Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-820/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, düzgün olmayan cavabdehə müraciət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1981, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (üçüncü şəxs Dövlət Neft Şirkəti) qarşı “işlədiyi müddətin fərdi şəxsi hesabına daxil edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)694/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 22 avqust 2012-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Dövlət Neft Şir kətində işlədiyi müddətin dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış 22 avqust 2012-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı SOCAR-ın Belçika Krallığındakı Nümayəndəliyinin direktoru vəzifəsində işə başlamışdır. Əmək müqaviləsinin 2.4-cü bəndinə əsasən, işə başlama tarixi 27 avqust 2012-ci il tarixi nəzərdə tutulmuş, həmin müqavilənin 4.2-ci bəndinə əsasən əmək haqqı 2160.00 (iki min yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı, iddiaçı ilə SOCAR arasında Belçika qanunvericiliyinə müvafiq olaraq 04 fevral 2013-cü il tarixdən qüvvəyə minmiş əmək müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə Belçika qanunvericiliyinə müvafiq olaraq tələb olunan məcburi ödənişlər müqavilənin qüvvədə olduğu müddətdə həyata keçirilmişdir. Bununla belə, xx.xx.2013-cü il tarixli əmək müqaviləsi də qüvvədə qalmış, həmin müqaviləyə xx.xx.2016-cı il tarixdə xitam verilmiş və xx.xx.2016-cı il tarixli, 20B00031 saylı əmrlə rəsmiləşdirilmişdir.
3. İddiaçıya SOCAR-da işlədiyi müddətin dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabında nəzərə alınmadığı və əmək müqaviləsi üzrə SOCAR tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi məlum olmuşdur. Halbuki SOCAR tərəfindən ƏƏSMN-nin elektron informasiya sistemi tətbiq edilməyə başlandıqdan sonra iddiaçı barədə həmin sistemə iki dəfə məlumat daxil edilsə də, sonradan bu məlumat lar sistemdən silinmişdir. İddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta vəzifəsini yerinə yetirməməklə, SOCAR Əmək Məcəlləsinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və əmək müqaviləsinin 6-cı bəndinin tələblərini pozmuşdur. İddiaçının sosial müdafiəsi pozulmaqla, SOCAR-da işlədiyi müddət sosial sığorta stajına hesablanmamışdır. Bununla bağlı, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, iddiaçının SOCAR-da işlədiyi müddətin, yəni xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi olan müddətin sosial sığorta stajına daxil edilməsi, bu müddət üçün fərdi şəxsi hesaba hesablanmalı və ödənilməli olan sığorta haqqının məbləği barədə məlumat verilməsi və fərdi şəxsi hesaba hesablanmalı olan məcburi dövlət sosial sı ğorta haqlarının məbləğinin SOCAR-dan tutulmasının təmin edilməsi barədə fərdi uçotu həyata keçirən ƏƏSMN-nə müraciət edilmişdir. Lakin cavabdehin 02 dekabr 2021-ci il tarixli, **********8 nömrəli cavab məktubuna əsasən müraciətin icrasından imtina edilmiş və “Dövlət sosial sistemində fərdi uçot haqqında" Qanunun 9-cu maddəsinə istinad edilərək, müvafiq məlumatların dürüst və vaxtında təqdim edilməsinin sığortaedənin vəzifəsi olduğu bildirilmişdir. Halbuki həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən, fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadığı hallarda, həmin məlumatların dəqiqləşdirilməsi barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanın müraciət etmək hüququ təsbit edilmişdir.
4. Cavabdeh iddia tələbinə qarş ı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən baxılmışdır. Nazirliyin “X1 Sistemi”nin "xxxx" (Hesabat) altsistemindən əldə olunan məlumatlara əsasən, AR Dövlət Neft Şirkəti (Socar) (SUN: **********7) tərəfindən 2012-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) İddiaçı adı sığortaolunan kimi qeyd edilmədiyindən, həmin dövrlər üzrə məlumatlar **********459 nömrəli fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 9-cu maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olu nmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olduğundan, qaldırılan məsələ ilə bağlı sığortaedən Dövlət Neft Şirkətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu proseslər həyata keçirildikdən sonra iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlari fərdi şəxsi hesabında öz əksini tapacaqdır.
5. Üçüncü şəxs tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim olunmuşdur. Həmin etirazda qeyd edilmişdir ki, SOCAR-ın Belçika Nümayəndəliyinin fəaliyyət yeri Belçika Krallığı olduğu üçün, “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, SOCAR-ın Baş ofisi həmin nümayəndəlikdə işləmiş şəxslərə münasibətdə “sığortaedən” hesab edilmir. “Dövlət sosial sığorta siste mində fərdi uçot haqqında” Qanunun 9-cu maddəsinə əsasən, iddiaçıya aid olan sosial sığorta haqları barədə SOCAR-ın Baş ofisi tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməmişdir. SOCAR-ın xx.xx.2015-ci il tarixli, SOCAR/15-1000/01/SM-04-000095 nömrəli əmrinə uyğun olaraq, bir sıra ölkələrdə, o cümlədən Belçika Krallığında fəaliyyət göstərən Nümayəndəliyin maliyyələşdirilməsi dayandırılmışdır. SOCAR-ın Belçika Krallığındakı Nümayəndəliyinin rəhbəri tərəfindən fəaliyyətin dayandırılması ilə əlaqədar yaranmış xərclərə dair hesabatlar təqdim edilmişdir. Belçika Nümayəndəliyinin direktoru, yəni İddiaçı tərəfindən təqdim olunan 29 dekabr 2015-ci il tarixli hesabat üzrə o vaxta yaranmış bütün xərclər, o cümlədən əmək münasibətlərinə xitam verilən işçilərə kompensasiyalar, sosial mü dafiə fonduna ödənilməli olan xərclər və digər xərclər SOCAR tərəfindən tam olaraq ödənilmişdir. Nümayəndəliyin saxlama xərcləri ilə bağlı məhkəməyə təqdim edilmiş smetalardan göründüyü kimi, SOCAR bütün məcburi ödənişləri, SOCAR-ın Belçika Krallığındakı Nümayəndəliyinə köçürmüşdür.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-817/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim L.E.Mirzəyeva) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən hər rüb üzrə rüb başa çatdıqdan sonra sosial sığorta haqları barədə sığortaçıya hesabatın verilməsi sığortaedənin vəzifəsi kimi müəyyən edilmişdir. Sığortaçı tərəfindən də sığortedən tərəfindən təqdim edilən məlumatlar fərdi şəxsi hesablara daxil edilir. Yuxarıda qeyd edilə nlərdən göründüyü kimi, hazırki iş üzrə cavabdeh iddiaya cavab verməli olan orqan deyildir.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)694/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-817/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şi kayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri məzmun baxımından iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə qeyd olunmuşdur ki, iddiaçının irəli sürdüyü tələb onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilmiş sosial təminat hüququnun müdafiəsinə yönəlmişdir. Belə ki, vətəndaşların sosial təminat hüququna Konstitusiyanın 38-ci maddəsinə uyğun olaraq təminat verilir. İddiaçının hazırkı iş üzrə üçüncü şəxs SOCAR-da işlədiyi müddətin onun fərdi şəxsi hesabında əks etdirilməməsi, onun gələcəkdə əmək pensiyasının məbləğinə mənfi təsir göstərəcək və nəticədə vətəndaşın pensiy asını düzgün şəkildə alması ilə bağlı əsaslı və ağlabatan gözləntisindən məhrum olmasına gətirib çıxaracaqdır. 13. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının, yəni Cavabdehin vəzifələrindən biridir.
14. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fondunun vəzifəsi kimi müəyyən olunmuşdur. Eyni zamanda fərdi şəxsi hesablara mə lumatların dürüst daxil edilməsi Nizamnamənin 3.1.5-ci bəndində öz əksini tapmışdır. Bu vəzifə sığortaedənlər tərəfindən daxil edilən məlumatların avtomatik olaraq daxil edilməsini deyil, məhz dürüst daxil edilməsini nəzərdə tutur. Bu o deməkdir ki, vətəndaş (sığortaolunan) yuxarıda qeyd edilən Qanuna əsasən hər hansı pozuntu aşkar etdikdə və ya məlumatlarla razı olmadıqda, bu barədə müvafiq dövlət qurumuna, indiki halda cavabdehə məlumat verə bilər. Bu halda məlumatların dürüst daxil edilib-edilməməsini yoxlamaq cavabdehin borcudur. İddia tələbi də məhz fərdi şəxsi hesaba məlumatların düzgün daxil edilməsi öhdəliyinin inzibati orqanının üzərinə qoyulması ilə bağlı olmuşdur. Məhkəmə öz qərardadında iddianın mümkün sayılmamasını əsaslandırarkən, hesabatın verilməsinin sığortaedənin (cavabde hin) vəzifəsi olduğunu əsas götürmüşdür. Lakin nəzərə almamışdır ki, hesabatın təqdim edilməsi və məlumatın daxil edilməsi ayrı-ayrı öhdəliklərdir və sonuncu öhdəlik məhz cavabdehə aiddir.
15. Məhkəmə SOCAR tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli məktuba istinad edərək, sosial sığorta üzrə xərclərin nümayəndəliyə ödənildiyini bildirmiş və dövlət sosial sığorta haqlarının iddiaçı tərəfindən ödənilmədiyindən onun adının sığortaolunanlar haqqında məlumatlarda əks olunmadığını bildirmişdir. Halbuki nümayəndəliyə ödənilmiş vəsaitlərdən iddiaçı tərəfindən sığorta haqlarının xaricdə ödənilməsini təsdiq edən çıxarışlar birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş üzrə materiallara əlavə edilmişdir. Göründüyü kimi, məhkəmə mümkünlüyü yoxlayarkən qeyd edilən sübutu təkzib edən və sosi al sığorta ödənişlərinin ödənilməsini təsdiq edən iddiaçının təqdim etdiyi sübuta, ümumiyyətlə, qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(105)-694/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını və həmin qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanu nla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalar ının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən olunmamışdır.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasi ya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü şərtlərinin müəyyən olunması üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
26. Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub -olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6- cı bənd).”
27. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmadığını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmadığını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
28. Həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə görə, sığortaç ı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.
29. Həmin Qanunun 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, həmin Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənin vəzifəsidir.
30. Eyni zamanda “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 5.2-ci və 5.2.13-ci maddələrinə əsasən, sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosia l sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün) barədə məlumatlar daxil edilməlidir; həmin Qanunun 7.1-ci və 7.1.3-cü maddələrinə əsasən, sığortaçı bu Qanunun 5.2.11-ci, 5.2.12-ci və 5.2.13-cü maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminin məlumatları əsasında sığortaolunanın fərdi şəxsi hesabında qeydə alır; 8.1 və 8.1.4-cü maddələrinə əsasən, sığortaolunan fərdi şəxsi hesabında əks olunan məlumatlar bu Qanunla müəyyən olunmuş hallarda dəyişdikdə, bu barədə sığortaçıya və ya sığortaedənə yazılı məlumat vermək hüququna malikdir; 8.2 və 8.2.2-ci maddələrinə əsasən, sığortaolunanın bu Qanuna əsasən fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək vəzi fəsi vardır; 9.2 və 9.2.1ci maddələrinə əsasən sığortaedən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək hüquqlarına malikdir; 10.2 və 10.2.1-ci maddələrinə əsasən, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının vəzifələrinə aiddir.
31. Qeyd olunan hüquq normalarının təfsirinə görə, sosial sığorta haqlarını sığortaçıya ödəmək, sığortaolunan ın fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək, sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün) barədə məlumatları sığortaolunanın fərdi şəxsi hesabında qeydə almaq sığortaedənin, sığortedən tərəfindən təqdim edilən məlumatların fərdi şəxsi hesablara daxil edilməsi isə sığortaçının vəzifəsidir.
32. Nəzərə almaq lazımdır ki, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək üçün ən azından sığorta olunan haqqında ilkin olaraq həmin məlumatlar sığortaçıya təqdim olunmalıdır. Başqa sözlə, sığortaçı ona təqdim olunan məlumatlara bağl ıdır. Bu zaman həmçinin sığortaçının yuxarıda istinad olunan normalar tərəfindən həmin məlumatları müstəqil olaraq əldə etmək imkanları ilə təchiz olunmadığı da nəzərə alınmalıdır. Yuxarıda istinad olunan normalarla sığortaolunan barədə müvafiq məlumatların sığortaçıya təqdim olunması sığortaedənin və sığortaolunanın məsuliyyət sferasına aid olunmuşdur. Yalnız sığortaedənin və sığortaolunanın məsuliyyət sferasına aid məlumatların sığortaçıya təqdim edildiyi təqdirdə, sığortaçı təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsinə, onların etibarlı saxlanmasına və mühafizəsinin təmin edilməsinə məsuldur və həmin öhdəliyin düzgün icrası üçün məsuliyyət daşıyır.
33. Sığortaçının sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesaba dürüst və vaxtınd a daxil edilməsi üzrə öhdəliyi sığortaedənin və sığortaolunanın məsuliyyət sferasına aid məlumatları sığortaçıya təqdim etmək vəzifəsindən azad edən hal kimi təfsir oluna bilməz. Belə ki, sığortaçı yalnız ona təqdim olunmuş məlumatların dürüst və vaxtında emal olunması üçün cavabdehlik daşıyır. Bu mənada sığortaolunanın fərdi şəxsi hesabına daxil edilməli olan məlumatların sığortaçıya təqdim olunmaması, iddiaçının kassasiya şikayətində iddia etdiyi kimi, sığortaçının fərdi şəxsi hesaba məlumatları düzgün daxil etməməsi kimi qiymətləndirilə bilməz.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə sığortaolunan haqqında müvafiq məlumatların sığortaçıya təqdim olunduğu iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də həmin məlumatların sığortaçıya təqdim olunduğ unu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Müvafiq məlumatların sığortaçıya təqdim edilmədiyi sığortaedən tərəfindən də etiraf olunur.
35. Belə ki, bununla bağlı SOCAR tərəfindən təqdim olunmuş və mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş 2 aprel 2022-ci il tarixli məktubdan görünür ki, SOCAR-ın Belçika Krallığındakı Nümayəndəliyinin fəaliyyətini tənzimləyən, SOCAR tərəfindən təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olaraq hər təsərrüfat ilinin əvvəlində, SOCAR-ın bütün nümayəndəliklərində olduğu kimi, Belçika Krallığında fəaliyyət göstərən Nümayəndəliyinin də büdcəsi (Smeta) təsdiq edilirdi. Məhz bu büdcəyə uyğun olaraq Nümayəndəliyin fəaliyyəti üçün nəzərdə tutulan bütün xərclər, həmçinin, işçilərin əmək haqqı ödənişləri, bütün məcburi ödənişlər daxil olm aqla (vergi və dövlət sosial sığortaları) tam həcmdə SOCAR tərəfindən Nümayəndəliyin hesabına köçürülmüşdür. Nümayəndəliyin bütün işçilərinin, o cümlədən iddiaçının özünə aid məcburi ödənişlərin ödənilməsinin həyata keçirilməsi Nümayəndəliyin direktoru kimi İddiaçı səlahiyyətinə aid edilmişdir. Lakin məcburi sosial sığorta haqlarının sonuncu tərəfindən ödənilməməsi səbəbindən, sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) sığortaolunan kimi onun adı qeyd edilməmişdir.
36. Qeyd olunan məktubun məzmunundan da göründüyü kimi, üçüncü şəxs tərəfindən sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) sığortaolunan kimi iddiaçının adı qeyd edilməmiş, onunla bağlı məlumatlar sığortaçıya təqdim olunmamışdır.
37. Bu baxımdan məhkəmə kollegiya sı əlavə olaraq qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçının sığortaedən tərəfindən sığortaolunanın fərdi şəxsi hesabına daxil edilməli olan məlumatların sığortaçıya təqdim olunması, eləcə də müvafiq dövr üzrə sığorta haqqının ödənilməsi tələbi ilə həmin quruma qarşı ümumi məhkəməyə müraciət etməsi imkanını istisna etmir.
38. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə mübahisəyə dair işin müəyyən olunmuş hallarına və İPM-in tələblərinə uyğundur. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-694/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərar qətidir.