Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-819/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirv an Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 2-1(106)-347/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur.
2. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(86)-398/2013 nömrəli qərarı ilə iddiaçının 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işlədiyi dövr staj kimi müəyyən edilərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin üzərinə qoyulmuşdur.
3. Əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021 -ci il tarixdən iddiaçının əlilliyə görə əmək pensiyası dayandırılmışdır.
4. Dövlət Arxivinin Şirvan filialının xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışına əsasən, iddiaçı 1966-1969-cu, 1971-1974-cü və 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işləmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının sığorta stajı (Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)398/2013 nömrəli qərarı və xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 22 il 25 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesab ının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanlar nəzərə alınaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə, qanunvericiliklə tələb olunan 25 il sığorta stajı tamamlanarsa, iddiaçının əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ikinci dərəcə əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təy in edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1966-1969-cu, 1971-1974-cü və 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işləmişdir. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun 1966-1969-cu, 1971-1974-cü və 1987-ci illərdə Saatlı rayonu “Adıgün” adına kolxozdakı əmək fəaliyyəti dövrlərinin ümumi iş stajına daxil edilməsinin mümkün olmadığı və bu səbəbdən də ümumi iş stajının 22 il 25 gün təşkil etdiyi əsas gətirilərək ona imtina cavabı verilmişdir
9. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtina məktubundakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)398/2013 nömrəli qərarı ilə iddiaçının iddiası təmin olunaraq onun 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işlədiyi dövrlər sığorta stajı kimi qəbul edilmiş və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Fondun Saatlı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarının surətinə əsasən, iddiaçı sığorta stajını təsdiq edən sənəd kimi 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işləməsi barədə Saatlı rayon Dövlət Arxivinin xx.xx.2013-cü il tarixli, 17 nömrəli arayışını təqdim etmişdir. Həmin arayışda iddiaçının 1976-cı il tarixdən 1996-cı il tarixədək Saatlı rayonu “Adıgün” adına kolxozda əmək fəaliyyəti dövrü qeyd edilmişdir. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci ildə cavabdeh orqana daxil olmuş ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının xx.xx.2022-ci il tarixli, 104 nömrəli arayışına əsasən onun 1966-cı il tarixindən 1996-cı il tarixinədək Saatlı rayon “Adıgün” adına kolxozda işləməsi qeyd edilmişdir. Eyni zamanda, xx.xx.2013-cü il tarixli, 17 nömrəli arxiv arayışında iddiaçının 1976-cı il üzrə kolxozda yerinə yetirdiyi minimum adam günü 56 gün qeyd edilsə də, sonradan təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışında iddiaçının 1976-cı il üzrə yerinə yetirdiyi a dam günü 156 gün göstərilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışında iddiaçının 1966-cı il tarixindən 1975-ci il tarixinədək və 1987-ci il üzrə kolxozda əmək fəaliyyəti dövrü sonradan əlavə edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışının mötəbərliyinə əsaslı şübhələr olduğu üçün arayışda qeyd olunmuş 1966-cı il tarixindən 1975-ci il tarixinədək və 1987-ci il üzrə Saatlı rayonu “Adıgün” adına kolxozdakı əmək fəaliyyəti dövrlərinin onun ümumi iş stajına daxil edilməsi mümkün hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya Alt Sisteminə əsasən, iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesab ının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə iddiaçının təqdim etdiyi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-398/2013 nömrəli qərarına əsasən 20 il əmək fəaliyyəti dövrü və xx.xx.2022-ci il tarixli, 135 nömrəli arayışa əsasən 2 il 25 gün hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 22 il 25 gün mübahisələndirilməyən ümumi iş stajı vardır.
11. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional filialının və Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan şəhər filialının əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, iddiaçının 1966-1996-cı il tarixlərdə Saatlı rayonu “Adıgün” adına kolxozda sığorta stajına daxil olan əmək stajı yerində qarşılıqlı yoxlanılmış, müəyyən edilmişdir ki, Saatlı rayonu “Adıgün” adına kolxozun protokol kitabları Dövlət Arxivinin Şirvan şəhər filialına təhvil verilməmişdir. Bu səbəbdən iddiaçının kolxoza işə qəbul və işdən çıxma tarixlərini müəyyən etmək mümkün olmamışdır. Saatlı rayonu “Adıgün” adına kolxozun Dövlət Arxivinin Şirvan şəhər filialında mühafizə olunan kolxoz üzvlərinin hesablaşma kitablarında iddiaçının 1966-1996-cı illər üzrə əmək fəaliyyəti araşdırılmış, araşdırma zamanı kolxozun kolxoz üzvlərinin hesablaşma kitablarının 1966-1974-cü və 1976-1996-cı illərin əmək fəaliyyətinə aid cədvəllərində iddiaçının (ata adı göstərilməyib) adına rast gəlinmişdir. İddiaçının ad və soyadında, eyni zamanda əmək fəaliyyəti barədə cədvəllərdəki bəzi rəqəmlərdə qaralamalar edilmişdir.
12. Şirvan İnzibati Məhkəməsinin (hakim: Hilal Nəcəfov) 07 iyun 2023-cü il tarixli, 21(120)-504/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ikinci dərəcə əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 22 il 25 gün təşkil edir. Cavabdeh imtina üçün üç halı əsas götürmüşdür:
1. İddiaçının işlədiyini iddia etdiyi 1966-1975-ci və 1987-ci illərlə bağlı təqdim edilən arxiv arayışının mötəbərliyinə əsaslı şübhələrin olması;
2. İddiaçının 25 il ümumi iş stajını toplamaması. 3. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması.
14. Əmək Məcəlləsin ə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. xx.xx.1966-xx.xx.1969-cu illəri əhatə edən dövrdə iddiaçı əmək fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilən yaş həddinə çatmamışdır. Odur ki, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilmir. 15. xx.xx.1969-xx.xx.1969 və 1971-1973-cü illəri əhatə edən dövrlə bağlı arxiv sənədlərinin əslinə cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş və qanun pozuntuları aşkar edilməmişdir. Belə ki, sənədlərdə kolxozda işləyən ümumi işçilərin ata adlarının qeyd edilmədiyi, İddiaçı adında yalnız bir şəxsin olduğu, ümumi işçilərin əməkhaqqı cədvəllərində düzəlişlər edilmədən eyni qələmlə qaralamalar olduğu müəyyən edildi. Məhkəmə h esab edir ki, qeyd edilən hal iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin məhkəmə bunu iddiaçının ziyanına şərh etmir. 1969, 1971-1973-cü illərdə minimum əmək iştirakı norması 240 gün olmuşdur. Buna qarşılıq iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, minimum əmək iştirakı normasından az işlənilən illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. 90 x 12 = 1080/240 = 4,5 (30 x 0,5 = 15 gün) = 4 ay 15 gün (1969-cu il üzrə). 103 x 12 = 1236/240 = 5,15 (30 x 0,6 = 4 gün) = 5 ay 4 gün (1971-ci il üzrə). 180 x 12 = 2160/240 = 9 = 9 ay (1972-ci il üzrə). 1973-cü ildə adam günü normasından çox işlədiyindən (265) tam götürülür (1 il). Belə olan halda iddiaçının xx.xx.1969-xx.xx.1969 və 1971-1973-cü illər üzrə stajı – cəmi: 2 il 6 ay 19 gün kimi müəyyən edilir. İddiaçının 1974-cü ildə iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1974-cü ildə hərbi xidmətə getmişdir. Odur ki, həmin illə bağlı nəzərə alınacaq stajı – cəmi: 4 ay 23 gün kimi müəyyən edilir. İddiaçının xx.xx.1974-xx.xx.1976 illəri əhatə edən hərbi xidmət dövrü cavabdeh tərəfindən mübahisəsiz hal kimi hesab edilmiş və sığorta stajına daxil edilmişdir (cəmi: 2 il 25 gün).
16. İddiaçının 1976-1996-cı illərdə kolxozda işlədiyi dövrü cavabdeh inzibati orqan Şirvan İnzibati-İqtisadi Məhkəmənin 2- 1(86)-398/2013 nömrəli qərarına əsasən mübahisəsiz hal sayaraq 20 il staj kimi qəbul etdiyini qeyd edir. Lakin cavabdeh qeyd edilən dövrü qəbul edərkən 1996-cı ilə münasibət bildirməmişdir. Məhkəmə qeyd edilən istiqamətdə araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçı xx.xx.1976-cı il tarixdə hərbi xidmətdən geri dönmüş və yenidən kolxozda əmək fəaliyyətinə başlamışdır. 2013-cü ildə və 2022-ci ildə təqdim edilən arayışlarda yerinə yetirilən adam günü norması ilə bağlı arxiv müdiri iclasa dəvət edilərək cavabdehin nümayəndəsinin iştirakı ilə əməkhaqqı cədvəllərinin əsillərinə baxış keçirilmiş və 2013-cü il tarixli arayışda mexaniki səhv ola biləcəyi qənaətinə gəlinmişdir. Belə ki, qeyd edilən normada fərqli qələmdən istifadə olunduğu müəyyən edilməmişdir. Müəssisədə işlədiyi 1976-cı illə bağlı 2 fərqli arxiv arayışının tərtib edilməsi məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bunu məhkəmə iddiaçının ziyanına şərh etmir. Odur ki, 1976-cı il üzrə iddiaçının stajı ümumi iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçının 1976-1996-cı illər üzrə stajı – cəmi: 20 il 6 ay 11 gün kimi müəyyən edilir. Beləliklə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi müddət və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə 25 ildən çox (2 il 6 ay 19 gün + 4 ay 23 gün + 2 il 25 gün + 20 il 6 ay 11 gün = 25 il 6 ay 18 gün) ümumi iş stajı mövcuddur.
17. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 3-cü əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə a lınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, o, 25 ildən çox sığorta stajına malikdir ki, bu hal ona yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissə sində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir.
18. Beləliklə, pensiya hüququ xx.xx.2019-cu il tarixdən yarandığına baxmayaraq, xx.xx.2021-ci il tarixə kimi ikinci dərəcə əlilliyə görə pensiya aldığından, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir.
19. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
20. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı izahat verərək bildirmişdir ki, o, 1966-1969-cu və 1971-1974-cü illərdə orta məktəbdə oxuduğu zaman məktəbli olsa da, sözügedən kolxozda dərslərdən sonra, əsasən də dərslərin olmadığı yay aylarında işləmiş, işlədiyi fa ktiki günlərə müvafiq də ona əmək günü yazılmışdır. O, 1974cü ildə hərbi xidmətə gedənə qədər kolxozda işləmiş, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti başa çatdıqdan sonra 1976-cı ildə kolxozda işləməyə başlamış və 1996-cı il tarixə qədər eyni kolxozda fəaliyyətini davam etdirmişdir. 2013-cü il tarixdə əlillik təyin edilməsi üçün arxiv idarəsindən stajını təsdiq edən sənədləri almış, lakin oxuma və yazma bacarığı olmadığı üçün staj illərinə diqqət yetirməmişdir. Eyni zamanda, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün həmin arxiv arayışında göstərilən müddətlər kifayət etdiyindən o, arxiv arayışında hansı dövrün göstərilməsinin fərqinə varmamışdır.
21. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Müşfiq Həsənov /sədrlik edən və məruzəçi/, Sa mir Həsənov və Pərviz Əhmədov) 20 oktyabr 2023-cü il tarixli, 2-1(106)-347/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisə Dövlət Arxivinin Şirvan filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışının iddiaçının 1966-cı il tarixdən 1969-cu il tarixədək, 1971-ci il tarixdən 1974-cü il tarixədək və 1987-ci il üzrə Saatlı rayonu “Adıgün” adına kolxozdakı əmək fəaliyyəti dövrlərini əhatə edən sığorta stajını təsdiqləmək üçün kifayətedici və mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı meydana çıxmışdır.
23. İddiaçının adına verilmiş arxiv arayışının məlumatları nəzərə alındıqda müəyy ən edilir ki, Saatlı rayonu “Adıgün” kolxozunda minimum əmək günü (iş günü) norması 1966-1987-ci illərdə 240 adam günü, 1988-1996-cı illərdə isə 220 adam günü olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1973-cü və 1977-1996-cı illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 21 il hesablanmalıdır. 1966-1969-cu, 1971-1972-ci, 1974-cü və 1976-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının 1966-1969-cu və 1971-1972-ci illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (60+53+80+90+103+180) x 12 = 6792 / 240 = 28,3 ay (≈ 2 il, 4 ay 9 gün). İddiaçının 1974-cü ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 129 x 12 = 1548 / 240 = 6,45 ay (≈ 6 ay 14 gün). İddiaçının 1976-cı ildə faktiki işlədiyi müddət üzrə iş stajı isə aşağıdakı qaydada müəyyən edilir – 156 x 12 = 1872 / 240 = 7,8 ay (≈ 7 ay 2 gün).
24. İddiaçının kolxozda işlədiyi 1974-cü və 1976-cı illərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətə gedənə qədər (xx.xx.1974-cü il tarixədək) kolxozda işlə miş, hərbi xidmətdən qayıtdıqdan sonra (xx.xx.1976-cı il tarixdən) həmin kolxozda fəaliyyətini davam etdirmişdir. İddiaçının 1974-cü ildə hərbi xidmətə gedənə qədər faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir –129 x 12 = 1548 / 240 = 6,45 ay (≈ 6 ay 14 gün). İddiaçının 1976-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir –156 x 12 = 1872 / 240 = 7,8 ay (≈ 7 ay 2 gün). Göründüyü kimi, iddiaçının 1974-1976-cı illərdə kolxozda işlədiyi müddət onun hərbi xidmətdə olduğu müddət (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək) ilə birlikdə (3 il) iddiaçının sığorta stajına daxil edilməlidir.
25. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının hərbi xidmətdə olduğu müddətlə birlikdə 1966-1996- cı illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumilikdə 26 il 4 ay 9 gün sığorta stajının olduğu müəyyən edilir ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
26. Apellyasiya şikayətinin dəlillərində cavabdeh inzibati orqan qeyd edir ki, təqdim edilmiş arxiv arayışında iddiaçının 1976-cı il üzrə kolxozda yerinə yetirdiyi minimum adam günü 56 gün qeyd edilsə də, sonradan təqdim edilmiş arxiv arayışında iddiaçının 1976-cı il üzrə yerinə yetirdiyi adam günü 156 gün göstərilmişdir. Həmçinin arxiv arayışında iddiaçının 1966-cı il tarixdən 1969-cu il tarixədək, 1971-ci il tarixdən 1974-cü il tarixədək və 1987-ci il üzrə kolxozda əmək fəaliyyəti dövrü sonradan əlavə edilmişdir. Məhkəmə kollegiyası mübahisələndir ilən həmin dövrlərə münasibətdə qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclası zamanı Dövlət Arxivinin Şirvan filialı tərəfindən arxiv sənədlərinin əsilləri baxış üçün təqdim edilmişdir. Sədrlik edən təqdim olunmuş sənədlərin əslinə baxış keçirmiş və baxış zamanı cavabdehin qeyd etdiyi şübhəli hallar müəyyən edilməmişdir (“Kolxozçuların əmək stajı və qazanc uçotu” kitabından iddiaçının adı ilə aşkarlanan vərəqlərin surətləri işə əlavə edilmişdir). Həmçinin cavabdeh inzibati orqan qeyd edilənlərlə əlaqədar mötəbər sübut təqdim etməmişdir.
27. Eyni zamanda məhkəmə kollegiyası mübahisələndirilən 1987-ci ilə münasibətdə qeyd edir ki, (cavabdeh inzibati orqanın özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi) Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.201 3-cü il tarixli, 2-1(86)398/2013 nömrəli qərarı ilə iddiaçının 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işlədiyi dövrlər sosial sığorta stajı kimi qəbul edilmiş və Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona əlilliyə görə pensiya təyin edilmişdir.
28. Məhkəmə kollegiyası iddiaçının 1966-1969-cu illərdə Saatlı rayon “Adıgün” adına kolxozda işlədiyi müddətə münasibətdə əmək hüququnun 14 yaşdan sonra yaranması əsası ilə iddiaçının həmin yaşa qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməməsinə dair cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının 19661969-cu illərdə icazə verilən yaş həddinə çatmaması onun həmin illərdə kolxozda işləməsi faktını dəyişdirmir. İddiaçının həmin illərdə işlədiyi halda icazə verilən yaş həddinə çatmaması onun ziyanına qiymə tləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. İddiaçı 1966-1969-cu illərdə məktəbli olsa da, sözügedən kolxozda dərslərdən sonra, əsasən də dərslərin olmadığı yay aylarında işlədiyini, işlədiyi faktiki günlərə müvafiq də ona əmək günü yazıldığını qeyd edir. İş materiallarından da görünür ki, sözügedən kolxozda iddiaçının 1966-cı ildə faktiki əmək günü 60 gün, 1967-ci ildə faktiki əmək günü 53 gün, 1968-ci ildə faktiki əmək günü 80 gün, 1969-cu ildə faktiki əmək günü 90 gün olmuşdur.
29. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
30. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, idd iaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaq la) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası işin materiallarını və kas sasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə q ərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növb ədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
43. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtər əfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
44. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsi nin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
45. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
46. İstinad olunan həmin normanın müddəaları baxımından, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il s ığorta stajı olmalıdır.
47. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
48. Odur ki, əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
50. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2023-cü il tarixli, 2-1(106)-347/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.