Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-819/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, şikayət üzrə apelyasiya icraatının mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin öz arzus u ilə ehtiyata buraxılması kimi dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-279/2021 saylı 01 fevral 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 18.01.2020-ci il tarixli, 107 ş/h nömrəli əmri ilə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq əməliyyat axtarış şöbəsi rəisinin müavini vəzifəsindən azad olunaraq Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş 18.01.2020-ci il tarixli əmrin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılması kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 25 ildən artıq qüsursuz xidmət etmiş, AR Silahlı Qüvvələrinin veteranıdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi münasibəti ilə (18.10.2004-cü il tarixli əmr), qüsursuz xidmətə görə üçüncü dərəcəli medal (16.08.2007-ci il tarixli əmr), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi münasibəti ilə yubiley medalı (18.08.2008-ci il tarixli əmr), “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi münasibəti ilə (18.08.2008-ci il tarixli əmr”, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal, daha sonra 2- ci dərəcəli medal, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medala, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin veteranı, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubileyi medallarına layiq görülmüşdür. Xidmətində həmişə fərqlənmişdir. 12.10.2019-cu il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması ilə əlaqədar raportla müraciət etmişdir. 07.12.2019-cu il tarixdə təxris raportu ilə bağlı DSX Kadrlar Baş İdarəsinə çağırılmış və onunla Baş İdarəsi rəisi general-mayor A.Hüseynov müvafiq söhbət apardıqdan sonra, “Hərbi qulluqçunun pensiya üçün xidmət illərinin hesablanması vərəqəsi ilə” tanış edilmişdir. (01.11.2019-cu il tarixinədək xidmət illərinə hesablanan müddət ümumilikdə 25 il, 08 ay, 27 gün təşkil edilmişdir.) 14.12.2019-cu il tarixdə DSX ƏABİ tərəfindən Sahil Mühafizəsi ƏAŞ-ın fəaliyyətinin yoxlanılmasına dair aşkarlanmış nöqsanlarla (nöqsanlar ümumi xarakter daşımış, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqında” Azərbaycan Respublikası Qanununa əsasən pozuntuya yol verilməmişdir) əlaqədar 27.12.2019-cu il tarixdə DSX aparatında barəsində attestasiya keçirilmişdir. Attestasiya komissiyasının son qərarına əsasən iddiaçının DSX-dən AR Silahlı Qüvvələrinin ehtiyatına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsi ilə buraxılması barədə 18.01.2020-ci il tarixli 107 nömrəli ş/h üzrə əmr imzalanmışdır. Sözügedən əmr ona rəsmi qaydada təqdim edilməmişdir, əmrin ona təqdim edilməsi ilə bağlı DSX komandanlığına müraciətini təsdiq edən poçt qəbzi (20.02.2020-ci il) ərizəyə əlavə edilmişdir. Hesab edir ki, DSX-nın əmri qanunsuzdur.
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3841/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim:E.Ə.Əliyev) iddia təmin edilmiş, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş 18.01.2020-ci il tarixli əmr “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata bur axılması kimi dəyişdirilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qulluq keçməsinə “xidməti uyğunsuzluğu ilə bağlı” xitam verilməsi üçün heç bir əsas olmadığından, cavabdehin 18.01.2020-ci il tarixli əmrin 107 ş/h nömrəli əmri qismən qanunsuzdur.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-279/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və X.A.Cəmilova) apelyasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 30 günlük m üddəti üzrsüz səbəbdən buraxdığından şkayət mümkün sayıla bilməz.
10. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
11. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qərarının tam formada təqdim olunma tarixi kimi həmin qərarın səlahiyyətli və aidiyyətli şəxs kimi Elçin Abuzərliyə çatdığı tarix, yəni 28.09.2020-ci il tarixi əsas götürülməli və qərardan apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddətin axımının başlanma tarixi məhz 28.09.2020-ci il tarixdən hesablanmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştir ak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdi m edildiyi gündən başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. İş materiallarından görünür ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərarının surəti cavabdehə 08 sentyabr 2020-ci il tarixli məktubla göndərilmiş, 21.09.2020-ci il tarixdə “Məhərrəmov” soyadlı şəxsə təqdim olunmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş apellyasiya şikayəti 27.10.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsində qeydiyyatdan keçmişdir.
19. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaq bildirir ki, inzibati orqan apelyasiya şikayəti vermək üçün qanunla mü əyyən edilmiş müddəti ötürməmişdir.
20. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən dəlili əsassız hesab edərək şikayətdə göstərilən halları təhlil etməklə ona münasibət bildirməyi zəruri hesab edir.
21. Əvvəla kassasiya şikayətində qeyd edilir ki, Bakı İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixli Qərarı zərf şəklində Dövlət Sərhəd Xidmətinə faktiki olaraq 21.09.2020-ci il tarixdə daxil olmuş və elə həmin tarixdə DSX-nin kargüzarlıq qaydalarına uyğun olaraq «Daxil olmuş zərflərin qeydiyyatı» jurnalında (jurnalın müvafiq hissəsi qoşmaya əlavə edilir) qeydiyyata alınmışdır.
22. Göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsinin qərarının 21.09.2020-ci il tarixdə daxil olmasını etiraf edir.
23. Daha sonra şikayət müəllifi qeyd edir ki, “Dövlət Sərhəd Xidməti Rəisinin 05.07.20 18-ci il tarixli 0230 №-li Əmri ilə təsdiq edilmiş «Dövlət Sərhəd Xidmətində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq həmin zərf Xidmətin katibliyinə 25.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdə «Daxil olan sənədlərin qeydiyyatı» jurnalında 4378 nömrə ilə qeydə alınmışdır. Sonra isə həmin zərf DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini ədliyyə mayoru X1 tərəfindən 28.09.2020-ci il tarixdə qəbul edilmişdir. Odur ki, müddətin axımının başlanma tarixi məhz 28.09.2020-ci il tarixdən hesablanmalıdır. ”
24. Kassasiya şikayətinin bu hissəsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, qanunların iyerarxiyasına əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Dövlət Sərhəd Xidməti Rəisinin 05.07.2018-ci il tarixli 0230 №-li Əmri ilə təsdiq ed ilmiş «Dövlət Sərhəd Xidmətində kargüzarlığın aparılmasına dair» Təlimatdan daha yüksək hüquqi qüvvəyə malikdir. İnzibati qanunvericiliyə əsasən isə apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarı təqdim olunduğu gündən 30 gün müddətində verilməlidir. İş materiallarından görünür ki, qərar 21.09.2020-ci il tarixdə cavabdehə rəsmi təqdim edilmişdir.
25. Bundan əlavə cavabdeh bildirir ki, apelyasiya instansiyası məhkəməsi mümkünlüklə əlaqədar olaraq bütün halları araşdırmamış, qarşı tərəfin mövqeyini öyrənmədən qərardad qəbul etmişdir.
26. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti apelyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra bütün proses iştirakçılarına məhkəmə prosesin vaxtı və yeri barədə tərəflərə rəsmi bildiriş və SMS xəbərdarlıq göndərmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və qanunla müəyyən edilmiş hüquqlarından yararlanmamışdır.
27. Beləliklə bütün bu hallar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh kassasiya şikayəti vermə müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır.
28. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyinin göstərilməsini zəruri hesab edir. Həmin qərarda bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanların dan kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə göstərilən dəlillər prosessual müddətin ötürülməsi səbəbinin üzürlü hesab edilməsinə əsas vermir. Odur ki, apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən üzürsüz səbəblərdən ötürüldüyündən apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti üzrə аpelyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur.
30. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-279/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.