Məhkəmə qərarları › İş №2-1(102)-817/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-817/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-817/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (fərdi yaşayış evinə sərəncamın verilməsi, iddianın mümkün sayılmaması) Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “inşa edilmiş fərdi yaşayış evinin ilkin rəsmiləşdirməsi ilə bağlı evin mövcud vəziyyətinə dair sərəncam verilməsi və eskiz layihəsinin təsdiq edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(103)-3130 /2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2012-ci ildə inşa etdiyi və uzun müddət istifadəsində olan evin sənədlərini (torpağın istifadəyə ayrıllması ilə bağlı bələdiyyə qərarından çıxarış, torpağa ödənilən ödəniş qəbzi, torpağın eskizi, fərdi yaşayış evinin lisenziyalı memar tərəfindən tərtib olunmuş eskiz layihəsi, Mərdəkan qəsəbə nümayəndəliyinin məktubu, İH-in məktubu) toplayaraq ilkin qeydiyyata alınması üçün Xəzər RİH-ə fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsini və ilkin mövcud vəziyyətə uyğun qeydiyyata alınması ilə bağlı sərəncam verilməsini xahiş etmişdir.

2. Xəzər RİH fərdi yaşayış evinin ilkin-mövcud vəziyyətə uyğun olaraq qeydiyyata alınması ilə bağlı sərəncam vermək və eskiz layihəsini təsdiqləməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RİH-ə qarşı «inşa edilmiş fərdi yaşayış evinin ilkin rəsmiləşdirilməsi ilə bağlı evin mövcud vəziyyətinə dair sərəncam verilməsi və eskiz layihəsinin təsdiq edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, uzun müddətdir ünvan 1 ünvanda 2012-cu ildə inşa etdiyi evdə yaşayır. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı fərmanlara və mülki qanunvericiliyə əsaslanaraq 2012-ci ildə inşa etdiyi evin sənədləşdirilməsi ilə bağlı 16 may 2016-ci ildə Mərdəkan bələdiyyəsinə müraciət edə rək uzun müddət istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa etdiyi evin sənədləşdirilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Mərdəkan Bələdiyyəsi də uzun müddət həmin evin sənədləşdirilməsi barədə Bakı şəhəri Xəzər RİH-ə müraciət edərək istifadəsində olan torpaq sahəsini və onun üzərində inşa etdiyi evin sənədləşdirilməsinə razılıq verilməsi barəsində rəy verilməsini xahiş etmişdir. RİH də öz növbəsində bələdiyyənin müraciətini müsbət cavablandıraraq istifadədə olan torpaq sahəsini onun mülkiyyətinə verilməsinə 8 iyul 2016-ci tarixli 754 saylı cavab məktubu ilə etiraz etməmişdir. İddiaçı bundan sonra 2012-ci ildə inşa etdiyi və uzun müddət istifadəsində olan evin sənədlərini (torpağın mülkiyyətə və istifadəyə ayrılması ilə bağlı bələdiyyə qərarından çıxarış, torpa ğa ödənilən ödəniş qəbzi, torpağın eskizi, fərdi yaşayış evinin lisenziyalı memar tərəfindən tərtib olunmuş eskiz layihəsi, Mərdəkan qəsəbə nümayəndəliyinin məktubu, İH-in məktubu) toplayaraq ilkin qeydiyyata alınması üçün Xəzər RİH-ə fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsini və ilkin mövcud vəziyyətə uyğun qeydiyyata alınması ilə bağlı sərəncam verilməsini xahiş etmişdir. Lakin Xəzər RİH müvafiq Fərman və tövsiyyələri nəzərə almadan, heç bir əsas olmadan, uzun müddət istifadədə olan fərdi yaşayış evinin ilkin-mövcud vəziyyətə uyğun olaraq qeydiyyata alınması ilə bağlı sərəncam vermək və eskiz layihəsini təsdiqləməkdən imtina etmişdir. İmtina məktubu ötəri və mahiyyətə oyğun olmadan tərtib olunmuşdur. Xəzər RİHin verdiyi F-13-032, 16 may 2021-ci il tarixli imtina cavabı he ç bir qanuna əsaslanmır, verilən ərizənin mahiyyətinə uyğun deyil, süni əngəl yaradır. Fərman və sərəncamlarla yanaşı, həm də mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq icra hakimiyyətinə təqdim edilən sənədlərə və istinad olunmuş qanun normalarına əsaslanaraq iddiaçı hesab edir ki, uzun müddət istifadəsində olan torpağının üzərində 2012-ci ildə inşa etdiyi, yaşadığı fərdi yaşayış evinin ilkin-mövcud vəziyyətə uyğun olaraq sərəncam və eskiz layihəsini təsdiq etməli idi. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar buna imkan verir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 n ömrəli Fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Həmin Fərmana, digər mülki qanunvericilik aktlarına əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqları əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinin tələbinə əsasən hüquq və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə və onlarla bağlan an müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 72-ci maddələrinə, Mülki Məcəlləsinin 152.1, 157.8, 240-cı maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 75, 80-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9-cu maddəsinə, İPM-in 33, 43, 35, 36-cı maddələrinə əsaslanaraq, iddiaçının Bakı şəhəri Mərdəkan Bələdiyyəsi tərəfindən 27 may 2016-ci il tarixdə istifadəsinə ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin il kin rəsmiləşdirilməsi ilə bağlı fərdi yaşayış evinin mövcud vəziyyətinə dair sərəncam verilməsi və eskiz layihəsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

5. Bakı İnzibаti Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadı (hakim R.Kərimli ) ilə iddia mümkün sayılmamışdır.

6. Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbinə cavab verilməsi müvafiq yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olunmadığından iddia mümkün sayılmamalıdır.

7. Azərbaycan Respublikasının şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi müvafiq meyarlara (ölçü, mərtəbəliyi və s. baxımından) cavab verən fərdi yaşayış ev lərinin tikintisi ilə bağlı “tikintiyə icazə” sənədinin alınmasını deyil, məlumatlandırma icraatının həyata keçirilməsini nəzərdə tutur. Məlumatlandırma icraatı isə, fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur və bununla bağlı müraciətə baxmaq və müvafiq tədbir görməkdə səlahiyyətli qurum kimi yerli icra hakimiyyəti orqanı müəyyən edilir. Hazırkı işin hallarına görə iddiaçı əvvəlcədən hər hansı razılıq və icazə almadan inşa olunmuş tikiliyə dair layihənin təsdiq edilməsi və həmin evin ilkin rəsmiləşdirilməsi ilə bağlı mövcud vəziyyətinə dair sərəncam verilməsini tələb edir ki, bu da yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddi açının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır.

8. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(103)-3130/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Aida Hüseyn ) qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8198/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci insta nsiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğundur. Bundan başqa qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsində işə baxarkən məhkəmə kollegiyası işin hərtərəfli, ədalətli araşdırılması üçün lazımı şərait yaratmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Şəhərsalma və Tikinti Məcəlləsi Maddə

74. Tikint isinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə

80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsikl ərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2 barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. (-). Maddə 80.4 sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul a ktı;

15. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 1.3 -cü bənd...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bənd. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini.yoxlamalıdırlar. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

19. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir.

20. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırki iddia tələbinə cavab verilməsi müvafiq yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olunmadığından iddia mümkün sayılmamalıdır.

21. Apellyasiya məhkəməsi qərardadında Azərbaycan Respublikası Şəhərsal ma və Tikinti Məcəlləsinə istinad edərək bildirmişdir ki hazırkı işin hallarına görə iddiaçı əvvəlcədən hər hansı razılıq və icazə almadan inşa olunmuş tikiliyə dair layihənin təsdiq edilməsi və həmin evin ilkin rəsmiləşdirilməsi ilə bağlı mövcud vəziyyətinə dair sərəncam verilməsini tələb edir ki, bu da yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid deyil.

22. İşdə olan sənədlərə görə həyətyanı torpaq sahəsi iddiaçının istifadəsindədir və həmin torpaq sahəsində yaşayış evini 2012-ci ildə inşa etmişdir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsinə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsa slar icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktıdır.

24. İddiaçının iddia tələbindən biri fərdi yaşayış evinin ilkin rəsmiləşdirilməsi ilə bağlı evin mövcud vəziyyətinə dair sərəncamın verilməsidir.

25. Həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun, həm də Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına görə işin hazırkı vəziyyətində yaşayış evinin tikintisinə rayon icra hakimiyyəti tərəfindən sərəncam verilməsi nəzərdə tutulmamış, rayon icra hakimiyyətinin belə səlahiyyəti olmamışdır.

26. Odur ki, iddianın bu hissəsində iddianın mümkün say ılmamasında apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

27. Yuxarıda qeyd edilən qanunvericiliyə görə iddiaçının vəziyyətində fərdi yaşayış evinə hüququn qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktının olması vacibdir.

28. İddiaçı ikinci tələbində yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

29. İddiaçının inşa etdiyi yaşayış evinin eskiz layihəsi 13 may 2016-cı il tarixdə verilmiş lisenziya əsasında səlahiyyətli olan memar tərəfindən təsdiq edilmişdir.

30. İddiaçının məhkəməyə qədər cavabdehə belə məzmunda müraciət etməsi işdən görünmür. Lakin cavabdeh 16 may 2021-ci il tarixli məktubunda iddiaçıya bildirmişdir ki, fərdi yaşayış e vinin məlumatlandırılması barədə ərizəsinə baxılmışdır. Ərizədə qeyd edilən məsələ ilə bağlı müvafiq sənədləri toplayıb qeydiyyat orqanına müraciət edilməsi tövsiyə edilir.

31. Apelyasiya məhkəməsi iddiaçının ikinci tələbi ilə bağlı araşdırma aparmamış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin və Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulan tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölməsinin təsdiq olunmasını öyrənməmiş, qanunvericiliyin müddəalarına uyğun iddiaçının tələbinə münasibət bildirməmiş, həmçinin İPM-in 13-cü mad dəsinin tələbləri apelyasiya məhkəməsi tərəfindən yerinə yetirilməmişdir.

32. İPM-in 12, 13 və 58-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərardadı iddia tələbinin eskiz layihəsinin təsdiq edilməsinin mümkün sayılmaması hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

33. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin oluns un. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3130/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı iddia tələbinin eskiz layihəsinin təsdiq edilməsinin mümkün sayılmaması hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardad iddia tələbinin evin mövcud vəziyyətinə dair sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinin mümkün sayılmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar