Məhkəmə qərarları › İş №2-1(102)-818/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-818/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-818/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətin geri götürülməsi, kassasiya icraatına xitam Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 02 mart 2022-ci il tarixli 2-1(103)-901/2022 nömrəli qərardadından "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kasasiya şikayəti ilə bağlı işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 6 mart 2018-ci il tarixli 178 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili q əbul edib haqqını ödəməyi öhdələrinə götürmüşlər. 2. "xxxx" Mənzil Tikinti Kooperativi mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi barədə 6 mart 2018-ci il tarixli 18-03A nömrəli kassa mədaxil orderinin qəbzi və maliyyə arayışı vermişdir.

3. İddiaçı mübahisəli mənzilin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üzrə cavabdehə ərizə ilə müraciət etmişdir.

4. Cavabdeh orqan 15 yanvar 2019-cu il tarixli məktubla hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsi səbəbindən iddiaçının tələbindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-679/2019 saylı iş) 25 yanvar 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur. 7. "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X1- sədrlik edən və məruzəçi, X2, X3, 2-1(103)-901/2022 saylı iş) 02 mart 2022-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək şikayətin qəbulundən imtina edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mümkün hesab etməməsini onunla əsaslandırmışdır ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraa tın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini vermiş "xxxx" Mənzil Tikinti Kooperativi hazırki iş üzrə tərəf olmamış və üçüncü şəxs kimi də məhkəmə icraatına cəlb edilməmişdir. Belə olan halda “proses iştirakçısı” statusunu qazanmayan şəxsin məhkəmə aktını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur.

10. Qərardaddan narazı qalan "xxxx" Mənzil Tikinti Kooperativi kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi, birinci instansiya məhkəməsinin qərarından "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şika yətinin mümkünlüyünə dair qərar qəbul edilməsini xahiş etmişdir. 11. "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə kollegiyasına ərizə təqdim edərək kassasiya şikayətindən imtina etdiyini, ona görə də kassasiya şikayətinin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər ha qqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. Kassasiya məhkəməsinin mövqeyi 13. "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə kassasiya şikayətindən imtina etdiyini və şikayətin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir. 14. "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayətindən imtina etməsi barədə ərizəsi nəzərə alınaraq kassasiya icraatına xitam verilməlidir.

15. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10, 97 və 98.1-cü maddələrini rəhbər tutaraq Qərara aldı: "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İd arəsinə qarşı iş üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar