Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-817/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2920/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 603 saylı sərəncamının surətindən görünür ki, “Bakı Su Kəməri” İstehsalat İdarəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlıq cəmiyyətinin 40 nəfər üzvlərinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahələri ayrılmışdır.
2. Bağçının üzvlük ki tabçasından görünür ki, iddiaçı “Bakı Su Kəməri” İstehsalat idarəsində işləmiş və bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi xx.xx.1992-ci il tarixli 3 №-li protokola əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sahəsi 600 kv.m olan bağ sahəsi ayrılmışdır. 3. “Bakı Su Kəməri” İstehsalat İdarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli, 3 №-li protokolundan çıxarışdan görünür ki, iddiaçıya bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 41 saylı bağ sahəsi ayrılmışdır.
4. İddiaçıya məxsus xx.xx.1968-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı “Bakı Su Kəməri" İstehsalat İdarəsində işləmişdir.
5. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialını n 26 aprel 2022-ci il məktubu ilə məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, “Bakı Su Kəməri" İstehsalat İdarəsi Həmkarlar Təşkilatının və bağçılıq kooperativinin arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 3 saylı protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq birliyi nəzdində 600 kv.m torpaq sahəsi olan 41 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlıq birliklərinə ayrılmış ərazilərə dair sxematik xəritə mövcud deyil. Həmçinin “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq birliyinə dair qovluqda birliyi n üzvlərinin siyahısı aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 41 saylı 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı “Bakı Su Kəməri” İstehsalat İdarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 3 №-li protokolundan çıxarışa və bağçının üzvlük kitabçasına əsasən bağçılıq-yoldaşl ıq cəmiyyətinin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində ayrılmış sahəsi 600 kv.m olan 41 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 603 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 40 nəfər bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinə bağ sahələrinin ayrılması qeyd olunmuşdur. İddiaçı “Bakı Su Kəməri” İstehsalat İdarəsində çilingər vəzifəsində çalışmış və 1992-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul olunaraq 03 nömrə li 18 iyun 1992-ci il tarixli protokoldan çıxarışa əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 41 nömrəli 600 kv.m sahəyə bağçılıq kitabçası verilmişdir. Həmin vaxtdan bu günə kimi həmin bağ sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh müraciətini cavabsız qoymuşdur. Hesab edir ki, cavabdehin hərəkətsizliyi iddiaçının mülkiyyət hüquqlarını pozur.
10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, 1 saylı Bakı Ərazi idarəsinin arxivində “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı, bölgü sxemi, həmçini n İdarənin elektron baza məlumatlarında “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq təsərrüfatına dair məlumat aşkar olunmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş sənədlər surətdir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********19 saylı cavab ünvanlanmışdır. 11. ünvan 1ixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, iddiaçının “Bakı Su Kəməri” İstehsalat İdarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli, 3 №-li protokolundan çıxarışa və bağçının üzvlük kitabçasına əsasən bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində ayrılmış sahəsi 600 kv.m olan 41 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrind ən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara olunmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “Bakı Su Kəməri" İstehsalat İdarəsində işləmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 603 saylı sərəncamı ilə “Bakı su kəməri” İstehsalat idarəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 40 nəfərə torpaq sahəsi ayrılmışdır. “Bakı su kəməri” İstehsalat idarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 3 №-li protokoluna əsasən iddiaçıya 41 saylı bağ sahəsi ayrılmışdır və müvafiq üzvlük kitabçası verilmişdir.
13. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xah iş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2920/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin dən göstərilən bağ sahəsi digər bağlarla birlikdə ümumi hasar daxilindədir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlər surətdir. 19. 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Bakı Su Kəməri” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı, bölgü sxemi, həmçinin İdarənin elektron baza məlumatlarında “Bakı Su Kəməri” bağçılıq yoldaşlıq təsərrüfatına dair məlumat aşkar olunmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində və yuxarıda qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz ə mlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 23. “Daşınmaz əmlakın dövlət reyest ri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyy atı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki tor paqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Qanunda istifadə olunmuş əs as anlayışlar... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.... Maddə
15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələb lərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.... Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.... Maddə
20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ v ardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə
45. İnzibati icraatda sübutlar 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.... Maddə
47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9
4. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İn san Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın, etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd olunmasını zəruri hesab edir.
34. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhə r İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 603 saylı sərəncamının surətinə əsasən, “Bakı Su Kəməri” İstehsalat İdarəsinin nəzdində yaradılmış bağçılıqyoldaşlıq cəmiyyətinin 40 nəfər üzvlərinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahələri ayrılmışdır. “Bakı Su Kəməri” İstehsalat İdarəsi həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1992-ci il tarixli 03 nömrəli protokolundan və Bağçının üzvlük kitabçasından görünür ki, iddiaçıya Sabunçu rayonu, Nardaran qəsəbəsində sahəsi 600 kv.m olan 41 saylı bağ sahəsi ayrılmışdır və həmin bağ sahəsi onun istifadəsindədir.
35. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi ndən ibarətdir.
36. Məhkəmə kollegiyası iddianı əsaslı, cavabdehin imtinasını və kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, hazırkı qərarın 1-3-cü bəndlərində istinad olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməməklə həmin sənədlər ləğv edilməmiş, etibarsız hesab edilməmişdir və hazırda qüvvədədir. Hansı ki, həmin sənədlər hazırkı qərarın 23-cü bəndində qeyd olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Belə olan halda, cavabdeh inzibati orqan hazırkı qərarın 25-ci bəndində qeyd edilən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməməklə, iddiaçının mülkiyy ət hüququnun dövlət qeydiyyatına alınmasından əsassız imtina etmişdir.
37. Bundan əlavə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın sənədlərin aşkar edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, sənədlərin arxivdə saxlanılmamasına görə iddiaçı deyil, əksinə cavabdeh məsuliyyət daşıyır. Belə ki, həmin sənədlərin qorunub saxlanması cavabdeh inzibati orqanın vəzifələrinə daxildir.
38. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-2920/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.