Məhkəmə qərarları › İş №2-1(102)-82/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-82/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-82/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət) Hakimlər Səyyad Kərimov-sədrlik edən və məruzəçi, Bəhram Məmmədli, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı təhsil haqqının ödənilməsindən azad olunma tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2-1(82)-948/2019 nömrəli qərarından apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barə də cavabdehin ərizəsinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(103)-270/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, adının güzəştli tələbələr siyahısına əlavə olunması, təhsil haqqını ödəməkdən azad edilməsi, 2017-ci il tarixdə ödədiyi təhsil haqqının növbəti illər üçün ödəyəcəyi əlavə ödənişlərlə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 21(82)-948/2019 nömrəli qərarı ilə iddia təmin olunmuşdur.

3. Apelyasiya şikayətinin verilməsi üçün müddəti buraxmış cavabdeh tərəfind ən buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apelyasiya şikayəti verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019ci il tarixli, 2-1(103)-1231/2019 nömrəli qərardadı ilə apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmuş, cavabdehin şikayəti üzrə apelyasiya mümkün sayılmışdır.

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının həmin iş üzrə 20 iyun 2019-ci il tarixli qərarı ilə (hakimlər, C. Yusifov-sədrlik edən və məruzəçi, V. Ağayev və A. Nuriyeva) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2-1(82)-948/2019 nömrəli qərarı ləğv edilmiş, iddiaçının iddia tələbi təmin e dilməmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın və qərarın ləğv edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2-1(102)-2993/2019 nömrəli qərarı ilə (hakimlər İ. Hüseynovsədrlik edən və məruzəçi, N. Rəsulbəyova və Z. Quliyev) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-ci il tarixli, 2-1(103)-1231/2019 nömrəli qərarı və bununla bağlı 13 iyun 2019-ci il tarixli, 2-1(103)-1231/2019 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2- 1(103)-725/2020 nömrəli qərardadı ilə (hakimlər M. Tağızadə-sədrlik edən və məruzəçi, Ü. Mayılov və K. Ab ıyeva) cavabdehin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apelyasiya şikayətinin qəbulundan imtina olunmuşdur. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, buraxılmış müddətin üzrlü hesab olunmasını və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2-1(102)-1444/2020 nömrəli qərarı ilə (hakimlər K. Bədəlov-sədrlik edən və məruzəçi, R. Nəbizadə və İ. Dadaşov) şikayət qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

9. Bak ı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V. Məmmədov-sədrlik edən və məruzəçi, R. Qurbanov və İ. Kərimli) 26 iyul 2021-ci il tarixli, 2-1(103)-270/2021 nömrəli qərardadı ilə cavabdehin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2-1(82)-948/2019 nömrəli qərarından apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apelyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina olunmuşdur.

10. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın əsassız sayılmaqla ləğv edilməsini və işin Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində qeyd edili r ki, təqdim edilmiş ərizədə Təhsil Nazirliyinin kargüzarlıq işlərinin elektronlaşdırılması ilə əlaqədar olaraq texniki cəhətdən sənədlərin nəzarətdən yayınması və sənəd dövriyyəsinin çoxluğu barədə məlumat verilsə də, apelyasiya məhkəməsi şikayəti qeyri-mümkün hesab etməklə, tərəflərin bərabər qaydada özlərini müdafiə etməsi prinsipini pozmuş və şikayətin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda şikayətin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(103)-270/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Madd ə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmas ına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

15. İş üzrə cavabdeh tərəfindən apelyasiya məhkə məsinin qərardadının ləğvi tələb olunduğu üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

18. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

19. Nəzərə almaq lazımdır ki, müddətin bərpası ilə bağlı yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş qaydalar inzibati idarəçilikdə hüquqi müəyyənliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi, eyni zamanda hüquqi sabitlik və ədalət prinsiplərinin uzlaşması məqsədlərinə xidmət edir. Belə ki, bir tərəfdən hüquqi müəyyənlik və ya hüquqi sabitlik prinsipi mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edirsə, digər tərəfdən ədalət prinsipi müddətin üzürlü səbəblərdən buraxıldığı hallarda, şəxsin ilkin hüquqi vəziyyətin bərpa olunması imkanı ilə təmin olunmasını tələb edir.

20. Bundan əlavə, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu v ə əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Bu baxımdan müddətlə bağlı tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr şəxsin məsuliyyət sferasına aid edilməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxs qanunla müəyyən olunmuş müddəti üzürsüz səbəblərdən buraxdığı təqdirdə, ilkin hüquqi vəziyyətin (prosessual müddətin buraxılmasından əvvəlki prosessual vəziyyətin) bərpa olunmasını iddia etməkdə və nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi təhdid altına almaqda haqlı sayıla bilməz.

21. İlkin hüquqi vəziyyətin bərpa olunması institutu ancaq qa nunla müəyyən edilmiş müddətlərin, o cümlədən şikayətin verilməsi müddətinin buraxıldığı hallarda istifadə olunur. Bu zaman müddəti buraxan proses iştirakçısına həqiqətən mane olan halların mövcudluğu müəyyən edilməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi yalnız o zaman mümkündür ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmasın. Yuxarıda istinad olunan norma anlamında təqsir dedikdə qəsd və ya kobud ehtiyatsızlıq başa düşülməlidir.

22. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08.05.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.

23. Cavabdeh həm müddətin bərpası barədə ərizədə, həm kassasiya şikayətində müddətə əməl olunmasına mane olan və ya müddətin ötürülməsinə səbəb olan hallar qismində Təhsil Nazirliyinin kargüzarlıq işlərinin elektronlaşdırılması ilə əlaqədar olaraq texniki cəhətdən sənədlərin nəzarətdən yayınmasına və sənəd dövriyyəsinin çoxluğuna istinad etmişdir.

24. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi hallar proses iştirakçısı tərəfindən müddətə əməl edilməsinə həqiqətən mane olan, onun şikayət vermək imkanlarını həqiqətən məhdudlaşdırmaq və ya istisna etmək keyfiyyətinə malik olan hallar k imi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan hallar və ya səbəblər cavabdehin iradəsinə bağlı olmuşdur. Həmçinin cavabdeh həmin maneələri aradan qaldırmaq imkanında və iqtidarında olmuşdur. Qeyd olunan mənada müddətin üzürlü səbəbdən buraxılması yalnız o halda və o zaman mövcud olur ki, həmin müddət maraqlı şəxsin iradəsindən asılı olmayan səbəblərdən və ya hallardan ötürülmüş olsun. Bundan əlavə, cavabdeh imkanı çərçivəsində olmasına rəğmən müddətə riayət olunmasını təmin etmək üçün zəruri və mümkün ehtiyat tədbirlərini də görməmişdir. Bu baxımdan cavabdehin istinad etdiyi hallar müddətin ötürülməsinin üzürlü səbəbləri qismində nəzərdən keçirilə və ilkin hüquqi vəziyyətin bərpasını şərtləndirə bilməz.

25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh yuxarıda qeyd olunan s əbəblərdən buraxılmış müddətin bərpa edilməsini tələb etməkdə haqlı sayıla bilməz. Odur ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün olmuşdur.

26. Kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu baxımdan şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda şərh edilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2-1(103)-270/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar