Məhkəmə qərarları › İş №2-1(102)-818/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-818/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-818/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sığorta stajı kimi nəzərə alaraq əliliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxna qarşı “xx.xx.1983xx.xx.1985-ci illərdə X1, xx.xx.1985xx.xx.1992-ci illərdə “Azərittifaqın” Göyçay Avtobazasında və xx.xx.1992-xx.xx.1999-cu illərdə Ağdaş rayon İstehlak Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edil ərək,ona əliliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2023-cü il tarixli, 2-1(107)-588/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil almış, xx.xx.1979 - xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1983-xx.xx.1985-ci illərdə X1, xx.xx.1985-ci illərdə “Azərittifaqın” Göyçay Avtobazasında və xx.xx.1992 - xx.xx.1999-cu illərdə Ağdaş rayon İstehlak Cəmiyyətində işləmişdir. Hal-hazırda X3 Sənaye və Ticarət AŞ-nın filialında sürüc ü işləyir.

3. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 3 may 2022-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” olmaqla (Oynaqların ortopedik implantatlarının olması, Sağ bud çanaq endoprotezi) müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir.

4. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 9 sentyabr 2022-ci il tarixli, imtina məktubu ilə bildirmişdir ki, İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən əmək kitabçasının surətinə əsasən onun ümumi sosial sığorta stajının müddəti 23 il 11 ay 22 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 4 ay) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 30236,83 manat təşkil e tmişdir ki, bu da qanunvericiliklə tələb olunan 31795,20 manat pensiya kapitalından azdır. xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində 11636,79 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 18600,04 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanlara əsasən İddiaçı İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Fondun 2 saylı Mərkəzi Aran regional filialının müvafiq məktubuna əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək Ağdaş rayon İstehlak Cəmiyyətinin əmr kitabları və əmək haqqı cədvəlləri Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisələrdə onun əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1983xx.xx.1985-ci illərdə X1, xx.xx.1985-xx.xx.1992-ci illərdə “Azərittifaqın” Göyçay Avtobazasında və xx.xx.1992-xx.xx.1999-cu illərdə Ağdaş rayon İstehlak Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək,ona əliliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, işlədiyi müəssisələrin müəyyən illərinin əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığı səbəbindən cavabdehin imtinası qanunsuz və əsassızdır..

7. Cavabdeh iddiaya etiraz, sonradan etiraza əlavə verərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi X2 Kollecinin xx.xx.2022-ci il tarixli 328 nömrəli arxiv arayışına əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil və 1979-cu il tarixdən 1981-ci il tarixədək hərbi xidmət illəri, xx.xx.1985- ci il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 14 il 2 ay 22 gün, h əmin sığorta stajına münasibətdə hesablanmış pensiya sığorta kapitalı əlilliyin müəyyən edildiyi xx.xx.2022-ci il tarixinədək ndeksləşdirilməklə 11568,92 manat, xx.xx.2023-cü il tarixinədək indeksləşdirilməklə 13176,26 manat təşkil edir. Eyni zamanda, təqdim edilmiş Ağdaş rayon İstehlak kooperativinin xx.xx.2022-ci il tarixli 05 nömrəli arayışında İddiaçı xx.xx.1994-cü ildə 53/1 nömrəli sərəncamla işdən çıxdığı və xx.xx.1994- cü il tarixinədək əməkhaqqı alması qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Ağdaş rayon İstehlak Cəmiyyətində əmək fəaliyyəti dövrləri onun ümumi iş stajına daxil edilməmişdir. Ağdaş rayon Dövlət Arxivinin 31 iyul 2022-ci il tarixli 48 nömrəli arayışına əsasən Ağdaş rayon İstehlak C əmiyyətinin 1992-ci il tarixdən 1999-cu il tarixədək sənəd və materialları Ağdaş rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli, 2-1(116)-1183/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilərək, iddiaçıya əlilliyin təyin olunduğu xx.xx.2022-ci il tarixindən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasından görünür ki, onun ümumi iş stajı 23 il 11 ay 22 gün və məhkəmə tərəfindən mötəbərliyi qəbul edilən 6 il 7 ay 17 gün olmaqla, cəmi 30 il 7 ay 9 gündür. Həmin müddət iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 15 il 4 aydan artıqdır. Həmçinin müəyyən edildi ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunan 31795 manatdan çoxdur və cəmi 33844,55 manat təşkil edir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2023-cü il tarixli, 2-1(107)-588/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin h üquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının kifayət qədər sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunan məbləğə uyğundur. Belə olan halda isə, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir.

13. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 19.1, 24, 46.3 “Əmək pensiyaları haqqında Qanunun 1.0.2, 12.1, 32.2-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddələrinə istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin d əlilləri iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən əmək kitabçasında onun sözügedən müəssisədə xx.xx.1999-cu il tarixədək işlədiyi qeyd olunsa da, təqdim etdiyi xx.xx.2022-ci il tarixli 05 nömrəli arayışda onun həmin müəssisədə xx.xx.1994-cü il tarixədək işləməsi qeyd edilmişdir. Bu səbəbdən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Ağdaş rayon İstehlak Cəmiyyətində əmək fəaliyyəti dövrləri onun ümumi iş stajına daxil edilməmişdir. Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 48 nömrəli məktubunda Ağdaş Rayon İstehlak Cəmiyyətinin sənəd və materiallarının Ağdaş Rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Görü ndüyü kimi əmək kitabçası və Ağdaş rayon İstehsal-İstehlak kooperativinin xx.xx.2022-ci il tarixli 05 nömrəli arayışından başqa iddiaçının 1992-ci il tarixdən 1999-cu il tarixədək Ağdaş Rayon İstehlak Cəmiyyətində işləməyini təsdiq edəcək əlavə heç bir sənəd yoxdur. Əmək kitabçası və arayışdakı çıxış tarixlərinin də fərqli qeyd edilməsi onların mötəbərliyini şübhə altına alır

16. Kassator qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1, 3.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 12.1, 13.3-cü maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə

7. Yaşa görə əmək pensiy asının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində ya ranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası). Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, i darə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və y a əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

24. Ali Məhkəmənin 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üç ün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvaf iq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona əliliyə görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

31. Qanunvericiliyin tələbinə görə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün eyni vaxtda 2 şərtin təmin olunması tələb olunur: 1) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, 2) iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır.

32. İddiaçıya əlilliyin təyin olunduğu tarixə onun 61 yaşı olduğuna görə əmək qabiliyyətli yaş dövrü (61-15=46) 46 il təşkil edir. Həmin 46 ilin hər ili üçün 4 ay olmaqla (46 il x 4 ay = 184 ay = 15 il 4 ay 15 il 4 ay sığorta stajının olması tələb olunur. Tələb olunan pens iya kapitalı isə 31795 manat təşkil edir.

33. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən qeyd etmişdir ki, iddiaçının 23 il 11 ay 22 gün sosial sığorta stajı olmasına baxmayaraq, onun pensiya kapitalı 30236,83 manat olmaqla qanunvericiliklə tələb olunan 31795,20 manat pensiya kapitalından azdır. Həmçinin cavabdehin imtinasından müəyyən olunur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək işlədiyi Ağdaş rayon İstehlak Cəmiyyətinin əmr kitabları və əmək haqqı cədvəlləri Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisələrdə onun əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir.

34. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin araşdır ması ilə iddiaçının həmin illərdə də əmək fəaliyyəti ilə məşğul olması sübuta yetmişdir. Məhkəmə kollegiyası eyni əsasları təkrarlamağı lüzumsuz hesab edir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın 19-20-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

36. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabças ının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (Ali Məhkəmənin 14 iyul 2020ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

37. Həmçinin qeyd edilməlidir ki, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi, lakin məhkəmələr tərəfindən mötəbərliyi qəbul edilən iddiaçının 1992-1999-cu illərdə işlədiyi 6 il 7 ay 17 günü pensiya kapitalına çevirildikdə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunan 31795 manatdan çox təşkil edəcək.

39. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 18-22(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğunda n şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2023-cü il tarixli, 21(107)-588/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar