Məhkəmə qərarları › İş №2-1(102)-82/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-82/2021

21.04.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-82/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Penitensiar Xidmətin Həbsxanasının rəhbərliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Həbsxananın inzibati orqan hesab edilməsi, iddianın mümkünlük şərti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Penitensiar Xidmətin Həbsxanasının rəhbərliyinə (bundan sonra cavabdeh) qarşı gəzintidə təmiz hava almasına müdaxilə edərək onun sağlamlığını təhlükə altına qoyan qanunsuz müdaxilədən müdaf iə barədə olan tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1383/2020 saylı, 27 avqust 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 27 yanvar 2020-ci il tarixdə cavabdehin onun gəzintidə təmiz hava almasına müdaxilə edərək onun sağlamlığını təhlükə altına qoyan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin belə hərəkətləri etməkdən çəkindirməyə (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair) qərar qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, məhkum İddiaçı ərizəsində qeyd olunan qızdırıcı soba onun saxlandığı korpusun hamamına məxsusdur ki, bu da korpusun quruluşuna uyğun olaraq nəzərdə tutulmuş yerdə quraşdırılmışdır. Bu soba məhkumların həyat və sağlamlıqları üçün hər hansı bir təhlükə törətmir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Həbsxananın Yanğından mühafizə üzrə əməkdaşları tərəfindən korpuslara mütəmadi baxışlar keçirilir, bununla bağlı hər hansı bir təhlükə olduğu təqdirdə bu barədə məlumat verilərdi. Odur ki, məhkəmədən iddia ərizəsinin əsassız sayılması məsələsinə baxılması xahiş edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-2696/2020 saylı iş) 8 iyun 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəhbərliyi inzibati orqan deyildir. Həmçinin həbsxananın rəhbərliyi hər hansı normativ-hüquqi aktla inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki şəxs deyil. Eyni zamanda, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda “Həbsxananın rəhbərliyi vəzifəsi” inzibati orqan kimi müəyyən olunmamışdır.

5. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı İ nzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X3 və X4, 2-1(103)-1383/2020 saylı iş) 27 avqust 2020-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 8 iyun 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

7. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı qaldırdığı tələblərə dair inzibati işlər müxtəlif məzmunlu olsa da, ətraflı məhkəmə araşdırması aparılmadığından bir-birinə oxşar qərardadlar qəbul edilmiş, tələb və şikayətləri təmin olunmamışdır.

9. Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi qaydaları və şərtləri cəzaların icrası qanunvericiliyi ilə müəyyən edilir. Məhkumlar əsas hüquq və vəzifələrə malikdirlər.

10. Cəzaların İcrası Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, məhkumlar şəxsi təhlükəsizlik hüququna malikdirlər, bu baxımdan Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı qaldırdığı iddia ərizəsində gəzinti zamanı təmiz hava almasına müdaxilə etməklə nəinki onun, digər məhkumların da sağlamlığının təhlükə altına qoyulma sından bəhs edilir. İddiaçının irəli sürdüyü tələblər ümumi məhkumların mənafeyinə yönəlmişdir.

11. Apelyasiya instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı hesab edir ki, bu mövqe məhkəməyə müraciət hüququnu məhdudlaşdırmaqla Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbinə ziddir.

12. Apelyasiya instansiyası hesab etmişdir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bu mənada iddiaçının sağlamlığını təhlükə altına qoyan qanunsuz müdaxilə də hüququnun pozulması deməkdir.

13. Cəzaların İcrası Məcəlləsinin 85.1-ci maddəsində məhkumların gəzintisindən bəhs edilərək göstərilir ki, açıq havada işləməyən, bağlı otaq və ya kamerada saxlanılan məhkumlar bir saatdan az olmayan müddətə hər gün gəzinti hüququna malikdirlər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq e dilən hüquq

17. Cəzaların İcrası Məcəlləsi: Maddə

1. Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini müəyyən edən cəzaların icrası qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 2.1. Bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. 2.2. Bu Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq v ə azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. 2.3. Bu Məcəllə qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir. Maddə

4. Müvafiq icra hakimiyyəti orqanları cəzaların icrası məsələlərinə dair qanunvericiliyə əsaslanan normativ hüquqi aktlar qəbul edə bilərlər. Maddə 19.3. Məhkəmə cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edir. Maddə 85.1. Açıq havada işləməyən, bağlı otaq və ya kamerada saxlanılan məhkumlar bir saatdan az olmayan müddətə hər gün gəzinti hüququna malikdirlər. 85.2. Məhkumların gəzintisi gündüz vaxtı, cəzaçəkmə müəssisəsi ərazisinin xüsusi təchiz olunmuş hissəsində hər bağlı otaq və ya kamera üçün ayrılıqda keçirilir. Gəzinti zamanı müvafiq qaydalar məhkum tərəfindən pozulduqda gəzinti vaxtından əvvəl dayandırıla bilər.

18. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inz ibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (-); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); (-). Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdir ilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəmə sində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatı: 2.1-ci bənd. Azərbaycan Re spublikası Ədliyyə Nazirliyinin: (-); 2.1.8-ci bənd. cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları. 20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı: 2-ci bənd. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bənd. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirl ər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2-ci bənd. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4-cü bənd. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1-ci bənd. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəa liyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

21. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmamışdır.

24. İddiaçı cəza çəkdiyi müəssisədə cavabdehin onun gəzintidə təmiz hava almasına müdaxilə edərək sağlamlığını təhlükə altına qoyan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

25. Apelyasiya mə hkəməsinin mövqeyinə görə iddia ərizəsində qeyd edilən cavabdeh inzibati orqan deyildir və “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmamışdır.

26. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatında 2.1.8-ci bənddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları inzibati orqanların adı kimi göstərilmişdir.

27. İddiaçı cavabdehin onun gəzinti hüququna müdaxilə etdiyini bildirib cavabdehin hərəkətini mübahisələndirməklə h azırkı vəziyyətdə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilir.

28. Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli 4 saylı Plenum qərarına istinad edən məhkəmə kollegiyası vurğulayır ki, ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

29. İn zibati hüquq münasibətlərində tərəflərdən biri olan cavabdeh “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan hesab edilir.

30. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

31. İddiaçı iddia ərizəsində cavabdeh kimi həbsxananın rəhbərliyini göstərmişdir. İPM-ə görə inzibati orqanın rəhbərliyi deyil, inzibati orqan məhkəmə icraatının iştirakçısı sayılır. Odur ki, işə yenidən baxılarkən qaldırılan iddiada yol verilən formal xətanın aradan qaldırılmasında iddiaçıya yardım edilməlidir.

32. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1383/2020 saylı 27 avqust 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar