Məhkəmə qərarları › İş №2-1(102)-821/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-821/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-821/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi; hazırlayıcı, yığıcı çilingər, dəstləşdirici) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, İddiaçı və vəkili Vəkil, cavabdehin və kili Dünyamin Novruzovun iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2239/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu xx xxx 2009-cu il tar ixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuş və xx xxxxx 1977-ci il tarixində Bakı Soyuducular zavodunda Ştamp-qaynaq sexində hazırlayıcı vəzifəsinə işə qəbul olunmuş və qaynaqçının yanında detalların qaynaqdan əvvəl və ya sonra hazırlanması sahəsində hazırlayıcı işləmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə kimi Penopoliuretan sexində yığıcı çilingərlərin yanında dəstləşd irici peşəsində işləmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixə kimi Plastik kütfb sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin əridib tökülməsi prosesində tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici vəzifəsində işləmişdir. İddiaçı Bakı Soyuducular zavodunda xx xxxxxx 2003-cü il tarixinə kimi işləmiş və xx.xx.1977-ci il tarixindən xx.xx.2003-cü il tarixinə kimi 25 il 8 ay ümumi, xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi 10 il 8 ay isə zərərli əmək şəraitində işləməklə xüsusi sığorta stajı qazanmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kab inetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li və 2 №-li aşağıdakıəlavələrdə onun işlədiyi istehsal sahələri, daşıdığı vəzifələr öz əksini tapmışdır. İddiaçının 50 yaşı xx.xx.2009-cu ildə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1911/2019 nömrəli (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu xx xxx 2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbay can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2239/2019 nömrəli (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir. Apelyasiya instansiyası məhkəməsixx.xx.2019-cu il tarixli 2-1(103)-2239/2019 nömrəli (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1911/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı iddia tələbinin rədd edilməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərar qəbul edərkən onun işlədiyi zərərli peşə sahələrinin detalların qaynaqdan əvvəl və ya sonra hazırlanması işlərində hazırlayıcı: yığıcı çilingərlə rin yaninda dəstləşdirici peşələrinin «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx xxxxxx 2007-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda olmadığını qeyd etmişdir. Halbuki, onun 10 il 8 ay 21 gün xüsusi əmək stajım vardır və o, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını xx xxxxxx 1997-ci il tarixinə kimi qazanmışdır. O, Bakı Soyuducular zavodunda xx xxxxxx 2003-cü il tarixinə kimi işləmişdir. Əmək fəaliyyətinə xx xxxxx 1977-ci il tarixindən xx xxxxxx 1997-ci il tarixinə kimi 20 il 3 ay ümumi, xx xxxxx 1977-ci il tarixdən xx xxxx 1989cu il tarixə kimi 10 il 8 ay isə zərərli əmək şəraitində işləməklə xüsusi sığorta stajı qazanmışdır. Əmək k itabçasının 1-ci səhifəsində xx xxxxx 1977-ci il tarixli, 77/k nömrəli işə daxil olma əmrində qeyd edilmişdir ki «Ştamp-qaynaq sexində zərərli əmək şəraiti ilə bağlı olan iş dərəcəsinə uyğun 1-ci dərəcəli hazırlayıcı vəzifəsinə qəbul edilsin». O, bu vəzifədə xx xxxx 1984-cü il tarixə kimi işləmişdir. Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarının 2 nömrəli Siyahısı. Ümumi peşələr. Kod: 23200000-19906. xx xxxx 1985-ci il tarixli 222/k saylı əmrlə xx xxxx 1986-cı il tarixinə kimi Penopoliuretan sahəsində dəstləşdirici peşəsində işləmişdir. Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarının 1 nömrəli siyahısı. Kimya istehsalı. Kod: 1080A00-17541 və 1080A010. xx xxxx 1986-cı ildə 295/k saylı əmrlə Plastmast sexində soyuducuların plastik kütlədən hazırlan an hissələrinin termoplastavtomat maşınlarında 200 C dərəcə temperatura qədər əridib tökülməsi prosesində qapalı şəraitdə tökülən soyuducu hissələrinin hazırlanmasında, maşınların yanında hazır olan hissələrin təmizlənməsi (kənar və çıxıntı hissələrinin kəsilməsi), tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici vəzifəsində işləmişdir və xx xxxx 1989-cu il tarixədək həmin peşədə işləmişdir. Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarının 2 nömrəli siyahısı, Ümumi peşələr. Kod: 23200000-13399. «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tari xli, 320 saylı qərarına 1 nömrəli və 2 nömrəli aşağıdakı əlavələrdə onun işlədiyi istehsal sahələri, daşıdığı vəzifələr öz əksini tapmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 nömrəli və 2 nömrəli Siyahısına əsasən ona 50 yaşdan zərərli əmək şəraitinə görə pensiya təyin edilməsi vəzifəsini cavabdehə hə valə edilməsini qərara almışdır. İş materiallarında olan xxxx zavodunu xx xxxxxxx 2018-ci il tarixli 49 saylı arayışında onun işlədiyim peşələrin və sahələrin zərərli olduğu, həmin zərərli peşələrin və sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 nömrəli və 2 nömrəli Siyahısında öz əksini tapdığı bildirilmişdir. O, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə, 50 yaşımın tamam olduğu tarixdən güzəştli pensiya təyin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası onun güzəştli şərtlərlə pensiya stajı qazandığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarını tətbiq etmək yerinə, Nazirlər Kabinetinin 12 saylı, xx xxxxxx 2007-ci il tarixli qərarını əsas götürmüş və həmin qərarda «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın olmadığı qənaətinə gəlmişdir. Bu da apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması deməkdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2239/2019 sayl ı qərarının ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uy ğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Novruzov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Koll egiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə bir sıra sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2239/2019 saylı qərarla, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1911/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçının cavabdehə qarşı iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən, Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na, İnzibati Prosessual Məcəllənin 73.1, 82-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə və həmin qərardan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlilləri ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrinin həll edilməsi zamanı İnzibati Prosessual Məcəl lənin bir neçə maddələrinin, o cümlədən 1.2, 12.1, 58.7, 68.1, 68.2-ci maddələrinin xüsusi önəmi vardır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, İnzibati Prosessual Məcəllənin sözügedən maddələrini, həmin Məcəllənin digər maddələri ilə yanaşı inzibati mübahisənin düzgün, tam və hərtərəfli araşdırılmasını, qəbul edilmiş qərarların isə qanuni və əsaslı olmasını tələb edir. Məhz buna görədir ki, İnzibati Prosessual Məcəllənin «Məhkəmə qərarının əsası» adlı 68-ci maddəsi məhkəmə qərarının yalnız faktlarla, sübutlarla əsaslandırılmalı olmasını şərtləndirir. Lakin apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının «Hüquqi məsələlər» adlanan əsaslandırıcı hissəsində İnzibati Prosessual Məcəllənin yuxarıda göstərilmiş müddəalarının tələblərinə riayət edilməmişdir. Belə ki, işin 118–122-ci səhifələrində yer almış apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının 4 (dörd) səhifəsi «Hüquqi məsələlər» adlanan hissəsindən ibarətdir. Xüsusi olaraq qeyd edilməlidir ki, sözügedən qərarın «Hüquqi məsələlər» adlanan hissəsinin (iş səhifələri 119–122) böyük əksəriyyətini, iddiaçının hazırkı iddiasını təmin etmiş birinci instansiya məhkəməsinin belə qənaətə gəlməsinin motivlərin əsaslandırılmasına həsr edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının rədd edilməsini yalnız iki abzasdan ibarət olan bir neçə cümlələrlə əsaslandırmağa çalışmışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarının «Hüquqi məsələlər» adlanan hissəsində yazmışdır ki, «Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İddiaçı əmək kitabçasından və «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 24 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1984-cü il tarixə kimi «Bakı Soyuducular Zavodu»nun Ştamp-qaynaq sexində qaynaqçının y anında detalların qaynaqdan əvvəl və ya sonra hazırlanması işlərində hazırlayıcı; xx.xx.1985-ci ildən xx.xx.1989-cu illərdə yığıcı çilingərlərin yanında dəstləşdirici peşəsində işləmişdir. İddiaçı göstərilən dövrün zərərli əmək şəraitində işləməsini iddia edir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda qaynaqçının yanında detalların qaynaqdan əvvəl və ya sonra hazırlanması işlərində hazırlayıcı; yığıcı çilingərlərin yanında dəstləşdirici peşələri nəzərdə tutulmamışdır». Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, yuxarıda artıq İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinad edilmişdir və b una müvafiq olaraq Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə müraciət edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində isə deyilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, işə əlavə edilmiş İT-İ seriyalı, ******* saylı əmək kitabçasına əsasən İddiaçı Nəsrulla qızı xx xxxxx 1977-ci il tarixli, 77/k saylı əmrlə 1-ci dərəcəli hazırlayıcı peşəsinə qəbul edilmiş, xx xxxx 1984-cü il tarixli, 122/k saylı əmrlə elektrik sexinə elektrik montajçısı peşəsinə qəbul edilmiş, xx xxxx 1984-cü il tarixli, 286/k saylı əmrlə yığıcı-çi lingərin yanında hazırlayıcı peşəsinə keçirilmiş, xx xxxx 1985-ci il tarixli, 222/k saylı əmrlə yığıcı çilingərin yanında dəstləşdirici peşəsinə keçirilmiş, xx xxxx 1986-cı il tarixli, 295/k saylı əmrlə dəstləşdirici keçirilmiş, xx xxxx 1989-cu il tarixli, 109/k saylı əmrlə mühəndis energetik peşəsinə keçirilmiş və xx xxxxxx 2003-cü il tarixli, 2 saylı əmrlə işdən azad edilmişdir. İşdə olan xxxx ASC-nin xx xxxxxxx 2018-ci il tarixli, 49 saylı arayışına əsasən xx xxx 1959-cu il təvəllüdlü İddiaçı xx xxxxx 1977-ci il tarixdən «Bakı Soyuducular Zavodu»nun Ştamp-qaynaq sexində 77/k saylı əmrlə xx xxxx 1984-cü il tarixə kimi sexdə soyuducunun xarici şkafının, qapısının, daxili şkafının birləşmə yerlərini və polkalarını elektriklə qaynaq edilməsi sahədə qaynaqçının yanında detallarin qaynaqdan ə vvəl və ya sonra hazırlanması işlərində hazırlayıcı işləmişdir. xx xxxx 1985-ci il tarixdən 222/k saylı əmrlə xx xxxx 1986-cı il tarixə kimi Penopoliuretan sexində soyuducuların şkafını və qapılarını penopoliuretanla doldurma xətlərindən 4–5 metr məsafəyə quraşdırılmış konveyerdə soyuducu hissələrinin yığılma proseslərində yığıcı-çilingərlərin yanında dəstləşdirici peşəsində işləmişdir. Poliol, izosionat (bu maddələr təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrdir) qarışığının tökmə zamanı sağlamlığa təsir göstərən zərərli və zəhərli qazlar əmələ gəlir ki, xətdən 15–20 metr məsafəyə yayılır. Xətlər qapalı şəraiti olan sexdə quraşdırılmışdır və ümumi ventilyasiya sistemi olduğundan ətrafda işləyən işçilərin sağlamlığına zərərli təsir göstərir. Yığılmış şkaf və qapılar xəttin k onveyerinə yerləşdirilməsi zamanı və hazır məhsul konveyerdən çıxan zaman penopoliuretanla təmasda olur. xx xxxx 1986-cı il tarixdən 295/k saylı əmrlə xx xxxx 1989-cu il tarixə kimi Plastik kütlə sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin termoplastavtomat maşınlarında 200 C temperatura qədər əridib tökülməsi prosesində qapalı şəraitdə tökülən soyuducu hissələrin hazırlanmasında, maşınların yanında hazır olan hissələrin təmizlənməsi (kənar və çıxıntı hissələrinin kəsilməsi), tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahı. Bölmə

35. Ümumi peşələr; əl ilə qaynaq aparan elektrik qaynaqçıları,

8. Ki mya istehsalatı izosianatlar, poliamidlər, poliuretanlar və s.,

35. Ümumi peşələr; plastik kütlənin tökücüləri öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxx 1993-cü il 320 saylı qərarı Siyahı №2. Bölmə XXXİİİ. Ümumi peşələr, şıfrə 23200000-19906; Siyahı №

1. Bölmə Vİİİ. Kimya istehsalatı, şifrə 1080A010, Siyahı №

2. Bölmə XXXİİİ. Ümumi peşələr, şifrə 23200000-13399. İddiaçı işlədiyi müddət ərzində insan həyatı üçün təhlükəli olan maddələrlə 8 saatlıq iş günü olmaqla qapalı şəraitdə daima təmasda olmuş və xx xxxx 1998-ci il tarixdən xx xxxx 2001-ci il tarixə kimi analıq məzuniyyətində xx xxxxxx 1995-ci il tarixdən xx xxxx 1998-ci il tarixə kimi müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Lakin buna baxmayaraq apelyasiya in stansiyası məhkəməsi işin həmin hallarını Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından araşdırmamış, yəni, iddiaçının işləmiş olduğu peşənin kodlar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarında olan 1 və 2 nömrəli Siyahılarına əsasən iddiaçıya 50 yaşdan zərərli əmək şəraitinə görə pensiya təyin edilməsi üçün uyğun gəlib-gəlməməsini tam və hərtərəfli aydınlaşdırmamış, bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə bir sıra sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2239/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar