Məhkəmə qərarları › İş №2-1(102)-82/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-82/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-82/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “İddiaçı”nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikiqat vergi tutma; artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı “İddiaçı”nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarş ı (üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(103)-267/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” DTA 05 formasında ərizə ilə cavabdehə müraciət edərək 448,881.60 manat vergi məbləğinin ona qaytarılmasını xahiş etmişdir.

2. Cavabdeh DTA-05 formasının nəzərə alınmaması haqqında 7 aprel 2020-ci il tarixli cavabı ilə bildirm işdir ki, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının 7.3-cü bəndinə əsasən artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Bundan əlavə, təqdim edilmiş ərizəyə əlavə olunmuş müqavilənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən Borcalanın bu müqavilə ilə və yaxud istənilən Fərdi Kredit müqaviləsi üzrə istənilən şəxsə verəcəyi bütün ödənişlər istənilən hazırki, yaxud gələcək vergidən azaddır və bu kimi vergi tutulmur və ya bu kimi vergi hesabına olmur, istisna hal odur ki, Borcalandan verginin çıxılacağı yaxud tutulacağı bu kimi məbləğ elə həddə artırılır ki, bu kimi vergi tutulması, yaxud çıxılmasından sonra bu kimi vergi tutulması, yaxud çıxılması tələb olunmayacağı təqdirdə, alacağına bərabər miqdarda xalis məbləğ alsın və saxlasın (bu kimi vergi tutulması və ya çıxılmasına nəzərən istənilən öhdəlikdən azad məbləğ). Həmin maddənin 2-ci bəndinə əsasən Maddə 11.1-in müddəalarına zidd olmayaraq, əgər borcverəndən bu Müqavilə üzrə aldığı və ya alacağı hər hansı məbləğə nəzərən (o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, bu 11-ci ma ddə üzrə aldığı, yaxud alacağı istənilən məbləğ) vergi yaxud digər öhdəliklər hesabına (təsis olunduğu yurisdiksiya üzrə xalis gəlirinə qoyulan vergi deyil) ödəniş etmək tələb olunarsa, yaxud istənilən bu kimi ödənişə nəzərən Borcverənin üzərinə hər hansı öhdəlik təsdiqlənmişsə, qoyulmuşsa, tutulmuşsa və ya dəyərləndirilmişdirsə, Borcalan Borcverənin tələbi ilə dərhal bu kimi ödənişi, yaxud öhdəliyi bununla əlaqədar ödəniləcək və ya qarşılanacaq istənilən faiz, cərimələr məsrəflərlə birlikdə dərhal kompensasiya edir. Qeyd olunanlara əsasən tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyri-rezident şəxsin bank hesabına ödənildiyi və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirildiyi halda rezident müəssisə tərəfındən qeyri-rezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmir və qeyri-rezidentə münasibətdə artıq ödəmə yaratmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının faiz gəlirindən ödənilmiş 448.881.60 manat məbləğində verginin ona geri qaytarılması ilə bağlı vergi orqanı tərəfindən “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə rəy”in hazırlanıb iddiaçıya və AR Maliyyə Nazirliyinin yerli bölmələrinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsasla ndırılmışdır ki, “İddiaçı” Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş kommersiya bankıdır. Qurum 2005-ci ildən etibarən "xxxx" ASC üçün layihələrin maliyyələşdirilməsi və ticarət yönümlü maliyyələşdirmə üzrə kreditor qismində çıxış edir və Azərbaycan Respublikası mənbəyindən 6.900.797,89 manata qədər faiz gəliri əldə etmişdir. AR Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun olaraq “İddiaçı”nin faiz gəlirlərinin 10 faizi ödəmə mənbəyində vergiyə cəlb edilmişdir. 25 avqust 2004-ci il tarixdə Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş imzalanmışdır. Sazişin 11-ci maddəsinin 3 “a” bəndinə əsasən Azərbaycan Respublikasında yaranan və Almaniya Fede rativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac, yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə (borclara) münasibətdə ödənilən yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X1, “Kreditanştalt für Videraufbau”ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur. “İddiaçı”nin "xxxx" ASC-yə verdiyi kreditlərə də Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac Agentliyi (Euler Hermes) tərəfindən zəmanət verilmişdir. Qeyd olunan dövr ərzində ödənişlərin ödəmə mənbəyində vergidən azad olunması üçün vergi orqanlarına DTA 03 forması (ərizəsi) təqdim olunmamışdır. Buna görə də "xxxx" ASC tərəfindən “İddiaçı”nin gəlirləri ödəmə mənbəyində vergiyə cəlb olunmuş və müvafiq vergi məbləği dövlət büdcəsinə köçür ülmüşdür. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi ilə bağlı normanın nəzərdə tutulmasına baxmayaraq, DTA 03 ərizə forması təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqı nda” Ərizə formasını - DTA 05 forması təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. Bununla əlaqədar, “İddiaçı” AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə 20 dekabr 2018-ci il tarixdə DTA-05 forması ilə müraciət etmişdir. Həmin müraciətə vergi orqanı tərəfindən sözügedən Qaydaların tələbləri pozulmaqla yalnız 19 fevral 2019-cu il tarixdə cavab verilmiş, müvafiq cavab məktubunda da bir sıra sənədlər və dəqiqləşdirmələr tələb edilmişdir. Həmin Qaydaların 8-ci bəndinə əsasən daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 20 iş günü ərzində baxılmalı olduğu halda, “İddiaçı”nin müraciəti gec cavablandırılmış, bununla da vergi orqanının qanunsuz olaraq etdiyi hərəkətsizliyi nəticəsində “İddiaçı”nin hüquqları pozul muşdur. AR Vergilər Nazirliyinin 19 fevral 2019-cu il tarixli məktubu əsasında tələb edilən sənədlər əlavə olunaraq vergi orqanına yenidən müraciət edilsə də, vergi orqanı tərəfindən 07 aprel 2020-ci il tarixədək müraciətin cavablandırılmasından yayınmışdır. Bu müddətdə vergi orqanı tərəfindən müraciətin mahiyyətinə aid olmayan məlumatlar və sənədlər tələb edilmiş və məsələnin qısa müddət ərzində həll edilməsinə nail olmaq üçün “İddiaçı” tərəfindən qeyd olunan əlavə tələblər də dərhal icra edilmişdir. Bundan əlavə, vergi orqanı tərəfindən əsassız olaraq araşdırma müddətləri dəfələrlə uzadılmaqla bərabər həmin Qaydaların müddətlə bağlı tələbləri dəfələrlə pozulmuşdur. 29 iyul 2019-cu il və 29 avqust 2019-cu il tarixlərdə əlavə araşdırma tələb olunduğu əsas gətirilərək hər dəfə 20 gün müddət ində müraciətə baxmaq üçün müddət vergi orqanı tərəfindən uzadılmışdır. Uzadılmış müddətin başa çatmasına baxmayaraq müraciətlərə cavab verilməmişdir. Hazırki iş üzrə vergi orqanı tərəfindən heç vaxt “İddiaçı”yə Qaydaların 8-ci bəndində nəzərdə tutulan bildiriş göndərilməmişdir. Beləliklə, vergi orqanının bildiriş göndərməməsi və müraciətlərə baxılma müddətinin tarixini göstərməkdən yayınması vergi orqanının Qaydalarda nəzərdə tutulan öhdəliklərinin pozulmasının göstəricisidir. Bütün bunları nəzərə alaraq, “İddiaçı” tərəfindən 19 sentyabr 2019-cu il tarixdə “Vergi orqanın hərəkətsizliyi və prosessual müddətlərin pozulmasına dair” şikayət ərizəsi ilə AR Vergilər Nazirliyinə müraciət edilmişdir. Həmin şikayət ərizəsinə verilən 14 oktyabr 2019-cu il tarixli cavab məktubunda bir daha “İddiaç ı”nin gəlir məbləği, qaytarılmalı olan vergi məbləği və qeyri-rezidentin bank rekvizitlərini dəqiqləşdirərək vergi orqanına məlumat təqdim edilməsi tövsiyə edilmişdir. Vergi orqanının 14 oktyabr 2019-cu il tarixli məktubu “İddiaçı” tərəfindən nəzərə alınaraq, yenidən 6 dekabr 2019-cu il tarixli məktubla vergi orqanına müraciət edilmişdir. Həmin müraciətə baxılma müddətləri uzadılaraq sonda 7 aprel 2020-ci il tarixdə vergi orqanı tərəfindən DTA-05 formasının nəzərə alınmaması haqqında imtina məktubu göndərilmişdir. Həmin imtina məktubunda yalnız bir əsas qeyd edilmişdir: “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış 2005-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyrirezident şəxsin bank hesabına ödənildiyi və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirildiyi halda rezident müəssisə tərəfindən qeyrirezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmir və qeyri-rezidentə münasibətdə artıq ödəmə yaratmır”. Müvafiq əsaslandırmanın düzgün olmadığını, “İddiaçı”nin müraciətindən imtina edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduğu hesab edilir. Vergi orqanı Azərbaycan Respublikasının qanunvericiliyində beynəlxalq müqavilələrin üstün hüquqi qüvvəyə malik olduğunu nəzərə almadan (Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə və Vergi Məcəlləsinin 2.5-ci maddəsinə zidd olaraq), Landesbanka imtina məktubu təqdim etməklə onun Sazi şin tələblərinə uyğun olaraq vergidən azad olunma hüququnun həyata keçirilməsinə mane olmuşdur. Belə ki, Sazişin 11-ci maddəsinin 3 “a” bəndinə əsasən Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac, yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə münasibətdə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur. Bununla da, Sazişin bu bəndinə əsasən Almaniya müstəsna vergitutma hüququna malikdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının "xxxx" ASC-yə verdiyi kreditə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac Agentliyi (Euler Hermes) tərəfindən zəmanət verildiyinə görə “İddiaçı”nin həmin kreditdən əldə edilən faiz gəlirləri Azərbaycanda vergiyə cəlb edilməməlidir. Müvafiq Qaydaların tələbinə əsas ən qeyrirezident Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi üçün DTA 03 ərizə forması ilə müraciət etməlidir, əks təqdirdə qeyri-rezident tərəfindən müvafiq vergilər ödənilməlidir. Lakin Sazişə əsasən qeyri-rezidentin ikiqat vergitutmanm aradan qaldırılması üçün müraciət etmək hüququ mövcuddur. Bu hüququn reallaşdırılması Qaydaların tələbinə uyğun olaraq DTA 05 ərizə formasının vergi orqanına təqdim edilməsi yolu ilə həyata keçirilə bilər. Qeyd edildiyi kimi, “İddiaçı” tərəfindən DTA 03 ərizə forması verilmədiyinə görə "xxxx" ASC tərəfindən “İddiaçı”nin faiz gəlirlərindən 10 faiz vergi məbləği tutularaq dövlət büdcəsinə köçürülmüşdür. “İddiaçı” tərəfindən isə, artıq Almaniyada bu faiz gəlirlərindən vergi ödənildiyinə görə ikiqat vergitutmanın aradan qaldı rılması hüququnu həyata keçirmək üçün DTA 05 forması ilə AR Vergilər Nazirliyinə (DVX) müraciət edilmişdir. Göründüyü kimi, vergi orqanı “İddiaçı”-yə DTA 05 ərizə formasının nəzərə alınmaması haqqında imtina məktubu verməklə “İddiaçı”nin ikiqat vergitutmaya məruz qalmasına və Sazişlə nəzərdə tutulan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla da, vergi orqanı öz qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə beynəlxalq müqaviləyə əsasən Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinin qarşısını almışdır. "xxxx" ASC Azərbaycan Respublikası vergi qanunvericiliyinin (AR Vergi Məcəlləsinin 125 və 150-ci maddələri) tələblərini əsas götürərək “İddiaçı” və "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən “İddiaçı”nin faiz gəlirindən ödəmə mənbəyində vergini tutmuş və yerdə qalan məbləği “İddiaçı”yə köçürmüşdür. Beləliklə, “İddiaçı”yə köçürülən məbləğ onun net gəlirini təşkil etmişdir. Buna baxmayaraq, vergi orqanı “LandesbankBerlin AG”nin vergi agenti kimi "xxxx" ASC tərəfindən ödənilən vergi məbləğinin “İddiaçı”nin faiz gəlirinə uyğun olaraq hesablanıb ödənildiyini nəzərə almamışdır. Bununla da, vergi orqanı “İddiaçı”nin Sazişə uyğun olaraq vergidən azad olma hüququnu pozmuşdur. Bundan əlavə, müqavilədə xalis gəlirin göstərilməsi (yəni vergi çıxılmaqla) və ya müqavilə üzrə ümumi məbləğin (vergilər daxil) göstərilməsi müqavilə tərəfinin əldə etdiyi gəlirin məbləğinə təsir etmir. Bu səbəbdən də, vergi orqanının 7 aprel 2020-ci il tarixli məktubunda rezident tərəfindən ödəmə mənbəyində ödənilən verginin qeyri-rezidentin gəlir məbləğinə daxil edilməməs i ilə bağlı yanaşması düzgün deyil. Nəzərə alınmalıdır ki, "xxxx" ASC tərəfindən dövlət büdcəsinə ödənilən 10 faiz vergi məbləği “İddiaçı”nin gəlirini təşkil etməsəydi, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, "xxxx" ASC-nin həmin məbləğdən vergi ödəmək öhdəliyi yaranmazdı. Bu səbəbdən də, “İddiaçı” və "xxxx" ASC arasında bağlanan müqavilədə “İddiaçı”yə ödəniləcək xalis gəlirin (vergilər çıxılmaqla) göstərilməsi, "xxxx" ASC tərəfindən ödənilən vergi məbləğinin “İddiaçı”nin gəlir məbləğinə daxil edilməməsi anlamına gəlmir. Beynəlxalq təcrübədə bu tip müqavilələrə bir çox hallarda rast gəlmək olar. Azərbaycan Respublikasında da vergi orqanı tərəfindən bu tip müqavilələrə əsasən artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması təcrübəsi olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununa əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Bu səbəbdən də, hazırki iş üzrə də inzibati orqan kimi vergi orqanı fərqli inzibati praktika tətbiq edə bilməz. Hesab edilir ki, oxşar işlər üzrə müvafiq sənədlər məhkəmə tərəfindən vergi orqanından tələb edilə bilər. “İddiaçı” tərəfindən 20 dekabr 2018-ci il tarixdən başlayaraq müraciətlər edilmiş və bütün lazımi sənədlər təqdim edilmişdir. Buna baxmayaraq, bir ildən çox müddət keçdikdən sonra vergi orqanı "xxxx" ASC tərəfindən ödənilmiş vergi məbləğinin qeyri-rezident kimi “İddiaçı”nin gəlirlərinə daxil olmama əsası ilə “İddiaçı”nin müraciətindən imtina etmişdir. Halbuki vergi orqanı “İddiaçı” və "xxxx" ASC arasında bağlanmış müvafiq müqavilədən, həmin müqavilədə olan 11-ci bənd barəsində əvvəlcədə n xəbərdar olmuş və bir ildən çox müddət ərzində vergi orqanı tərəfindən yazılmış məktublarda bu məsələyə toxunulmamış, sadəcə məbləğlərlə bağlı müvafiq dəqiqləşmələr tələb edilmişdir. “İddiaçı”nin vergi orqanın verdiyi şikayət ərizəsinin cavabı olan 14 oktyabr 2020-ci il tarixli məktubuna baxdıqda da görünür ki, yalnız məbləğlərin və bank rekvizitlərinin dəqiqləşməsi barədə tələblər olmuşdur. Beləliklə, qeyd edilən hallar vergi orqanın süründürməçilik etməsini və əsassız olaraq qeyri-rezidentə vergi məbləğinin qaytarılmasından boyun qaçırdığını göstərir. Eyni zamanda, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” adından və mahiyyətindən də bəlli olduğu kimi sadəcə artıq ö dənilmiş vergilərin geri qaytarılması və s. ilə bağlı təşkilati məsələləri, o cümlədən müraciət qaydasını, tələb edilən sənədlərin siyahısını, müraciət müddətlərini, həmçinin vergi orqanının yalnız müraciət qaydasına uyğun olaraq sənədlərin təqdim edilmədiyi təqdirdə bununla bağlı imtina vermək səlahiyyətlərini nəzərdə tutur. Lakin hal-hazırda vergi orqanı Sazişin tələblərinə zidd olaraq qeyri-rezidentin adından vergi agenti kimi "xxxx" ASC tərəfindən ödənilmiş verginin geri qaytarılmasından imtina etməklə Qaydalarda nəzərdə tutulan səlahiyyət hədlərindən kənara çıxmış olur.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, “İddiaçı”ın iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan, iddia rədd edilməlidi r. Almaniya Federativ Respublikasının rezidenti olan “İddiaçı” 24 dekabr 2018-ci il tarixli “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” DTA 05 formasında ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi orqanı tərəfindən ona 19 fevral 2019-cu il tarixdə cavab verilmişdir. Ərizədə göstərilmiş gəlir məbləğinin (manatla) və qaytarılmalı olan vergi məbləğinin gəlir ödəyən tərəfindən təqdim edilmiş müvafiq dövr ÖMV (ödəmə mənbəyində tutulan vergi) vergi bəyannamələrində öz əksini tapmaması, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu müəyyən edən sənədin (pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki şəxs (lər) haqqınd a müvafiq ölkənin dövlət reyestrindən çıxarış), banklar arasında bağlanan fərdi kredit müqaviləsinin (əsas müqavilə) və ona edilən bütün düzəlişlərin, faizin hesablanması metodunun (açıqlaması) təqdim edilməməsi, təqdim edilən bank sənədlərinin oxunaqlı olmaması bildirilmişdir. Həmçinin, Euler Hermes tərəfindən verilən zəmanət bəyannaməsi xarici (alman) dildə təqdim edilmiş və ərizədə qeyri-rezidentin bank rekvizitlərinin əvəzinə gəlir ödəyənin məlumatlarının qeyd edildiyi, bununla yanaşı vergidən azadolmanın Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin 11-ci maddəsinin hansı bəndinə aid olduğunun əsaslandırılması bildirilmişdir. Müəs sisənin eyni məzmunlu 1 iyul 2019-ci il tarixli DTA-05 forması barədə müraciəti 1JT2019-CU il tarixli məktubla cavablandırılmışdır. Bu məktubla qeyri-rezidentə 31 may 2019-cu il tarixli DTA-05 formasının baxılmaqda olduğu bildirilmişdir. Bununla yanaşı, həmin DTA-05 forması ilə bağlı vergi orqanının 29 avqust 2019-cu il tarixli araşdırma müddətinin uzadılması barədə məktubu “İddiaçı” müəssisəsinə göndərilmişdir. Bu məktubla bildirilmişdir ki, müraciətlə əlaqədar digər dövlətin səlahiyyətli orqanına sorğu göndərilmişdir və müraciətə baxılma müddəti sorğuya cavab daxil olanadək uzadılmışdır. DTA-05 formasında göstərilmiş gəlir məbləğinin və qaytarılmalı olan vergi məbləğlərinin dəqiqləşdirilməsi bildirilməsinə baxmayaraq, ərizədə yenidən “İddiaçı”nin "xxxx" ASC-nin 690.079,7 manat faiz gəlir i əldə etdiyi göstərilmişdir. Ərizədə göstərilən zamanda cəlb olunmuş gəlir məbləği, qaytarılmalı olan vergi məbləğini və qeyri-rezidentin bank rekvizitlərini dəqiqləşdirərək vergi orqanına bu barədə yazılı şəkildə məlumat verilməsi bir daha tövsiyə edilmişdir. Yuxarıda qeyd olunan nöqsanlar tam aradan qaldırılmamış, həmçinin vergi orqanı tərəfindən aparılan araşdırmalar zamanı tərəflər arasında müqavilə şərtlərinə əsasən Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyri-rezident şəxsin bank hesabına ödənilməli olduğu və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirilməli olduğu halda rezident müəssisə tərəfindən qeyri-rezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmədiyi və qeyrirezidentə münasibətdə artıq ödəmə yaratmadığı müəyyən edilmişdir. Bu səbəbdən 7 aprel 2020-ci il tarixli DTA-05 formasının nəzərə alınmaması haqqında bildiriş göndərilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən onun faiz gəlirindən 10% vergi məbləği tutularaq dövlət büdcəsinə köçürüldüyünü, Almaniyada bu faiz gəlirlərindən vergi tutularaq ödənildiyini və Azərbaycanda ödənilmiş vergilər geri qaytarılmadığından ikiqat vergitutmadan azad olunmaq hüququndan məhrum olduğunu bildirmişdir. “İddiaçı” (borc verən qismində) ilə "xxxx" ASC (borc alan qismində) arasında bağlanmış Əsas kredit müqaviləsi və digər təsdiqedici sənədlərlə müəyyən olunmuşdur ki, müqavilənin 4-cü maddəsinin müddəalarına əsasən borcalan hər Fərdi Kredit Müqaviləsi üzrə ve rilmiş və veriləcək istənilən məbləğə görə borc verənə faiz ödəyir. Həmin müqavilənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən Borcalanın bu müqavilə ilə və yaxud istənilən Fərdi Kredit müqaviləsi üzrə istənilən şəxsə verəcəyi bütün ödənişlər istənilən hazırkı, yaxud gələcək vergidən azaddır və bu kimi vergi tutulmur və ya bu kimi vergi hesabına olmur, istisna hal odur ki, Borcalandan verginin çıxılacağı yaxud tutulacağı bu kimi məbləğ elə həddə artırılır ki, bu kimi vergi tutulması, yaxud çıxılmasından sonra bu kimi vergi tutulması, yaxud çıxılması tələb olunmayacağı təqdirdə, alacağına bərabər miqdarda xalis məbləğ alsın və saxlansın (bu kimi vergi tutulması və ya çıxılmasına nəzərən istənilən öhdəlikdən azad məbləğ). Həmin maddənin 2-ci bəndinə əsasən Maddə 11.1-in müddəalarına zidd olmayar aq, əgər borcverəndən bu Müqavilə üzrə aldığı və ya alacağı hər hansı məbləğə nəzərən (o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, bu 11-ci maddə üzrə aldığı, yaxud alacağı istənilən məbləğ) vergi yaxud digər öhdəliklər hesabına (təsis olunduğu yurisdiksiya üzrə xalis gəlirinə qoyulan vergi deyil) ödəniş etmək tələb olunarsa, yaxud istənilən bu kimi ödənişə nisbətdə Borcverənin üzərinə hər hansı öhdəlik təsdiqlənmişsə, qoyulmuşsa, tutulmuşsa və ya dəyərləndirilmişdirsə, Borcalan Borcverənin tələbi ilə dərhal bu kimi ödənişi, yaxud öhdəliyi bununla əlaqədar ödəniləcək və ya qarşılanacaq istənilən faiz, cərimələr məsrəflərlə birlikdə dərhal kompensasiya edir. Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması haqqında Sazişin 11-ci bəndinin 1-ci hissəsinə əsasən Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər həmin digər Dövlətdə vergiyə cəlb oluna bilər. Göründüyü kimi, Sazişin birinci tələbinə əsasən faizlərin ödənişi həyata keçirilməlidir. İndiki halda isə, iddiaçı tərəfindən faizlərin ödənildiyini təsdiq edən sənədlər təqdim edilməmişdir. Belə olduğu təqdirdə isə, hansısa faizə görə ödəmə mənbəyində vergilərin ödənilməsini mübahisələndirmək Sazişin tələblərinə ziddir. Başqa sözlə deyilsə, faiz ödənişi olmadığı halda Sazişin tətbiqi də mümkün deyildir. Bundan başqa, Sazişin 11-ci bəndinin 5-ci hissəsinə əsasən bu maddədə istifadə olunan “faizlər” termini borcların ipoteka təminatı halları daxil olmaqla, istənilən borc tələbindən olan gəlirləri, o cümlədən dövlətin qiymətli kağızlarından və istiqrazlarından, onlarla bağlı mükafatlar və uduşlu qiymətli kağızlardan uduşlar daxil olmaqla, əldə olunan gəlirləri ifadə edir. Vaxtında aparılmayan ödənişlərə görə tətbiq edilən cərimələr bu maddənin məqsədləri üçün “faizlər” sayılmır. Həmçinin Sazişin 11-ci bəndinin 8-ci hissəsinə əsasən əgər faizlərin ödəyicisi və faizlərin faktiki sahibi arasında, yaxud onların hər biri ilə istənilən üçüncü şəxs arasında mövcud olan xüsusi münasibətlər səbəbindən borc tələbi ilə əlaqədar ödənilən faizlərin məbləği bu münasibətlər olmadığı halda faizlərin ödəyicisi və faktiki sahibi arasında razılaşdırıla bilən məbləğdən artıq olarsa, bu halda, bu maddənin müddəaları yalnız sonuncu adıçəkilən məbləğə şamil edilir. Bu halda, art ıq məbləğ Razılığa gələn Dövlətlərdən hər birinin qanunvericiliyinə müvafiq olaraq və bu Sazişin digər müddəaları nəzərə alınmaqla vergiyə cəlb edilə bilər. Göründüyü kimi, Sazişin tələbinə əsasən də iki şəxs arasında fərqli münasibətləri tənzimləyən müddəaların olduğu müqavilə zamanı hər kəsin öz qanunvericiliyinə əsasən hərəkət etməli olduğu bildirilmişdir. Mübahisələndirilən halda isə, iddiaçı və "xxxx" ASC arasındakı müqavilədə bütün vergi öhdəliklərinin "xxxx" ASC tərəfindən ödəniləcəyi barədə şərti öz üzərinə götürmüşdür. Bundan başqa, araşdırma zamanı "xxxx" ASC tərəfindən iddiaçıya hər hansı faiz ödənişi olmadığı üçün iddiaçının hansı məbləğlərə ikiqat vergitutmaya məruz qaldığı aydın deyildir. Qeyd olunmalıdır ki, bu əməliyyatlar üzrə borcalan "xxxx" ASC qeyri-rezidentin yerinə ve rgi öhdəliklərini həyata keçirən vergi agenti olaraq deyil, öz vergi öhdəliklərini yerinə yetirən vergi ödəyicisi olaraq çıxış edir. "xxxx" ASC-nin kredit müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olmayaraq, “İddiaçı”-yə net (xalis) məbləğ köçürməli olduğu halda, öz vergi öhdəliklərinə uyğun olaraq vergini tutub qalan hissəni borcalana köçürməli və müqavilədə nəzərdə tutulduğu kimi bu məbləği borcalana kompensasiya etməməsi halında mülki hüquq münasibətləri zəminində həll edilməli münasibətləri, artıq ödəmə iddiası ilə dövlət büdcəsindən tələb etməsi tamamilə əsassızdır. İddia ərizəsində Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydaları ilə müəyyən edilmiş müddətlərə əməl edil mədiyi bildirilmişdir. İddiaçının sorğularına qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılmasını iş materiallarına əlavə edilmiş cavab məktublarından görmək olar. İddiaçı bütün hallarda müraciətinin araşdırıldığı barədə məlumatlandırılmış, mövcud sənədlər əsasında aparılan araşdırma üzrə əsaslandırılmış imtina bildirişi göndərilmiş və bütün hallarda araşdırmanın başa çatdırılması üçün tələb olunan sənədlərin tamamlanması tövsiyə olunmuşdur. Təqdim olunmuş müraciətlərdə mövcud nöqsan və çatrışmazlıqların, o cümlədən ərizədə göstərilmiş gəlir məbləğinin (manatla) və qaytarılmalı olan vergi məbləğinin gəlir ödəyən tərəfindən təqdim edilmiş müvafiq dövr ödəmə mənbəyində tutulan vergi bəyannamələrində öz əksini tapmaması, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu müəyyə n edən sənədin (pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki şəxs (lər) haqqında müvafiq ölkənin dövlət reyestrindən çıxarış), banklar arasında bağlanan fərdi kredit müqaviləsinin (əsas müqavilə) və ona edilən bütün düzəlişlərin, faizin hesablanması metodunun (açıqlaması), təqdim edilməməsi, Euler Hermes tərəfindən verilən zəmanət bəyannaməsi xarici (alman) dildə təqdim edilmiş və ərizədə qeyri-rezidentin bank rekvizitlərinin əvəzinə gəlir ödəyənin məlumatlarının qeyd edilməsi və digər aşkar olunmuş nöqsanlar müxtəlif cavab məktubları ilə iddiaçının nəzərinə çatdırılmışdır. Göründüyü kimi, qeyri-rezidentin müraciəti müvafiq təsdiqedici sənədlərin təqdim edilməsinə və onların dövlət dilinə tərcümə olunmasına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaq üçün baxılmış və araşdırmanın davam etdirilməsi barədə həm qeyrirezidentin sənədlərdə göstərilən poçt ünvanına, həm də "xxxx" ASC-yə göndərilməsi təmin edilmiş və qaydaların tələblərinə tam əməl edilmişdir. Qeyd olunan səbəblərdən ödənilmiş vergi məbləğləri qeyri-rezidentə aid olmadığından, ödənilmiş vergi məbləğlərinin geri qaytarılması barədə rəyin verilməsi tələbi tamamilə əsassızdır.

6. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(112)-904/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçının faiz gəlirindən ödənilmiş 448.881.60 məbləğində verginin ona geri qaytarılması ilə bağlı rəyin hazırlanıb iddiaçıya və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aidiyyəti strukturuna göndər ilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi ərizədə müvafiq formaya əməl edilməməsi (lazımi qaydada doldurulmaması) qaldırılan məsələnin həllindən imtina üçün əsas ola bilməz. Bundan başqa, üçüncü şəxs "xxxx" ASC tərəfindən aparılmış ödənişlərin (bu hal bəyannamədə də təkzib olunmur) müvafiq əməliyyatlar üzrə öz öhdəliyi üzrə deyil, qeyri-rezident kimi hazırkı iddiaçının Azərbaycan mənbəyindən əldə olunan gəlirindən tutulması həm üçüncü şəxsin məhkəməyə təqdim olunmuş yazılı münasibətində əksini tapır, həm də cavabdeh orqan bu ödənişlərin "xxxx" ASC-nin özünə aid hansı vergi olmasını sübut edə bilməməsi ilə dolayısı ilə təsdiqlənir. “İddiaçı”nin "xxxx" ASC-yə verdiyi kreditə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxa l-İxrac agentliyi tərəfindən zəmanət verildiyindən, iddiaçının həmin kreditdən əldə edilən faiz gəlirləri Azərbaycanda vergiyə cəlb edilməməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(103)-267/2022 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn – sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmişdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya ş ikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində işin hallaırnı və iddia tələbinə qarşı verdiyi etirazın dəlillərin təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

13. Belə ki, artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasının təsdiq edilməsi barədə İddiaçı-nin müraciətləri vergi orqanı tərəfindən cavablandırılmış və müraciətin mahiyyətinə uyğun sənədlər Azərbaycan Respublikası Vergilər Nazirliyini n Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının 8-ci bəndinə müvafiq olaraq qeyri-rezidentdən tələb edilsə də, nöqsanlar tam aradan qaldırılmamış, həmçinin vergi orqanı tərəfindən aparılan araşdırmalar zamanı tərəflər arasında müqavilə şərtlərinə əsasən Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyri-rezident şəxsin bank hesabına ödənilməli olduğu və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirilməli olduğu halda rezident müəssisə tərəfindən qeyri-rezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyind ə tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmədiyi və qeyri-rezidentə münasibətdə artıq ödəmə yaratmadığı müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixli DTA-05 formasının nəzərə alınmaması haqqında bildiriş göndərilmişdir.

14. Bundan əlavə, apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, üçüncü şəxs "xxxx" ASC tərəfindən aparılmış ödənişlərin (bu hal bəyannamədə də təkzib olunmur) müvafiq əməliyyatlar üzrə öz öhdəliyi üzrə deyil, qeyri-rezident kimi hazırkı iddiaçının Azərbaycan mənbəyindən əldə olunan gəlirindən tutulması həm üçüncü şəxsin məhkəməyə təqdim olunmuş yazılı münasibətində əksin tapır, həm də cavabdeh orqan bu ödənişlərin "xxxx" ASC-nin özünə aid hansı vergi olmasını sübut edə bilməməsi ilə dolayısı ilə təsdiqlənir. Bununla bağlı qeyd edilməlidir ki, üçüncü şəxsin məhkəməyə təqdim olunmuş yazılı münasibətində əks olunan iddiaçı tərəfindən DTA 05 ərizəsi ilə tələb olunan vergi məbləği ilə "xxxx" ASC-nin ödəniş hesab etdiyi məbləğ fərqlidir. Belə ki, DTA 05 ərizəsi ilə 448.881,6 manat tələb olunduğu halda, Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən isə 452.659,37 manat ödəniş edildiyi bildirilir. Bu ziddiyyətlərin özü də iddiaçının faiz gəlirindən ödəmə mənbəyində vergilərin tutulmadığını təsdiq edir. Odur ki, məbləğlərin qeyri-rezidentə qaytarılması barədə işə baxan məhkəmə qaytarılmalı məbləğlərin həmin qeyri-rezidentin vəsaitləri olmasını müəyyən etmədən və Landesbank AG-dən vergi tutulmaması halını nəzərə almadan, "xxxx" ASC-nin ("xxxx" ASC) vergini ödəməsi halını araşdırmaqla həm verg i qanunvericiliyinin, həm də inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə tərəfindən Vergi Məcəlləsinin vergilərin müəyyən edilməsinin əsas şərtləri ilə bağlı tələblərini pozmuşdur. Halbuki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti.

15. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, əməliyyat üzrə vergi ödənişləri İddiaçı-yə ödənilən məbləğlərin tərkibindən çıxılmadan "xxxx" ASC-nin öz vəsaitləri hesabına aparılmışdır. (bununla bağlı ABB ASC-nin məktubu iş materiallarında mövc uddur). Belə ki, iddiaçının özü tərəfindən vergi orqanına verilən sənədlərdən görünür ki, xx.xx.2016-cı il tarixli hesabat sənədinə əsasən qeyri-rezidentə ödənilmiş faizin məbləği 424614.62 EUR, həmin əməliyyat üzrə vergi 10% olmaqla 42461.46 EUR (424614.62*10%=42461.46) müəyyən edilir. Lakin Bank sənədlərinə əsasən qeyrirezidentə çatmış məbləğ vergi tutulmaqla yəni, 4246xx.xx-42461.46 deyil, xalis 424614.62 EUR olmuşdur. Bununla bir daha təsdiqlənir ki, qeyri-rezidentə məbləğlər xalis şəkildə vergitutmaya məruz qalmadan tam şəkildə ödənilmişdir. Məhkəmə isə iddiaçının ödəmədiyi məbləğlərin ona qaytarılması barədə qənaətə gəlmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Vergi Məcəlləsi: Maddə 13.2.16. Azərbaycan mənbəyindən gəlir:... 13.2.16.7. rezidentlərdən alınan faizlər şəklində gəlir;... Maddə 123.1. Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Maddə 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:... 125.1.2. faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq;... Maddə 125.2. Bu maddənin məqsədləri üçün qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən və ya onun adından aparılan ödəmələr rezident müəssisənin ödəmələrinə bərabər tutulur. Maddə 125.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. 18. “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Saziş Maddə

1. X2 gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə tətbiq edilir.... Maddə

11. Faizlər

1. Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər həmin digər Dövlətdə vergiyə cəlb oluna bilər

2. Bununla belə, bu faizlər həmçinin yarandığı Razılığa gələn Dövlətdə də onun qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb oluna bilər, lakin faizlərin faktiki sahibi Razılığa gələn digər Dövlətin rezidentidirsə, tutulan ver gi faizlərin məcmu məbləğinin 10 faizindən artıq olmamalıdır

3. Bu maddənin 2-ci bəndinin müddəalarına baxmayaraq, aşağıdakı müddəalar tətbiq olunur: a) Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə (borclara) münasibətdə ödənilən yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X1, «Kreditanştalt für Videraufbau»ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur;...

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivə sində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

23. İşin tərəflər arasında mübahisələndirilməyən və və apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı “İddiaçı” (borc v erən qismində) ilə "xxxx" ASC (borc alan qismində) arasında Əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4-cü maddəsinin müddəalarına əsasən borcalan hər Fərdi Kredit Müqaviləsi üzrə verilmiş və veriləcək istənilən məbləğə görə borc verənə faiz ödəyir. Həmin müqavilənin 11-ci maddəsinin 2-ci bəndinə əsasən 11.1-ci maddənin müddəalarına zidd olmayaraq, əgər borcverəndən bu Müqavilə üzrə aldığı və ya alacağı hər hansı məbləğə nəzərən (o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, bu 11-ci maddə üzrə aldığı, yaxud alacağı istənilən məbləğ) vergi yaxud digər öhdəliklər hesabına (təsis olunduğu yurisdiksiya üzrə xalis gəlirinə qoyulan vergi istisna olmaqla) ödəniş etmək tələb olunarsa, yaxud istənilən bu kimi ödənişə nisbətdə Borcverənin üzərinə hər hansı öhdəlik təsdiqlənmişsə, qo yulmuşsa, tutulmuşsa və ya dəyərləndirilmişdirsə, Borcalan Borcverənin tələbi ilə dərhal bu kimi ödənişi, yaxud öhdəliyi bununla əlaqədar ödəniləcək və ya qarşılanacaq istənilən faiz, cərimələr məsrəflərlə birlikdə dərhal kompensasiya edir. Əlavə olaraq, “İddiaçı”nin "xxxx" ASC-yə verdiyi kreditlərə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac agentliyi (Euler Hermes) tərəfindən zəmanət verilmişdir.

24. İşin tərəflər arasında yeganə mübahisələndirilən halı "xxxx" ASC tərəfindən “İddiaçı”-yə ödənilən faiz məbləğlərinə görə ödənilən ödəmə mənbəyində verginin iddiaçıya qaytarılmalı olub-olmaması ilə bağlıdır.

25. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş ödəmə mənbəyində verginin qaytarılmasını xahiş edir və iddia tələbinin əsası kimi “Azərbaycan Respublikası və Almaniya Fed erativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişin 11-ci bəndinə istinad edir (Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə (borclara) münasibətdə ödənilən yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X1, «Kreditanştalt für Videraufbau»ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur).

26. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.

27. Vergi Məcəlləsinin 13.2.16.7-ci maddəsinə əsasən rezidentlərdən alınan faizlər şəklində gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur.

28. Həmin Məcəllənin 123.1-ci maddəsini n iddiaçının cavabdehə müraciət etdiyi anda qüvvədə olan redaksiyasına əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ö dəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

29. Digər tərəfdən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişin 11-ci maddəsinin 1-ci bəndinə əsasən Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər həmin digər Dövlətdə vergiyə cəlb oluna bilər. Həmin maddənin 2-ci bəndinə əsasən bununla belə, bu faizlər həmçinin yarandığı Razılığa gələn Dövlətdə də onun qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb oluna bilər, lakin faizlərin faktiki sahibi Razılığa gələn digər Dövlətin rezidentidirsə, tutulan vergi faizlərin məcmu məbləğinin 10 faizindən artıq olmamalıdır. Həmin maddənin 3-cü bəndinin “a” yarım bəndinə əsasən isə A zərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə (borclara) münasibətdə ödənilən yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X1, «Kreditanştalt für Videraufbau»ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur.

30. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, nə qədər ki, “İddiaçı”nin "xxxx"na verdiyi kreditlərə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac Agentliyi (Euler Hermes) tərəfindən zəmanət verilmişdir, Azərbaycan Beynəlxalq Bankı”nın aldığı kreditlərə görə ödənilən faizlər “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişin 11.3-cü maddəsinin “a” yarımbəndinin təsiri dairəsinə düşür. Başqa sözlə, həmin faizlərə görə "xxxx" tərəfindən (vergi agenti kimi) iddiaçıya ödənilən məbləğlərdən ödəmə mənbəyində vergi ödənilməməlidir.

31. Bununla belə qeyd edilməlidir ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin bağlanmasının əsas məqsədi xarici investisiya potensialının artırılması və rezident şəxslərin ikiqat vergitutmaya məruz qalmamaları ilə yanaşı, vergidən yayınmanın qarşısının alınması və vergitutmanın olmamasının qarşısını almaqdan ibarətdir.

32. Azərbaycan Respublikası müstəqil dövlət olaraq beynəlxalq hüququn subyekti hesab olunur və beynəlxalq hüquqda təşəkkül tapan adət normalarını beynəlxalq münasibətlərdə tətbiq edir. Eyni zamanda Azərbaycan Respublikası digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərdə İƏİT Model Konvensiya prinsiplərini əsas götürərək bağladıqları üçün həmin Model Konvensiyanın şərhlərini də sazişlərin tətbiqi zamanı istifadə etmələri ilə bağlı öz iradələrini ifadə etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası “Müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına qoşulduğu üçün həmin Konvensiyanın 31.3 (b) maddəsinə əsasən Model Konvensiyada nəzərdə tutulan şərhləri Azərbaycan Respublikası ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq saziş olan ölkələrin müvafiq sazişlərinin müddəalarının şərh edilməsi zamanı istifadə etmək imkanı yaradır. 2017-ci il Model Konvensiyanın preambulasına əsasən sazişin bağlanmasını n əsas məqsədi sazişin təsirində olan vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması niyyətində olaraq, vergitutmanın olmamasına və ya vergidən yayınma vasitəsilə aşağı dərəcəli vergitutmaya şərait yaratmamaqdır.

33. Eyni zamanda Konvensiyanın preambulasında təsdiq olunduğu kimi vergidən yayınma hallarının qarşısını almaq konvensiyanın əsas məqsədlərinin bir hissəsidir. “Vergi konvensiyaları vasitəsilə vergidən yayınma halları” (İSBN 978-xx-xx-28794-5, səh.72-73) başlığı altında olan şərhlər aşağıdakı kimi ifadə olunmuşdur: 1) Şərh 59: Bəzi ölkələr vergidən yayınma üzrə qurulmuş əməliyyatların qarşısını almaq məqsədilə, sazişdə nəzərdə tutulan üstünlüklərdən istifadə imkanlarını məhdudlaşdırırlar. Belə qənaətə gəlmə Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq beynəlxalq müqavilələrin vicdanla şərh olunması ilə bağlıdır. 2) Şərh 60: Belə razılığa gəlinmişdir ki, dövlətlər vergidən yayınma üzrə qurulmuş əməliyyatlara münasibətdə sazişin üstünlüklərinin tətbiq edilməsindən imtina edə bilərlər. 3) Şərh 61: Dövlətlər üçün rəhbər tutulacaq prinsip ondan ibarətdir ki, əgər aparılan əməliyyatın əsas məqsədi daha əlverişli şərait əldə etmək və daha əlverişli vergitutmanı qorumaqdan ibarətdirsə, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdə nəzərdən tutulan üstünlükdən istifadə etmək mümkünsüz hesab olunur.

34. Qeyd edilənlərə əsasən, iddiaçının tələbi “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişə istinadən o halda əsaslı hesab edilə bilər ki, iddiaçıya ödənilən faizlərdən "xxxx" ASC tərəfindən ödəmə mənbəyində vergi tutulsun və həmin vergi məbləği “İddiaçı”-yə çatacaq məbləğdən azaldılmaqla büdcəyə ödənilsin. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasındakı sazişin müddəalarına əsasən faiz gəlirləri “İddiaçı”-yə tam şəkildə ödənilməli və həmin ödəmələrə görə yaranacaq vergi öhdəliyi Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına kompensasiya edilməlidir. Başqa sözlə, hazırkı iddianı qaldırmaqda iddiaçı “İddiaçı”-nin o halda subyektiv hüququ (eyni zamanda hüquqi marağı) mövcud olacaqdır ki, “İddiaçı”-yə çatmalı olan faiz məbləğləri Sazişə zidd olaraq məhz Azərbaycan Respublikasında vergiyə cəlbedilmə halına görə azaldılsın.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siya məhkəməsi "xxxx" ASC tərəfindən “İddiaçı”-yə faizlərin tam məbləğdə ödənilib-ödənilməməsini, məhz həmin məbləğin vergiyə cəlb edilməsi məsələsini hərtərəfli araşdırmamışdır.

36. Belə ki, iddiaçı bildirir ki, "xxxx" ASC Azərbaycan Respublikası vergi qanunvericiliyinin (AR Vergi Məcəlləsinin 125 və 150-ci maddələri) tələblərini əsas götürərək “İddiaçı” və "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən “İddiaçı”nin faiz gəlirindən ödəmə mənbəyində vergini tutmuş və yerdə qalan məbləği “İddiaçı”yə köçürmüşdür. "xxxx" ASC tərəfindən dövlət büdcəsinə ödənilən 10 faiz vergi məbləği “İddiaçı”nin gəlirini təşkil etməsəydi, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, "xxxx" ASC-nin həmin məbləğdən vergi ödəmək öhdəliyi yaranmazdı. Bu səbəbdən də, “İddiaçı” və "xxxx" ASC arasında ba ğlanan müqavilədə “İddiaçı”yə ödəniləcək xalis gəlirin (vergilər çıxılmaqla) göstərilməsi, "xxxx" ASC tərəfindən ödənilən vergi məbləğinin “İddiaçı”nin gəlir məbləğinə daxil edilməməsi anlamına gəlmir.

37. Cavabdeh isə bildirir ki, “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış 2005-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyri-rezident şəxsin bank hesabına ödənildiyi və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirildiyi halda rezident müəssisə tərəfindən qeyri-rezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmir və qeyri-rezidentə münasibətdə artıq ödəmə yaratmır. Eyni zamanda, kassasiya şikayətində "xxxx" ASC-nin məktubuna istinadən qeyd edilmişdir ki, ödəmə mənbəyində verginin tutulması qeyri-rezidentə köçürülən məbləğin vergi qədər azaldılmasını nəzərdə tutur. Ödəmə mənbəyində tutulmuş verginin qaytarılması ilə bağlı qanunvericiliyin tələbi isə vergi həcmində azaldılmış hissənin ona geri qaytarılmasını nəzərdə tutur. “İddiaçı”-yə ödənilən faiz məbləğləri qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir. Lakin vergi əməliyyatı üzrə vergi ödənişləri “İddiaçı”-yə ödənilən məbləğlərin tərkibindən çıxılmadan "xxxx" ASC-nin öz vəsaitləri hesabına aparıldığından iddia tələbi əsassızdır. 38. "xxxx" ASC-nin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli arayışda isə qeyd edilmişdir ki, ayrılmış kreditlərlə əlaqəli “İddiaçı”-yə "xx xx" ASC tərəfindən faizlərin hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Fərdi kredit müqavilələrində “İddiaçı”-yə net şəkildə çatacaq faizlərin məbləği (xalis gəlir) müəyyən edilir. Əlavə olaraq, əsas kredit müqaviləsinin 11-ci maddəsinin tələblərinə görə “İddiaçı”nin ümumi gəlirini müəyyən etmək üçün "xxxx" ASC Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qeyri-rezidentlərin üzərinə qoyulan vergi öhdəliklərinin yuxarıda qeyd olunan xalis gəlirin üzərinə gəlməklə hesablamalı və müvafiq vergiləri “İddiaçı”nin ümumi gəlirindən tutmalıdır. Bu tələb Vergi Məcəlləsinin tələbləri ilə üst üstə düşür. Belə ki, Vergi Məcəlləsinin qeyri-rezident hüquqi şəxslərin vergi obyektini müəyyən edən 104.3-cü maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, həmin Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən rezident tərəfindən qeyri-rezidentin, Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan faizlər üzrə 10 % dərəcəsilə vergi tutulması nəzərdə tutulmuşdur. Məlumdur ki, xalis (net) gəlir özündə gəlir əldə edənə çatan faktiki məbləği, ümumi (gross) gəlir isə xalis gəlirlə yanaşı, onun əldə olunması üçün çəkilən xərcləri (o cümlədən vergi xərcləri) də özündə ehtiva edir. Vergi Məcəlləsinin 3.2.12-ci maddəsində “gəlirin” anlayışı aşağıdakı kimi verilmişdir: malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Müqavilə üzrə “Ümumi dəyər” deyildikdə isə, burada söhbətin yalnız “xalis” gəlirdən getmədiyi, habelə “xalis” gəlirin əldə olunması üçün çəkilən əlavə xərclərin (vergi xərcləri daxil) də daxil olduğu məlum olur. Qeyd olunan kredit müqavilələri üzrə faizlərin hesablanaraq ödənilməsi zamanı yaranacaq vergi, rüsum, digər xərclərlə əlaqəli münasibətlər əsas kredit müqaviləsinin 11-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddə ilə hesablanmış faiz ödənişlərinin hər hansı tutulma və ya çıxılmaya məruz qalması halında, həmin məbləğin belə bir çıxılma və ya tutulma edilmədiyi və ya edilməsi tələb olunmadığı təqdirdə, gəlir əldə edənin ala və saxlaya biləcəyi məbləğə bərabər xalis bir məbləğ almasını və saxlamasını təmin etmək üçün lazım olan dərəcədə Borcalan tərəfindən artırılaraq ödənilməsi razılaşdırılmışdır. Yəni, faizlərin ödənilməsi ilə bağlı məbləğin tutulmaya məruz qalacağı halında, "xxxx" ASC tərəfindən ödənilməli faiz məbləğinin miqdarının tutulma həcmində artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən tutulması nəzərdə tutulan vergilər “İddiaçı”nin ümumi gəlirinə daxildir. Yuxarıda qeyd olunanlara uyğun olaraq 2014 – 2019cu illər ərzində "xxxx" ASC tərəfindən vergi agenti olaraq “İddiaçı” adından onun əsas kredit müqaviləsi və fərdi kredit müqavilələrindən irəli gələn gəlirlərindən 452.659.37 manat həcmində vergi Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun olaraq ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilmişdir. Buna müvafiq olaraq 2014 – 2019- cu illər ərzində Bank tərəfindən hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verilmişdir. Sözügedən vergilər üzrə vergi ödəyicisi “İddiaçı”dir, "xxxx" ASC isə qeyri-rezident hüquqi şəxsə gəlir ödəyən şəxs kimi vergi agenti hesab olunur. Bu səbəbdən “İddiaçı”nin adından ödənilən vergilər onun ümumi gəlirinə aid edilir. Əlavə olaraq qeyd edilir ki, “İddiaçı” tərəfindən məhkəmə qaydasında DTA-05 ərizəsi ilə tələb edilən 448.881.6 manat məbləğində vergi yuxarıda qeyd olunan 452.659,37 manat vergi məbləği ilə əhatə olunur.

39. Göründüyü kimi, "xxxx" ASC tərəfindən “İddiaçı”-yə ödənilən faiz məbləğlərinin həcmi məsələsi ilə bağlı dəlillər ziddiyyətlidir.

40. İşə baxan apellyasiya instansiya məhkəməsi yalnız iddiaçının kreditdən əldə edil ən faiz gəlirlərinin Azərbaycanda vergiyə cəlb edilməməli olması halından çıxış edərək iddia tələbini əsaslı hesab etmiş, “İddiaçı”-yə müqavilə üzrə şərtlərin tələblərinə uyğun olaraq çatmalı olan məbləğləri və həmin məbləğlərin tam ödənilib-ödənilməməsi məsələsini araşdırmamış, nəticədə iddiaçının həqiqətən Sazişin müddəalarına zidd rəftara məruz qalmasını hərtərəfli qiymətləndirməmişdir.

41. Odur ki, işə təkrar baxan apellyasiya məhkəməsi iddiaçı “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq çatmalı olan faiz məbləğinin “İddiaçı”-yə çatıb-çatmamasını, çatmadığı halda azalmanın ödəmə mənbəyində vergiyə görə baş verib-verməməsini müəyyən etməli, bununla bağlı məhkəmə icraatının tərəflərinin işdə olan dəlillərini araşdırıb həmin dəlillərə münasibət bildirmə li, bundan sonra, hazırkı qərarda əks olunmuş hüquqi mövqe nəzərə alınmaqla iddiaçının tələbinin əsaslılığına qiymət verməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iddianın rədd edilməsi barədə şikayətin dəlilləri əsaslı olmadığından həmin hissədə şikayət təmin edilməməlidir.

43. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 21(103)-267/2022 nömrəli qərarı ləğv edilsin və iş təkrar baxılması ü çün həmin məhkəməyə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar