Məhkəmə qərarları › İş №2-1(102)-823/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-823/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-823/2021 04.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə (üçüncü şəxs: X9) qarşı iş üzrə “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.11.2020-ci il tarixli, 2-1(103)-1929/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Lenin XDS İcraiyyə Komitəsinin (indiki Cavabdeh) 07.02.1992-ci il tarixli, 3/20 nömrəli qərarı ilə Əminə Dadaş qızına məxsus olmuş ünvan 1 ünvanında yerləşən ev, gələcəkdə magistral yolun tikilməsi ilə əlaqədar olaraq söküləcəyi təqdirdə ona Məmməd Əliağa oğluna məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən ev tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. 2. ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi iddiaçının mərhum atası X6 istifadəsinə verilmişdir. İddiaçının atası vəfat etdikdən sonra, ünvan 3 Notariat Kontorunda vərəsəlik işi açılmış və İddiaçı mərhumun vərəsəsəsi kimi tanınmışdır. 16 oktyabr 2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi məqsədi ilə ünvan 3 Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət olunmuşdur. Məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 22.04.2005-ci il tarixli, JN-206130 KOD 00500026 saylı şəhadətnaməyə əsasən X3 məxsus olmuş, sonradan 17.05.2005-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 və AR X8 Komitəsi tərəfindən ona 22.03.2006-cı il tarixli JN28988D KOD 00500026 saylı şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin Əminə Dadaş qızına keçməsi və onun ölümündən sonra X1 əsası Cavabdeh 07 fevral 1992-ci il tarixli, 3/20 saylı q ərarı təşkil etmişdir.

3. İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə 14.01.2019-cu il tarixində Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbini əsaslandırarkən isə, Cavabdeh 07.02.1992-ci il tarixli qərarına istinad etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1855/2019 saylı, 11.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9712/2019 saylı, 22.07.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin olunması və qətnamənin qismən torpaq sahəsinin özəlləşdirilməsi üçün aparılmış qeydiyyatın və şəhadətnamə etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsind əki icraat

4. İddiaçı 27.09.2019-cu il tarixində cavabdehə qarşı məhkəməyə müraciət edərək, keçmiş Lenin (indiki Sabunçu RİH) XDS İcraiyyə Komitəsinin 07.02.1992-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir

5. Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-1596/2020 nömrəli (hakim Aytən Oruczadə) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən qərarın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, işdən mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunması bəlli olmasa da, iddiaçı məhkəmə iclaslarında iştirak edərkən dəfələrlə həmin qərarın mövcudluğundan uzun illər əvvəl xəbərdar olduğunu bildirmişdir. Eyni zamanda, iddiaçı “alqı-satqı müqaviləsinin, ona dair verilmiş tor paq şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə 14.01.2019-cu il tarixində müraciət etdiyindən məhkəmə sözügedən qərardan iddiaçının xəbərdar olmasını 14.01.2019-cu il tarixindən qəbul edir. Belə olan halda, iddiaçı həmin qərarı mübahisələndirmək üçün həm 30 günlük, həm də 6 aylıq müddəti ötürmüşdür.

7. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.11.2020-ci il tarixli, 21(103)-1929/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-1596/2020 nömrəli qər ardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

10. Məhkəmə qərardadı 28.12.2020-ci il tarixində iddiaçıya təqdim edilmiş, iddiaçı həmin tarixdə ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti verməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi –Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) iddiaçının ərizəsi təmin edilmiş, 18.02.2021-ci il tarixində iddiaçı dövlət büdcəsi hesabına vəkillə təmin olunmuşdur.

12. İddiaçı 04.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 16.11.2020-ci il tarixli, 2-1(103)-1929/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bununla da məhkəmə İPM-in 12.1, 14.3, 58.7, 68.2, 69.3, 82, 87.7-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçının cavabdeh orqana olmuş müraciəti qanunvericiliyin tələblərinə əməl edilməklə edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət ve rməmiş və maddi hüquq normalarını pozaraq apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul etmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati-Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

18. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

19. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıl ır.

20. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddi a müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi m üəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Hazırkı qərarın 18-ci bəndində göstərilən normanın tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər.

28. Hazırkı qərarın 19-cu bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.

29. Birinci instansiya məhkəməsi də göstərilən tələblərə riayət edərək iddia müddətinin ötürülüb-ötürülmədiyini araşdırmış və müəyyən etmişdir ki, iş materiallarında mübahisələndirilən qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsini sübut edən sənə olmasa da, iddiaçı 14.01.2019-cu il tarixində X4 qarşı iddia ərizəsi ilə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbini əsaslandırarkən Cavabdeh 07.02.1992-ci il tarixli qərarına istinad etmişdir. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi qərardan 14.01.2019-cu il tarixində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərkən artıq məlumatı olmuşdur.

30. İddiaçı isə 14.01.2019-cu il tarixində artıq xəbərdar olduğu qərarı 27.09.2019-cu il tarixində mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür.

31. İddiaçı kassasiya şikayətinin dəlillərində məhkəmənin iş üzrə hərtərəfli araşdırma aparmayaraq əsassız qərar qəbul etməsinə instinad etsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlamışdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.11.2020-ci il tarixli, 21(103)-1929/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar