəli qərarının ləğv edilməsini iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

21. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

23. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04.11.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hall arının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

26. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, kasasiya şikayətinin əksər hissəsini maddi və prosessual hüquq normalarının sadalanması təşkil edir ki, həmin hüquq normaları ümumi və deklarativ xarakter daşımaqla, həmin hüquq normalarının işin konkret hər hansı bir hallarına uyğun gəlməməsi göstərilməmişdir.

27. Sadəcə olaraq kasasiya şikayətində 01.01.2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın 3, 4, 5ci bəndlərinə istinadən iddiaçı yazır ki, “həmin məlumatları, yəni müvafiq kommunal və sairə xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərin hazırlayıb təqdim edir. Beləliklə də həmin məlumatlar cavabdehdə ola-ola onu qəsdən vermir”.

28. İddiaçının faktiki yeganə olan bu dəlilini əsasız hesab edir.

29. Belə ki, iddiaçının əsaslandığı Qaydaların müddəalarında cavabdehin sözügedən məlumatlar barədə ödəniş sənədlərin cavabdeh tərəfindən Maliyyə Nazirliyinə hazırlayıb təqdim etməsi nəzərdə tutulmuş, yeri gəlmişkən, iddiaçı özü də bunu kasasiya şikayətində qeyd etmişdir.

30. Digər tərəfdən, Qaydalarda cavabdehin sözügedən məlumatın başqa hər hansı bir təşkilata və ya şəxslərə verilməsi müəyyən edilməmişdir.

31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya i nstansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Asya Nuriyevanın cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı ya Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksində ya da başqa mənzillə təmin olunma barədə iddiası olmuşdur. Bakı şəhəri İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(81)-239/2019 nömrəli həmin inzibati iş məhkəmə kollegiyası tərəfindən tələb edilmişdir. Qeyd olunan inzibati işin materialları nəzərdən keçirilərkən məlum oldu ki, iddiaçı Asya Nuriyevanın cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı ya Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksində ya da başqa mənzillə təmin edilməsi barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in 2-1(81)-239/2017 nömrəli, 17 aprel 2017-ci il tarixli qərarı ilə rədd edilmiş və həmin qərar apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

32. Həmin inzibati işə sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası tərəfindən baxılarkən qəbul edilmiş 2-1(102)2967/2019 nömrəli, 19 noyabr 2019-cu il tarixli qərarda qeyd edilmişdir ki, cavabdehin mövqeyinə görə, faktiki köçürülmə zamanı iddiaçı kommunal xərclərdən ünvan 1 ünvanında istifadə etmişdir. Cavabdeh 4 aprel 2019-cu il tarixli məktubunda iddiaçının dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal xidmətlər üzrə güzəştlərdən 2014cü ilə kimi ünvan 2 ünvanında istifadə etdiyi bildirilmişdir. Məktuba Azərenerji, xxxx və Azəriqazla bağlı ayrı-ayrı illərin məlumatları əlavə edilmişdir. Əlavəyə görə iddiaçı ilə bağlı Azərenerji tərəfindən 2009, 2010, 2011 və 12-13-cü illər üçün, xxxx tərəfindən 2010, 2011, 2012 və 2013-cü illər üçün, Azəriqaz tərəfindən 2009, 2010, 2011, 2012 və 2013-cü illər üçün kommunal xərclər Qaraçuxur 4042/60 ev, 3/8 ünvanına köçürülmüşdür. İddiaçı üçün ödənilən kommunal xərclərin Qaraçuxur 4042/60 ev 3/8 ünvanına köçürülməsi onun həmin illərdə qeydiyyatda olduğu yerdə yaşamamasını təsdiq edir.

33. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın 02/581 saylı 04.04.2019-cu il tarixli məktubuna əsasən iddiaçının ona dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal xidmətlər üzrə güzəştlərdən 2014-cü ilə kimi ünvan 3 ünvanında istifadə etdiyi Komitə tərəfindən müəyyən edil mişdir. Köçürmə komissiyası tərəfindən Asya Nuriyevanın Azərbaycan X3 yataqxanasında dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal güzəştlərdən istifadə etməməsi və yaşamaması müəyyən edildiyindən o, mənzillə təmin edilməmişdir. Həmçinin kommunal xidmətlər siyahısından çıxarışla 2009, 2010, 2011, 2012 və 2013-cü illər üzrə “Azərenerji”, “xxxx” ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçı üçün ünvan 3 ünvanı üzrə kommunal xidmətlərin ödənildiyi təsdiqlənmişdir.

34. Beləliklə, Azərbaycan X3 yataqxanasının tələbə şəhərciyində faktiki yaşayan məcburi köçkün ailələri Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksinə köçürülmüş, iddiaçı isə faktiki köçürülmə obyektində yaşamadığından yaradılmış Köçürülmə Komissiyası tərəfindən mənzillə təmin olunmam ış və onun məcburi köçkün ailələri üçün nəzərdə tutulan kommunal xidmətlərə görə güzəşt limitindən yaşadığı ünvan 4 ünvanında istifadə edilmişdir.

35. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, apelyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, 01 yanvar 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 nömrəli 2002ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın 3-cü bəndinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və ə raziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər.

36. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü ü zrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir.

37. Həmin Qaydanın 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. Həmin Qaydanın 5-ci bəndinə əsasən istehlakçıların istifadə etdikləri kommunal və digər xidmət haqları bu Qaydanın 4-cü bəndinə əsasən onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyə-mühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə aşağıdakı kimi ödənilir: elektrik enerjisindən istifadə haqqı – “Azərenerji”, “xxxx” Açıq Sə hmdar Cəmiyyətinə və Naxçıvan Muxtar Respublikasının X1; şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı – xidmət idarələrinə, o cümlədən “xxxx” Səhmdar Cəmiyyətinə, rayon (şəhər) su təsərrüfatı idarələrinə; təbii qaza görə istifadə haqqı – Dövlət Neft Şirkətinə; telefondan istifadə haqqı (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla)- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə; digər xidmətlər (məişət tullantılarının daşınması və s.) üzrə – müvafiq xidmət təşkilatlarına.

38. Bu baxımdan apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş kommunal xidmətlərin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə aid edilməmişdir. Yəni, qanunvericiliyin normaların a görə, faktiki istehlakçı olan məcburi köçkünlərin siyahısı məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən təsdiq edilərək Komitəyə təqdim olunur, Komitə isə müvafiq maliyyə-mühasibat sənədlərini hazırlayaraq müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

39. Belə olan halda apelyasiya məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı ona dövlət tərəfindən ayrılmış kommunal xidmət haqları ödənişinin cavabdeh orqan tərəfindən ödəniş illəri göstərilməklə hara ödənilməsi barədə məlumatlar Komitədə olmadığı halda bu barədə Komitədən müvafiq məlumatın (arayışın) verilməsini tələb etməkdə haqlı deyil.

40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə k ollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04.11.2020ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 21(103)-960/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar