Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-819/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “müsahibə nəticələrinin ləğv edilməsi və yenidən müsahibə keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2024-cü il tarixli, 2-1(103)-3891/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 276 saylı tam orta məktəbdə İddiaçı nitq qabiliyyəti barədə qəbul edilmiş komissiyanın qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək İddiaçı xx.xx.2024-cü il tarixdə nitq qabiliyyəti barədə keçirilmiş müsahibənin nəticələrinin ləğv edilməsi və İddiaçı Bakı şəhəri 157 saylı tam orta məktəbdə rus bölməsinə qəbul edilməsi məqsədi ilə yenidən müsahibədən keçirilib qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) xx.xx.2024-cü il tarixli, 21(112)-10997/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı münasibətdə xx.xx.2024-cü il tarixdə nitq qabiliyyəti barədə keçirilmiş müsahibənin nəticələri ləğv edilmiş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı Bakı şəhəri 157 saylı tam orta məktəbdə rus bölməsinə qəbul edilməsi məqsədi ilə yenidən müsahibədən keçirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə (sədrlik edən), K.H.Əkbərov və N.X.N əbizadə) 1 noyabr 2024-cü il tarixli, 2-1(103)3891/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2024-cü il tarixli, 2-1(103)-3891/2024 nömrəli qərarın ləğv olunması və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya icraatı zamanı iddiaçı ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmişdir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məh kəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticəl əri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina etməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də iddianın verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq iddiaçının iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi barədə ərizəsi təmin edilməli, iddia üzrə icraata xitam verilməlidir.
10. Eyni zamanda, iddiadan imtina edilmənin hüquqi nəticələri ilə bağlı iddiaçıya izah edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, iddianın geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiadan imtina barədə iddiaçının ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “müsahibə nəticələrinin ləğv edilməsi və yenidən müsahibə keçirilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.