Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-82/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “xxxx” ASC-nin cavabdeh Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-82/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il 11.02.2020 Açar sözlər: iddianın mümkünlüyü, icra məmurunun hərəkətlərinin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin idarə heyətinin sədri xx1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-371/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” ASC (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və siyahıya alınmamış əmlakın qanunsuz aparılmasına görə 203.000 manat ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçı 10 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh “xxxx” ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbi təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh inzibati orqanı n icra məmurları əmlakları siyahıya alaraq aparan zaman məhkəmə qətnaməsində göstərilməmiş əmlakları da zor tətbiq etməklə götürmüş, habelə müəssisəyə məxsus şərab çənlərini aparan zaman həmin çənlərdə olan 40 ton konyak içkisini ətrafa boşaltmaqla müəssisəyə zərər vurmuşdur. İddiaçı məhkəmə qətnaməsində nəzərdə tutulmadığı halda götürülmüş əmlakın geri qaytarılması barədə cavabdehə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Cavabdeh iddia ərizəsinə münasibət təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus əmlakın siyahıya alınması icra şöbəsinin əməkdaşları tərəfindən deyil, Vergilər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-45/2019 saylı qərarı ilə (hakim Rüfət Məcidov) iddia tələbi rədd edil mişdir. Həmin məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi üzrə iddianın xarakterinə görə iddia müddətinin tətbiqi mümkün olmasa da, iddia olunan hərəkətlərin edildiyi andan uzun müddətin keçməsi sübutların əldə edilməsi baxımından çətinlik yaratmışdır. İddiaçı cavabdeh icra qurumu tərəfindən siyahıya alınmamış əmlakın götürüldüyünü və bunun nəticəsində spirtli içkilər dağıdılaraq cəmiyyətə ziyan vurulduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər-hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı isə iddiaçının dəlillərini təsdiq edən mötəbər sübutların əldə oluması mümkün olmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-371/2019 saylı qərarı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.2, 8.3, 8.4, 8.5, 13.1.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iddiaçının idarə heyətinin sədrinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsini nəzərə almadan məhkəmə iclasını iddiaçı tərəfin iştirakı olmadan aparmış, bununla da ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur. Bundan başqa bildirilmişdir ki, iddiaçının vergi borcunun 7500 manat təşkil etməsinə baxmayaraq, cavabdeh icra vərəqəsindən irəli gələn səlahiyyətlərini aşmaqla iddiaçıya məxsus 7 ədəd əlvan metaldan olan çənləri və 40 ton spirtli içkini də aparmış, bununla da iddiaçıya külli miqdarda zərər vurmuşdur. Belə ki, həmin dövrdə 50 tonluq əlvan metaldan olan çənin qiyməti 15.000 ABŞ dolları təşkil etmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən vergi borcunun ödənilməsinə dair aktın məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin akta hüquqi qiymət vermilməmişdir. Başqa bir dəlillə bildirilmişdir ki, məhkəmə cavabdeh tərəfindən yol verildiyi iddia edilən hərəkətin üzərindən uzun müddət keçməsi səbəbindən sübutların əldə edilməsinin mümkün olmadığını bildirmişdir. Halbuki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq hansı araşdırmanın aparıldığı, araşdırmanın nəticəsinin nədən ibarət olduğu aydın olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqınd a” Avropa Konvensiyasının 6, 13, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7, 11, 12, 13, 14, 15-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. X4 Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli,1-95/2007 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbayc an Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İddiaçı-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı-nin 10057 manat dəyərində siyahıya alınmış 1 ədəd su anbarı, 1 ədəd F-500 və 1 ədəd F-300 markalı emal çənlərinin ixtisaslaşdırılmış açıq hərraclar vasitəsilə satılması, əldə edilmiş vəsaitdən 8800 manat pulun dövlət gəlirinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin X1 İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2008-ci il tarixli, 2/1(107)14/2008 nömrəli qətnaməsinin surətindən görünür ki, X4 Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 1-95/2007 nömrəli qiyabi qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə X4 Məhkəməsinin xx xxxx xx 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxx 2008-ci il tarixli, 2-1(102)-248/2008 nömrəli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli 2/1(107)14/2008 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbinin 1.111.98 manat məbləğində borcun ödənilməsi məqsədi ilə cavabdehin həmin məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclar vasitəsilə satılması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqanın xx xxxxxxx 2018-ci il tarixli, 7345/18 nömrəli etiraz məktubundan görünür ki, X2 Məhkəməsinin 2(87)-363/2008 saylı xx xxxxxxxx 2008-ci il tarixli icra vərəqəsinə əsasən “xxxx” ASC-nin 830.6 manat dəyərində siyahıya alınmış 1 ədəd NSB - 10132 markalı Nasos (orta vəziyyətdə) ixtisaslaşdırılmış açıq hərrac vasitəsilə satılmalıdır. Əldə olunmuş vəsaitdən 568.15 manat dövlət gəlirinə tutulmalıdır. Qeyd olunan İcra sənədi üzrə başlanılmış icraat zamanı qərar və bildiriş tərəflərə göndərilmişdir. Daha sonra xx xxxxxx 2015-ci il tarixdə “Qiymətləndiricinin dəvət edilməsi haqqında» qərar qəbul edilmiş və əmlak 830 manat dəyərində qiymətləndirilmişdir. xx xxxxxx 2016-cı il tarixdə 192/18 saylı məktubla hərraca sifariş göndərilməsinə baxmayaraq həmin əmlak hərracda satılmamış və tələbkara təklif edilmişdir. Tələbkar 10 saylı Ərazi Vergilər İdarəsi xx xx xxxx 2017-ci il tarixli məktubunda əmlakı qəbul etmədiyini bildirmiş, buna görə də xx xxxxxx 2017-ci il tarixdə icra sənədi “İcra haqqında” qanunun 53.3-cü maddəsinə əsasən tərəflərə məlumat verilməklə geri qaytarılmış və həmin qərar ötən dövr ərzində mübahisələndirilməmişdir. “xxxx” ASC-in irəli sürdüyü tələbə gəldikdə isə həmin tələbə görə siyahıya alınmanı İcra şöbəsinin əməkdaşları həyata keçirmişdir. Lakin X2 Məhkəməsinin 2(87)-363/2008-ci il tarixli qiyabi qətnaməsindən və Vergilər Nazirliyinin xx xxx 2008-ci il tarixli, ********** saylı “Vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” Protokola əsasən əmlakın siyahıya alınması Azərbaycan Respublikası VM-in 89-cu maddəsinə uyğun olaraq Vergilər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmişdir. İşdən görünür ki, Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsi cavabdeh İddiaçıyə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi ilə X4 Məhkəməsinə müraciət etmiş, mübahisəyə baxan məhkəmələr tərəfindən borc həddində iddianın təmin edilməsi qərara alınmışdır. Bundan sonra icra sənədi icra edilməsi üçün aidiyyət üzrə icra qurumuna göndərilmiş və icra qurumu tərəfindən “İcra haqqında” Qanunun tələbinə uyğun olaraq icraata başlanılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikay əti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, lakin iddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid bildirilməsini zəruri hesab edir. olduğundan, məhkəmə kollegiyası aşağıdakıların Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia olmaqla mümkün iddiadır. Habelə, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nətic əsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.4-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə d air iddialara; - 35.1-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə haqqında iddianın qaldırılması üçün id diaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzbati orqan arasında publik hüquqdan irəli gələn münasibətlərin mövcud olması, habelə sonuncu tələblə bağlı iddiaçının ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilib-edilməməsi yoxlanılmalıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə qarşı qaldırılan iddiaların mümkünlüyü məsələsinə baxılarkən inzabati məhkəmə praktikasında formlaşmış hüquqi mövqe mövcuddur ki, onlar aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflə r icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamə nin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtı nda və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olubolmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlə rə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. İstinad edilən Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkət i və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə b u qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən Qanun deyil, Azərbaycan Respublikası Mül ki Prosessual və İnzibati Prosessual Məcəllələri çıxış edirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçir dikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. İcra qurumunun fəaliyyəti zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Aparılmış təhlilin nəticəsinə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Digər tərəfdən isə, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikası İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Bildirilmiş hüquqi qiymətlən dirməyə uyğun olaraq iddiaçı tərəfindən irəli sürülən iddia tələbinin faktiki əsasları kimi cavabdehin hərəkətlərinin icra icraatı çərçivəsində aparıldığı və yaxud icra icraatı omadan aparılıb-aparılmadığı müəyyən edilməli idi. Belə ki, birinci hal müəyəyn olunduğu təqdirdə, iddianın baxılması inzibati məhkəmə icraatına aid oluna bilməzdi. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə isə, Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsi cavabdeh İddiaçı-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi ilə X4 Məhkəməsinə müraciət etmiş, mübahisəyə baxan məhkəmələr tərəfindən borc həddində iddianın təmin edilməsi qərara alınmışdır. Bundan sonra icra sənədi icra edilməsi üçün aidiyyət üzrə icra qurumuna göndərilmiş və icra qurumu tərəfindən “İc ra haqqında” Qanunun tələbinə uyğun olaraq icraata başlanılmışdır. İşin qeyd edilmiş hal isə onu ehtiva edir ki, hazırda mübahisələndirilən inzibati orqanın hərəkətləri icra sənədinin icrası qaydasında aparılmışdır. Bu halın müəyyən edilməsi isə inzibati məhkəmə icratı qaydasında iddianın mümkünlüyünü istisna etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və tə klifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddianın mümükünlük şərtinin yoxlanılması üçün iş yenidən apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya inst ansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı “xxxx” ASC-nin idarə heyətinin sədri xxx1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmi n edilsin. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-371/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-82/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-82/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver