Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-82/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2023-cü il tarixli, 21(103)-1762/2023 nömr əli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 656 nömrəli sərəncamına əsasən X15 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində 300 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin ölçülərinin natura ifadəsi ilə pay bölgüsü aparılaraq daimi nişanlar qoyulmasına dair xx.xx.2001-ci il tarixli akt tərtib olunmuşdur.
2. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 520 nömrəli sərəncamına əsasən X21 tərəfindən 2003-cü ildə tikilmiş, 600 kv.m torpaq sahəsində yerləşən, sahəsi 83,20 kv.m olan 5 yaşayış otağından, sahəsi 43,20 kv.m. olan köməkçi otaqlardan, sahəsi 43,20 kv.m olan aç ıq eyvandan və həyətyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3, 10 ünvanında yerləşən yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir.
3. X21 həmin evi xx.xx.2004-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır.
4. FM seriyalı, 030348 nömrəli qeydiyyat vəsiqəsinə əsasən həmin ev iddiaçının adına 30/19751 nömrə ilə xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, X16, X17, X12, X4, X13, X22, X18 və X3 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
6. İddiaçı qeyd olunan şəxslərin sözügedən ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma sı barədə cavabdehə müraciət etmişdir.
7. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinin tələbinə zidd olduğundan iddiaçının müraciətinin müsbət həlli mümkün deyildir. İddiaçı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən X7, yetkinlik yaşına çatmamış xx.xx.2013-cü il təvəllüdlü X8, X5, X2, X6, X14, X9 və X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzəri nə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin evə dair qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçıya məxsus olan evdə ailə üzvləri olmayan, ümumiyyətlə onun razılığı olmadan qeydiyyata düşmüş şəxslər var. Həmin evdə ümumiyyətlə belə şəxslər yaşamayıb və yaşamır. İddiaçı qeyd edilən şəxslərin ona məxsus həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin məsələnin onun səlahiyyəti daxilində olmadığını bildirmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16, X17, X12, X4, X13, X22, X18 və X3 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişl ər.
11. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2007-ci il tarixdən; xx.xx.1968-ci il təvəllüdlü X12 xx.xx.2007-ci il tarixdən; xx.xx.1990-cı il təvəllüdlü X16 xx.xx.2009-cu il tarixdən; xx.xx.1968-ci il təvəllüdlü X4 xx.xx.2007-ci il tarixdən; xx.xx.1995-ci il təvəllüdlü X13 xx.xx.2012-ci il tarixdən; xx.xx.1969-cu il təvəllüdlü X22 xx.xx.2007-ci il tarixdən; xx.xx.1993-cü il təvəllüdlü X18 xx.xx.2010-cu il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədl ərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.
12. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3 ünvanında 10 nömrə ilə 3 fərdi ev yerləşir. Evlərdən birində İddiaçı, digərlərində X22 və X12 öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin fərdi yaşayış evlərinin hüquqverici sənədlərinə dair Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində dəqiq məlumat yoxdur.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 09 dekabr 2022 -ci il tarixli, 2-1(112)-8255/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə materiallara əsasən ünvan 1 ünvanında 3 fərdi yaşayış evi mövcuddur. X10 adına olan fərdi yaşayış evi Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 520 nömrəli sərəncamına əsasən qeydiyyata alındıqdan sonra xx.xx.2004-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış, sonuncunun həmin evə mülkiyyət hüququ 30/19751 nömrə ilə xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda sözügedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Eyni zamanda, mübahisəli ünvanda yerləşən digər fərdi yaşayış evi (evləri) X19 aid olmaqla daşınmaz əmlakın dövlət reyes trində qeydiyyatdan keçməmiş əmlakdır. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 656 nömrəli sərəncamına əsasən Qaraçuxur qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evi tikmək üçün X15 300 kv.m torpaq sahəsi ayrılmış, qeyd edilən ünvanda iki ədəd birmərtəbəli fərdi yaşayış evi tikilmişdir. X23, ailə üzvləri və qohumları olan üçüncü şəxslər X16, X17, X12, X4, X13, X18 və X3 həmin ünvanda yaşayırlar. Üçüncü şəxslər mübahisəli ünvana iddiaçının razılığı ilə deyil, adıçəkilən xx.xx.2001-ci il tarixli, 656 nömrəli sərəncama əsasən cavabdeh orqan tərəfindən qeydiyyata alınmışlar.
15. Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində eyni ünvan göstəricisinə malik – Şərq y/s, döngə 3, ev 10 ünvanında ayrı-ayrı fərdi yaşayış evləri var. Fərdi yaşayış evlərinin hər üç ü ünvan üzrə Qaraçuxur qəsəbə nümayəndəliyinin təsərrüfat kitablarında qeydə alınmışdır. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər mübahisəli ünvana Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 656 nömrəli sərəncamına əsasən qeydiyyata alınmışlar, hazırda üçüncü şəxslər X19 aid torpaq sahəsində inşa edilmiş evlərdə yaşayırlar və yaşadıqları ünvan üzrə qeydiyyatdadırlar. Məhkəmə yuxarıda sadalanan qeydiyyatdan çıxarma ilə bağlı halları hazırkı işə tətbiq etdikdə müəyyən edir ki, iddiaçının üçüncü şəxsləri ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir. Belə ki, üçüncü şəxslər iddiaçının razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmiş, iddiaçının mülkiyyətində olan evdə deyil, X19 aid torpaqdakı evlərdə hal-hazırda yaşayırlar, iddi açıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər.
16. Hazırkı halda üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmasını tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Məhkəmə qeyd olunan normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ old uğu halda, bu imkandan istifadə etməməsi və əmlakın ünvan 1 ünvanı üzrə qeydiyyata alınması, üçüncü şəxslərin 2001-ci il tarixdə verilmiş sərəncama əsasən yaşadıqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Eyni zamanda, bu hal iddiaçının mövcud ünvanının dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik yeni çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır.
17. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxsə aid sənədlərdə X24 tərəfindən tikilmiş fərdi yaşayış evinə xx.xx.2005-ci ildə Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi 3-cü döngə, ev 10 ünvanının verilməsi hazırkı halda iddiaçının tələbi əsasında üçüncü şəxslərin mübahisəli Şərq yaşayış sahəsi 3-cü döngə, ev 10 ünvanından çıxarılmasına əs as vermir. Belə ki, üçüncü şəxslərə aid torpaq sahəsinin ayrılması barədə sərəncam xx.xx.2001-ci il tarixlidir. Həmin hüquqmüəyyənedici sənəddə üçüncü şəxslərə aid ünvan məhz Qaraçuxur qəsəbəsi “Şərq” yaşayış sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsində üçüncü şəxslərin fərdi yaşayış evinə sonradan “Şimal” yaşayış sahəsi ünvanı verildiyi qeyd edilsə də, həmin ünvan sözügedən evə dair ünvan reyestrində qeydiyyata alınmamışdır. Üçüncü şəxslərin evləri məhz “Şərq” yaşayış sahəsi kimi icra nümayəndəliyinin qeydiyyat kitablarında qeydə alınmış və cavabdeh inzibati orqan “Şərq” yaşayış sahəsi döngə 3, ev 10 ünvanını tanımış və hələ 2007-ci ildə üçüncü şəxsləri “Şərq” yaşayış sahəsi döngə 3, ev 10 ünvanı üzrə qeydiyyata almışdır. Odur ki, üçüncü şəxslərin hazırkı halda sözügedən ünvanda qey diyyatda qalmaları və cavabdehin üçüncü şəxsləri həmin ünvandan qeydiyyatdan çıxarmaqdan imtinası qanunazidd sayıla bilməz.
18. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Rəşid Səmədov) 26 may 2023cü il tarixli, 2-1(103)-1762/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
22. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azər baycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə
2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ah ıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüqu quna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mən ası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qayd asında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.”
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdı r. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəril mişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. H azırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından üçüncü şəxslərinin sözügedən ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki halların a hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
36. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2023-cü il tarixli, 21(103 )-1762/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.