Məhkəmə qərarları › İş №2-1(102)-822/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-822/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-822/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı verilməsindən imtina, hərbi hissələrin nizami hissə üzrə əmrləri, arxiv arayışları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi haqqında» iddia tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-286N/20N9 nömrəli, xx xxxxxx 20N9-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavbabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, inzibati orqan ərizəyə cavab olaraq xx xxxxxx 20N8-ci il tarixli N/M-N0345 saylı məktubla bildirmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “veteran adlar ının və müvafiq vəsiqələrin verilməsi üçün komissiya”nın xx.xx.20N8-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli 9/2-N2467 nömrəli arayışına əsasən, xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğu barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasınbı xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.N992-xx.xx.N993-cü illərdə xxxx saylı, xx.xx.N993-xx.xx.N995-ci illərdə xxxx saylı, xx.xx.N995-xx.xx.N996-cı illərdə N saylı hərbi hissələrin tərkibində N ilə yaxın xidmət etmiş və bunun 3 ilini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən aktiv hərbi döyüş əməliyyatlarında iştirak etmişdir. Bu məlumatlar onun hərbi biletində də öz əksini tapmışdır. N saylı hərbi hissədən tərxis olunması və Müdafiə Nazirliyinin Nizami rayon Hərbi Komissarlığına göndərdiyi xx.xx.N999-ci il tarixli 34 saylı arayışda, eləcə də, AR SHXÇDX Nizami rayon İdarəsinin Müdafiə Nazirliyinə göndərdiyi xx.xx.20N8-ci il tarixli 2N6 saylı arayışda qeyd edilmişdir. Döyüşlərdə iştirakını cəbhə yoldaşları da təsdiq edir. Lakin ona müharibə adı və vəsiqəsi verilməmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, Nazirliyin nəzdində fəaliyyət göstərən Komissiya tərəfindən ona imtina məktubu ünvanlanaraq qeyd edilmişdir ki, Mərkəzi Arxivin arayışında xidməti barədə məlumat aşkar olunmadığı üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini məqsədəuyğun hesab edilməmişdir və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Cavabdeh iddia ərizəsinə xx xxxxxxxx 20N9-cu il tarixli, NN/4386 saylı etiraz göndərərək qeyd etmişdir ki, iddiaçı hərbi qulluqçu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılmışsa, həmin halları təsdiq edən dəlillərə malikdirsə, cavabdeh onun iddiasının təmin olunmasına etiraz etmir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 20N9-cu i l tarixli 2-N(82)2886/20N9 nömrəli qərarı ilə (hakim R.M.Daşdəmirov) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmadığı barədə məlumat olmaması əsası ilə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-286N/20N9 nömrəli işi üzrə xx xxxxxx 20N9-cu il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 20N9-cu il tarixli 2-N(82)-2886/20N9 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmət keçdiyini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, eləcə də qanuni əsaslarla tərxis olunması barədə sübutlar mövcud olmadığından iddia əsassızdır. İddiaçı apelyasiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, apelyasiya məhkəməsi qanunvericiliyin normalarına riayət etməmiş, m übahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, hərbi qulluqçunun üzrlü səbəb olmadan xidmət yerinə qayıtmaması faktının araşdırılması və ona hüquqi qiymət verilməsi prokurorluq orqanının səlahiyyətinə aiddir. Həmin orqanın məhkəməyə təqdim etdiyi rəsmi məlumatlarda göstərilir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında hərbi cinayətlərlə bağlı cinayət işi istintaq olunmamış, həmçinin amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında iddiaçı barəsində heç bi r məlumat yoxdur. Bundan başqa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Lakin iddiaçı barəsində qeyd edilən bu halların heç biri təsdiq edilmir. Şikayət müəllifi bildirir ki, o, xx.xx.N992-N996-cı illərdə xxxx, N və N saylı hərbi hissələrin tərkibində N ilə yaxın xidmət etmiş, bunun 3 ilini respublikanın ərazi bütövlüyü uğrunda gedən aktiv hərbi döyüş əməliyyatla rında iştirak etmiş, döyüşən N saylı hərbi hissədən tərxis olunmuş, bütün bu məlumatlar onun hərbi biletində və Nizami rayon Hərbi Komissarlığının arayışında və məktubunda öz təsdiqini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.N-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 9N-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində (İPM-in 94.N-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin N-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. Həmin maddənin qeydinə görə isə bu maddənin N-ci hissəsinin 3-cü abzası Azərbaycan Respublikası ərazi bütövlüyü nün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adların ın verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddəalarına əsasən müharibə veteranı adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafi ə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbayc an Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin NN-ci yarımbəndinə əsasən Bu Əsasnamənin N-ci h issəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respu blikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı kassasiya şikayətində qeyd edir ki, o, xx.xx.N992-N996-cı illərdə xxxx, N və N saylı hərbi hissələrin tərkibində N ilə yaxın xidmət etmiş, bunun 3 ilini respublikanın ərazi bütövlüyü uğrunda gedən aktiv hərbi döyüş əməliyyatlarında iştirak etmiş, döyüşən N saylı hərbi hissədən tərxis olunmuş, bütün bu məlumatlar onun hərbi biletində və Nizami rayon Hərbi Komissarlığının arayışında və məktubunda öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən bu dəlillərlə razılaşmayaraq qeyd edir ki, iş materialların da olan arxiv arayışı, iddiaçının istinad etdiyi hərbi bilet və məktublar həmin faktların həqiqliyini sübuta yetirmir. Belə ki, adıçəkilən Əsasnamənin qeyd olunan müddəasının tələblərindən göründüyü kimi, Müdafiə Nazirliyinin hərbi hissələri və hərbi idarəetmə orqanları tərəfindən iddiaçıya verilən arayışlar və hərbi biletində qeyd olunan məlumatlar -onun hərbi hissələrin nizami hissə üzrə əmrləri və arxiv arayışları ilə təsdiq olunduğu halda həqiqiliyi qəbul oluna bilər. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2N2467 №-li arxiv arayışında aşağıdakılar təsbit olunmuşdur: «…ehtiyatdan çağırılmış sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli N/a №-li əmrilə(əsas: səh.N, sıra 2N) xidmətini davam etdirmək üçün gəlmiş hesa b edilmişdir. N №-li hərbi hissədən gəlmiş, Nizami RHK-dan çağırılmış sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxx N993-cü il tarixli 7 №-li əmrilə(əsas:§2,səh.64,sıra N7) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək avtomobil qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur. N7N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin iyun N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N993-cü il tarixli nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin N995-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı xidməti barədə əlavə araşdırma apara bilmirik.» Məhkəmə kollegiyası apelyasi ya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, arxiv arayışının qeyd olunan göstəricilərindən göründüyü kimi, iddiaçının xxxx-ci və xxxx-cu hərbi hissələrin şəxsi heyətində xidməti barədə məlumatlar mövcud olsa da, N7N-ci hərbi hissənin şəxsi heyətinin tərkibində xidməti və onun hərbi biletin (№********.0N.N992 Nizami RHK) 7-ci səhifəsində həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı barədə arxiv məlumatı mövcud deyil. İddiaçının istinad etdiyi AR SHXÇDX Bakı şəhəri üzrə Nizami rayon İdarəsinin 05.N0.28-ci il tarixli arayışında da (iş vərəqi:N2) məhz, onun hərbi biletindəki qeydlərə istinad olunaraq N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirakı qeyd olunur. N saylı hərbi hissə komandirin məktubu ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edi r ki, əvvəla həmin məktub xx.xx.N999-cu il tarixdə tərtib olunmuşdur. İkincisi, iddiaçının 20.07.96-cı ildə ehtiyata buraxıldığı göstərilsə də, həmin məlumatın hansı əsasa söykəndiyi barədə məktubda qeyd mövcud deyil. Odur ki, bütün bu məlumatlar iddiaçının N saylı hərbi hissənin tərkibində N996-cı ilə kimi xidmət etməsinin və onun döyüş əməliyyatlarında iştirakının mötəbərliyini istisna edir. Bundan əlavə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hərbi biletin 7-ci vərəqində iddiaçının N saylı hərbi hissənin tərkibində «Ağdərə, Kəlbəcər Laçın» uğrunda gedən döyüşlərdə iştirakı ilə bağlı qeydə münasibətdə uyğunsuzluq yaranır. Belə ki, iddiaçı N saylı hərbi hissənin tərkibində N8.06.95-20.07.96 illərdə xidmət etmişdirsə, həmin vaxt «Ağdə rə, Kəlbəcər, Laçın» rayonları artıq işğal altında və «atəşkəs» dövrü olduğu halda, iddiaçının N saylı hərbi hissənin tərkibindəN8.06.95-20.07.96 illərdə həmin rayonlar uğrunda gedən döyüşlərdə iştirakı mövcud ola bilməzdi. Həmçinin, onun xxxx-cu hərbi hissənin tərkibində də döyüş əməliyyatlarında iştirakı istisna olunur. Çünki, Müdafiə Nazirliyinin apelyasiya şikayətindən göründüyü kimi, N №-li hərbi hissə, Azərbaycan Respublikası Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş əməliyyatları aparan hərbi hissənin siyahısında yoxdur (Digər tərəfdən onun hərbi biletinin 7-ci səhifəsində xxxx-cu hərbi hissənin tərkibində deyil, N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirakı qeyd olunmuşdur). Göründüyü kimi, iddiaçının N996-cı ildə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması mötəbər s übutlarla təsdiq olunmur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidentinin 433 №-li «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Fərmanı xx.xx.N996-cı il tarixdə qəbul olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N998-ci il tarixli 4 №-li əmri ilə təsdiq olunmuş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndində nəzərdə tutulurdu ki, «müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından ç ıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Qeyd olunanlara əsasən, veteran adı və vəsiqəsinin verilməsini zəruri edən şərtlər arxiv arayışlarında və nizami hissə üzrə əmrlərdə hərbi qulluqçu barədə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmasına dair mötəbər məlumatın mövcud olmasıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən buraxıldığı öz təsdiqini tapmadığı halda, ona müharibə veteranı statusunun verilməsi veteranlar haqqında qanunvericiliyin tələblərinə və hüquqi müəyyənlik prinsiplərinə uyğun hesab edilə bilməz. Bu baxımdan cavabdeh tərəfindən iddiaçıya veteran statusunun verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-286N/20N9 saylı iş üzrə xx xxxxxx 20N9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar