Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-823/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Iddiaçı1 və Iddiaçı2 Səbail rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə Açar söz: kompensasiyanın ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçıların vəkili iştirakı ilə, İddiaçılar Iddiaçı1 və Iddiaçı2 cavabdehlər Səbail rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs – Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-198/2019 saylı, 13.11.2019-cu il tarixli qərarından iddiaçılar və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 22.05.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 11.10.2007-ci il qeydiyyat tarixli, Xx seriyalı, ****** nömrəli Çıxarışa əsasən, Ünvan qəsəbəsində yerləşən 0,06 ha. torpaq sahəsi iddiaçı Iddiaçı1, 17.10.2007-ci il qeydiyyat tarixli, Xx seriyalı,***** nömrəli Çıxarışa əsasən isə, Ünvan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha. torpaq sahəsi iddiaçı Iddiaçı2 mülkiyyətindədir. 24.06.2011-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 283 nömrəli Sərəncamına əsasən, Ünvan 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha. torpaq sahəsi Səbail Rayo n İcra Hakimiyyətinin daimi istifadəsinə verilmiş, bununla əlaqədar olaraq iddiaçıların mülkiyyətində olan yuxarıda qeyd olunan torpaq sahələrində heç bir rəsmi xəbərdarlıq edilmədən iddiaçılar tərəfindən tikilmiş hasar dağıdılmış və sözügedən məktəb binasının inşasına başlanılmışdır. Sözügedən torpaq sahələrinə iddiaçıların mülkiyyət hüququnu təsdiq edən çıxarışlar olsa da, onlara həmin sahələrin pasport və plan ölçüsü verilmədiyindən, onlar iddia ərizələri ilə ayrı-ayrılıqda məhkəməyə müraciət etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.01.2013-cü il tarixli, 2inz(81)145/2013 nömrəli qərarı ilə iddiaçı Iddiaçı1 iddiası təmin edilərək yuxarıda göstərilən çıxarış əsasında ona ayrılmış torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçünün) hazırlanaraq ona təqdim olu nması vəzifəsi Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərardan sonuncu İdarə tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.01.2013-cü il tarixli, 2inz(81)-145/2013 nömrəli qərarı 30.10.2013-cü il tarixində qüvvəyə minmişdir. Eləcə də, iddiaçı Iddiaçı2 iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2013-cü il tarixli, 2inz(81)-26/2013 nömrəli qərarı ilə təmin edilərək yuxarıda göstərilən çıxarış əsasında ona ayrılmış torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçünün) hazırlanaraq ona təqdim olunması vəzifəsi Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərardan sonuncu İdarə tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2013-cü il tarixli, 2inz(81)-26/2013 nömrəli qərarı 15.05.2014-cü il tarixində qüvvəyə minmişdir. İddiaçılar, Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətinə zəbt olunmuş torpaq sahələrinin müqabilində müvafiq kompensasiya və ya alternativ torpaq sahəsinin verilməsi ilə bağlı ərizə vermiş, Səbail RİH tərəfindən həmin ərizələr, iddiaçılara məlumat verilməsi məqsədilə X qəsəbə nümayəndəliyinə göndərilmiş, Səbail Rayon İcra Hakimiyyəti Başçısının X qəsəbə nümayəndəliyinin 25.11.2014-cü il tarixli 184 və 185 nömrəli cavab məktubları ilə məsələ ilə bağlı qəbul ediləcək qərarlarla bağlı iddiaçılara əlavə məlumat veriləcəyi bildirilmiş, lakin sözügedən məlumat verilməmişdir. Bundan sonra, iddiaçılar Azərbaycan Respublikası Prezident inin Administrasiyasına müraciət etmiş, sonuncu orqan ərizəni icra olunması üçün Səbail RİH-ə yönləndirmiş, sonuncunun 24.12.2015-ci il tarixli, */**-C-*/* nömrəli məktubu ilə qeyd olunan torpaq sahəsinin plan ölçüsü cizgisi təqdim edildikdən sonra mübahisələndirilən məsələyə baxılacağı bildirilmişdir. İddiaçılar 23.12.2015-ci il tarixində kompensasiya ödənilməsi barədə pretenziya məktubu ilə Səbail RİH-ə müraciət etmiş, sonuncunun 30.12.2015-ci il tarixli, */**-C-*/* nömrəli cavab məktubuna əsasən, torpaq sahəsinin planı və ölçüsü barədə sənədlərin əsli və ya təsdiqlənmiş surətləri təqdim edildikdən sonra qaldırılmış məsələyə baxılmasının mümkün olduğu bildirilmişdir. Cavabdeh inzibati orqanların hərəkətlərini əsassız və qanunsuz hesab edən iddiaçılar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçılara mülkiyyət hüququ ilə məxsus X qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən hər biri 0,6 ha. olmaqla birgə sahəsi 0,12 ha. olan torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilməsi və birgə iddiaçıları qanunsuz olaraq mülkiyyət hüquqlarından məhrum etmələri nəticəsində birgə iddiaçılara dəymiş ziyanı təşkil edən 336000 manat həcmində torpağın bazar dəyərinin, bazar qiymətinə əlavə olan 20% hissəni təşkil edən 67200 manat məbləğini, o cümlədən birilikdə 60000 manat dəymiş mənəvi zərərin, cəmi 463200 manat həcmində kompensasiya məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Ünvan 3-cü yaşayış massivi ünvanında iddiaçılara məxsus və onların qanuni mülkiyyətində olan hər biri 0,06 ha olmaqla cəmi 0,12 ha torpaq sahəsi 2011-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən zəbt olunaraq üzərində məktəb binası inşa edilmişdir. Sözügedən torpaq sahəsinin vətəndaşların qanuni mülkiyyətində olmasını hər iki vətəndaşın adına müstəqil verilmiş çıxarışlar təsdiqləyir. Birgə iddiaçıların mülkiyyətində ümumilikdə 0,12 ha torpaq sahəsinin olması onu deməyə əsas verir ki, Səbail RİH-in özbaşınalığı zamanı onlar 0,12 ha torpaq sahəsindən məhrum olmuşdur. Plan və ölçü isə hüquqmüəyyənedici sənəd deyildir və qanunvericilikdə, ümumiyyətlə, onun tələb edilməsi nəzərdə tutulmamışdır. Birgə iddiaçılara məxsus torpaq sah əsinin hər nə qədər Səbail RİH bəhanə məqsədilə buna şübhə etsə də, məhz məktəb binası tikilən ərazidə yerləşməsi birbaşa sübutlarla təsdiqlənir. Həmin sübutlardan biri X qəsəbə nümayəndəliyinin 184 və 185 saylı 25.11.2014-cü il tarixli məktublarında da öz təsdiqini tapmışdır. İddiaçıların qənaətinə görə, Səbail RİH-ə plan-sxemin təqdim edilməsinin heç bir hüquqi əhəmiyyəti olmayacaqdır. Çünki, zəbt olunmuş torpaq sahəsinin həcmi bilindiyi üçün dəymiş ziyanın da həcmi məlumdur. İlkin iddia ərizəsində dəymiş maddi ziyanın həcmi birgə iddiaçılar tərəfindən “X” MMC tərəfindən hazırlanmış qiymətləndirmə hesabatına müvafiq olaraq 1 sot üçün 28000 manat həcmində qiymətləndirilsə də, məhkəmə qiyməti şişirdilmiş hesab edərək yeni qiymətləndirmə ekspertizası təyin edilməsini məqsədəmüvafiq hesab et miş və nəticədə torpağın bazar dəyərinin müəyyən edilməsi üçün müvafiq qiymətləndirilmənin aparılmasını müvafiq qərardadla “X” İctimai Birliyinə həvalə etmişdir. Həmin ictimaibirlik tərəfindən təqdim edilmiş yeni qiymətləndirmə hesabatına görə 0,1 ha torpağın qiyməti Ünvan3-cü yaşayış massivində 2016-cı il üçün ortalama qiyməti 1 sot üçün 21000 manat həcmini təşkil edir. Lakin, ekspert rəyi heç də hər zaman məhkəmə üçün mütləq deyildir. Məhkəmə nəzərə almalıdır ki, bu gün, yəni 2016-cı il tarixində Azərbaycan Respublikasında gedən iqtisadi proseslər çərçivəsində daşınmaz əmlak bazarının qiyməti aşağı düşmüşdür. İddiaçılar ikinci qiymətləndirmənin nəticəsi ilə razı olmadıqlarını qeyd edərək məhrum olduqları torpaq sahəsinin 1 sotunun 28000 manat hesablanaraq müvafiq kompensasiyanın verilm əsini tələb edirlər. Nəticə etibarilə kompensasiyanın məbləği 1 sot üçün 28000 manat təşkil etməklə 12 sot üçün cəmi 336000 manat həcmində təşkil etməlidir. Səbail RİH, iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Səbail rayon X Bələdiyyəsinə X qəsəbəsi, 3-cü yaşayış massivində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən torpaq ayrılmamışdır. Bu torpaqlar X Bələdiyyəsinin mülkiyyətinə ayrılmış ərazinin hüdudlarından kənardadır və iddiaçılar tərəfindən təqdim olunan sözügedən qərarlar qanunsuzdur. Həmçinin, iddiaçı Iddiaçı1 adına qeydiyyata alınmış torpaq sahəsinin 3-cü yaşayış massivində yerləşməsini, digər iddiaçı Iddiaçı2 adına qeydiyyata alınmış torpaq sahəsinin isə məktəb və uşaq bağçasının yerində yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən heç bir sübut iddiaçılar tərəfindən təqdim edilməmişdir. Habelə, iddiaçıların istinad etdiyi məhkəmə qərarları maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmişdir. Belə ki, həmin qərarlar Səbail RİH-in qanunla qorunan mənafelərinə toxunsa da, məhkəmələr sonuncunu məhkəmə icraatına cəlb etməmişlər. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2016-cı il tarixli, 2-1(81)1523/2016 nömrəli qərarına əsasən iddia qismən təmin edilmiş, Xx seriyalı, ****** nömrəli çıxarış əsasında Iddiaçı1 mülkiyyətində olmuş 0,06 ha. torpaq sahəsinə görə 60000 manat kompensasiya, habelə dəymiş mənəvi zərərə görə 2000 manat cavabdehlər Bakı ŞİH-dən və Səbail RİH-dən müştərək qaydada Iddiaçı1 xeyrinə tutulması, Xx seriyalı,***** nömrəli çıxarış əsasında Iddiaçı2 mülkiyyətində olmuş 0,06 ha. torpaq sahəsinə görə 60000 manat kompensasiya, habelə dəymiş mənəvi zərərə görə 2000 manat cavabdehlər Bakı ŞİH və Səbail RİH-dən müştərək qaydada Iddiaçı1 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2016-cı il tarixli, 2-1(81)1523/2016 nömrəli qərarından cavabdeh Səbail RİH, Bakı ŞİH və iddiaçılar apellyasiya şikayətləri vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.04.2017-ci il tarixli, 2-1(103)-782/2017 nömrəli qərarına əsasən, apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2016-cı il tarixli, 2-1(81)1523/2016 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmələr hesab etmişdir ki, Səbail RİH müvafiq sərəncam la ayrılmış torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasının qarşısının alınması istiqamətində tədbir görmədiyindən və torpaq sahəsinin dəyərini ödəmədən orada tikinti işləri apardığından iddiaçılar məhrum olduqları mülkiyyətlərinə görə kompensasiya tələb etməkdə haqlı olmuşlar. Bundan əlavə, mülkiyyətçiyə daşınmaz əmlakın bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi üçün ilk növbədə həmin daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmalıdır. Lakin, hazırda mübahisələndirilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar qəbul edilmədiyindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla nəzərdə tutulmuş 20% əlavənin ödənilməsi hissəs ində iddia təmin edilə bilməz. Həmçinin, iddiaçıların torpaq sahələrində 2011-ci ildə heç bir əvəzi ödənilmədən və ya başqa torpaq sahəsi ayrılmadan məktəb binasının tikilməsi onlar üçün mənəvi zərərə görə hər iddiaçı üçün 2000 manat məbləğində kompensasiyanın ödənilməsi ağlabatan hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.04.2017-ci il tarixli, 2-1(103)-782/2017 nömrəli qərarından Bakı ŞİH, birgə iddiaçılar kassasiya şikayət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.10.2017-ci il tarixli, 2-1(102)-1472/2017 nömrəli qərarına əsasən, kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.04.2017-ci il tarixli, 2-1(103)-782/2017 nömrəli qərarı ləğv edi lmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi işdə olan rəyləri ətraflı tədqiq etməmiş, əlavə ekspertiza təyin edilməsinin zərurliyini, ümumiyyətlə, iddiaçıların zərərə məruz qaldığı vaxt və həmin vaxt torpaq sahəsinin dəyərini müzakirə etməmiş, istər ekspertiza rəylərində, istərsə də Maliyyə Nazirliyinin məktubunda iddiaçıların zərərə məruz qaldıqları vaxt torpaq sahəsinin qiyməti öz əksini tapmamış, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin məktəb binası ilə üst-üstə düşməməsi barədə cavabdehin şikayətinin dəlillərini kifayət qədər ətraflı araşdırmamış, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmişdir. İşə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 13.11.2019-cu il tarixli, 2-1(103)-198/2019 nömrəli qərarına əsasən, iddiaçılar və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2016-cı il tarixli, 2-1(81)-1523/2016 nömrəli qərarının kompensasiya məbləğinin ödənilməsi hissəsində dəyişdirilməsi, MH seriyalı ***** saylı çıxarış əsasında Iddiaçı1 mülkiyyətində olmuş 0,06 ha. torpaq sahəsinə görə 120000 manat kompensasiya, MH seriyalı *****çıxarış əsasında Iddiaçı2 mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinə görə 120000 manat kompensasiyanın Bakı ŞİH və Səbail RİH-dən müştərək qaydada iddiaçıların xeyrinə tutulması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatına görə 50 manat məbləğinin cavabdehlərdən müştərək qay dada tutularaq dövlət büdcəsinin vəsaiti hesabına köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.11.2019-cu il tarixli, 2-1(103)-198/2019 nömrəli qərarından iddiaçılar və cavabdeh Bakı ŞİH kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçıların kassasiya şikayətinin görə iddia tələbi qismən deyil, tam təmin edilməli idi. Belə ki, şikayətin birinci dəlilinə əsasən, iş materiallarında mübahisəli torpaq sahələrinin qiymətləndirilməsinə dair 5 müxtəlif hesabat rəyi var. Apellyasiya instansiya məhkəməsi iddiaçıların torpaq sahələrindən məhrum edildiyi 2011-ci ildə verilən rəyi yox, torpaq sahələrinin ən aşağı məbləğdə qiymətləndirildiyi 2016-cı ildə verilən rəyi əsas götürmüş, bununla da inzibati məhkəmə icraatının prin siplərini pozmuşdur. İddiaçılar bu dəlilin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 21, 125.1, 157 1096, 1097-ci maddələrinə, Ali Məhkəmənin Plenumunun 30.03.2006-cı il tarixli Qərarına, İnzibati-Prosessual Məcəllənin 2, 12, 58.7, 69.4, 81-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətin növbəti dəlilində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi mübahisəli torpaqların dövlət ehtiyacları üçün alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığına istinad edərək iddiaçıların torpaq sahələrindən məhrum edilməsini dövlət ehtiyacı üçün alınma kimi qiymətləndirməmişdir. Belə olan halda isə, torpaq sahələri icra hakimiyyəti tərəfindən qanunsuz deyil, mülkiyyətçilərin bildirdiyi məbləğ əsasında o nlardan alına bilərdi. İddiaçıları bu dəlilin hüquqi əsası kimi, “İnzibati icraat haqqında” Qanunun 89.1, 90.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin digər dəlilində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçıların mənəvi ziyanına görə 2000 manat məbləğini ağlabatan hesab etsə də, hazırki mübahisənin 10 il ərzində məhkəmə və icra hakimiyyətlərində uzanmasının əvəzi 2000 manat ola bilməz. İddiaçılar bu dəlilin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23-cü maddələrinə, Ali Məhkəmə Plenumunun 03.11.2008-ci il tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə istinad etmişdir. İddiaçılar göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.1 1.2019-cu il tarixli, 2-1(103)-198/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı ŞİH-in kassasiya şikayətinin dəlillərinə görə Bakı ŞİH-in 24.06.2011-ci il tarixli, 283 nömrəli sərəncamı verilərkən Səbail Rayon İcra Hakimiyyəti Başçısının məktubu əsas götürülmüş, məktubda isə həmin torpaq sahəsi boş sahə kimi göstərilmişdir. Kassasiya şikayətinin digər dəlilinə görə apellyasiya instansiya məhkəməsinin iş üzrə “X”İB-nin 01.07.2016-cı il tarixli, **/**-**/**-** saylı ekspert rəyinə əsaslanması və həmin rəylə müəyyən edilən qiyməti əsas götürməsi kifayət qədər əsaslandırılmamış və hüquqi dəyərləndirilməmişdir. Məhkəmənin reallığı əks etdirən və dövlətin maliyyə siyasətini müəyyən edən bir qurumun mübahisə b aş verən dövrdə müəyyən etdiyi qiymət siyasətinə deyil, əsasə və mənbəyi bəlli olmayan qiymətlərə istinad etməsi anlaşılmaz və ağlasığmazdır. Kassasiya şikayətinin növbəti dəlilinə görə işin hallarından görünür ki, həmin ünvanda torpaq sahəsinin qiymətləndirilməsi zamanı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin iştirakı təmin edilməmiş, bu hal isə apellyasiya instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamış və hüquqi qiymətləndirilməmişdir. Cavabdeh Bakı ŞİH göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 35.1, 90-92-ci maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.11.2019-cu il tarixli, 2-1(103)-198/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin Bakı ŞİH-ə münasibətdə mümkün süz hesab edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi qaydada heç bir məlumat verməmişlər. Ali Məhkəmə Kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhk əmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.11.2019-cu il tarixli, 2-1(103)-198/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 24.06.2011-ci il tarixli, 283 saylı sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinə 1,1280 ha torpaq sahəsi ayrılmış, iddiaçıların mülkiyyətində olan Ünvan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha ölçüsü o lan iki ayrı-ayrı torpaq sahələrində onların razılığı olmadan, mülkiyyətdə olan torpaqların əvəzi ödənilmədən Səbail rayon İcra Hakimiyyəti tərəfindən məktəb binası inşa edilmiş və nəticədə iddiaçılar hər birinin mülkiyyətində olan 600 m2 torpaq sahəsinə görə onlara kompensasiya ödənilməsi xahiş etmişlər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. M ülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizli yi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Ali Məhkəmə Kollegiyası, göstərilən maddi hüquq normalarının tələbləri baxımından apellyasiya instansiya məhkəməsinin kompensasiyanın ödənilməsinə dair nəticəsilə razılaşsa da hesab edir ki, iddiaçıların əmlakının bazar qiymətinin müəyyən olunması istiqamətində məhkəmənin mövqeyi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi “X” İB-nin 01.07.2016-cı il tarixli, **/****/**-** nömrəli ekspert rəyində təsbit olunan bazar qiymətinin həqiqiliyini reallığa uyğun hesab etmiş, iddiaçılara məxsus torpa ğın hər 0,01 ha sahəsinin bazar qiymətini 20.000 manatdan qəbul edilməsini ağlabatan və bu hesabla iddiaçıların hər birinə real zərərin əvəzi olaraq 120.000 manat ödənilməsini ədalətli hesab etmişdir. Lakin, bu zaman apellyasiya instansiya məhkəməsi iş materiallarında olan digər ekspert rəylərini qiymətləndirmədən seçdiyi ekspert rəyinin həqiqətə uyğunluğunun nədə ifadə olunduğunu əsaslandırmamışdır. Halbuki, işə baxılan zaman mübahisəli əmlakın qiymətləndirilməsi məqsədilə dəfələrlə ekspertiza təyin olunmuş, həmin ekspert rəylərinin hər biri əmlakın dəyərini müxtəlif məbləğlərlə qiymətləndirmiş, bununla da iş materiallarında olan ekspert rəyləri arasında əhəmiyyətli ziddiyətlər var. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Proses sual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 101-1.3-cü maddəsinə əsasən, ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.2-cü maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcbu ri deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normaların tələblərindən aydın olur ki, ekspert rəyləri digər sübutlarla birlikdə qiymətləndirilməli, məhkəmə hər hansı bir rəylə razılaşmadıqda isə bunu öz qərarında əsaslandırmalıdır. Apellyasiya instansiya məhkəməsi isə öz qərarında digər ekspert rəyləri ilə razılaşmamasının səbəblərini göstərməmiş, heç bir əsas olmadan digər rəylərlə müqayisədə mübahisəli əmlaka aşağı məbləğdə qiymət vermiş ekspert r əyinə istinad etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur və bu istiqamətdə hər iki kassatorun dəlilləri əsaslıdır. İddiaçının kassasiya şikayətində mənəvi ziyanla bağlı qeyd etdiyi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddianın bu hissədə olan tələbi üzrə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamış, lakin eyni qaydada nəticəni əsaslandırmamışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, tərəflərin kassasiya şikayətlərinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları tam araşdırmadan əsaslandırılmamış qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəs inə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13.11.2019-cu il tarixli, 2-1(103)-198/2019 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olan ekspert rəylərini qanunvericiliyin tələblərinə uyğun qiymətlə ndirməli, mübahisəli əmlakın dəyərini bazar qiymətinə uyğun olaraq müəyyənləşdirməli və nəticədə əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.11.2019-cu il tarixli, 2-1(103)-198/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin
Məhkəmə qərarları › İş №2-1(102)-823/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-823/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver