Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-822/2021 04.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili X1, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2, həmin üçüncü şəxsin vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və “xxxx” MMC) qarşı iş üzrə “əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli, 2-1(103)-861/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh arasında 24.04.2017-ci il tarixində bağlanılmış müqaviləyə əsasən iddiaçı cavabdehdən 364.000 manat məbləğində kompensasiya almaqla müvafiq daşınmaz əmlakından cavabdehin xeyrinə imtina etmiş, sonuncu isə müqavilənin 4-cü bəndində göstərilən məbləğdə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış kompensasiyanı birinci tərəfə ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ö dənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün satınalmaya məruz qalmış ünvan 1 ünvanda yerləşən yaşayış binası üzrə ödənilməyən 72800 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini belə əsaslandırmışdı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 501 saylı 15.03.2013-cü il tarixli Sərəncamının təmin edilməsi məqsədilə Bakı şəhərinin Baş planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün ünvan 1 ünvanda yerləşən Xəzri MTK tərəfindən inşa edilən yaşayış binası kooperativ üvzlərinin ümümi vəsaiti hesabına inşa edilməklə, payına uyğun olaraq mənzili, qeyri-yaşayış sahəsi, qaraj sahələri mövcud olmuşdur. Cavabdeh inzibati orqana 21.01.2020-ci il tarixdə kompensasiya məbləğinin ödənilməmiş hissələrinin ödənilməsi ilə bağlı müraciətinə baxmayaraq cavab verilməmişdir. Şifahi olaraq heç bir kompensasiyanın ödənilməyəcəyi bildirilmişdir. Belə ki, onunla Xəzri MTK arasında bağlanmış 16 saylı mənzilə dair 27.01.2014-cü il tarixli Kooperativ Binada Mənzil Tikintisi haqqında müqaviləyə əsasən 165 kv.m. olan yaşayış sahəsi ona məxsus olmuş və həmin sahəyə görə 19 saylı Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış binasının dəyəri olaraq 364000 manat ödəniş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7612/2020 nömrəli, 30.11.2020-ci il tarixli qərardadı (hakim Elvin Əliyev) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
5. Birinci inst ansiya məhkəməsi iddiaçının artıq özgəninkiləşirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürməsinə, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verildiyinə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməklə bağlı subyektiv hüququnun olmadığına əsaslanaraq iddianı mümkün saymamışdır.
6. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli, 21(103)-861/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Vidadi Məmmədov və Namiq Cəfərov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7612 /2020 nömrəli, 30.11.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
9. İş materiallarına məhkəmə qərardadının iddiaçıya nə vaxt təqdim olunmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir.
10. İddiaçı həmin qərardaddan 26.02.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli, 2-1(103)861/2021 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillər inin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçılar Mənzil Tikinti Kooperativinin üzvü olaraq MTK tərəfindən inşa edilmiş və sökülməyə məruz qalmış mənzillərinin vəsaitlərini almışlar. Lakin yaşayış binasının digər sahələrinə kompensasiya ödənilmədiyi sübuta yetirilir.
12. İş materiallarından göründüyü kimi mübahisə predmetinə çevrilmiş və iddia tələbində göstərilən sahələrin bundan öncə ödənilmiş kompensasiya məbləğinə heç bir aidiyyəti yoxdur. İddia ərizəsində tələb edilən sahələrə görə kompensasiyanın ödənilmədiyi tərəflərin izahatlarından və iş materiallarından tam sübuta yetirilir. İddia tələbinin digər hissəsindən də göründüyü kimi mənzillərə görə ödənilməli olan Azərbaycan Resp ublikasının Prezidentinin Fərmanına əsasən kompensasiya məbləğinin 20% miqdarında əlavə ödəmənin və çətinliyə görə kompensasiya məbləğinin hesablanıb ödənilmədiyi iş materialları ilə tam sübuta yetirilir.
13. İş materiallarında olan alqı-satqı müqavilələrindən də göründüyü kimi iddiaçılara əmlak kompensasiyası olaraq Azərbaycan Respublikası Prezident Fərmanına uyğun olaraq əmlak dəyərinin 20%-nin ödənilməsinə və çətinliyə görə kompensasiya məbləğlərinin ödənilməsinə dair məlumat mövcud deyil. İddia tələblərinin dəlillərini təkzib edən heç bir sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.
14. Lakin yuxarıda qeyd olunanlara baxamayaraq məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticə etibarilə qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 və onun vəkili X6 izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhk əmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi ba rədə qərar qəbul edir.
21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirməd ir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslə rdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
27. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin h üququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.
28. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.
29. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır.
30. Hazırkı iş üzrə iddiaçı da iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilmədiyindən aşağı instansiya məhkəmələri tərəfindən iddia tələbi mümkün sayılmamışdır.
31. İşin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehə qarşı tələbi ünvan 1 ünvanda yerləşən yaşayış binasının dövlət ehtiyacları üçün satınalmaya məruz qalması ilə əlaqədar ödənilməyən 72800 manat məbləğində vəsaitin cavabdehdən tutulması ilə bağlıdır. İddiaçı ona istinad edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əmlakın dəyəri ona ödənilsə də, əlavə haqq cavabdeh tərəfindən ona ödənilməmişdir. Cavabdeh tərəf isə iddiaçıya ödənilən kompensasiya məbləğinin qanunvericilikdə müəyyən edilmiş bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə də nəzərə alınmaqla hesablan dığını bildimişdir.
32. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə də iş materialları ilə 20% əlavənin iddiaçıya ödənilmədiyi tam sübut olunsa da, məhkəmələr bu halı nəzərə almamışdır.
33. Bununla bağlı iddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının bu istiqamətdə olan dəlillərini araşdırmış və müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş 24.04.2017-ci il tarixli müqavilədən (iş v.9) görünür ki, Bakı Şəhəri Cavabdeh İddiaçı qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış 364.000 manat məbləğində kompensasiyanı ödəmişdir.
34. Eyni zamanda, həmin müqaviləyə əsasən iddiaçı qeyd olunan kompensasiyanı almaqla əmlakından cavabdehin xeyrinə imtina etmiş, gələc əkdə həmin yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür.
35. Göründüyü kimi, iddiaçının kassasiya şikayətində iddia etdiyinin əksinə, iş materialları ilə iddiaçıya qanunla müəyyən edilmiş bütün əlavələr hesablanmaqla kompensasiya ödənildiyi təsdiq olunur. Odur ki, iddiaçının məhkəmədə hazırkı tələblə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur və məhkəmələrin bununla bağlı mövqeyi əsaslıdır.
36. Bundan başqa, iddiaçının yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd olunan ümumi istifadədə olan binanın dəhlizi, pilləkanları, lift, su anbarı, balkonlar, işıq tranformatoru və otağı, həyətyanı sahə və sair sahələrə görə kompensasiyanın ödənilməməsi ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Lakin iddiaçı həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlakına görə təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki hər iki tərəf mübahisələndirilən əmlakın alqısatqısına dair bağlanmış müqavilə ilə öhdəliklərini icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş, bununla da üzərinə götürdüyü öhdəlikləri icra etmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən olunmur.
37. Göründüyü kimi, iddiaçının h azırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumu və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli, 21(103)-861/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.