Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-816/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya xəstəliyi nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-368/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAD3C göndərişi əsasında xx.xx.2018-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra əlilliyin təyininə əsas verən dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyinə görə müayinə “Əlillik” altsistemində etibarsız edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyi nəzərə alınaraq barəsində müvafiq əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət ürək xəstəliyindən əziyyət çəkir. Nəticədə 2012-ci və 2018-ci ildə “koronar angioplastika” əməliyyatı olmuşdur. Əməliyyatlardan sonra tam sağalmamışdır. Hal-hazırda ürək qismən işləyir. Daimi dərman müalicəsi almaq məcburiyyətindədir. İddiaçı sonuncu dəfə 2021-ci ilin fevral ayında “Akademik C.Abdullayev” adına Elmi-Tədqiqat İnstitutunda müalicədə olarkən ürəyinin qismən fəaliyyət göstərdiyi bildirilmişdir. Müayinə aktına əsasən ürəyin aorta kökü qalınlaşıb, sol mədəciyin sistola-diasto lik ölçüləri artıb. Sol mədəciyin lokal yığılması pozulub-zirvə diskinetikdir, ön-çəpər, çəpər akinetikdir, zirvədə divarboyu tromb formalaşıb. Sol mədəciyin sistolik funksiyası azalıb, LVEF-39%. Sol qulaqcıq, sağ kameralar N daxilindədir. MÇ-2 perikard infarktdır. İddiaçı xəstəlik sənədləri və müayinəmüalicə sənədləri əsasında ona əlillik təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı təkrar müraciət etdikdə şəxsi müayinə olunmadan, müayinə-müalicə sənədlərinə baxılmadan ona əlillik təyin edilməsindən imtina edilmişdir.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Steno kardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
6. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: üix - qeyri stabil stenokardiya, so l mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
7. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə; meyar: 2.2. iki nci dərəcə əlillik => digər: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
8. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0344003AAJWV saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Ü.İ.X: Qeyri-stabil stenokardiya. İİİ f.s.İnfarktdan sonrakı kardioskleroz (2012) Stendləşmə əməliyyatından sonrakı vəziyyət (2012və 2018). Sol mədəciyin zirvə nahiyyəsinin anevrizması və həmin nahiyyənin trombozu, Ağırl aşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlıgı İİ funksional sinif. AF- 39% Qan dövranı çatmamazlıgı İİ mərhələ, Yanaşı xəstəliklər Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, Koronar angioplastikası stent əməliyyatlarından(2012 və 2018 ) sonrakı vəziyyət. Ətraf arterialarının aterosklerozu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2012-ci ildən sonra xəstə bu günə qədər heç bir stasionar müalicələr almamışdır, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.
9. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tar ixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntular ının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
10. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsis tem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti al tsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
11. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.
12. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-338/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddianın təmin edilməsi, iddiaçıya xəstəliyi nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, vətəndaş İddiaçı hazırkı vəziyyətini əks etdirən diaqnozla əlaqədar onun mütəmadi müayinə və müalicəyə ehtiyacı vardır, belə ki, tibbi praktikada xroniki ürək xəstəli kləri tam müalicə olunmurlar, ürəyində açıq cərrahi əməliyyat aparılmış və ya ürək damarlarına stent qoyulmuş şəxslər mütəmadi müxtəlif dərman preparatları qəbul edir, əgər vəziyyəti ağırlaşarsa müvafiq ixtisas sahəsi üzrə həkimə (kardioloqa) müraciət edib əlavə müalicə olunurlar. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğ v edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-368/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və iyul məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Forma 88 arayışında xəstə haqqında ətraflı məlumat verilməmiş, status localis ətraflı doldurulmamış və 2012-ci il tarixdən xəstə olmasına baxmayaraq, heç bir stasionar müalicədə olmamışdır. Bundan əlavə arayışda qeyd edilənlər 11 dərəcə qan dövranı çatışmazlığını təsdiq etmir.
19. Bununla yanaşı analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-l(102)-1561/2022 nömrəli qərarında da (35-ci bənd) əlilliyin təyin olunması üçün şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicə müddətinin gözlənilməli olduğu qeyd olunmuşdur.
20. Beləliklə, iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı barədə göndəriş qiymətləndirilərkən həm natamam doldurulmuş həm də, iddiaçının 2012-ci ildən stasionar müayinə olunmaması müəyyən edilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.
21. Belə ki, İddiaçı 2012-ci ildən əlilik dərəcəsi aldıqdan sonra heç bir stasionar müalicə almamasına rəğmən və status localis ətraflı doldurulmamasına rəğmən məhkəmə ona əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
22. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənə dlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlilliyi bərpa etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz.
23. İddiaçı barəsində əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müv afiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ver ilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya ş ikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsəl ələrin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya mə hkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Hazırkı işin hallarına əsasən, xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
33. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 03 44003AAJWV saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Ü.İ.X: Qeyri-stabil stenokardiya. İİİ f.s.İnfarktdan sonrakı kardioskleroz (2012) Stendləşmə əməliyyatından sonrakı vəziyyət (2012və 2018). Sol mədəciyin zirvə nahiyyəsinin anevrizması və həmin nahiyyənin trombozu, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlıgı İİ funksional sinif. AF- 39% Qan dövranı çatmamazlığı İİ mərhələ, Yanaşı xəstəliklər Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, Koronar angioplastikası stent əməliyyatlarından (2012 və 2018 ) sonrakı vəziyyət. Ətraf a rterialarının aterosklerozu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2012-ci ildən sonra xəstə bu günə qədər heç bir stasionar müalicələr almamışdır, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.
34. Bundan sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “iddiaçıya xəstəliyi nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının əlillik dərəcəsini ləğv etməmiş, dayandırmamış və etibarsız hesab etməmişdir. Sadəcə olaraq iddiaçının əlillik müddəti 2021-ci ilin yanvar ayında bitdiyinə görə iddiaçı ona növbəti də fə əlilliyin təyin edilməsi ilə bağlı fevral 2021-ci il tarixində cavabdehə müraciət etmiş və cavabdeh iddiaçıya məhz növbəti əlillik dərəcəsinin təyinatı ilə bağlı imtina etmişdir.
36. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona təyin edilmiş əlilliyin bərpasını deyil, növbəti dəfə əlilliyin təyin edilməsini tələb etməkdə haqlıdır.
37. Beləliklə məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilərək, İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmi n edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 21(107)-368/2022 nömrəli qərarı dəyişdirilsin. İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.