Məhkəmə qərarları › İş №2-1(102)-820/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-820/2019

27.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-820/2019 27.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-820/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nin Sabunçu rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın t əyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2655/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Sosial Məişət Tikinti” İdarəsinin 10 saylı trestinə 3-cü dərəcəli üzçəkən vəzifəsinə 1978-ci il xxxx tarixdə işə qəbul edildiyini, ordu sıralarına çağırılması ilə əlaqədar 1979-cu il xxxx tarixdə işdən azad edildiyini, 1979-cu il xxxx tarixdən 1981-ci il xxxx tarixinədək ordu sıralarında xidmət etdiyini, 1981-ci il xxxx tarixdə BBTİ 3 saylı evtikmə kombinatına 2-ci dərəcəli fəhlə kimi işə qəbul edildiyini, 1981-ci il xxxx tarixdə 2-ci dərəcəli qəlibçi, 1982-ci il xxxx tarixdə 3-cü dərəcəli qəlibçi, 1983-cü il 1 aprel tarixdə 4-cü dərəcəli qəlibçi, 1986-cı il xxxx tarixdə baş korpusa tamamlama sahəsinə 3-cü dərəcəli üzçəkən vəzifəsinə keçirildiyini, 1986-cı il xxxx tarixdə 4-cü dərəcəli üzçəkən, 1996-cı il xxxx tarixdə 4 saylı Tikinti İdarəsinə 4-cü dərəcəli üzçəkən, 1998-ci il xxxx tarixdə gözətçi vəzifəsinə keçirildiyini, 2004-cü il xxxx tarixdən iş ahənginin olmaması ilə əlaqədar öz hesabına məzuniyyətdə olduğunu, hal-hazırda işdə hesab olunduğunu, xxxx 2017-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xa hiş etdiyini, sonuncu, xxxx 2017-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə görə 57 yaşına çatmış sığorta olunan kişilər azı 25 il sığorta stajına malik olduqda və bunun azı 12 il 6 ay zərərli və ağır olan işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğuna, əmək kitabçasında qeyd edilən 1978-ci il xxxx tarixdən 2004-cü il xxxx tarixədək olan iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il xxxx tarixli, 12 nömrəli Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmadığından, nəticədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən azı 12 il 06 ay güzəştli iş stajı yaranmadığından, ona güzəştli şər tlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, xxxx 2017-ci il tarixdən - 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(82)4164/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – H.Ç.Babayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-815/18 saylı qərarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(102)1468/18 saylı qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və A.S.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2655/2018 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı,1978-ci ildə əmək fəaliyyətinə başlamış və halhazırda əmək fəaliyyətini davam etdirir, 2004-cü ildən iş ahənginin olmaması səbəbi ilə öz hesabına məzuniyyətdədir və işdə hesab olunur, işlədiyi s ahə təmir-tikinti sahəsi olmuş, əmək stajı qanunvericiliklə nəzərə tutulan qaydada 25 ildən çoxdur və 12 il altı aydan yuxarı zərərli işlərdə işləmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən sığortaolunan kişilər azı 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə ara şdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2655/2018 saylı qərarıdəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X1 Birliyi 3 saylı ETK tərəfindən xxxx 2017-ci il tarixdə verilmiş 01/19 saylı arayışa görə İddiaçı "Sos.Məişət tikinti" İdarəsi 10 saylı trestə 3-cü dərəcəli oblisovşik (üzlükçü, yəni cilalayıcı, daş kəsən) vəzifəsinə 122-k saylı əmrlə xxxx 1978-ci ildə işə qəbul edilmiş, ordu sıralarına çağırılması ilə əlaqədar 50-k saylı əmrlə xxxx 1979-cu ildə işdən azad edilmiş, xxxx 1979-cu ildən xxxx 1981-ci il tarixinədək ordu sıralarında xidmət etmiş, BBTİ 3 saylı evtikmə kombinatına baş ko rpusa 2-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş, xxxx 1981-ci ildə 336 saylı əmrlə 2-ci dərəcəli qəlibçi, xxxx 1982ci ildə 300 saylı əmrlə 3-cü dərəcəli qəlibçi, xxxx 1983-cü ildə 2 saylı əmrlə 4-cü dərəcəli qəlibçi, xxxx 1986-cı ildə 88 saylı əmrlə baş korpusa tamamlama sahəsinə 3cü dərəcəli oblisovşik keçirilmiş, xxxx 1986-cı ildə 433 saylı əmrlə 4-cü dərəcəli oblisovşik (üzlükçü, yəni daş cilalayan, daş kəsən), xxxx 1996-cı ildə 03 saylı əmrlə 4 saylı tikinti İdarəsinə 4-cü dərəcəli oblisovşik, xxxx 1998-ci ildə 22 saylı əmrlə gözətçi vəzifəsinə keçirilmiş, xxxx 2004-cü ildən iş ahənginin olmaması ilə əlaqədar öz hesabına məzuniyyətdədir, hal-hazırda işdə hesab olunur, iddiaçı, xxxx 2017-ci il tarixli ərizə ilə DSMF-nin Sabunçu rayon Şöbəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaş a görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu, xxxx 2017-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə görə 57 yaşına çatmış sığorta olunan kişilər azı 25 il sığorta stajına malik olduqda və bunun azı 12 il 6 ay zərərli və ağır olan işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğuna, əmək kitabçasında qeyd edilən 1978-ci il xxxx tarixdən 2004-cü il xxxx tarixədək olan iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il xxxx tarixli, 12 nömrəli Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmadığından, nəticədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən azı 12 il 06 ay güzəştli iş stajı yaranmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsində həmin işi icra edən şəxslərin vəzifələri “mərmərdən üzçəkənlər”, “lövhələrdən üzçəkənlər” və “pardaqlayıcı üzçəkənlər” kimi təsbit olunmuş, lakin həmin vəzifələr metropoliten, yer qurğuların ın tikintisi və təmiri üzrə yeraltı işlərdə işləyən şəxslərə şamil edilir, beləliklə, iddiaçının işlədiyi vəzifələr həmin siyahıda mövcud olmamış, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmiş, inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmuş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş, bu səbəbdən iddiaçının hüquqlarını pozmamış, bu imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəmə sinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda XXİİ-ci «Tikinti-quraşdırma və təmir-tikinti işləri» fəslində 27-ci bölmədə üzlükçü zərərli peşə kimi göstərilmiş, həmin siyahının 29-cü bölməsinin «a» bəndində nəzərdə tutulmuş daş məmulatlarının cilalayıcıları-pardaqlayıcıları, o cümlədən daş emalı müəssisələrində və heykəltəraşlıq müəssisələrində məşğul olanlara aid etmək üçün əsaslar müəyyən edilməmiş, onun işlədiyi dövr üzrə gördüyü bütün iş və işlədiyi peşə üzlükçü, pardaqlayıcı, plitə cilalayıcısı, mərmər üzlükçü kimi zərərli işlərə aid olunandır, cavabdeh onunla eyni vəzifədə işləyən şəxsləri pensiya çıxarıb və onlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alırlar, onun da sənədlərini yoxlayıb razılıq versələr də, sonradan imtina etdilər. İddiaçının kassasiya şikayətinin dəlilləri il ə bağlı qeyd edilməlidir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsində həmin işi icra edən şəxslərin vəzifələri “mərmərdən üzçəkənlər”, “lövhələrdən üzçəkənlər” və “pardaqlayıcı üzçəkənlər” kimi təsbit olunmaqla, bu vəzifələr metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə işləyən şəxslərə şamil edilir, iddiaçının işlədiyi vəzifələr isə bununla əlaqədar olmamışdır. Digər tərəfdən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadı qanunla qorunur. Q anunverici bu zaman inzibati orqanın, bütün praktikasını deyil, yalnız qanunvericiliyə tam riayət edilməklə həyata keçirilən inzibati praktikasını nəzərdə tutur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsində həmin işi icra edən şəxslərin vəzifələri “mərmərdən üzçəkənlər”, “lövhələrdən üzçəkənlər” və “pardaqlayıcı üzçəkənlər” kimi təsbit olunsa da, həmin vəzifələr metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə işləyən şəxslərə şamil edildiyini, beləliklə, iddiaçının işlədiyi vəzifələrin həmin siyahıda mövcud olmadığını, cavabdehin imtinasının mahiyyətcə qanuna uyğun olduğunu, iddiaçının hüquqlarını pozmadığını nəzərə alaraq iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndi rilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2655/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2655/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar