Məhkəmə qərarları › İş №2-1(102)-822/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-822/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-822/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər: Nuriyeva Şəfiqə Əlif qızı və X7) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarma” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(107)-377/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X4 xx.xx.2002-ci il tarixli, 7E-8-4755 reyestr nömrəli etibarnamə əsasında X2 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 74/1, mənzil 17 ünvanında yerləşən mənzili İddiaçı bağışlamış və bu barədə tərəflər arasında xx.xx.2003-cü il tarixli, 177359 nömrəli “Mənzili bəxşetmə müqaviləsi” bağlanmışdır. 2. 4587a nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. 3. “ASAN-Mingəçevir” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən, üçüncü şəxslər iddiaçıya məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 74/1, mənzil 17 ünvanında pasport qeydiyyatındadırlar.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 sayl ı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubuna əsasən, üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

5. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etmişdir.

6. Cavabdehin 21 may 2022-ci il tarixli, 158-17180N-3222 nömrəli məktubuna əsasən, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Həmin məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Nuriyeva Şəfiqə Əlif qızının və X3 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 74/1, mənzil 17 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 8 yanvar 2003-cü il tarixdən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin mənzildə üçüncü şəxslər qeydiyyatdadırlar, lakin uzun illərdir mənzildə nə yaşamırlar, nə də gəlib-getmirlər. Üçüncü şəxslər mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozurlar. Hal-hazırda üçüncü şəxslərin əvəzinə mənzilin kommunal xərclərini ödəyir, bu da öz növbəsində ona əlavə xərc deməkdir. Əslində üçüncü şəxslərin sözügedən mənzildə olan qeydiyyatları formal xarakter daşıyır. Üçüncü şəxslərin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin icrasından imtina edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1486/2022 nömrəli qərarı (hakim F.S.İsmayılzadə) ilə iddia təmin edilmiş, üçüncü şəxslər Nuriyeva Şəfiqə Əlif qızı və X3 iddiaçıya məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 74/1, mənzil 17 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinadla qeyd etmişdir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericilik lə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.

11. Üçüncü şəxs Nuriyeva Şəfiqə Əlif qızı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Üçüncü şəxsin apellyasiya şikayətinə əlavə etdiyi: - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli, 2(107)-2419/2017 nömrəli qətnaməsinə əsasən, Mingəçevir şəhər Məhkəməsinin 4 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Nuriyeva Şəfiqə Əlif qızına və X5 qarşı mənzildən istifadə h üququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası təmin edilmiş, Nuriyeva Şəfiqə Əlif qızının İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməmişdir. Həmin qətnamə ilə cavabdehlər Nuriyeva Şəfiqə Əlif qızının və X3 Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 74/1 saylı evin 17 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli, 2(107)-2419/2017 nömrəli qətnaməsi ilə cavabdehlər Nuriyeva Şəfiqə Əlif qızı və X3 nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 4 iyul 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Nuriyeva Şəfiqə Əlif qızına və X5 qarşı mənzildən istifadə hüququnun itirilmi ş hesab edilməsi tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməmiş, Nuriyeva Şəfiqə Əlif qızının İddiaçı qarşı Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 74/1 saylı evin 17 saylı mənzilinə köçürülməsi tələbinə dair qarşılıqlı iddiası əsaslı olduğundan təmin edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 may 2018-ci il tarixli, 2(102)-2845/18 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli, 2(107)-2419/2017 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(107)-377/2022 nömrəli qərarı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruz əçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1486/2022 nömrəli qərarı ləğv edilərək yeni qərar çıxarılmış, iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan yaşayış evinə istifadə hüquqlarının olması və onların həmin evə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almadan iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. İddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olmasını sübut etməmişdir. İddiaçı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasına dair sübut təqdim etmiş, lakin üçüncü şəxsin istifadə hüququna xitam verilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.

15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları iddia ərizəsinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Üçüncü şəxs Nuriyeva Şəfiqə Əlif qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(107)-377/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövl ət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.... Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hak imiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında....

19. Azərbaycan Resp ublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldır ılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından üçüncü şəxslərin yaşay ış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır.

29. İstinad olunan həmin qərarda həmçinin qeyd olunmuşdur ki, ya şayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

30. Hazırkı qərarın 18-ci bəndində istinad olunan normada şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları dəqiq göstərilmişdir. Həmin normaya əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən onun istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Nəzərə almaq lazımdır ki, yaşayış sahəsindən çıxarılmaya d air qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun mövcud olmadığının müəyyən edildiyi təqdirdə qəbul olunur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub, orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün sonuncunun yaşayış sahəsindən çıxarılması barədə müvafiq məhkəmədə iddia qaldırmalıdır. Şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas qismində çıxış edir.

31. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli, 2(107)-2419/2017 nömrəli qətnaməsi ilə Mingəçevir şəhər Məhkəməsinin 4 iyul 2017-ci il tar ixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Nuriyeva Şəfiqə Əlif qızına və X5 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməmiş, Nuriyeva Şəfiqə Əlif qızının İddiaçı qarşı Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 74/1 saylı evin 17 saylı mənzilinə köçürülməsi tələbinə dair qarşılıqlı iddiası əsaslı olduğundan təmin edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 may 2018-ci il tarixli, 2(102)-2845/18 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu madd əsində göstərilən əsaslardan hər hansı birinin mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 21(107)-377/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar