Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-818/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə (hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X5) qarşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X5nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X5nə (bundan sonra cavabdeh) qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-187/2021 saylı, 2 fevral 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş 215387 saylı diploma əsasən iddiaçı 2018-ci ildə həmin universiteti bitirmiş, “maliyyə və kredit” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 25 iyul 2018-ci il tarixdə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
2. Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş diploma əlavəyə əsasən iddiaçı 4 il 10 ay qiyabı formada təhsil almışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş B18 seriyalı 21538 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
4. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun təhsil aldığı universitetdə tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilmiş, diploma əlavədə tədris yükünün 30 faizini auditoriya dərslərinin təşkil etdiyi qeyd edilmişdir.
5. Cavabdeh tərəfindən Dövlət Sərhəd Xidmə tindən əldə edilmiş sərhədkeçmə haqqında məlumata əsasən iddiaçı təhsil aldığı müddət ərzində Xarkov şəhərində 2013-cü ildə 7 gün, 2014-cü gün 18 gün, 2015-ci gün 34 gün, 2016-cı ildə 37 gün, 2017-ci gün 46 gün, 2018-ci 42 gün müddətində olmuşdur. Qeyd edilən məlumatlara əsasən müəyyən olunur ki, iddiaçının 2013 və 2014-cü illər ərzində auditoriya dərslərində iştirakı tələb edilən normativdən az olmuşdur.
6. Cavabdeh 16 fevral 2019-cu il tarixli məktubla bildirmişdir ki, X13 adına Xarkov Milli İqtisad Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma da əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməs indəki icraat
7. İddiaçı 15 mart 2019-cu il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və X13 adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş B16 ******* nömrəli, 2018-cı il 30 iyun tarixli diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, iddiaçı 2013-cü il tarixdə X13 adına Xarkov Milli İqtisad Universitetinin maliyyə-kredit fakültəsinə daxil olmuş, 2018-ci il tarixdə təhsilini başa vurmuşdur. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında 2000-ci il martın 16-da Bakı şəhərində Saziş imzalanmışdır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə həmin ilin oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Nostrifikasiya və akkreditasiya idarəsinə sənədlərini elektron variantda təqdim etmişdir. 4 dekabr 2018-ci il tarixdə həmin İdarəyə dəvət olunmuş və müsabiqədən keçmişdir. Həmin təşkilat 14 fevral 2019-cu il tarixdə elektron variantda imtina məktubu göndərmiş, imtinaya səbəb kimi göstərmişdir ki, X13 adına Xarkov Milli İqtisad Universitetinin tədris normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əla vədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olmuşdur. Cavabdeh imtinasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndi ilə əsaslandırsa da həmin bənddə belə əsas göstərilməmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, imtina qanuni və əsaslıdır. Müəyyən olunmuşdur ki, iddiaçının sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na (bundan sonra mətndə - Qaydalar) uyğun gəlməd iyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyinə görə, Rusiya Federasiyasının X13 adına Xarkov Milli İqtisad Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən bildirmək olar ki, iddiaçı təhsil aldığı müddət ərzində dərslərdə və imtahanlarda iştirak etməmiş, təhsilalanın tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, imtahanları verməsi, sonda diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olması qeyri-mümk ündür.
10. X18 adına Xarkov Milli İqtisad Universiteti Xarici vətəndaşların hazırlıq fakültəsinin dekanatlığının 8 aprel 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası vətəndaşı iddiaçı 01.09.2013-cü ildən 30.06.2018-ci ilədək müddət ərzində Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində “Maliyyə və kredit” peşə istiqamətinin qiyabi təhsil forması üzrə təhsil alırdı. Tələbə istiqamətverici sessiyada iştirak etmədiyi halda universitetdə növbəti imtahan sessiyası üçün tapşırıqların verilməsi nəzərdə tutulmuşdur, bunun üçün universitetin işləyib hazırladığı təlim sistemlərindən istifadə edilir ki, onlar imtahan sessiyasına müstəqil hazırlaşmağa və, zərurət yarandıqda onlayn rejimdə də olmaqla, məsləhətlər almağa şərait yaradır. 11. 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-1594/2019 saylı iş) 10 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, X13 adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş 30 iyun 2018-ci il tarixli diplom üzrə ali təhsil sahəsində iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirilməkdə haqlı olmamışd ır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 13 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir.
13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X6məruzəçi, X10 və X11, 2-1(103)-2365/2019 saylı iş) 5 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
15. Apelyasiya instansiya məhkəməsi qərarında qeyd e tmişdir ki, iddiaçı 2013 və 2014-cü illərdə təhsil aldığı ölkədə az müddətdə olmasının üzrlü səbəblərdən baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən iddianın təmin edilməsi üçün faktiki şərtlərin mövcud olmadığı, cavabdeh orqanın tələbin təmin edilməsindən imtinasının əsaslı olduğu müəyyən olunur. c) Kasasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X12-məruzəçi, X7 və X2, 2-1(102)-646/2020 saylı iş) 3 iyul 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 5 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kasasiya instansiyası məhkəməsi qeyd etmiş dir ki, cavabdehin yaratdığı ekspert qrupu tərəfindən Qaydaların 3.7-ci bəndində təsbit olunmuş, mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığı (ona verilmiş səlahiyyətlərdən inzibati orqanın düzgün istifadə etdiyi) məhkəmə araşdırmasının predmeti olmamışdır. Bundan başqa, cavabdehin ekspert qrupunun iddiaçı barəsində tərtib etdiyi qeydiyyat vərəqəsində qeyd edilir ki, iddiaçı 2013-2018-ci illər ərzində qiyabi formada bakalavr təhsili alarkən İ il -05 gün, İİ il-05 gün, İİİ il 09 gün, İV il-01 ay 09 gün, V il 01 ay 13 gün müddətində həmin ölkədə olmuşdur. Halbuki, işdə olan sərhədkeçmə məlumatlarında fərqli məlumatlar göstərilərək iddiaçının 2013-cü ildə 7 gün, 2014-cü ildə 18 gün, 2015-ci ild ə 34 gün, 2016-cı ildə 37 gün, 2017-ci ildə 46 gün və 2018-ci ildə 42 gün müddətində ölkə sərhədindən çıxaraq Ukraynaya gedib-gəldiyi qeyd edilmişdir. Belə olan halda da, cavabdehin yaratdığı ekspert qrupu tərəfindən Qaydaların 3.7-ci bəndində təsbit olunmuş, mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığı məhkəmə araşdırmasının predmeti olmalıdır. Belə ki, cavabdeh imtina məktubunda iddiaçının tədris yükünü mənimsəməsinin mümkün olmadığını bildirsə də, mütəxəssis proqramı üzrə nəticələr və məzmunu haqqında məlumatı əks etdirən mütəxəssis diplomuna əlavənin 4-cü bəndində iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsi aydı n şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. c) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X14məruzəçi, X4 və X23, 2-1(103)-187/2021 saylı iş) 2 fevral 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən Dövlət Sərhəd Xidmətindən əldə edilmiş sərhədkeçmə haqqında məlumatdan görünür ki, iddiaçı təhsil aldığı müddət ərzində Xarkov şəhərində 2013-cü ildə 7 gün, 2014-cü gün 18 gün, 2015-ci gün 34 gün, 2016-cı ildə 37 gün, 2017ci gün 46 gün, 2018-ci 42 gün müddətində olmuşdur. Qey d edilən məlumata əsasən müəyyən olunur ki, iddiaçının 2013 və 2014-cü illər ərzində auditoriya dərslərində iştirakı tələb edilən normativdən az olmuşdur. Həmçinin, iddiaçı 2013 və 2014-cü illərdə hər il 1 dəfə semestr imtahanlarında iştirak etmişdir.
20. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2 fevral 2021-ci il tarixli qərarından 16 mart 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 15 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X5 ilə əvəz edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı i ştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
22. Qanunvericiliyin tələbinə görə, cavabdeh orqan iddiaçı barəsindən qəbul etdiyi inzibati aktın qanuniliyini təsdiq edən halların mövcudluğunu sübut etməyə borcludur. Yəni, iddiaçının diploma əlavədə göstərilən tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyünü sübut edən faktları məhkəməyə təqdim etməli idi. Lakin cavabdeh inzibati orqan belə bir sübutların olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə faktın olmamasına baxmayaraq, inzibati orqanın istinadının əsasını araşdırmamış, cavabdeh orqanın mülahizə əsasında verdiyi imtinasını mötəbər sübut kimi qəbul edərək, nəticədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan son ra mətndə - İPM) 12.1-ci maddəsinin tələblərinin pozulması ilə əsassız qərar qəbul etmişdir.
23. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən iddiaçının adına verilmiş diplomun ölkə ərazisində tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın və 3.7-ci bəndlərində göstərilən şərtlərə uyğun olub-olmamasını müəyyənləşdirməli olduğu halda, bunu etməmiş, apellyasiya məhkəməsinin əvvəlki mövqeyi ilə eyni mövqedə çıxış etməklə (iddiaçının həmin ölkədə az olması) qanunsuz qərar qəbul etmişdir.
24. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti aras ında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edilmişdir.
25. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir.
26. Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan Tərəfı Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
27. Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Res publikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.
28. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirilməkdə haqlı olmamışdır. Belə ki, AR NK-nın 13.05.2003-cü il tarixli 13 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir.
29. Cavabdeh tərəfindən imtina verilməsi üçün əsas hesab edilmiş qeyd edilən tələblər hazırki iş üzrə müəyyən edilməmişdir.
30. Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsının İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 31. “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
32. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xari ci ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.
35. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı ol madan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 36. “Təhsil haqqında” Qanun: Maddə
27. Təhsil haqqında dövlət sənədi 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əm ək fəaliyyətinə başlamaq üçün əsas sayılır. (-). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə
29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-). 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olma yan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. (-).
37. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 3 8. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
39. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalent liyi haqqında şəhadətnamələr verir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisası nın tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan b ir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
41. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş: 5-ci bənd. Azərbaycan Tərəfi Ukrayna Respublikasında ver ilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
42. İnzibati Prosessual Məcəllə: Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. K asasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
43. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmiş dir.
44. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İddiaçı 2013-cü il tarixdə X13 adına Xarkov Milli İqtisadiyyat Universitetinin maliyyə-kredit fakültəsinə daxil olmuş, 2018-ci il tarixdə təhsilini başa vurmuşdur. İddiaçı qiyabi formada təhsil almışdır.
47. İddiaçı diplom un tanınması üçün cavabdehə müraciət etmiş, cavabdeh tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması qənaətinə gəlib diplomu tanımaqdan imtina etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
48. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların və Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlər inin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş tələbləri apelyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir.
49. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
50. İddiaçı ilə bağlı qeydiyyat vərəqindən görünür ki, o, Xarkov Milli İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə 2013-2018-ci illərdə qiyabi formada bakalavr təhsili almışdır. İ il – 5 gün, İİ il- 5 gün, İİİ il- 9 gün, İV il -1 ay 9 gün, V il-1 ay 13 gün müddətində həmin ölkədə olmuş, diplom üzrə ixtisasının tanınması ilə bağlı ekspert qrupu tərəfindən ona mənfi rəy verilmişdir.
51. Ukrayna Təhsili və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti Xarici vətəndaşların hazırlıq fakültəsinin dekanatlığının 8 aprel 2019-cu il tarixli 41/1092 sa ylı məktubundan görünür ki, Azərbaycan Respublikası vətəndaşı olan iddiaçı 01.09.2013-cü ildən 30.06.2018-ci ilədək müddət ərzində Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində “Maliyyə və kredit” peşə istiqamətinin qiyabi təhsil forması üzrə təhsil alırdı. Tələbə istiqamətverici sessiyada iştirak etmədiyi halda universitetdə növbəti imtahan sessiyası üçün tapşırıqların verilməsi nəzərdə tutulmuşdur, bunun üçün universitetin işləyib hazırladığı təlim sistemlərindən istifadə edilir ki, onlar imtahan sessiyasına müstəqil hazırlaşmağa və, zərurət yarandıqda onlayn rejimdə də olmaqla, məsləhətlər almağa şərait yaradır.
52. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdehin ekspert rəyinə əsasən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan m üddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diplomun tanınmasından imtina olunmuşdur.
53. İddiaçı özü iddia ərizəsində bildirmişdir ki, 2013-cü ildə 6 gün, 2014-cü ildə 10 gün, 2015-ci ildə 6 gün, 2016-cı ildə 10 gün və 16 gün, 2017-ci ildə 25 gün və 16 gün, 2018-ci ildə 17 gün və 13 gün təhsil aldığı ali məktəbdə olmuşdur.
54. Cavabdehin Dövlət Sərhəd Xidmətindən əldə etdiyi sərhədkeçmə haqqında məlumatdan görünür ki, iddiaçı təhsil aldığı müddət ərzində Xarkov şəhərində ayrı-ayrı illərdə qısa müddətdə olmuşdur.
55. Qeyd edilən məlumatlara əsasən müəyyən olunur ki, iddiaçının 2013 və 2014-cü illər ərzində auditoriya dərslərində iştirakı tələb edilən normativdən az olmuşdur. Həmçinin, iddiaçı 2013 və 2014-cü illərdə hər il 1 dəfə semestr imtahanlarında iştirak etmişdir.
56. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində (sessiya dövründə) olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının sessiya müddətində təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.
57. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.
58. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının is ə aldığı ixtisasın mənimsənilməsi üçün tələb olunan müddətdə təhsil aldığı məktəbdə olmadığından aldığı təhsilin səviyyəsi qənaətbəxş olmadığından və bu Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlmədiyindən Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
59. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-187/2021 saylı, 2 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.