Məhkəmə qərarları › İş №2-1(102)-816/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-816/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-816/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; cavabdeh kimi qoyulmuş orqanın bu iddia üzrə cavabdehlik daşımalı olub-olmaması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənzil növbəsinə götürülməni n bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)-862/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2020-ci il 17 iyun tarixli, 166 nömrəli məktubu ilə məhkumluğu olan bir qrup hərbi qulluqçunun adlı siyahısı Komissiyaya təqdim edilmiş və iddiaçının adı həmin siyahıda göstərildiyi üçün “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzil növbəsindən çıxarılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzillə təmin olunmada köməklik göstərilməsini xahiş etmişdir.

3. Cavabdeh 3 mart 2021-ci il məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli, 166 nömrəli məktubla onun hərbi xidmət dövründə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 1997-ci il 12 dekabr tarixli Hökmü ilə Cinayət Məcəlləsinin 17-ci və 171-ci maddəsinin 1-ci hissəsinə əsasən məhkum olunduğu barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmiş və bununla bağlı Maliyyə Nazirliyinin 2021-ci il 11 fevral tarixli, 11/xx-xx-1020 nömrəli məktubu ilə ona məlumat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 18 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək verilmiş mənzilin sənədləşdirilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbiri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq ona X1 dövlət hesabına bina 3, giriş 83, mərtəbə 5-də yerləşən 4 otaqlı, 2 saylı mənzilin ayrılmasına dair qərarla götürüldüyü mənzil növbəsindən çıxarılmağına dair cavabdehin qərarının qanunsuz hesab edilməsini xahiş etmişdi r.

6. Bakı İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(112)-5124/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildən 2019-cu ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrində Döyüş bölgəsində xidmət etmişdir. Halhazırda ehtiyatda olan mayordur. 2019-cu ilin dekabr ayında onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciət əsasında ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində mənzil ayrılmış, lakin 2020-ci ildə evlər sənədləşdirildikdə o, yenidən müraciət etdikdə ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli, 166 nömrəli məktubla onun hərbi xidmət dövründə Hərbi Dəniz Qüvvələri Hərbi Tribuna lının 1997ci il 12 dekabr tarixli Hökmü ilə Cinayət Məcəlləsinin 17-ci və 171-ci maddələrinin 1-ci hissəsinə əsasən məhkum olunduğu barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmiş və bununla bağlı Maliyyə Nazirliyinin 2021-ci il 11 fevral tarixli, 11/xx-xx-1020 nömrəli məktubu ilə ona məlumat verilmişdir”. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 19 avqust 2020-ci il tarixli, 11/05-139-4065 nömrəli məktubuna əsasən mənzil verilməsi barədə məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına uyğun olar aq mənzil növbəsindən çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanında göstərilir ki, 20 il və 20 ildən daha artıq qüsursuz xidmət edənlərə mənzil verilir. 1997ci il dekabr ayından 1998-ci ilin may ayına kimi həbs olunsa da amnistiya olunmuşdur və sonradan həmin vaxtdan 2019-cu ilin aprel ayına qədər qüsursuz və nümunəvi xidmət etmişdir. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlar və pul mükafatı almışdır. 25 iyun 2004-cü il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) Yubiley Medalı ilə təltif olunmuşdur. 19 iyul 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Yubiley Medalı ilə, 24 iyun 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi Yubiley Medalı ilə, 24 iyun 2013-cü ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə, 24 iyun 2014-cü ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə, 26 iyun 2013-cü ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə, 26 fevral 2019-cu ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuşdur. O, Əfqanıstan veteranı, Qarabağ və Silahlı Qüvvələrin veteranıdır. Bütün yuxarıda göstərilənlər onun vətənə, dövlətə, yüksək xidmətinin bariz nümunəsidir. Qüsursuz 20 il xidmət etməsi ona mənzil verilməsinə maneçilik törətmir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində 20 ildən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi üçün ona mənzil verilməsini xahiş etmişdir. Prosessual qanunvericiliyi n tələblərinə görə prosesdə tərəflər iddiaçı, cavabdeh, üçüncü şəxs ola bilər. İddia tələbinin yönəldiyi və iddiaya cavab verməli olan fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maliyyə Nazirliyi iddiaya cavab verməli tərəf olmadığı halda onun üzərinə hər hansı öhdəlik də qoyula bilməz. Ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə əsasən dəymiş zərər o halda təmin edilə bilər ki, bu iddia həmin zərəri vurana yönəlmiş olsun, eyni zamanda zərərvuranın hərəkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olsun. İndiki halda Maliyyə Nazirliyinin iddiaçıya zərər dəyməsinə səbəb olan heç bir hərəkəti olmadığından iddianın Maliyyə Nazirliyinə yönəldilməsi yanlışdır və mümkün deyildir. Belə ki, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və müvafiq qaydada təsdiq edilmiş dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ın mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 2020-ci il 17 iyun tarixli, 166 nömrəli məktubla iddiaçının hərbi xidmət dövründə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 1997-ci il 12 dekabr tarixli hökmü ilə Cinayət Məcəlləsinin 17-ci və 171 -ci maddəsinin 1-ci hissəsinə əsasən məhkum olunması barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmiş və bununla bağlı Maliyyə Nazirliyinin müvafiq məktubları ilə iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunan Fərmanda nəzərdə tutulan şəxslərin kateqoriyasına bərabər tutula bilməz. Belə ki, məhkumluğun olması hərbi xidmətin qüsursuz hesab edilməsini istisna edir.

9. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5124/2021 nömrəli qərarı (hakim X3) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının Bakı şəhəri X2 dövlət hesabına bina 3, giriş 83, mərtəbə 5-də yerləşən 4 otaqlı 2 saylı mənzilin ayrılmasına dair götürüldüyü mənzil növbəsinə bərpa olunması öhdəliyi cavabdehə həvalə olunmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 13 aprel 1992-ci ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 2 aprel 2019cu ildən səhhəti ilə bağlı tərxis olunmuşdur. 27 illik (27 il 02 ay 19 gün) xidm ət ilinin cəmi 4 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin sonradan xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyində görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, hərbi qulluqçunun hərbi xidmət dövründə məhkum edilməsi, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən öz xidmətini davam etdirməsi, hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün şərtləşdirilmiş “qüsursuz xidmət” anlayışına təsir etmir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)-862/2022 nömrəli qərardadı (hakimlər: X4 (sədrlik edən və məruzəçi) X5 və X6) ilə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, «Azərbaycan Respublikası Sil ahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının siyahısının tərtib olunması Komissiya üzvlərinə, o cümlədən Müdafiə Nazirliyinə həvalə olunmuş, müvafiq siyahı tərtib edildikdən sonra isə onun Komissiya sədri Maliyyə Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Komissiya sədri olan Maliyyə Nazirliyi ona təqdim olunmuş siyahı üzrə mənzillərin bölüşdürülməsini həyata keçirir. Bununla bağlı iddiaçının onun mənzil növbəsinə bərpa olunması tələbi üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlik daşımır. Cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının Mal iyyə Nazirliyi iddiaçının qeyd olunan iddia tələblərinə cavab verilməli orqan olmadığı halda, işə baxmış məhkəmə həmin orqana qarşı işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsi ilə bağlı düzgün qənaətə gəlməmişdir.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılması, komissiyanın sədrinin Azərbaycan Respublikasının maliyyə naziri olması təsbit olunmuşdur. Göründüyü kimi, yaradılmış komissiya sədri Azərbaycan Respublikasının Maliyyə naziri olduğundan iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbində cavabdeh olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qoyulması qanuni və əsaslıdır.

16. Həmçinin mübahisələndirilən qərardadda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına 15 n oyabr 2021-ci il tarixdə edilmiş dəyişikliklərə görə Azərbaycan Respublikasının Maliyyə Naziri Komissiyanın sədri, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma va Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi Məsələlər şöbəsinin müdirinin müavini Komissiyanın üzvləri olaraq qeyd olunmuş, adı çəkilən Fərmanda Komissiyaya siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə almaq, hazırlamaq siyahısını Azərbaycan Resp ublikasının Maliyyə Nazirliyinə təqdim etməyin tapşırıldığı, siyahı tərtib edildikdən sonra isə onun Komissiya sədri Maliyyə Nazirliyinə təqdim edilməsinin nəzərdə tutulduğu qeyd olunmuş, bununla bağlı iddiaçının onun mənzil növbəsinə bərpa olunması tələbi üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin cavabdehlik daşımadığını vurğulamışdır. Sözügedən Fərmana edilmiş dəyişikliklər iddiaçının məhkəmədə iddia qaldırmasından sonrakı dövrə düşür. Bütün bu dəyişikliklərə baxmayaraq yenə də cavabdeh qismində Maliyyə Nazirliyinin seçilməsi qanunidir. Çünki Fərmana edilmiş dəyişikliklərdə də komissiya sədrinin Azərbaycan Respublikası Maliyyə naziri olması qeyd olunmuşdur. Odur ki, bu kimi məsələlər ilə bağlı yaranmış mübahisələrin həlli zamanı komissiya üzvləri və Komissiyaya sədrlik edən Az ərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlik daşıyır. Həmçinin analoji işlərdə də cavabdeh orqan olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınmışdır, bununla bağlı məhkəmə qərarları qəbul edilərək icra olunmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət qərardadın ləğv edilməsinə münasibətdə mümkün hesab edilir.

20. Birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasına dair tələbə gəldikdə, həmin məzmunda tələbin həlli İPM-lə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmədiyindən, şikayət həmin hissədə mümkünsüzdür.

21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət qərardadın ləğv edilməsi hissəsində təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının siyahısının tərtib olunması Komissiya üzvlərinə, o cümlədən Müdafiə Nazirliyinə həvalə olunmuş, müvafiq siyahı tərtib edildikdən sonra isə onun Komissiya sədri Maliyyə Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Komissiya sədri olan Maliyyə Nazirliyi ona təqdim olunmuş siyahı üzrə mənzillərin bölüşdürülməsini həyata keçirir. Bununla bağlı iddiaçının onun mənzil növbəsinə bərpa olunması tələbi üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlik daşımır.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda əsaslandırmasını iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. 25. “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsinin (Aidiyyət) müddəalarına əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər (4.1). İnzibati orqan müraciətə baxıl ması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur (4.2). İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (4.3.).

26. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən, ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədl əri səlahiyyətli inzibati orqana göndərməlidir.

27. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən, ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir.

28. İşdən göründüyü kimi, cavabdeh müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmadığını müstəqil şəkildə müəyyən edərək, ərizəni başqa inzibati orqana göndərməməklə iddiaçının müraciətinə baxmaqda özünü səlahiyyətli hesab etmiş, müraciətə mahiyyəti üzrə baxaraq müraciətin təmin olunmasından imtina etmiş, bunun səbəbi kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2020-ci il 17 iyun tarixli, 166 nömrəli məktubu ilə məhkumluğu olan bir qrup hərbi qulluqçunun adlı siyahısının Komissiyaya təqdim edildiyini və iddiaçının adının həmin siyahıda göstərildiyi üçün “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının adının mənzil növbəsindən olan şəxslərin siyahısından çıxarılması barədə də məlumat vermişdir (iş v. 26).

29. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanla (15 noyabr 2021-ci il tarixli, 1476 №-li Fərmanla edilmiş əlavə və dəyişikliklərlə) dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması həmin F ərmana əsasən yaradılmış Komissiyaya tapşırılmış, Komissiyanın katibliyi funksiyalarının həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir.

30. Bu qeyd olunanlar, həmçinin iddiaçıya səlahiyyətli Komissiyanın adından verilən cavabların məzmunu (həmçinin, bax: iş v. 29) nəzərə alındıqda, məhkəmə iddia ərizəsində cavabdehin adının düzgün göstərilməsində (ərizənin məzmunun dəqiqləşdirilməsində) iddiaçıya yardım göstərməli olduğu halda, bunu etməmişdir.

31. Beləliklə, hazırkı məzmunda iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İPM-in 12.1, 13, 35.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qərardad ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(103)-862/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasına dair hissədə mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar