Məhkəmə qərarları › İş №2-1(102)-817/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-817/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-817/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılaraq icarə müddətinin 25 il göstərməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılaraq icarə müddətinin 25 il göstərməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-715/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X5 ilə Xızı rayonunun Fındığan bələdiyyəsi arasında bağlanmış 05 dekabr 2002-ci il tarixli icarə müqaviləsi əsasında 48 ha torpaq sahəsi 25 il müddətinə X3 icarəsinə verilmişdir.

2. Keçmiş DTXK-nin Xızı rayon şöbəsi tərəfindən H.Ağamalıyevə verilən ”Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3038 saylı şəhadətnamədə torpağın icarədə olma müddəti 15 il göstərilmişdir.

3. X6 vəfat etdikdən sonra onun vərəsəsi olan İddiaç ı buraxılmış texniki səhvin aradan qaldırılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, həmin orqanın xx.xx.2021-ci il tarixli **********91 saylı cavab məktubu ilə iddiaçının müraciətini yerinə yetirməkdən imtina edilmiş, Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə istinad edilməklə icarə müddəti başa çatdığından mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən sənədləşdirilmə aparılması tövsiyə olunmuşdur.

4. Cavabdehin xx.xx.2019-cu və xx.xx.2022-ci il tarixli məktublarında da eyni əsaslarla iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə Xızı rayonu Fındığan bələdiyyəsi arasında 48 ha torpaq sahəsi ilə bağlı 25 (iyirmi beş) il müddətinə 05 dekabr 2002-ci ildə bağlanmış icarə müqaviləsi əsasında X12 Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN3038 seriyalı (Kod ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə hüquqlarının dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılaraq icarə müddətinin 25 il göstərməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. iddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Xızı rayonu Fındığan Bələdiyyəsi ilə iddiaçının atası X6 arasında bağlanmış 05 dekabr 2002-ci il tarixli müqaviləyə əsasən 48 ha örüş sahəsi 25 il müddətinə atasının icarəsinə verilmişdir. Atası bu barədə 21 aprel 2013-cü il tarixli Torpaqdan istifadə hü ququna dair Şəhadətnamə almışdır ( JN-3038 KOD ********). Atası 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. Hazırda o atasının icarə hüquqlarına vərəsəlik hüquqlarını həyata keçirmək üçün müraciət edəndə məlum olmuşdur ki, şəhadətnamə verilərkən səhv olaraq icarə müddəti 25 il əvəzinə 15 il göstərilmişdir. O bu barədə olan texniki səhvin düzəldilməsi üçün Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, həmin orqan mənim müraciətinə müsbət cavab vermədiyi üçün məhkəməyə müraciət etmişdir.

7. Cavabdehin öz imtina məktubunda qanuna etdiyi istinad da səhv olmuşdur. Belə ki, məktubda istinad edilən AR TM-nin 16.4. maddəsində bu tip torpaqların icarə müddətinin adətən 15 il olması göstərilmişdir. Lakin həmin maddi norma icarə müqaviləsinin daha artıq olmasını istisna etməmişdi r və bu torpağın mülkiyyətçisinin öz maraqlarına uyğun artırıla və ya azaldıla bilər. Cavabdehin bu müqavilənin müddətinə hər hansı bir müdaxiləsi yolverilməzdir. Vaxtilə Torpaq Komitəsi səhvə yol verərək icarə müddəti 25 illik olmasına baxmayaraq, şəhadətnamədə bu müddəti 15 il göstərmişdir. İndi onun ərizəsi əsasında cavabdeh bu səhvi aradan qaldırmalı və icarə müddəti 25 il göstərilməklə ona yeni şəhadətnamə verməlidir. Bundan imtina üçün isə heç bir hüquqi əsas mövcud olmamışdır. Vaxtilə Torpaq Komitəsində yol verilmiş bu texniki qüsur hazırda atasından qalma torpağa dair vərəsəlik hüquqlarının qeydə alınmasına maneçilik göstərir. Belə ki, 2002-ci ildə 25 il müddətinə icarəyə verilmiş torpağın şəhadətnaməsində səhvən icarə müddəti 15 il göstərildiyinə görə belə çıxır ki, guya atasını n icarə hüquqlarının müddəti bitmişdır. Amma müqavilə 25 illik olduğu üçün bu icarə hüququnun əsl müddəti 2027-ci ilə qədərdir. Ona görə də onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün bu texniki səhv aradan qaldırılmalıdır. cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mül kiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.4 maddəsinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq on ildən on beş ilədək verilə bilər. Bundan əlavə, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-3038 nömrəli şəhadətnamə ilə icarə müddəti başa çatdığından hərrac və ya müsabiqənin keçirilməsi üçün bələdiyyəyə müraciət etməyiniz tövsiyə olunur. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1302/2022 nömrəli, 13 sentyabr 2022ci il tarixli qərarı ilə (sədrlik edən hakim C.B.Məmmədov) iddia təmin edilmiş, X7 ilə Xızı rayonun Fındığan bələdiyyəsi arasında 48 ha torpaq sahəsi ilə bağlı 25 il müddətinə 05 dekabr 2002-ci ildə bağlanmış icarə müqaviləsi əsasında X12 Komitəsi-nin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-3038 seriyalı (Kod ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə hüquqlarının dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılaraq icarə müddətinin 25 il göstərməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təhkim aktına görə, 25 il müddətinə torpaq sahəsinin Həmdulla Mövlud oğluna icarəyə verilməsi ilə razılaşaraq həmin ərazini idd iaçının atasına təhvil vermişdir. Nəzərə alınmalıdır ki, DTXK, o cümlədən onun hüquqi sələfi olan DƏDRX qeydiyyat orqanlarıdır və həmin təşkilatların vəzifəsi yaranmış hüquqları qeydiyyata almaqdan ibarətdir. Başqa sözlə, DTXK-nın yaranmış hüquqa müdaxilə etmək, yəni müqavilənin qüvvədə olma müddətinin azaltmaq və ya artırmaq hüququna malik deyil. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqument ilə razılaşmaq olmaz.

11. Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən (yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri) hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək müəyyən oluna biləcəyi halda 25 il müddətinə icarəyə verilməsinin qanunsuz olduğu ilə bağlı cavabdeh təşkilatın gətirdiyi 2-ci arqum entə münasibətdə məhkəmə qeyd edir ki, həmin bənddə torpaq sahəsinin bir qayda olaraq on ildən on beş il müddətinə verilə bilməsi öz əksini tapmışdır. Yəni qanunverici həmin müddətin artıq göstərilməsini torpaq icarə müqaviləsinin tərəflərinin iradə ifadəsindən asılı edir. Bununla da həmin normanın imperativ xarakterli olmaması müəyyən olunur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-715/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli (hakimlər Z.T.Məmmədov - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və F.Ə.Məmmədov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məh kəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə icarə münasibətləri 21 aprel 2003-cü ildə yaranaraq 15 il müddətinə müəyyən olunmuş, bununla bağlı JN3038 KOD 3********) nömrəli “Torpaqdan istifadə hüququna dair” Şəhadətnamə verilmişdir, deməli xx.xx.2018-ci il tarixinədək qüvvədə olmuşdur. Belə olan halda isə göstərilən maddi hüquq normasına əsasən icarə müqaviləsi yal nız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Hazırkı iş üzrə isə heç bir torpaq hərracı və ya müsabiqəsi keçirilməmişdir. Daha sonra məhkəmə kollegiyası tərəfindən iddiaçının hər il torpaq icarə haqqının ödənilməsini təsdiq edən sübutlara istinad edilməmişdir.

17. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, həmin Qanununun (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.5-ci maddəsinə (12 dekabr 2008-ci il tarixinədək qüvvədə olan redaksiyası) və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən) tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “m üvafiq icra hakimiyyəti orqanlan”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Hazırki iş üzrə məhkəmə kollegiyası nəzərə almamışdır ki, X4 Xızı rayonu, Fındığan bələdiyyəsi ərazisində 48 ha örüş sahəsi müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi olmadan Xızı rayonu Fındığan Bələdiyyəsi tərəfindən ayrılmışdır. Bununla da torpağın ayrılması qaydası pozulmuşdur.

18. Həmçinin məhkəmə kollegiyası nəzərə almamışdır ki, JN-3038 KOD 3********) nömrəli “Torpaqdan istifadə h üququna dair” 21 aprel 2003-cü il tarixli Şəhadətnaməyə əsasən 48 ha torpaq sahəsinin icarə müddəti 15 (on beş) il müəyyən edilmişdir. İcarəçi X1 şəhadətnaməni almış, icarənin 15 il müddətinə dövlət qeydiyyatına alınmasını bilməklə bununla razılaşmış və mübahisələndirməmişdir.

19. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, JN-3038 KOD ********* nömrəli "Torpaqdan istifadə hüququna dair” 21 aprel 2003-cü il tarixli Şəhadətnaməyə əsasən 48 ha örüş torpaq sahəsinin icarə müddəti 15 (on beş) il müəyyən edilməklə xx.xx.2018-ci il tarixində bitmiş, X2 isə 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. Belə olan halda göstərilən maddi hüquq normasının tələbinə əsasən icarə hüququ İddiaçı keçmir.

20. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hüquqların dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

21. Məhkəmə kollegiyası İPM-in 35.1-ci maddəsinə əsasən prosessual hüquq normasının pozuntusuna yol verərək nəzərə almamışdır ki, İddiaçı hazırkı iddianın qaldırılması üçün subyektiv hüququ yoxdur. Belə ki, JN-3038 KOD ********* nömrəli “Torpaqdan istifadə hüququna dair” 21 aprel 2003-cü il tarixli Şəhadətnaməyə əsasən 48 ha örüş to rpaq sahəsinin icarə müddəti 15 (on beş) il müəyyən edilməklə xx.xx.2018-ci il tarixində bitmiş, X2 isə 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.12-ci maddəsinə əsasən icarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir. Belə olan halda icarə hüququ İddiaçı keçmir, deməli onun iddia qaldırmaq hüququ yoxdur, buna görə də məhkəmə kollegiyası iddianın mümkünsüzlüyü barədə qərardad çıxarmalı idi. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının ( yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəm əsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükd ə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

29. İş materiallarına əlavə edilmiş Fındığan Bələdiyyəsinin “torpaq sahəsinin icarəyə verilməsi barədə” 05 dekabr 2002-ci il tarixli 12 №-li qərarı ilə torpaq sahəsi 25 il müddətinə iddiaçının atası Həmdulla Ağamalıyevə icarəyə verilmiş, icarə müqaviləsi Fındığan Bələdiyyəsinin həmin qərarı ilə təsdiq edilmiş, qərarda və müqavilə göstərilən torpaq sahəsi 5 dekabr 2002-ci il tarixli təhkim aktına əsasən Həmdulla Ağamalıyevə təhvil verilmişdir.

30. Fındığan Bələdiyyəsinin 05 dekabr 2002-ci il tarixli 12 №-li qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edilir. 31. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

32. Fındığan Bələdiyyəsinin 05 dekabr 2002-ci il tarixli 12 №-li qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

33. Beləliklə, iddiaçının yuxarıda istinad edilən hüquq normalarından irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsi nin qərarının ləğvinə əsas vermir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-715/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar