Məhkəmə qərarları › İş №2-1(102)-821/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-821/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-821/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; qərarın tərəfə təqdim edilməsi barədə sübut yoxdur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli, 2-1(103)-1663/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu işsiz kimi qeydiyyata almaqla, aprel və may ayları üçün yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin (cəmi 380 manat) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5010/2020 saylı 21.02.2020-ci il tarixli qərardadı ilə (hakim – Nəriman Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(112)-5010/2020 saylı inzibati işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli, 21(103)-1663/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Rəşad Həsənov və Şeyda Məhərrəmova) apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.

5. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı tərəfindən 21.07.2020- ci il tarixli qərardad 12.08.2020-ci il tarixdə alınıb, ondan şikayət verilməsi üçün son müddət 22.08.2020-ci il tarix hesab olunduğu halda, apellyasiya şikayətini rabitə orqanına 10 günlük prosessual müddəti ötürməklə 28.08.2020-ci il tarixdə təqdim etmişdir.

6. Məhkəmə qərardadı 21.10.2020-ci il tarixində iddiaçıya təqdim edilmişdir.

7. İddiaçı 27.10.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti verməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Rəşad Həsənov və Vidadi Məmmədov) iddiaçının ərizəsi təmin edilmiş, həmin qərardad 28.02.2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir.

9. İddiaçı 03.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli, 2-1(103)-1663/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsi üçün inzibati işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən şikayətin mümkünlüyü məsələsi araşdırılarkən qərardadın iddiaçıya çatdırılması müddəti düzgün müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərardadı iddiaçıya “sifarişli-xəbərnaməli” bildirişli poçt zərfi vasitəsilə göndərilsə də, xəbərnaməni iş materiallarına əlavə etməmişdir. Məhkəmə də poçt zərfinin arxa üzündə zərfin iddiaçıya çatdırılmasını təmin edən “1017” nömrəli poçt şöbəsinə daxil olduğu günü, yəni 12.08.2020-ci il tarixini zərfin iddiaçıya çatdırıldığı gün hesab edərək şikayət vermə müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Halbuki, surəti əlavə edilən xə bərnamədən də görünür ki, həmin məktub poçt şöbəsinə 12.08.2020-ci il tarixində daxil olsa da, iddiaçıya 26.08.2020-ci il tarixində çatdırılmış, məhkəmənin də qeyd etdiyi kimi 28.08.2020-ci il tarixində də iddiaçı tərəfindən poçt xidmətinə təhvil verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almadan əsassız olaraq apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İşə ba xılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərm əyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

15. Mülki Prosessual Məcəllə: Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qayd ada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 1

6. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

19. Belə ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş, bu zaman iddiaçının birinci instansiya məhkəməsinin qərardadından şikayət verilməsi üçün qanunver iciliklə nəzərdə tutulmuş müddəti ötürdüyünə istinad etmişdir.

20. Məhkəmə öz qərarını belə əsaslandırmışdır ki, iddiaçı 21.07.2020-ci il tarixli qərardadı 12.08.2020-ci il tarixdə aldığından həmin qərardaddan şikayət vermə müddəti 22.08.2020-ci il tarixində başa çatmış, iddiaçının apellyasiya şikayəti isə 02.09.2020-ci il tarixində daxil olmuşdur.

21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 21.07.2020-ci il tarixli qərardadı 12.08.2020-ci il tarixində aldığını qeyd etsə də, iş materiallarında bununla bağlı heç bir sübut yoxdur.

22. Halbuki, hazırkı qərarın 14-cü bəndində göstərilən normaların məzmunundan görünür ki, məhkəmə qərardadı iddiaçıya şəxsən və ya digər üsullarla təqdim edilməli və hər bir halda təqdimetmənin təsdiqi barədə mü vafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunmalı idi.

23. Göründüyü kimi, məhkəmə tərəfindən məhkəmə sənədlərinin təqdim edilməsi ilə bağlı prosessual normaların tələbləri pozulmuşdur. Belə olan halda, məhkəmənin hansı sübuta istinad edərək şikayət vermə müddətinin əvvəlini 12.08.2020-ci il tarixindən hesablaması da qeyri-müəyyəndir.

24. İddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 15-ci bəndində göstərilən normalarda məhkəmə sənədinin hansı hallarda rəsmi qaydada verilmiş hesab edilməsi öz əksini tapmışdır. Odur ki, iddiaçının məhkəmə qərardadını hansı tarixdə alması məhz həmin bənddə əks olunan sənədlərlə sübut oluna bilər ki, iş materiallarına belə bir sənəd əlavə olunmamışdır.

25. Belə olan halda, ape llyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə birinci instansiya məhkəməsinin qərarının iddiaçıya hansı tarixdə təqdim edilməsini dəqiq müəyyən etməli, bunun əsasında şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyinə qiymət verməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli, 21(103)-1663/2020 nömrəli qərardadı ləğv olunsun. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar