Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-820/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (1 oktyabr 1946-cı il təvəllüdlü; FİN kodu – xxxxxxx) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin daşınmaz əmlakın dövlət reye strində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(103)-303/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının anası X3 yanvar 1969-cu il tarixli kirayə müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 5 saylı evin 8 saylı mənzili kirayəyə götürmüşdür. 26 iyul 1987-ci il tarixli, 369756 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X3 27 may 1975-ci il tarixdə ölmüşdür.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh 17 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 17 may 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 5 saylı evin, 8 saylı mənzilinin özəlləşdirilərək xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 onun anasıdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 5 saylı evin 8 saylı mənzili 1969-cu il tarixdən anasının istifadəsində olmuş, mənzilin kirayəçisi anasının həmin mənzili özəlləşdirmək hüququ olmuş, anası öldükdən sonra isə bu hüquq ona keçmişdir. O, cavabdehə ərizə ilə müraciət edərək həmin mənzilin özəlləşdirilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən mənzilin onun adına özəlləşdirilməsindən imtina edilmiş, əsas kimi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. Bununla əlaqədar bildirir ki, həmin mənzil qanuni əsaslarla anası tərəfindən kirayə müqaviləsi əsasında istifadə edilmiş, o, həmin kirayə müqaviləsini cavabdehə təqdim etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6602/2021 nömrəli qərard adı (hakim: X2 ) ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırkı mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi mərhum X1 vərəsəsi İddiaçı mənzilə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi şəklində irəli sürülməlidir. Lakin, iddiaçının vəkili iddi anı yuxarıda göstərilən şəkildə irəli sürməkdən imtina etmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə “hüquqların ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi” barədə ərizə ilə müraciət edilmədiyindən, iddia tələbi dəqiqləşdirilsə də nəticə etibarı ilə iddia yenidən mümkün sayılmayacaqdı. Hazırkı iddia İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələbləri baxımından yoxlanılarkən mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edildiyindən, iddia mümkün sayılmamalıdır.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il t arixli, 2-1(103)-303/2022 nömrəli qərardadı (hakimlər: Hüseyn Aida (sədrlik edən və məruzəçi) Hüseynov Azər və Bəktaşi Səadət) ilə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin deyil, mənzilə dair hüquqların reyestrdə qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyini bildirsə də, bununla əlaqədar qeyd olunmalıdır ki, mənzilə dair hüquqların reyestrdə qeydə alınması nəticə etibarı ilə həmin mənzilə dair çıxarışın verilməsi deməkdir. Belə ki, qanunvericiliyə əsasən inzibati orqan daşınmaz əmlak ü zərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış tərtib edir.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən həmin norma daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxsdən, həmin şəxsin həmin hüququ əldə etdikdən sonra təsdiq edən çıxarışı almadan ölməsindən gedir. Hazırkı halda isə iddiaçının anası X4 qeyd edilən mənzilə mülkiyyət hüququ əldə etmədiyinə görə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi hazırkı hala tətbiq e dilə bilməzdi. Məhkəmə belə qənaətə gəlməkdə səhvə yol vermiş, iddiaçının iddia tələbinin mənzilə dair çıxarış verilməsi deyil, mənzilə dair hüquqların dövlət reyestrində qeydə alınması barədə olmasına diqqət yetirməmişdir. Həmçinin cavabdeh kimi yalnız qanuna əsaslandığına görə, o iddiaçının anasının mənzilə dair hüquqlarını reyestrdə qeydə aldıqdan sonra məhz iddiaçının anası öldüyünə görə artıq dövlət reyestrindən çıxarış deyil, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verəcəkdi, çünki bu onun vəzifəsidir. Bunun üçün əlavə tələb lazım deyil. Bu baxımdan məhkəmə iddianı qeyd edilən əsasla mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. İddiaçı dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin deyil, m ənzilə dair hüquqların reyestrdə qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəməyə müraciət etdiyinə görə, məhkəmə iddianın mümkünlüyünə baxan zaman əsasən iddiaçının anasının qeyd edilən mənzilə dair xüsusi mülkiyyət hüququnun reyestrdə qeydə alınmasını tələb etmək hüququnun olması məsələsinə qiymət verməli idi. İddiaçı anasının hüquqi varisi kimi cavabdehə müraciət edərək anasının hüququnun dövlət reyestrində qeydə alınmasını tələb etmiş və Mülki Qanunvericiliyin tələbinə əsasən anası öldükdən sonra onun belə bir hüququ olmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
16. İnzibati Prosessual Məcəllə: Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsind ən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitə si ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pre dmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan nor malarına görə iddianın mümkünlüyü bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik s ənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, hazırkı mübahisə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi mərhum X1 vərəsəsi İddiaçı mənzilə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi şəklində irəli sürülməlidir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə (müqavilə, forma-2 arayışı, şəhadətnamələr və s.) baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 5 saylı evin, 8 saylı mənzilin kirayəçisi iddiaçının mərhum anası X4 olmuşdur. İddiaçı həmin ünvanda anası ilə birlikdə yaşasa da, onun həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatı olmamış, bununla əlaqədar iddiaçı ya yardım etmək məqsədi ilə Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyə edilmiş, iddia tələbinin “hüquqların ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” şəklində qaldırılması ilə bağlı təklif irəli sürülmüş, lakin iddiaçının vəkili Kazımov Əfqan Xanlar oğlu dəqiqləşdirilmiş iddia tələbini məhkəməyə təqdim etməkdən imtina etmişdir.
25. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati akt ın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iddia mümkün sayılmaması barədə iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(103)-303/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.