Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-819/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı (üçüncü şəxslər: Az ərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət X5) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-427/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V - 0*******, FİN –xxxxxxx) xx.xx.1961-ci ildə Gürcüstanın Rustavi şəhərində anadan olub, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 11, mənzil 21-də qeydiyyatdadır.
2. İddiaçının İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən o, 22 oktyabr 1984-cü il tarixdən Tovuz hərbiləşdirilmiş dəstəsində radiostansiyanın rəisi vəzifəsində, xx.xx.1988-ci il t arixdən xx.xx.1989-cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooperator vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci ilədək “Radiotikinti”-nin 21-ci sexində mühəndis vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Dostluq”kooperativində çilingər vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci ilədək “Rəsuloğlu’ ’kooperativində mebel sexinin rəisi vəzifəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək X2 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir. 3. 048799 saylı 05 iyul 1984-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu il tarixdə C.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1984-cü ildə həmin institutda “radio rabitəçi və radio verilişi” ixtisası üzrə tam kursu bitirmişdir.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xx.xx.2019-cu il tarixli 20/99-088 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1984-cü il tarixdən (Əmr №152/K, xx.xx.1984-cü il) xx.xx.1988-ci il tarixədək (Əmr №19/K, xx.xx.1988-ci il) Azərbaycan Respublikasının Hidrometeorologiya İdarəsinin Tovuz hərbiləşdirilmiş dəstəsində radiostansiyasının rəisi vəzifəsində çalışmışdır. xx.xx.1988-ci il tarixdən (Əmr №19/K, xx.xx.1988-ci il) xx.xx.1989-cu il tarixədək (Əmr №11/K, xx.xx.1989-cu il) həmin dəstədə İİ dərəcəli radiooperator vəzifəsində çalışmışdır. xx.xx.1989-cu il tarixdən (Əmr №11/K, xx.xx.1989-cu il) Azərbaycan SSR ƏM- nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı tam işi UQD (ultra qısa d alğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarının 35-ci siyahısına (Ümumi peşələr) əsasən UQD (ultra qısa dalğalar) UYT (ultra yüksək tezlikli), HAYT ( həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir).
5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2019-cu il tarixli 23/K-378 nömrəli arayışına əsasən, İddiaçı 1984-1989-cu illərdə aşağıda göstərilən kimi işləmişdir: 22 oktyabr 1984-cü il tarixində Azərbaycan Respublikası Hidrometeorologiya İdarəsinin Tovuz hərbiləşdirılmiş dəstəsinə radiostansiyanın rəisi vəzifəsinə təyin olunmuşdur. (əmr № 152/k, xx.xx.1984-cü il); 01 aprel 1988- ci il tarixində həmin dəstədə ikinci dərəcəli radiooperator keçirilmişdir (əmr № 19/k, xx.xx.1988-ci il); 03 mart 1989-cu ildə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr №11/k xx.xx.1989-cu il). Əsas: 1984-1989cu illər üzrə kadr əmrləri kitabları və şəxsi hesab vərəqələri.
6. Bundan başqa, “Azərbaycan X5” QSC X1 xx.xx.2019-cu il tarixli AM03/02439 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Dövlət X3 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsin də işləmişdir. Onun işlədiyi həmin vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti - yardımçı, gəzinti - səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçiliyin üzücü heyətində güzəştli iş stajı 14 il 09 ay 18 gün təşkü edir.Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li Qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə,həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təstiq ed ilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-d yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li Sərəncamlarına əsasən Azərbaycan Dövlət X3 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X4 yenidən təşkili yolu ilə "Azərbaycan X5" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir.
7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 20/19 nömrəli məktubundan görünür ki, hərbiləşdirilmiş dəstənin təşkili, şəxsi heyətin xidmət qaydası, daxili intizam qaydaları, dəstənin işçilərinin hüquq və vəz ifələri keçmiş SSRİ (hazırkı vaxta yeni təlimat hazırlanmamışdır) Dövlət Hidrometeorologiya Komitəsinin xx.xx.1981-ci il tarixli 236 nömrəli əmri ilə qüvvəyə minmiş “SSRİ Dövlət Hidrometeorologiya və X7 Komitəsinin hidrometeoroloji X6 üzrə hərbiləşdirilmiş bölmələrin daxili xidmət nizamnaməsi" ilə müəyyən edilir. Bu nizamnaməyə əsasən dəstənin radiostansiya rəisi dəstə komandirinə tabedir. Radiostansiya rəisinin əsas vəzifələri aşağıdakılardan ibarətdir (vəzifə təlimatından çıxarış): 1). Dəstədə və atəş məntəqələrində rabitə vasitələrinin vaxtında quraşdırılmasını təmin etmək; 2). Dəstənin bütün rabitə vasitələrinin texniki vəziyyətinə nəzarət etmək; 3). Radiorabitənin aparılma təlimatlarına əməl edilməsinə nəzarət etmək; 4). Radiostansiyada təhlükəsizlik qaydalarına və yanğından mühafizə tədbirlərinə əməl olunmasını təmin etmək; 5). Radiostansiyaların iş qrafikinin yerinə yetirilməsinə və rabitə intizamına nəzarət etmək; 6). Radioqram və jurnalların düzgün qeydiyyatına nəzarət etmək; 7). Radiooperatorların dəstədə növbətçilik qaydalarını təyin etmək. Dəstənin radiooperatoru (mütəxəssis) radiostansiyanın rəisinə tabe olmaqla radiostansiyada operativ növbətçilik vəzifəsini icra edir. Radiooperatorun əsas vəzifələri aşağıdakılardan ibarətdir (vəzifə təlimatından çıxarış): 1). Radiomübadilə qaydalarına ciddi əməl etmək; 2). Cədvələ uyğun olaraq dövri (sirkulyar) radiorabitələrə vaxtında çıxmaq; 3). Radiorabitənin sonunda bütün radiocihazları elektrik şəbəkədən ayırmaq. Hərbiləşdirilmiş dəstə ilə dəstənin atəş məntəqələri və hidrometeoroloji X6 üzrə hərbiləşdirilmiş xidmət aras ında radiorabitə əlaqələrində qısa dalğa və ultraqısa dalğa tezliyində işləyən radiostansiyalardan istifadə edilir. Dəstənin işçilərinin vəzifə təlimatına görə qısa və ultra qısa dalğa tezliyində işləyən radiostansiyalardan istifadə etməklə radiorabitə əlaqələrini radiooperator (mütəxəssis) icra edir və onun daimi işi sayılır. Radiooperator Şüalandırıcı mənbənin təsiri altında işləyir və şüalanmaya daim məruz qalır. Dəstənin radiostansiya rəisinin vəzifəsi radiorabitə işinin təşkilindən və bu işə nəzarət etmək funksiyasından ibarətdir. Radiostansiya rəisi şüalandırıcı mənbənin təsiri altında işləmir və şüalanmaya məruz qalmır. Tovuz hərbiləşdirilmiş dəstəsinin 1984-1988ci illər üzrə ştat cədvəlinin Geoloji informasiya fonduna təhvil verilmədiyi bildirilmişdir.
8. Bundan başqa, Azərbaycan R espublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2020ci il tarixli 20/267 nömrəli məktubundan görünür ki, İddiaçı SSRİ Dövlət Hidrometeorologiya Komitəsinin Azərbaycan Respublikası Hidrometeoroloji X6 üzrə Hərbiləşdirilmiş Xidmətinin Tovuz Hərbiləşdirilmiş Dəstəsində xx.xx.1988-ci il tarixdən (Əmr №19/K, xx.xx.1988-ci il) xx.xx.1989-cu il tarixədək (Əmr №11/K, xx.xx.1989-cu il) İİ dərəcəli radiooperator vəzifəsində 11 (on bir) ay 1 (bir) gün tam zərərli iş rejimində çalışmışdır.Bununla əlaqədar olaraq qeyd olunan bu zərərli iş rejimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə zərərli UQD (ultraqısa dalğalı) şüalanma mənbələri ilə bağlı olmuşdur.
9. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 19 iyul 2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən 06 avqust 2019cu il tarixli, **********0 nömrəli imtina məktubu ilə onun güzəştli iş stajının 12 il 6 aydan az olduğu üçün güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun olmadığı bildirilmişdir.
10. İddiaçı təkrarən eyni məzmunlu ərizə ilə xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmiş, ona ünvanlanmış 29 avqust 2019-cu il tarixli **********1 nömrəli məktubla ərizənin təmin edilməsindən imtina edilmiş və imtinanın əsası kimi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin b yarımbəndinə əsasən dəniz, çay donanmasının üzən heyəti (dəniz çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti, daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. Lakin Azərbaycan X5 QSC-nin X8 Donanması tərəfindən verilmiş 25 aprel 2019-cu il tarixli AM03/02-439 nömrəli arayışda iddiaçının işlədiyi gəmilərin xidməti gəmilərə aid olub-olmadığı qeyd edilməmişdir. Həmçinin xx.xx.1984 xx.xx.1988- ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan SSR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamentinin Tovuz Hərbiləşdirilmış Dəstə sinin radiostansiyasında işlədiyi rəis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı 57 yaşının tamam olduğu 06 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
12. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh təşkilata dəfələrlə müraciət etmiş və güzəştli şərtlər daxilində yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iki imtina məktubu ilə - birinci halda güzəştli iş stajı 12 il 6 aydan, ümumi iş stajı isə 25 ildən ibarət olduğunu bildirmiş, digər halda isə güzəştli iş stajı 12 il 6 aydan az təşkil etməsini qeyd etmişdir. Bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 21.2 bəndinin “b” yarımbəndinə əsasən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya əsasən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v ardır, cavabdehin imtinaları qanunsuzdur. Qeyd edir ki, onun güzəştli iş stajı Dəniz Gəmiçiliyində 14 il 09 ay 18 gün, Tovuz radiostansiyasında 4 il 6 ay, ümumilikdə isə 19 il 3 ay 18 gün təşkil edir.
13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, xx.xx.2006-cı il tarixə kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən staja (12 il 6 ay) malik olmadığından ona pensiya təyin edilə bilməz. İdarənin imtinası əsaslı və qanunidir. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun yaşa və staja görə tələblərinin İddiaçıya münasibətdə tətbiqi üçün İddiaçının 01 yanvar 2006-cı il tarixə kimi ümumi və güzəştli iş stajına malik olması zəruridir.İddiaçının təqdim etdiyi X3 25 aprel 2019-cu il tarixli Arayışdan görünür ki, onun güzəştli iş stajı xx.xx.1997-ci ildən xx.xx.2011-ci ilədək 14 il 9 ay 18 gün təşkil edir və Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda 23003010 kodu altında nəzərdə tutulub. Bu dövrün xx.xx.2006-cı ilədək olan hissəsi - 8 il 11 ay 18 gün təşkil edir.İddiaçı qalan güzəştli stajının mövcudluğunun əsası kimi Milli Hidrometeorologiya Departamentinin 17 iyul 2019- cu il tarixli Arayışına istinad edir. Həmin Arayışda iddiaçının xx.xx.1984 - xx.xx.1988-ci il tarixləri arasında Hidrometeorologiya İdarəsinin Tovuz hərbiləşdirilmiş dəstəsində radiostansiyanın rəisi vəzifəsi, habelə həmin dəstədə xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək çalışdığı İİ dərəcəli radiooperator vəzifəsi Nazirlər Kabinetinin12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyah ının “Ümumi peşələr” adlanan 35 fəslində nəzərdə tutulub.Arayışda qeyd edilən peşə Nazirlər Kabinetinin 320 nömrəli Siyahısı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda (23200000-1753q kodu altında) da vardı. Orada deyilir:“UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir.Nazirlər Kabinetininməlum siyahılarının tərtib edilmə formasından aydın olur ki, Nazirlər Kabineti“operator”, “fəhlə”, “mütəxəssis”, “rəis” kimi peşələrin hər birini ayrıca fərqləndirir. Başqa sözlə siyahıda hər peşə ayrıca göstərilmişdir. Bu səbəbdən, məsələn, “operator”un “fəhlə” kimi, “rəis”in “mütəxəssis” qismi ndə qəbulu yolverilməzdir. Milli Hidrometeorologiya Departamentinin 17 iyul 2019-cu il tarixli Arayışı Nazirlər Kabinetinin adı çəkilən Qərarına uyğun olmadığından əsaslı və qanuni sayıla bilməz. Göründüyü kimi, xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajı 12 il 6 aydan az olan iddiaçının “Vətəndaşların pensiya təminatıhaqqında” qanuna əsasən 57 yaşdan pensiya hüququ yaranmamışdır. İddiaçı 01 iyul 2017-ci il tarixədək 57 yaşı tamam olmadığından “Əmək pensiyaları haqqında” qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının pensiya hüququ yaranmamışdır.
14. Bakı İnzibati Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2-1(112)-311/2020 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.x x.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı siyahıya uyğun olduğuna, xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi stajı və onun 12 il 6 aydan artıq müddətini güzəştli peşədə işlədiyinə görə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1 və 9.8-ci maddələrinə əsasən əmək pensiyası təyin edilməlidir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul ed ilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-291/2021 nömrəli (hakimlər Elmira Nağıyeva -sədrlik edən və məruzəçi, Habil Məmmədov və Vidadi Məmmədov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Dövlət X3 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsi çalışdığı dövr zərərli iş stajı hesab olunmadığından onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensi yası hüququ yaranmamışdır.
19. İddiaçı qeyd olunan qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1497/2021 nömrəli (hakimlər Nigar Rəsulbəyova -sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən hesab etm işdir ki, İddiaçı xx.xx.1997 - xx.xx.2011-ci il tarixlərində radiostansiya rəisi işlədiyinə görə onun vəzifəsi, həqiqətən də, “şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər” vəzifəsinə uyğun hesab oluna bilməz. Həmin peşənin adından da göründüyü kimi burada məhz fəhlələr və mütəxəssislər nəzərdə tutulmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı raidostansiya rəisi vəzifəsini Azərbaycan Dövlət X3 üzücü heyətinin nəqliyyat donanması gəmilərində həyata keçirmişdir. Müvafiq siyahının “XXVİİİ. Nəqliyyat.Dəniz və çay donanması” bölməsində “Üzən heyət” adı ilə sadalanan vəzifələrin tərkibində isə rəis və ya mütəxəssis kimi bir bölgü yoxdur. Belə olan halda, iddiaçının xx.xx.1997-xx.xx.2011-ci il tarixlərində işlədiyi müddətin güzəştli iş s tajına aid olub-olmamasını müəyyən etmək üçün iddiaçının çalışdığı vəzifənin qeyd olunan siyahıdaki peşələrə uyğunluğu araşdırılmalı idi. c) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-427/2022 nömrəli (hakimlər Azər Hüseynov-sədrlik edən və məruzəçi, Həmid Həmidov və Aida Hüseyn) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası X5n gəmilərində işlədiyi xx.xx.1997 – xx.xx.2011-ci illərdən eyni vəzifədə (radiostansiya rəisi) işlədiyi müddətin yalnız xx.xx.1 997 – xx.xx.2006-ci illər hissəsi (8 il 5 ay 19 gün) güzəştli iş stajı sayılır, çünki iddiaçı bu vəzifədə üzən heyətin üzvü olmuşdür. Həmin Gəmiçilyin işin materiallarında olan xx.xx.2019 və xx.xx.2020-ci il tarixli arayışlarına görə, iddiaçının işlədiyi vəzifə üzücü heyətə (ekipaja) və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aiddir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətçi-yardımçı, gəzinti – səhyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iş stajı cəmi 9 il 4 ay 19 gün təşkil edir, bu da tələb olunun 12 il 6 ay stajdan azdır.
24. İddiaçı qeyd olunan qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyas ı məhkəməsinin qərarının ləğv edilməsi və iddia üzrə tələbin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ ç) kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin dəlilləri
25. Kassasiyaçı qeyd edir ki, Azərbaycan Respublikası Hidrometrologiya İdarəsinin Tovuz Hərbİləşdirİlmiş Dəstəsində xx.xx.1988 — xx.xx.1989 - işlədiyi yalnız İİ dərəcəli radiooperator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993- cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 No-li Siyahısı”nın “XXXİİİ. Ümumi peşələ r” Bölməsində 23200000-1753q kodu altında “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT(həddən artıq yüksək tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir)” peşə kimi nəzərdə tutulmuşdur. Bundan başqa, çalışmış olduğu “iş, peşə və vəzifə” onun bilavasitə çalışdığı gəmilərin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut (iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə normativ aktda-Siyahıda bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı, habelə həmin iş, vəzifə və peşənin icra olunduğu əmək şəraitləri arasındakı uyğunluğu və eyniliyi təsdiq edən vəzifə təlimatları və s.) yoxdur. İddiaçının əsaslandığı işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar isə onun əmək kitabçasında qeyd olunan sahədə və vəzifədə çalışması faktını təsdiq edir. Kassasiya şikayətinə etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyi nə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 28. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 29. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. a) bəndi. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan nef tçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə p ensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67 “v” bəndi. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir.
30. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyər ək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin q ərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNST ANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə iddiaçının kassasiya şikayəti əsasında artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışında olmuş və bunun nəticəsində Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1497/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1497/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
35. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, üzə n heyət (gəmi heyəti) və şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər Nazirlər Kabinetinin 2 saylı Siyahısında müxtəlif kodlarla təsbit olunmuşdur. İddiaçı 13 yanvar 1997 – 01 noyabr 2011-ci il tarixlərində radiostansiya rəisi işlədiyinə görə onun vəzifəsi, həqiqətən də, “şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər” vəzifəsinə uyğun hesab oluna bilməz. Həmin peşənin adından da göründüyü kimi burada məhz fəhlələr və mütəxəssislər nəzərdə tutulmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı raidostansiya rəisi vəzifəsini Azərbaycan Dövlət X3 üzücü heyətinin nəqliyyat donanması gəmilərində həyata keçirmişdir. Müvafiq siyahının “XXVİİİ. Nəqliyyat.Dəniz və çay donanması” bölməsində “Üzən heyət” adı ilə sadalanan v əzifələrin tərkibində isə rəis və ya mütəxəssis kimi bir bölgü yoxdur. Belə olan halda, iddiaçının 13 yanvar 1997-01 noyabr 2011-ci il tarixlərində işlədiyi müddətin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək üçün iddiaçının çalışdığı vəzifənin qərarın 23cü bəndində göstərilən peşələrlə uyğunluğu araşdırılmalı idi. Məhkəmə isə göstərilən halı nəzərə almamış, bununla da iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək həmin qərarın 25-28-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
37. Bununla əlaqədar olaraq m əhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında İPM-nin həmin maddəsinə istinad etsə də, əslində Ali Məhkəmənin məcburi xarakter daşıyan göstərişlərini icra etməmişdir.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1961-ci il tarixində doğulmuş, 1979-1984-cü illərdə C.İldırım adına Azərbaycan Politexnik institutunda “radio rabitəçi və radio verilişi” ixtisası ali təhsil almış, xx.xx.1984-cü il tarixdən Tovuz hərbiləşdirilmiş dəstəsinə radiostansiyasının rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooperator vəzifəsində çalışmış, xx.xx.1989-cu il tarixdə işdən azad olunmuş, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Radiotikin ti”nin 21-ci Sexində mühəndis vəzifəsində işləməyə başlamış və xx.xx.1991-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçı xx.xx.1991-ci il tarixdən “Dostluq” kooperativində çilingər işləməyə başlamış və xx.xx.1992-ci il tarixdən işdən azad olunmuş, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Rəsuloğlu” kooperativində mebel sexinin rəisi vəzifəsində işləmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi X2 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir.
2. İddiaçı xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərində ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli məktublar ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmiş dir. Cavabdeh hər iki məktubunda imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir.
39. Apellyasiya instansiyası məhkəməsi qərarının əsaslandırma hissəsində göstərmişdir ki, iddiaçı həm ilk iddia ərizəsində, həm də həmin iddia ərizəsinə düzəlişdə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bu halda o, 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iş stajlarını toplamalı idi.
40. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək ş əraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
41. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzə ştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 42. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.”
43. Daha sonra apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi iddia çı güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinə (57 yaşa) çatdığı zaman pensiyanın təyin olunması üçün O, azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajlarına malik olmalı idi ki, bu da iş üzrə müəyyən olunmur. Ona görə də, hazırda onun onun iddia tələbi təmin edilə bilməz”.
44. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 01 yanvar 2006-cı il tarixədək nə 25 il ümumi, nə 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iş stajlarının toplamaması qənaətinə gələrkən, hər hansı bir rəsmi hesablamalarla açıqlamır və konkret rəqəmlərlə təsdiq etmir, yəni bu qənaətini sadəcə olaraq ümumi sözlərlə əsaslandırır.
45. Lakin qeyd edilməlidir ki, işin 31-ci səhifəsində olan Azər baycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisinin 17 iyul 2019-cu il tarixli məktubunda deyilir ki, iddiaçı 22 oktyabr 1984-cü il tarixdən 01 aprel 1988-ci il tarixədək həmin təşkilatın Tovuz hərbiləşdirilmiş dəstəsində radiostansiyanın rəisi, 01 aprel 1988-ci il tarixdən 03 mart 1989-cu il tarixədək isə həmin dəstədə İİ dərəcəli radiooperator vəzifələrində çalışmış, güzəştli təqaüdə gedə bilər.
46. İşin 74-cü səhifəsində olan “X5” QSC-nin 19 iyun 2020-ci il tarixli arayışından isə görünür ki, iddiaçı üzücü heyətinin nəqliyyat donanması gəmilərində 13 yanvar 1997-ci il tarixdən 01 noyabr 2011-ci il tarixədək radiostansiya rəisi vəzifəsində işləmişdir.
47. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan xüsusi stajı 13 il 4 ay 2 gün edir.
48. Ümumi iş stajına gəldikdə isə, iş materiallarından göründüyü kimi iddiaçının 25 il 9 ay 1 gün ümumi iş stajı mövcuddur.
49. Beləliklə, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tələblər vardır.
50. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-427/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiası təmin edilməlidir.
51. Şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-427/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 6 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin.