Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-821/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlüyü; icraat iştirakçısının dinlənilmə hüququnun pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Qəbələ rayonu Hacıalılı kənd bələdiyyəsi, X3) “çıxarışın ləğv edilməsi” təl əbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 yanvar 2023-cü il tarixli, 2-1(107)-97/2023 nömrəli qərardadından üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mərhum X1 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il ta rixli, 2-1(116)-1325/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə mərhum X1 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur.
3. Üçüncü şəxs X3 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-97/2023 nömrəli, 5 yanvar 2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs X2 Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(116)-1325/2020 nömrəli qərarından verdiyi şikayət üzrə apellyasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir.
5. Apellyasiya instansiya məhkəmə si qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı xx.xx.2020-ci il tarixdə üçüncü şəxs X2 ünvanına göndərilmiş, üçüncü şəxs tərəfindən qərar xx.xx.2020-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Üçüncü şəxs tərəfindən Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(116)-1325/2020 nömrəli qərarından şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
6. Üçüncü şəxs X3 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri:
7. Şikayətin dəlillərinə görə, üçüncü şəxs tərəfindən prosessual müddət buraxılmamışdır. Şəki İnzi bati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(116)1325/2020 nömrəli qərarı ilə tanış olduqdan sonra 1 ay müddətində şikayət verilmişdir.
8. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsi tərəfindən X2 əvvəlki vəkili Vəkil1 elektron sistemindəki hesabında iclas tarixi məhkəmə işləri bölməsinə yerləşdirilsə də, bildirişlər hissəsində bu barədə heç bir məlumat yoxdur. Bu səbəbdən məhkəmə iclasından nə şəxsin özünün, nə də vəkilin xəbəri olmamışdır. Yalnız son gün təsadüfi şəkildə iclas tarixi barədə məlumat əldə edilmiş və həmin anda vəkilin Bakı şəhərində olması və məhkəmə prosesinin keçiriləcəyi saata qədər Şəki şəhərinə getməsinin mümkünsüzlüyü səbəbindən X2 vəkili tərəfindən məhkəməyə elektron qaydada ərizə təqdim edilmiş, həmin ərizədə məhkəmə iclasında iştirak edilə bilməməsinin səbəb ləri qeyd olunmuş və iclas vaxtının növbəti tarixə təxirə salınması xahiş edilmişdir. X6 Məhkəməsi tərəflərin üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməməsi halını nəzərə almamış, məhkəmə iclasını təxirə salmamışdır. Hətta bu barədə məhkəmənin özü ilə telefon vasitəsilə əlaqə saxlanılaraq şifahi qaydada məlumat verilsə də, məhkəmə prosesinə tərəf və onun nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. Üçüncü şəxs X2 ərizəsi
9. Kassasiya icraatı zamanı üçüncü şəxs X3 məhkəmə kollegiyasına ərizə göndərərək bildirmişdir ki, İddiaçı ilə barışmışdır, bu səbəblə kassasiya şikayətini geri götürür.
10. S.İslamova daha sonra teleqram göndərərək ərizədən imtina etdiyini, icraatın davam etdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiy a şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 62.1. Məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları il ə müzakirə etməyə borcludur. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, m əhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Şikayət qərardadın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məc əllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
17. İş materiallarına əsasən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli məhkəmə bildirişi ilə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə 5 yanvar 2023-cü il tarixdə saat 12:15-də baxılacağı qeyd edilmişdir.
18. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən, üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı 6 yanvar 2023-cü il tarixdə, yəni məhkəmə iclasının təyin edildiyi tarixdən sonra almışdır.
19. Bundan başqa, üçüncü şəxs X2 vəkili 5 yanvar 2023-cü il tarixdə apellyasiya instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmə iclası barədə gec məlumat əldə et diyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 yanvar 2023-cü il tarixli məhkəmə iclas protokoluna əsasən, üçüncü şəxsin vəkili tərəfindən məhkəmə iclasının təxirə salınması barədə ərizənin verildiyi qeyd edilsə də, məhkəmə kollegiyası həmin ərizəyə hər hansı münasibət bildirməmiş, üçüncü şəxsin və vəkilinin iştirakı olmadan işə baxılmasının mümkünlüyü ilə bağlı hər hansı qərar qəbul etməmiş, yalnız tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
21. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 11.2, 62.1, 62.2 və 64.1-ci maddələrinin tələbləri üçüncü şəxsə və onun vəkilinə münasibətdə təmin olunmamışdır. Belə olan halda, İPM-in 92.0, 92.0.3-cü maddəsinin tələbinə görə, apellya siya instansiyası məhkəməsinin qərardadı mütləq ləğv olunmalıdır.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı istinad edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət apellyasiya şikayətinin icraata qəbul edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 yanvar 2023-ci il tarixli, 2-1(107)-97/2023 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.