Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-822/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı xxxxı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı xxxxının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diaqnostik qiymətləndirmə tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2766/2018 saylı 20 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə əsasən işə Ali Məhkəmənin binasında, 03 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı xxxxı (bundan sonra - iddiaçı) 1994-cü ildə Bakı Menecer-Biznes kollecinə daxil olmuş və 1996-cı ildə ibtidai siniflərdə tədris ixtisası üzrə tam kursu bitirərək ona QA seriyalı, xxxxnömrəli diplom verilmişdir. İddiaçı 01.06.2007-ci il tarixdən 25.06.2007-ci il tarixədək AMİ-nin Şəki filialında ibtidai sinif üzrə ixtisasını artırmışdır. İddiaçı diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh M-7124/10-24 saylı, 14.06.2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, müəllimlərin bili k və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə yalnız təhsil sənədləri dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirilmişdir. İmtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda təhsil müəssisəsində fəaliyyətini davam etdirir. Pedaqoji fəaliyyət dövründə vəzifələrini vicdanla icra etmiş, intizam məsuliyyətinə cəlb edilməmişdir. Təhsil Nazir liyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakı təmin edilməmişdir. Şəki Rayon Təhsil Şöbəsindən bildirmişlər ki, təhsil barədə diplom “qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinin” sənədi olduğundan, Təhsil Nazirliyi diplomu tanımamış və bu səbəbdən də o, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak etməyə buraxılmamışdır. Bundan sonra, iddiaçı diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün Təhsil Nazirliyinə müraciət etmiş, nazirlik məktuba cavab olaraq, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak etməyə buraxılmamağının səbəbini diplomun dövlət nümunəli olmaması ilə əsaslandırmışdır. Qeyd edilənlərə əsasən iddiaçı Təhsil Nazirliyinin hərəkətsizliyini onun konstitusion hüquqlarının pozulması kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3356/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçının müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2766/2018 saylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3356/2018 saylı 04 sentyabr 2018-ci il tarixli ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi dövlət qeydiyyatına alınmadığından cavabdehin imtinası əsaslıdır, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək onun ləğv edilməsini, işin təkrar baxılması üçün apelyasi ya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, qərarın 3-cü səhifəsindən görünür ki, məhkəmə Nazirlər Kabinetinin 01.03.1993-cü il tarixli 60 saylı Qərarı ilə təsdiq edilmiş “Ali Attestasiya Komissiyası haqqında Əsasnamə"yə və “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” Nazirlər Kabinetinin 29.07.1993-cü il tarixli 413 saylı Qərarına istinad etmişdir. Lakin bu normativ hüquqi aktları əldə etmək və təhlil etmək mümkün olmamışdır. Daha sonra qeyd edilir ki, məhkəmə 29.07.1993-cü il tarixli 413 saylı Qərara (reyestrdə mövcud olmayan) istinad edərək, dövlət qeydiyyatından keçib sertifikat almamı ş təhsil müəssisələrinin fəaliyyətinin qeyri-qanuni hesab edildiyini bildirmişdir. İşin hallarından görünür ki, iddiaçının təhsil aldığı müəssisə digər bir təhsil ocağının nəzdində yaradılmışdır. Təhsil Nazirliyi və məhkəmə bu iddiaçının təhsil aldığı müəssisənin neçə fəaliyyət göstərdiyini araşdırmalı idi. Həmçinin, təhsil müəssisəsi qanunsuz fəaliyyət göstərdiyi halda Təhsil Nazirliyi belə müəssisənin fəaliyyətinin və onun tərəfindən verilmiş diplomların qanunsuz olması ilə bağlı məhkəmədə iddia qaldırmalı idi. Eyni zamanda şikayət müəllifi bildirir ki, məhkəmə “Azərbaycan Respublikasının Təhsil Qanunu“na istinad edərək qeyd etmişdir ki, təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. İddiaçı 31.08.1998-ci ildə n işə qəbul etməklə, dəfələrlə ixtisasartırma kurslarına göndərilməklə, dövlət, məktəbin simasında onun diplomumu təhsil sənədi kimi qəbul etmişdir İddiaçı hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış proses iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Res publikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prose si və onun nəticəsidir. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 07 oktyabr 1992-ci il tarixdən 19 iyun 2009-cu ilədək qüvvədə olan "Azərbaycan Respublikasının Təhsil Qanunu"nun 8-ci maddəsinə görə, "təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üç ün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Bundan əlavə, həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsinin məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, hazırkı işdə təhsil müəssisəsi bunu özü etmişdir və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. İddiaçının təhsil aldığı müəssisə diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. 07 oktyabr 1992-ci il tarixdən 19 iyun 2009-cu ilədək qüvvədə olan "Azərbaycan Respublikasının Təhsil Qanunu"nun 13-cü maddəsində qeyd edilir ki, "təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu Əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər". Azərbaycan Respublikası Prezidentinin 04.10.1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq” tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısının 26-cı bəndində göstərilir ki, ali və orta ixtisas təhsil müəssisələrinin ixtisasaratıma institualarının v ə digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş "X1 Komissiyası haqqında" Əsasnaməyə müvafiq olaraq Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarş ısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi təcrübəsi haqqında” 29.07.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Bundan əlavə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatıAzərbaycan Respublikasının ərazisin də hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. İşin hallarından göründüyü kimi, iddiaçının təhsil aldığı Kollec dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkə mə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə də məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tut ub məhkəmə kollegiyası qərara aldı: İddiaçı xxxxı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2766/2018 saylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-822/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-822/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver