Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-816/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüquqların qeydə alınması və çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların daşınmaz əmlakın dövlət reye strində qeydiyyatına alınaraq, çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2792/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 261 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində yerləşən 140 kv m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş Ş.A.Almadatovanın mülkiyyətinə verilmişdir.
2. Ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin planı və tikinti layihəsi Binəqədi RİH başçısının xx.xx.2002-ci il tarixli, xx-xx/1538 saylı razılıq məktubuna əsasən RİH-in memarlıq xidməti tərəfind ən razılaşdırılmışdır.
3. Vətəndaş Ş.A.Almadatova xx.xx.2003-cü il tarixli ərizə ilə müraciət edərək, maddi vəziyyətinin çətinliyi ilə əlaqədar tikinti işləri aparmaq iqtidarında olmadığını bildirməklə, M.Ə.Rəsulzadə Bələdiyyəsinin onun adına verdiyi xx.xx.2002-ci il tarixli, 261 saylı qərarın ləğv olunmasını və qeyd olunan torpaq sahəsinin yaxın qohumu, İddiaçı Rəfail qızının adına sənədləşdirilməsini xahiş etmişdir.
4. M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən Ş.A.Almadatovanın adına verdiyi xx.xx.2002-ci il tarixli, 261 sayı qərar ləğv edilərək M.Ə.Rəsulzadə Bələdiyyəsinin ərazisində (hüdudları daxilində) M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində yerləşən mübahisəli 140 kv.m. torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti lay ihəsi əsasında M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 354 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı Rəfail qızına (iddiaçıya) satılmışdır.
5. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin planı tərtib edilmişdir. M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində 0,014 ha torpaq sahəsinin dəyəri ödənilərək İddiaçı Rəfail qızı (iddiaçı) ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında torpaqların alqısatqısına dair akt imzalanaraq təsdiq edilmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 140 kv.metr torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək qeyd etmişdir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. Həmçinin sözügedən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 140 kv.metr torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddiaçının əsaslandırması:
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ilin axırlarında M.Ə. Rəsulzadə qəsəbəsində torpaq sahəsi alıb həyət evi tikdirmək qərarına gəlmişdir. Həmin rayon ərazisində bir neçə torpaq sahələrinə baxmışdır və növbəti Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində, Davudoğlu küçəsində yerləşən 140 kv.metr olan torpaq sahəsini bəyənmişdir. Həmin sözügedən torpaq sahəsin i almaq qərarına gəlmişdir. İddiaçı sözügedən torpaq sahəsini almaq üçün və həmin torpaq sahəsinə vaxtı ilə Ş.A.Almadatovaya verilmiş qərarına dəyişiklik edərək, həmin sözügedən torpaq sahəsinin iddiaçının adına dəyişdirilməsinə dair qərar verməsinə dair xx.xx.2003-cü il tarixdə, Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət etmişdir.
11. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 354 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə torpaq sahəsinin satılması haqqında qərar verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqların alqısatqısına dair xx.xx.2004-cü il tarixli dövlət aktı verilmişdir.
12. İddiaçı xx.xx.2022-ci il tar ixli Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasını cavabdehə ərizə ilə rəsmi müraciət etmişdir.
13. Cavabdeh tərəfindən müəmmalı cavablar verilmiş, eyni qaydada məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi sayılmadığını qeyd etmişlər. Bu, bir daha təsdiq edir ki, cavabdeh hardasa onun müraciəti ilə razılaşmışdır. Cavabdeh imtina kimi saymasa da, lakin həmin sözügedən torpaq sahəsinin və onun üzərində olan tikilinin sənədləşdirilməsinə şifahi müraciətdə imtina etmişlər. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində yerləşən 140 kv.metr torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlə t reyestrində qeydiyyatına alınaraq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdehin etirazları:
14. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş cizgidə dəqiq istinad və məsafələr və perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin, sözügedən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci m addəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********44 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və xx.xx.2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1375/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarına istinad etməklə torpaq sahəsi ilə bağlı rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Odur ki, müvafiq rəylərin al ınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
18. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddə sinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
19. Cavabdeh inzibati orqanın “iddiaçı tərəfindən təqdim edilmiş cizgidə dəqiq istinad və məsafələr və perimetrik ölçülər qeyd edilməmişdir” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torp aqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. 20. “Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir” iddia dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********15 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi və Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrini özündə əks etdirən bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi səbəbindən dövlət mülkiyyəti torpağı hesab edilməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tər əfindən təsdiq edilməməsi iddiaçının təqsiri deyil, həmin əsasla mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilə bilməz.
21. Məhkəmə onu da qeyd edir ki, cavabdehin qeyd etdiyi kimi iddiaçıya məxsus torpaq sahəsi bələdiyyə torpaqlarına aid olmayan torpaq sahəsi olsaydı, onda həmin torpaq dövlət mülkiyyəti olmaqla mübahisəli torpaq sahəsinin ayrılması səlahiyyəti Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə aid olardı. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli məktubundan göründüyü kimi, Binəqədi rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinin bələdiyyə ilə müqavilə əsasında satılmasına etiraz etməmişdir.
22. Həmçinin “sözügedən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubli kası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir” dəlilinə əsasən məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
23. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;.
24. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir.
25. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək yalnız fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir, yəni torpağa dair hər hansı hüquqların qeydiyyatı tələbi mövcud deyil.
26. Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 7980-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.
27. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
28. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən inşa edilən tikilinin, tikintisinə icazə tələb olunan tikinti obyektləri, yoxsa məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri olmasını müəyyən edib nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparmamışdır. Qanunvericiliyə görə, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan binanın tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
29. Həmçinin, xx.xx.2023-cü il tarixli 4-6/1-9159/23 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fərdi yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə uyğun inşa edilmişdir.
30. Beləliklə, təqdim edilmiş bələdiyyə qərarı əsasında iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq inşa edildiyindən (Binəqədi RİH xx.xx.2002-ci il tarixli, 1525/1538 saylı məktubu ilə memarlıq xidməti tərəfindən razılaşdırıldığından) həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata almaqla müvafiq çıxarışın verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.
31. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2792/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1375/2023 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbini təmi n edən birinci instansiya məhkəməsi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair araşdırma aparmamış, məhkəmə qərarında buna istinad etməmişdir. İşin hallarından aydın görünür ki, sözügedən tikili 2003-cü ildə tikilmişdir. Müvafiq qanunvericiliyə əsasən, 2013-cü ilin yanvarın 1-dək olan tikililər üçün torpaq sahəsinə dair icarə, istifadə və ya mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim edilməsi zəruridir. Halbuki, iddiaçının həmin torpaq sahəsinə dair icarə, istifadə və ya mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair sübutlar təqdim edilməmişdir.
34. İddiaçı tərəfindən apellyasiya araşdırması zamanı X2 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssis rəyi təqdim edilərək, iddiaçının sahibliyində olan torpaq sahəsinin bələdiyyə torpaq sahəsi olmasının həmin rəylə təsdiq edildiyini b ildirmişdir. Apellyasiya şikayətinin isə əsası məhz sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumatın aşkar edilməməsi ilə bağlıdır.
35. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, onun hansı mülkiyyət növündə torpaq sahəsinə aid olması üzrə fəaliyyət peşəkar lisenziya tələb edən bir fəaliyyət olduğundan mütəxəssis rəyini həyata keçirmiş mütəxəssisin (MMC-nin) belə səlahiyyətə malik olmasına dair sübutlar təqdim edilməmişdir. İş materialları ilə mütəxəssisin belə səlahiyyətə malik olması aydın görünmür.
36. Həmçinin iş materiallarından görünür ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmiş, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş cizgidə dəqiq istinad və məsafələr və perimetrik ölçülər qeyd edilməmişdir. Belə olan halda, sözügedən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
37. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
38. Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə poz ulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalı, iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fərdi yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə uyğun inşa edilmişdir.
39. Cavabdehin “torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir” imtina dəlili ilə bağlı iddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbayc an Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarına istinad etməklə torpaq sahəsi ilə bağlı rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə gör ə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
40. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzə rdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
41. Cavabdeh inzibati orqanın “iddiaçı tərəfindən təqdim edilmiş cizgidə dəqiq istinad və məsafələr və perimetrik ölçülər qeyd edilməmişdir” imtina dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. 42. “Torpaq sahə sinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir” iddia dəlilinə münasibətdə məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********15 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi və Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrini özündə əks etdirən bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi səbəbindən dövlət mülkiyyəti torpağı hesab edilməsi qeyd edilmişdir. Bələdiyyə xəritələrinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsi iddiaçının təqsiri deyil, həmin əsasla mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilə bilməz. İddiaçı onu da qeyd edir ki, cavabdehin qeyd etdiyi kimi iddiaçıya məxsus torpaq sahəsi bələdiyyə torpaqlarına aid olmayan torpaq sahəsi olsaydı, onda həmin torpaq dövlət mülkiyyəti olmaqla mübahisəli torpaq sahəsinin ayrılması səlahiyyəti Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə aid olardı. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli məktubdan göründüyü kimi Binəqədi rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinin bələdiyyə ilə müqavilə əsasında satılmasına etiraz etməmişdir.
43. Həmçinin, “sözügedən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir” iddia dəlilinə əsasən məhkəmə qeyd edir ki, “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:... 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edi lmiş qaydada etibarsız hesab olunduqda;
44. İddiaçı iddia tələbini dəqiqləşdirərək yalnız fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir, yəni torpağa dair hər hansı hüquqların qeydiyyatı tələbi mövcud deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Qeyd edirik ki, iddiaçı tərəfindən inşa edilən tikilinin, tikintisinə icazə tələb olunan tikinti obyektləri, yoxsa məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri olmasını müəyyən edib nəticəsindən asılı ola raq hüquqi qiymətləndirmə aparmamışdır. Qanunvericiliyə görə, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan binanın tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmçinin, xx.xx.2023-cü il tarixli 4-6/1-9159/23 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fərdi yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1- ci maddəsinin tələblərinə uyğun inşa edilmişdir. Beləliklə, təqdim edilmiş bələdiyyə qərarı əsasında iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq inşa edildiyindən (Binəqədi RİH xx.xx.2002-ci il tarixli, xx-xx/1538 saylı məktubu ilə memarlıq xidməti tərəfindən razılaşdırıldığından) həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata almaqla müvafiq çıxarışın verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.
45. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə və istinad olunan maddi hüquq normalarına əsasən İddiaçı Rəfail qızının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
46. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;... 48. “İnzibati icraat haqqınd a” Azərbaycan Respublikasının Qanunu: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin v erilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında bax ılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
51. Apelly asiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
52. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
53. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilmə lidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. 54. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İn zibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
55. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçının əsaslandığı bələdiyyə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edilir. 56. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
57. M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 354 nömrəli qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
58. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunve ricilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2.2-ci maddəsində yerli özünüidarə orqanlarının aktları qanunvericilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üz ərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.”.
59. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, o cümlədən iddiaçının dəlillərini və iddiaçının müraciətinin təmin olunmasından cavabdehin imtinasının əsaslarını, həmçinin apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd olunan qanunvericilik aktlarının müddəaları və Konstitusiya Məhkəməsinin istinad olunan qərarlarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmaqla tədqiq etməli, həmin hallara dair sübutları tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
60. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
61. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2792/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndəri