Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-823/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: orqanizmdə narkotik vasitənin aşkar olunması, əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1991-ci il tarixli; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı “əmrin ləğv edilm əsi və həqiqi hərbi xidmətə bərpa edilmə” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2022-ci il tarixli, 2-1(105)534/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və Xüsusi riskli xilasetmə və Mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçi vəzifəsinə təyin edilmişdir.
2. Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) bəzi hərbi qulluqçuları (o cümlədən iddiaçı) narko-testdən keçirilmək ü çün “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə göndərilmiş və 30 yanvar 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçının narko-testi “pozitiv” dir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının 4 fevral 2020-ci il tarixli müayinənin (iddiaçının öz təşəbbüsü ilə həyata keçirilmişdir) nəticəsindən görünür ki, İddiaçı qanında narkotik maddələr aşkar edilməmişdir.
4. Azərbaycan Respublikası Cavabdeh 5 fevral 2020-ci il tarixli 018/Ş nömrəli əmri ilə iddiaçı xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış, əmrdə iddiaçının narkotik maddələrdən istifadə etməsi halının aşkar edilməsi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 3 fevral 2020-ci il tarixli, 0050/ş nömrəli əmrin ləğv edilməsi və onun həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin dekabr ayının 20-dən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə taborunda mütəxəssis-mühafizəçi işləmiş, son bir ilə yaxındır ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə-mütəxəssisi vəzifəsində işləmiş və işlədiyi müddətdə dəfələrlə qüsursuz xidmətinə görə təltif edilmişdir. Bu vaxta qədər hər hansı inzibati tənbehə məruz qalmamışdır. 30 yanvar 2020-c i il tarixdə xidmət etdiyi hərbi hissənin komandiri baş leytenant Vəli Vəlibəyovun göstərişi ilə məcburi narkotest müayinəsindən keçirilmişlər. Həmin testin nəticələrinə görə guya sidik analizində narkotik müəyyən edildiyindən işdən azad edilmişdir. O, bununla razılaşmamış və öz təşəbbüsü ilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasına müraciət etmiş və narkoloji testdən keçmişdir. 4 fevral 2020-ci il tarixli laborator cavabdan tam aydın olmuşdur ki, onun qanında hər hansı narkotikin əlamətləri mövcud olmamışdır. Əsassız olaraq işdən azad edilməsi ilə əlaqədar İdarəyə müraciət etsə də, rəhbərliyin qəbuluna düşə bilməmiş, kadrlar idarəsində ona bildirilmişdir ki, əgər işdən çıxması barədə ərizə yazarsa sonradan o, işə götürülə bilər. Əgər ər izə yazmasa ümumiyyətlə heç vaxt işə qəbul etməyəcəklər. Ona görə də ərizə yazmış, lakin həmin ərizə onun iradəsini ifadə etmir ona görə ki, işdən çıxmaq istəməmişdir. Həmin ərizəsi etibarsız sayılmalıdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-cı il tarixli, 2-1(118)-144/2021 saylı qərarı ilə (hakim: X7) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2020-ci il tarixli, 0050/ş nömrəli əmrin ləğv edilməsi və onun həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə fərdi söhbət aparılması barədə iş materiallarına iki ədəd söhbət vərəqi əlavə olunsa da, həmin söhbət vərəqlərinin arasında cəmi 3 gün mü ddət verilmişdir. Söhbət vərəqləri iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, Əsasnamənin 163-cü maddəsi pozularaq iddiaçı buraxılmazdan əvvəl onun barəsində hərbi-həkim komissiyasının rəyi alınmamışdır. İddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bir sıra pozuntularla həyata keçirilmişdir. Həmçinin yuxarıda göstərilən əmrdə “əmrin verilməsi üçün əsas” bəndində Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) komandiri baş leytenant Vəli Vəlibəyovun 30 yanvar 2020-ci il tarixli 37/37-023 N-li məktubu, təqdimatı və “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X17 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubu göstərilmişdir. İstinad olunan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası”nın 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubunda sadəcə 4 nəfərin, o cümlədən İddiaçı Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunması və onlarda narkotestlərin pozitiv olması qeyd edilmişdir. Həmin məktubda nümunələrin qan və ya sidikdən götürülməsi, yoxlamanın hansı cihazla aparılması, məhz hansı narkotik maddələrin aşkar edilməsi, hətta yoxlamanı aparan və rəy verən həkimin adı və soyadı belə göstərilməmişdir. Məhkəmə prosesində zamanı dindirilən ekspert M.Allahverdiyevanın şərhini nəzərə alaraq məhkəmə hesab edir ki, 30 yanvar 2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun 4 fevral 2020ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxması üst-üstə düşmür və ağlabatan deyildir. Cəmi 5 gündən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Re spublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxması Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30 yanvar 2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib edir. İddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022ci il tarixli, 2-1(105)-24/2022 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X6 və X11) ilə Sumqayıt İnzi bati Məhkəməsinin 4 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia ərizəsində yazmış olduğu işdən azad edilməsi barədə təqririn iradəsinə uyğun olmadığını vurğulasa da, həmin təqririn yazıldığı 30 yanvar 2020-ci il tarixindən məhkəməyə müraciət etdiyi 6 mart 2020-ci il tarixinədək nə xidmət etdiyi hərbi hissə komandirinə, nə də ki, xidmətin rəhbərliyinə hər hansı formada (ərizə, teleqram və ya şifahi qaydada) müraciət etməmişdir, bu da özü-özlüyündə 30 yanvar 2020-ci il tarixində yazmış olduğu təqririn əsasının hələ 29 noyabr 2019-cu il tarixdə aparılan söhbət vərəqəsindəki müraciəti ilə üst-üstə düşməsi ilə əlaqəli olmasını göstərir, digər tərəfdən həmin təqririn yazılması hərbi qulluqçuların bir qisminin növbəti narkotestin cavabı olaraq “pozitiv” nəticə alınması ilə də əlaqələndirilə bilər. Bundan əlavə, cavabdehin öhdəsinə düşən vəzifələrin icrasını təmin etmək üçün hərbi qulluqçularının müvafiq həkim yoxlamalarından keçirilməsi işin xüsusi riskli xüsusiyyətindən irəli gəldiyindən “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 30 yanvar 2020-ci il tarixli, 138 saylı məktubundan da göründüyü kimi, Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunmuş 4 şəxsdə, o cümlədən İddiaçı narko-testi “pozitiv” olduğundan onun Xidmətdə saxlanılmasının mümkünsüzlüyü barədə Xidmət rəhbərliyinin 3 fevral 2020-ci il tarixli 0050/ş nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etdiyi ekspert M.Allahverdiyevanın şərhinin əsas tutularaq gəldiyi qənaəti, əsassız hesab edilir ona görə ki, məhkəmə qərarının beşinci vərəqəsinin sonuncu abzasında istinad edilən M.Allahverdiyeva adlı ekspert məhkəmə iclasında dindirilməmişdir. Əlavə olaraq, İddiaçı yoxlanılan zaman laborator nəticələrində zərərli maddələrin aşkar edilməməsi, təxminən bir il öncə yoxlanılması zamanı müəyyən olunmuş “pozitiv” nəticənin əsassızlığına dəlalət edə bilməz ona görə ki, iddiaçının həqiqi xidmətdə olduğu Xidmətin vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı qərəzliliyin olması barədə məhkəmə araşdırması zamanı hər hansı hal müəyyən olunmamış, əksinə belə bir halın aşkarlanmasından bir aydan artıq müddətdən əvvəl aparılmış istər 1-ci söhbət zamanı, istərsə də “pozitiv” nəticənin a şkar olunmasından sonra aparılmış 2-ci söhbət zamanı iddiaçı qəbul edilmiş qərarla tam razı olduğunu, xahiş və iddiasının olmamasını imzası ilə təsdiq edib yazmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(102)-760/2022 nömrəli qərarı (hakimlər: X4 (məruzəçi), X2 və X9) ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən iş materiallarında olan ziddiyyətli hallar ın aradan qaldırılması istiqamətində hərəkətlər edilməmiş, sadəcə iddiaçının təqrirdə qeyd etdiklərinə və söhbət vərəqəsində yazılanlara istinad etməklə, iddiaçının ehtiyata buraxılmasının onun iradəsinə uyğun olması nəticəsinə gəlmişdir. Eyni zamanda, iddiaçı barəsində aparılmış narko-testin mötəbərliliyi ilə bağlı da məhkəmə araşdırması natamam aparılmış, bununla bağlı məhkəmə tərəfindən lazımi qiymətləndirmə aparılmamışdır. Belə ki, məhkəmə iddiaçı barəsində aparılmış narko-test zamanı analizin kim tərəfindən və hansı şəraitdə götürülməsi ilə bağlı akt, iddiaçı barəsində testin aparılması barədə protokol və s. iş materiallarında yoxdur və məhkəmə tərəfindən tələb edilməmişdir. Eyni zamanda, iddiaçının 4 fevral 2020-ci il tarixdə keçdiyi müayinənin nəticəsi də (Azərbaycan Respublikası Sə hiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının 4 fevral 2020-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı qanında narkotik maddələr aşkar edilməmişdir) ilkin aparılan testin mötəbərliliyini şübhə altına alır. Bundan əlavə, məhkəmə tərəfindən iddiaçı barəsində aparılan testin həqiqətə uyğunluğu ilə bağlı işdəki sübutlara (ekspert izahatı, ekspert rəyi) hərtərəfli qiymət verilməmiş, apellyasiya instansiya məhkəməsi həmin sübutlarla razı olmadığını bildirsə də, bu istiqamətdə əlavə araşdırma aparmamışdır. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2022-ci il tarixli, 2-1(105)-534/2022 nömrəli qərarı (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X12 və X10) ilə Su mqayıt İnzibati Məhkəməsinin 4 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə qeyd edilmişdir ki, iddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narko-testin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması müəyyən olunmur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliliyi iddiaçı tərəfindən təqdim edilmiş laborat oriya testinin nəticəsi ilə mübahisələndirilsə də, cavabdeh bu ziddiyyətli halın aradan qaldırılması üçün əlavə araşdırma aparmamış, iddiaçının xeyrinə ola biləcək halları nəzərə almadan, yalnız onun ziyanına olan testin nəticəsinə istinad etməklə, iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. İş materiallarında iddiaçının narkotik vasitə qəbul etməsi barədə yazılı və ya söhbət zamanı etirafı iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmir. Əksinə, 30 yanvar 2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması barədə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının məktubundan sonra 4 fevral 2020-ci il tarixdə, yəni 5 gündən sonra iddiaçıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən a parılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxması, daha sonra iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 08 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçıdan götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiapezin törəmələri, salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməməsi ilə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün əsas olmuş Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30 yanvar 2020-ci il tarixli məktubunda göstərilən halın mötəbərliyi təsdiqini tapmamışdır. Digər tərəfdən, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazi rliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X17in 08 dekabr 2021-ci il tarixli ekspert rəyindən həmçinin görünür ki, analiz üçün istifadə olunan skrininq-testlərin yüksək həssaslığının olmasına baxmayaraq, kross-reaktivliyi onların nöqsanlarından biridir. Bu o deməkdir ki, test üsulu ilə yoxlama zamanı sidikdə narkotik və psixotrop maddələrə strukturca yaxın olan başqa birləşmələrlə üzə çıxmaq ehtimali var. O, da yanlış müsbət və yanlış mənfi nəticələrə gətirib çıxarır. Məsələn, Kardiomagnil adlı dərman preparatının əsas tərkib hissəsi aspirindir (asetilsalisil turşusu). Belə ki, kardiomagnil (aspirin) qəbul etdikdən sonra kannabinoid üçün olan ekspress-test üsulu ilə müayinə zamanı sidik nümunəsində yanlış müsbət nəticə alınır. Odur ki, ekspress-test üsulu narkotik və p sixotrop maddələrin qəbul etdiyi faktını ancaq ilkin təyini üçün istifadə oluna bilər və alınan müsbət nəticələr başqa instrumental və selektiv xromatoqrafık metodları ilə təsdiqlənməlidir.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının xidmətdən azad edilməsinə əsas onun müraciəti (təqriri) əsasında olmuş və qanunvericiliyə uyğun olaraq müvafiq prosessual hərəkətlər edildikdən sonra xidmətdən azad edilmişdir. Əgər iddiaçının xidmətdən azad edilməsinə əsas narkotik vasitədən istifadə etməsi olsa idi, cavabdeh inzibati orqan tərəfindən əlavə araşdırma aparılar və narkotik vasitədən istifadənin cinayət məsuliyyəti yaratması, bu halın hərbi qulluqçunun adı ilə bir araya sığmaması, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkət kimi qiymətləndirilməsi halları nəzərə alınaraq iddiaçı Əsasnamənin 156-cı maddəsinin "ə" bəndinə əsasən xidmətdən azad edilərdi. Lakin iddiaçı onun sidiyində narkotik vasitə aşkarlandığı zaman həm bu halı mübahisələndirmədən qəbul etmiş, həm də inzibati orqan tərəfindən əlavə araşdırma aparılmasına şərait yaratmadan (qan analizinin götürülməsi və s.) xidmətdən ehtiyata buraxılması barədə təqrirlə hərbi hissə komandirinə müraciət etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının öz arzusu ilə xidmətdən ehtiyata buraxılması halına qiymət verməyərək narkotik vasitədən istifadə edilməsini təsdiq edən sübutları n mötəbər olmadığına istinad etmiş və iddiaçının xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Mübahisələndirilən qərarı qəbul edərkən apellyasiya instansiyası məhkəməsi iddiaçının öz iradəsi ilə xidmət keçmək istəməməsi barədə müraciəti ilə bağlı məhkəmənin hər hansı bir hüquqi mövqeyini bildirməmiş və işin bu halını araşdırmamışdır. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclasında verdiyi izahatı, cavabdeh tərəfindən istinad edilən halları (iddiaçının öz istəyi ilə xidmətdən azad edilməsi halı və s.) araşdırmamışdır.
20. İddiaçı tərəfindən xüsusi dərman preparatlarının qəbul edilərək narkotestin cavabının "neqativ" çıxa bilmə ehtimalı da mövcuddur. Lakin apellyasiya instansiyası məhkəməsi və eləcə də birinci instansi ya məhkəməsi bu halın baş verə bilibbilməməsi barədə araşdırma aparmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Narkoloji xidmət və nəzarət haqqında” Qanun Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. Narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur;...... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmı ş və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; 1.0.12. Həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir;... Maddə
10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıq da narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankı na verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər 24.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır. 24.2. Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi haqqında qeydlər olmalıdır. 24.3. Əh alinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (1 iyul 2022-ci ilə qədər qüvvədə olan redaksiya). 24.4. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi h ərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezid entinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd
1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bənd
2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Bənd
3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlam adan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Bənd
5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Bənd
6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarix li, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd
1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Bənd
2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu ha lda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Bənd
3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. Bənd
6. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkimməsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olubolmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir.... Bənd
21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur. 26. “Hərbi xidmətkeç mə haqqında” Əsasnamə:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya onun müavini tərəfindən; Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün rəisi tərəfindən; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən; polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəq əsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidm ət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir. 27. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Q anun Maddə 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.... Maddə
10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə;... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə;.... Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələ rində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:.... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə;... Maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər..... Maddə 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçmə sinə aşağıdakı əsaslar olduqda xitam verilir:.... 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə;.... Maddə 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.
28. Əmək Məcəlləsi Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: … b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması
29. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bundan əlavə cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının xidmətdən azad edilməsinə əsas onun müraciəti (təqriri) əsasında olmuş və qanunvericiliyə uyğun olaraq müvafiq prosessual hərəkətlər edildikdən sonra xidmətdən azad edilmişdir. İddiaçının xidmətdən azad edilməsinə əsas narkotik vasitədən istifadə etməsi olmamışdır. İddiaçının öz arzusu ilə xidmətdən ehtiyata buraxılması halına qiymət verməyərək narkotik vasitədən istifadə edilməsini təsdiq edən sübutların mötəbər olmadığına istinad etmiş və iddiaçının xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi barədə qərar qəbul etmiş dir.
35. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmeti Azərbaycan Respublikası Cavabdeh 5 fevral 2020-ci il tarixli 018/Ş nömrəli əmridir. Həmin əmrlə müəyyən olunur ki, iddiaçı xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış, əmrdə iddiaçının narkotik maddələrdən istifadə etməsi halının aşkar edilməsi müəyyən edilmişdir. Əmrdə iddiaçının öz arzusu ilə ehtiyata buraxılması qeyd edilməmişdir.
36. Beləliklə, iddiaçının xidmətdən ehtiyata buraxılması onun narkotik maddələrdən istifadə etməsi halının aşkar edilməsi ilə əlaqədar olduğundan cavabdehin dəlili əsassızdır.
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələr in qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. 38. “Narkoloji xidmət və nəzarət haqqında” haqqında Qanunun iddiaçı barəsində mübahisə olunan əmr imzalanan zaman qüvvədə olmuş 24.3-cü maddəsinə görə şəxs işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidir. Şəxsin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
39. Qanunvericilikdə tibbi müayinə (tibbi yoxlama) narkoloji tibb müəssisəsində keçirilir. İddiaçı narkoloji tibb müəssisəsində tibbi yoxlamadan keçməmişdir.
40. Azərbaycan Res publikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydalarına əsasən şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Ş əxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur. Rəydə yoxlama keçirən şəxsin adı, tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması və sair əks etdirilir və müəssisənin möhürü ilə təsdiq olunur.
41. İddiaçının tibbi yoxlamasının həkim-narkoloq tərəfindən həyata keçirilməsi, həkim-narkoloq tərəfindən rəy tərtib edilməsi, tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması, rəyin möhürlə təsdiq olunması barədə məhkəməyə sübut təqdim (rəy) edilməmişdir.
42. Azərb aycan Respublikasının Nazirlər Kabineti özünün 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasını təsdiq etmişdir. Sözügedən Qaydaların 1-3-cü bəndlərində də aşkar şəkildə təsbit edilmişdir ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ild ə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilm əsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından şəxsin narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələri qəbul etməsi faktı həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir.
44. Hazırkı iş üzrə iddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması onun narkotik maddələrdən istifadə etməsi halının aşkar edilməsi olduğundan, cavabdeh inzibati orqan narkot ik maddələrdən istifadə etməsi barədə ixtisaslaşmış rəy almalı olmasına baxmayaraq bunu etməmişdir.
45. Beləliklə, mübahisələndirilən qərar iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktdır. İnzibati icraat haqqında qanunvericiliyin müddəalarına əsasən isə, əlverişsiz inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. İnzibati icraat zamanı isə ilk növbədə inzibati orqan özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə a lınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
46. İddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narko-testin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradı lması, başqa sözlə, inzibati icraatın düzgün aparılması müəyyən olunmur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliliyi iddiaçı tərəfindən təqdim edilmiş laboratoriya testinin nəticəsi ilə mübahisələndirilsə də, cavabdeh bu ziddiyyətli halın aradan qaldırılması üçün əlavə araşdırma aparmamış, iddiaçının xeyrinə ola biləcək halları nəzərə almadan, yalnız onun ziyanına olan testin nəticəsinə istinad etməklə, iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir.
47. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 6 dekabr 2022-ci il tarixli, 2-1(105)-534/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.