Məhkəmə qərarları › İş №2-1(102)-818/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-818/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-818/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Ə mlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X16) “Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X7, mərhum X11 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-231/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir şəhər ZDS-nin xx.xx.1960-cı il tarixli 14 saylı qərarına əsasən, şəhərin Sağ sahil 315 nömrəli ünvanda ö zbaşına tikintidə yaşayan X8 fərdi ev tikmək üçün şəhərin Sağ sahil 156 nömrəli məhləsinin 14 nömrəli məntəqəsində 600 kv.m sahə ayrılmışdır.

2. Mingəçevir şəhər 2 nömrəli Dövlət notariat kontoru tərəfindən tərtib edilmiş xx.xx.1985-ci il tarixli əmlaka ümumi mülkiyyət hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X13 xx.xx.1947-ci ildə X12 ilə evlənmiş və xx.xx.1966-cı ildə Mingəçevir şəhərində vəfat etmişdir. Mərhum ölən günə kimi Sağ-sahil küçəsi 1-ci döngə 14 nömrəli evdə yaşamışdır. Yaşadıqları müddət ərzində, yəni 1960-cı ildə həmin ünvanda 4 otaqdan ibarət kubikdən tikilmiş 2 mərtəbəli şüşəbəndli, üstü şiferlə örtülmüş ev tikdirmişdir. Həmin evin inventar qiyməti 2162 manat olmaqla 600 kv.m torpaq sahəsində yerləşir. Azərbaycan SSR Nikah-Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən, ər-arvadın nikah dövründə qazandıqları əmlakın ½ hissəsi ər və ya arvadın xüsusi mülkiyyətinə keçir. Qalan ½ hissəsinə isə ümumi qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə verilir. Buna görə də miras qalmış evin ½ hissəsi mərhumun həyat yoldaşı X1 payına düşür. Odur ki, bu hissə onun adına yazılmalıdır.

3. Mingəçevir şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 380 nömrəli “həyətyanı torpaq sahəsinin bölünməsi haqqında” qərarından görünür ki, B.Salahbanovanın ailə vəziyyəti nəzərə alınaraq, ona məxsus olan 0.06 ha torpaq sahəsindən oğlu İddiaçı yeni fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha həyətyanı torpaq sahəsinin ayrılmasına icazə verilmişdir.

4. Mingəçevir şəhər Məhkəməsinin 2-159 saylı iş üzrə xx.xx.2002-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1985-ci il tarixdə Mingəçevir ş əhər 2 nömrəli Dövlət notariat kontorunda Mingəçevir şəhəri, Babək küçəsi 12 saylı evə dair verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmişdir.

5. İşdə olan 546 inventar nömrəli texniki pasportdan görünür ki, Babək küçəsi 12 saylı fərdi yaşayış evi üzrə ev sahibi - X14 qeyd edilmişdir.

6. JN-129F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 saylı qərarına əsasən, X15 (3 nəfər ailə üzvü ilə birlikdə) 0.03 ha torpaq sahəsi verilmişdir.

7. Mingəçevir regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixdə cavabdehə ünvanladığı 2173 nömrəli məktubdan görünür ki, iddiaçıya xx.xx.1966-cı il tarixdə vəfat etmiş atası X2 miras qalmış qanun üzrə vərəsəlik hüquq u haqqında şəhadətnamənin verilməsi üçün Mingəçevir şəhərində yerləşən evə və torpaq sahəsinə dair daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir.

8. İddiaçı sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum atası ilə anasına birgə məxsus olmasına dair müvafiq hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 13 dekabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Mingəçevir şəhəri, Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr yaşayış sahəsinə mərhum X4 ümumibirgə mülkiyyət hüququnun qeydə alınması, adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunbmasını xahiş etmişdir.

10. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

11. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-627/2022 nömrəli qərardadı ilə X17 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

12. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək “Mingəçevir şəhəri, Babək küçəsi 12 ü nvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X9, mərhum X11 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Ümüd Salahbanov 13 noyabr 1966-cı ildə, X20 15 avqust 2001-ci ildə vəfat etmişdir. X24 Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Onun ölümündən sonra Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və X20nın 4/6, onun və Kərəm Salahbanovun hər birinin 1/6 hissə olmaqla miras payı müəyyən olunmuşdur. Həmin şəhadətnamə əsasında X24 miras qalmış evə hər birinin payı göstərilməklə qeydiyyat vəsiqəsi verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 17 may 2002-ci il tarixli qətnaməsi ilə 16 dekabr 1985-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən Mingəçevir şəhəri, Babək küçəsi 12 saylı evə dair verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız sayılmışdır. Qətnamə ilə müəyyən edilmişdir ki, əmlakın ümumi mülkiyyət hüququ haqqında 16 dekabr 1985-ci il tarixli şəhadətnaməyə əsasən ½ hissəsi Bənövşə Salahbanovaya, ½ hissəsi isə Umud Salahbanova məxsusdur. 24 mart 1998-ci ildə anası X10 şəhəri Babək küçəsi 12 saylı evdə olan payını ona vəsiyyət etmişdir. Anası vəfat etdikdən sonra o, Notariat Kontoruna anasından qalan mirasın qəbulu ilə bağlı müraciətlər etmişdir. Ancaq vərəsələr arasında mübahisə olduğundan miras payına dair şəhadətnamə ala bilməmişdir. Qeyd edilmişdir ki, iddi açı miras əmlak bölgüsünə dair iddia qaldırsa da, fərdi yaşayış evinə dair mərhumların adlarına çıxarış olmadığından miras əmlak bölgüsünün aparılması mümkün deyil.

14. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2-159/2002 saylı, 17 may 2002-ci il tarixli qərarına əsasən, Mingəçevir şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən miras əmlakının müəyyən edilməsi barədə Mingəçevir şəhər Notariat Kontorunun 16 dekabr 1985-ci il tarixli, 1/32 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və həmin şəhadətnamə əsasında tərtib edilmiş qeydiyyat vəsiqəsi ləğv olunaraq etibarsız hesab edilmişdir. Yuxarıdakı qeyd olunan ünvanda yerləşən evə dair mübahisə olduğundan mərhum X5 adına dövlət reyestrindən çıxarışın və t exniki pasportun verilməsi mümkün olmamışdır.

15. Üçüncü şəxs iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı onun qardaşıdır. Ailəsi 1960-cı ildən Mingəçevir şəhəri, Babək küçəsindəki 12 saylı, hazırki 14 saylı evdə yaşamağa başlamışdır. Qeyd olunan ev şəhər sovetliyinin 28 iyun 1960-cı il tarixli qərarı ilə atası Umud Salahbanovun adına verilmiş, 0.06 ha torpaq sahəsində inşa olunmuş və 1963-cü ildə atasının adına sənədləşdirilmişdir. Atası rəhmətə gedəndən sonra vərəsəlik açılmasa da sonradan, yəni 16 dekabr 1985-ci ildə X20 notariusa ərizə yazaraq Bənövşə, Ayazı və özünü göstərərək qanun üzrə vərəsəlik açdırmış və qalan bacı və qardaşlarını pay hüququndan məhrum etmişdir. Qanun üzrə 1985-ci ildə vərəsəlik açıldıqdan sonra evə dair anası Bənövşəyə pay 4/6 hissə, idd iaçı və ona isə 1/6 hissə pay müəyyən olunmuşdur. Bu barədə qeydiyyat vəsiqəsi verilmiş və qeydiyyat vəsiqəsində anasının, özünün və qardaşının payları barədə müəyyən qeydiyyat aparılmışdır. Lakin bundan sonra o, digər qardaşı Qürbət ilə birlikdə iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin yuxarıda qeyd olunan qətnaməsi ilə 16 dekabr 1985-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Dövlət notariat kontorunda Mingəçevir şəhəri, ünvan 1 saylı evə dair verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmişdir. Bundan sonra Mingəçevir şəhəri, ünvan 2-yə dair verilmiş qeydiyyat vəsiqəsi də etibarsız hesab edilmişdir. X20 rəhmətə gedəndən sonra iddiaçı onunla ev mübahisəsi yaratmağa başlamışdır. Halbuki, iddiaçı anası rəhmətə getməmişdən əvvəl və sonra miras qalmış əmlakda yaşamamışdır. Qeyd olunan evdə yalnız o, ailə üzvləri ilə yaşamışdır və hazırkı vaxta kimi də yaşayır. Hesab edir ki, iddiaçının hazırki vəziyyətdə iddia tələbi irəli sürmək hüququ yoxdur. Çünki, iddiaçı 1980-ci ildə qeyd olunan evdən çıxmış və həmin ünvanda yaşamamışdır. İddiaçı digər qardaşı Qüdrət Salahbanovun ona verdiyi evdə yaşamışdır. Eyni zamanda da, iddiaçı miras qalmış əmlakda 1980-ci ildən hazırkı vaxtadək yaşamamış, mirası nə faktiki, nə də ki, notariusa qanunla müəyyən olunmuş müddət ərzində ərizə verməklə qəbul etməmişdir. Həmçinin, Mingəçevir şəhəri, ünvan 1 saylı evə dair açılmış vərəsəliyə dair şəhadətnamə etibarsız hesab edildiyindən onun bütün hüquqi nəticələri də ləğv olunmuşdur. Belə olan halda, iddiaçının tələbi tam qanunsuz və əsassızdır.

16. Şəki İnzibati M əhkəməsinin (hakim V.Ə.Musayev) 2-1(116)-627/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Mingəçevir şəhəri, Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X9, mərhum X11 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dö vrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, həmçinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) zəruri sənədlər olaraq qeyd edilmişdir.

18. Mingəçevir şəhər ZDS-nin xx.xx.1960-cı il tarixli 14 saylı qərarı ilə X8 fərdi ev tikmək üçün t orpaq sahəsi ayrıldığından (546 inventar nömrəli texniki pasportda qeyd edilən Babək küçəsi 12 saylı fərdi yaşayış evi) və Mingəçevir şəhər 2 nömrəli Dövlət notariat kontoru tərəfindən tərtib edilmiş xx.xx.1985-ci il tarixli “əmlaka ümumi mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında həmin fərdi yaşayış evinin ½ hissəsində mərhum X3 payının olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, Mingəçevir şəhəri, Babək küçəsi 12 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququ mərhum X13 və X6 məxsus olmuşdur.

19. Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 2-1(107)-231/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-627/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Üçüncü şəxs kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. Üçüncü şəxs kassasiya şikayətində işin hallarını və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlillərini sadalamış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən hazırkı iddianın mümkünlük şərtlərinin mövcudluğu düzgün araşdırılmamış, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) cavabdehin kassasiya şikayətinə münasibəti

25. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı münasibət təqdim edərək, üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri ilə razılaşdığını bildirmiş və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Mülki Məcəllə:... -139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, b aşqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3. daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... -146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -146.2. daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmla kın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.... 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:... Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı -2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar -8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mü lkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər -11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi -12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə

22. Daşınmaz əml akla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik -22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 28. “İnzibati icraat haqqında” Qanun: Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan fakt iki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

29. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərba ycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman proses sual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin əsasını mahiyyətcə apellyasiya şikayətində qeyd edilən dəlillər təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

38. İlk öncə qeyd edilməlidir ki, məhkəmə tərəfindən iddianın hüquqi cəhətdən yoxlanılması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə iddianın mümkünlüyü, iddi a mümkün sayıldıqda isə növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

39. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddia növlərindən asılı olaraq qanunvericilikdə müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

40. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş ümumi və xüsusi şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də şəxsin iddia qaldırmağa subyektiv hüququnun mövcud olmasıdır.

41. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun vəfat etmiş şəxslərə məxsus olması barədə arayışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Hazırk ı mübahisə üzrə işin hallarından müəyyən edilir ki, Mingəçevir şəhər ZDS-nin xx.xx.1960-cı il tarixli 14 saylı qərarı ilə X7 fərdi ev tikmək üçün şəhərin Sağ sahil 156 nömrəli məhləsinin 14 nömrəli məntəqəsində 600 kv.m sahə ayrılmışdır. İşdə olan 546 inventar nömrəli texniki pasportda Babək küçəsi 12 saylı fərdi yaşayış evi üzrə hüquq subyekti olaraq X5 adı qeyd edilmişdir.

43. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, Mingəçevir şəhəri Babək küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi 2001-ci ildən əvvəl, yəni 1960-1966-ci illərdə inşa edilmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mingəçevir şəhər ZDS-nin xx.xx.1960-cı il tarixli 14 saylı qərarı ilə X7 fərdi ev tikmək üçün torpaq sahəsi ayrıldığından (546 inventar nömrəli texniki pasportda qeyd edilən Babək küçəsi 12 saylı fərdi yaşayış evi) və Mingəçevir şəhər 2 nömrəli Dövlət notariat kontoru tərəfindən tərtib edilmiş xx.xx.1985-ci il tarixli “əmlaka ümumi mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında həmin fərdi yaşayış evinin ½ hissəsində mərhum X3 payının olması müəyyən edildiyindən, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 155 kv. metr fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququ mərhum X14 və X6 məxsus olmuşdur.

45. Beləliklə, sözügedən fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X7 və mərhum X11 ilə birlikdə məxsus olması barədə arayışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.

46. Yuxarıda gös tərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-231/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar