Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-824/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Xəqani Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Hüseyn Həsənovun iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(103)2885/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 fevral 2019-cu il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı Cavabdeh 14 oktyabr 2014-cü il tarixli 184 saylı sərəncamına əsasən üçüncü şəxsə məxsus Dağıstan küçəsi 10 №-li evin 2 №-li mənzilinin sahəsi artırılaraq 3 otaq, yaşayış sahəsi 64,85 kv.m, ümumi sahəsi 130,9 kv.m çatdırılması barədə sərəncamının ləğv edilərək tikilinin 08 iyun 2013-cü ilədək olan əvvəlki vəziyyətinə gətirilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 14 oktyabr 2014-cü il tarixli 184 saylı sərəncamının ləğv edilməsi ba rədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli iş № 2-1(81)-3835/2018, (sədrlik edən hakim T.Əsədova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27 noyabr 2018-ci il tarixli iş № 2-1(103)-2885/2018 (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərardadı iləbirinci instansiya məhkəməs inin 17 oktyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,hər hansı bir inzibati aktı mübahisələndirmək üçün hüquqlarına toxunan şəxsin həmin aktı alıb onunla tanış olması gərəkdir. İnzibati aktla tanış olmadan, onu incələmədən həmin aktın qanunu və qanunsuz olması barədə fikir yürüdülməsi mümkün deyil. Bəhs olunan sərəncam nə Bakı şəhər Cavabdeh tərəfindən, nə də Bakı Apelyasiya Məhkəməsi tərəfindən İddiaçı verilməyib. İstər cavabdehin, istərsə də üçüncü şəxsin aktın İddiaçı verilməsini təsdiq edən sübutu yoxdur. Bakı şəhər Cavabdeh işə əlavə edilmiş 23 iyun 2018-ci il tarixli, 6/546 saylı məktubundan görünür ki, Bakı şəhər Cavabdeh 14 oktyabr 2014-cü il tarixli sərəncamı 24 iyul 2018-ci ildə iddiaçının vəkilinə göndərilib və bir ay müddətində sərəncamın ləğv edilməsi barədə 13 avqust 2018-ci ildə məhkəmədə iddia qaldırılıb. Buna görə də məhkəmənin iddiaçının Bakı şəhər Cavabdeh 14 oktyabr 2014-cü il tarixli sərəncamından şikayət vermə müddətinin 19 dekabr 2017-ci il tarixdən hesablanmasına istinad etməsi əsassızdır. Məhkəmənin gəldiyi nəticə ilə o vaxt razılaşmaq olardı ki, 19 dekabr 2017-ci il tarixdə sərəncam İddiaçı verilmiş olsun. Yuxarıda sadalananlardan görünür ki, iddia müddəti ötməyib. Belə vəziyyətdə iddia müddətinin bərpasına dair ərizə verilməsi əhəmiyyətsizdir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsi inzibati aktlardan şikayət verilməsi müddətini inzibati aktın maraqlı şəxsə veril məsi vaxtı ilə şərtləndirilib ki, bu da təbiidir. İnzibati aktla tanış olmadan onun maraqlı şəxslərin hüquqlarına toxunmasını müəyyən etmək mümkün deyil. Məhkəmə təcrübəsində analoji işlər üzrə də şikayətin verilməsi müvafiq aktın və ya qərarın verilməsi anından hesablanır. Məhkəmənin qərardadı qanunsuzdur, həm də ona görə ki, iddia mümkünsüz sayılarkən iddiaçının üçüncü şəxsin vəsatətə yazılı münasibətdə göstərdikləri müzakirə olunmayıb. Məhkəmə iddia müddətinin keçməsini əsaslı hesab edirsə, onda İnzibati Prosessual Məcəllənin 14-cü maddəsinin tələblərinə əməl etməli idi. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(103)-2885/2018 saylı qərardadını ləğv edib, işin yenidən bax ılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili H.Həsənov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qərardadını ləğv edib, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da, onun vəkili H.Həsənovunçıxışına uyğun izahat verərək, kasasiya şikay ətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qərardadını ləğv edib, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs A.Hüseynov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsiisə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olu nanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 27 noyabr 2018-ci il tarixli, 21(103)-2885/2018 saylı qərardadla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2-1(81)-3835/2018 saylı qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 32.1, 35.1, 35.3, 38.1ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 73.1, 73.2-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kasasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, iddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə o vaxt razılaşmaq olardı ki, Bakı şəhəri Cavabdeh 14 oktyabr 2014-cü il tarixli sərəncamı 19 dekabr 2017-ci il tarixdə İddiaçı verilmiş olsun. Lakin həmin sərəncam iddiaçının vəkilinə 24 iyul 2018-ci ildə göndərilib və bir ay müddətində sərəncamın ləğv edilməsi barədə 13 avqust 2018-ci ildə məhkəmədə iddia qaldırılıb. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsində tərəflər arasında mübahisəyə baxılarkən məhkəmə tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq təqdim olunan sənədlər arasında hazırda mübahisə predmeti olan sərəncam da göndərilmişdir. İş üzrə B akı Apelyasiya Məhkəməsi tərəfindən 19 dekabr 2017-ci il tarixdə qətnamə qəbul edilən zaman həmin sərəncama da istinad olunmuşdur. Beləliklə, iddiaçı mübahisə predmeti olan sərəncamın mövcudluğundan 19 dekabr 2017-ci il tarixdə məlumatlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunma sını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə müvafiq olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən hər iki halda (istər 1 aylıq, istərsə də 6 aylıq) iddia qaldırmaq müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı kasasiya şikayətində daha sonra göstərmişdir ki, məhkəmənin qərardadı qanunsuzdur, həm də ona görə ki, iddia mümkünsüz sayılarkən iddiaçının üçüncü şəxsin vəsatətlə yazılı münasibətdə göstərdikləri müzakirə olunmayıb. Məhkəmə iddia müddətinin keçməsini əsaslı hesab edirdisə, onda İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə əməl etməli idi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, məlum olduğu kimi İ nzibati Prosessual Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 13cü maddəsinin müddəaları ilə iddiaçının sözügedən dəlili ilə heç bir hüquqi əlaqəsi və məntiqi bağlantısı mövcud deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasi ya instansiyası məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 27 noyabr 2018-ci il tarixli, 2-1(103)2885/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-824/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-824/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver