Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-820/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: mənzilin özəlləşdirilməsinin qanunsuz hesab olunması barədə iddianın müddətə görə mümkün sayılmaması Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılacaq) “qeydiyyat vəsiqəsinin ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2895/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1956-cı ildə Laçın rayonunda doğulmuşdur və Laçın şəhəri, Komsomol küçəsində qeydiyyatdadır. İddiaçı 1992-ci ildə Laçın rayonun işğalı nəticəsində köçkün düşmüşdür və həmin vaxtdan Bakı şəhərinin Xətai rayonunda, Rövşən Əliyev küçəsindəki 10 saylı evin 9-cu mənzilində məskunlaşıb orada yaşayır. İddiaçının məskunlaşdığı mənzildə ondan əvvəl Ermənistan Respublikasından qaçqın düşmüş X9, onun anası X8, qardaşı X10 və bacısı X5 yaşamışdır. Həmin mənzil «Azərneftyağkimya» İB-nin xx.xx.1992-ci il tarixli məktubu əsasında onlara ayrılmışdır. Daha sonra Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-cti il tarixli 1234 saylı sərəncamı ilə bu mənzil X4 (ailə tərkibi - oğlu X10 və qızı X5 olmaqla) verilmiş və oraya qeydiyyata götürülmüşdür. 2000-ci ildə sözügedən mənzil X3 adına özəlləşdirilmiş və onun mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə 1091 saylı reyestr kitabında qeydiyyata alınaraq ona mülkiyyət hüquqlarının qeydiyyatı haqqında ÖM seriyalı 035433 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bak ı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və X2 həmin mənzilə mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasının cavabdehə həvalə olunması, bununla bağlı ÖM seriyalı, 035433 nömrəli qeydiyyat vəsiqəsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə məlum Qarabağ hadisələri ilə əlaqədar Laçın rayonundan məcburi köçkün düşərək 1992-ci ildə ünvan 2 ünvanında yerləşən mənzildə məskunlaşmışdır. Məskunlaşdıqları həmin mənzil erməniyə məxsus mənzil olmuşdur və onlar məskunlaşdıqları zaman mənzil boş, kimsəsiz, sa hibsiz idi. Mənzil həddindən artıq şəraitsiz, bərbad vəziyyətdə idi və uzun müddət ailəsi ilə birlikdə orada yaşadıqdan sonra mənzili yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. 1992-ci ildən bu günə kimi mənzillə bağlı heç kim onlara qarşı pretenziya irəli sürməmişdir. X6 həmin mənzildən onun və ailə üzvlərinin çıxarılmasına dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş, bundan sonra ona məlum olmuşdur ki, məskunlaşdıqları mənzil qanunsuz olaraq özəlləşdirilmişdir. O.Vəliyevaya mənzilə dair orderin verilməsi, həm də mənzilin özəlləşdirilərək qeydiyyat vəsiqəsinin verilməsi tam qanunsuz olmuşdur. Çünki order verilərkən mənzil boş deyildi. Həmçinin O.Vəliyeva həmin dövrdə ailəsi ilə birlikdə Xocavənd rayonun Xətai kəndində yaşayırdı. Order yalnız Bakı şəhərində daimi qeydi yyatda olan və yaşayan şəxsə verilə bilərdi. O.Vəliyeva mənzilin kommunal-məişət vəziyyəti barədə arayışı (2 №-li forma) qanunsuz yollarla xəbərləri olmadan və mənzildə yaşadıqları dövrdə almışdır və həmin arayış da saxtadır. O.Vəliyevanın adına mənzilin texniki pasportu da qanunsuz olaraq, xəbərləri olmadan və mənzilə gəlinmədən tərtib olunub. O.Vəliyeva məcburi köçkün olduğu üçün mübahisəli mənzili özəlləşdirə bilməzdi. Bütün bunlar mübahisəli mənzilin saxta yollarla və qanunsuz özəlləşdirilməsinə dəlalət edir. 1982-ci ildə qüvvəyə minmiş və həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 43cü maddəsinə, həmin Məcəllənin 48-ci maddəsinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, 8-ci, 9-cu maddələrinə istinad edərək iddia nın təmin edilməsini xahiş edir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi hər hansı ətraflı dəlil irəli sürmədən iddianın əsassız olduğunu bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2360/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxsin mənzili qanunsuz əsaslarla əldə etməsi müəyyən olunmur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun tələblərindən göründüyü kimi qeydiyyat orqanı tərfindən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güm an etməyə əsaslar olduğu halda aparılır. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2360/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2895/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi) E.E.Nağıyeva və H.Ü.Həmidov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2360/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının faktiki c əhətdən boş olmayan mənzilə order verilməsi, X3 mənzilə order verilərkən Bakı şəhərində daimi qeydiyyatının olmaması Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 1234 saylı, xx.xx.1992-ci il tarixli sərəncamının qanunsuz və etibarsız hesab edilməsi üçün əsas ola bilərdi. İddiaçı tərəfindən həmin sənədlərin mübahisələndirilmədiyini və qüvvədə olduğunu nəzərə alaraq məhkəmə mənzilin özəlləşdirilməsinin qanuniliyini araşdırarkən qeyd edilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edilmir. İddiaçı tərəfindən irəli sürülən dəlillər ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin 3-cü şəxsin adına özəlləşdirilməsinin qanunsuz hesab edilməsi üçün əsas olmadığından iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin qərardan i sə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, işin təkrar baxışa qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktik halları barəldə iddia ərizəsində təsvir olunan hallar təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, 1982-ci ildə qüvvəyə minən və həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 43-cü maddəsinə əsasən mənzildə başqa icarədarın yaşayış sahəsindən təcrid olunmayan yaşayış sahəsi boşalarsa, bu yaşayış sahəsi onun istifadəsinə verilməlidir. Bir neçə icarədarın yaşadığı mənzildə boşalan təcrid olunmuş yaşayış sahəsi uçota götürülüb-götürülməməsindən asılı olmayaraq həmin mənzildə yaşayıb mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara, belə vət əndaşlar olmadıqda adambaşına müəyyən edilmiş normadan az mənzil sahəsi olan vətəndaşlara verilməlidir. Mənzildə bu maddənin ikinci hissəsində göstərilən vətəndaşlar olmadıqda, boşalmış yaşayış sahəsi ümumi qaydada verilir. Tərəflərin izahatları İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Əsaslandırıcı hissə Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına iclasa gəlmədikləri halda da işə baxılmasının və i ş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı, inzibat orqan tərəfindən 2000-ci ildə mənzilin üçüncü şəxsin adına həyata keçirdiyi özəlləşmə ilə bağlı hərəkətlərinin qanunsuz sayılmasını tələb edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yer inə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun un «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdı rıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 20 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mi ndiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hər əkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 2000-ci ilin aprel ayında baş vermişdir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, yaşadığı mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsindən xəbəri olmamış, yalnız iddiaçı ona qarşı mənzildən çıxarılma barədə 2019-cu ildə məhkəməyə iddia verdikdən sonra mənzilin özəlləşdirilməsindən məlumatlı olmuşdur. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanmas ı qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma xx xxxx 2011-ci il tarixli 143İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün saylmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prposessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının məskunlaşıb yaşadığı mənzilin hüquqi rejimi ilə 20 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mənzilə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Çünki iddia çının mənzildən istifadə üçün məzmununa etimad göstərdiyi (və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya və ya ictimai maraqlara ziyan vurmadığı) hər hansı inzibati akt və ya oraya müvəqqəti məskunlaşmadan üstün hüquq tanıyan hüquqi əsas yoxdur. Yalnız bu cur əsas olduğu halda qəbul etmək olardı ki, iddiaçı həmin etimada əsaslanmaqla mənzilin sonrakı hüquqi rejimini araşdırmamışdır. Əksinə, mənzil üçüncü şəxsin adına özəlləşdirilənədək iddiaçının ailə üzvləri ilə mənzildən çıxarılması barədə Xətai rayon prokurorunun xx.xx.1994-cü il tarixli sanksiyasının və bu sanksiya ilə bağlı icraatın olması ona dəlalət edir ki, üçüncü şəxs mənzilə olan üstün huquqlarından istifadə etməklə, qanunla yol verilən üsullarl a mənzilin boşaldılması üçün hərəkət etmişdir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərini tam araşdırmamış, iddianın mümkün sayılmaması barədə qərar çıxarılmalı halda işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2895/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-820/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-820/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver