Məhkəmə qərarları › İş №2-1(102)-824/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-824/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-824/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çoxmənzilli binada yardımçı sahə və obyektlərə görə kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (“xxxx” MMC) “əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2 -1(103)-820/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında 2017-ci il 22 may tarixli notarial qaydada bağlanılmış müqaviləyə əsasən iddiaçı cavabdehdən 377.400 manat məbləğində kompensasiya almaqla müvafiq daşınmaz əmlakından cavabdehin xeyrinə imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2020-ci il 06 noyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və onun əlavəsi ilə müraciət edərək dövlət ehtiyacları üçün satınalmaya məruz qalmış ünvan 1 ünvanda yerləşən yaşayış binası üzrə ödənilməyən 75480 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahi ş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 501 saylı 2013cü il 15 mart tarixli Sərəncamının təmin edilməsi məqsədilə Bakı şəhərinin Baş planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün ünvan 1 ünvanda yerləşən “xxxx” MTK tərəfindən inşa edilən yaşayış binası kooperativ üzvlərinin ümumi vəsaiti hesabına inşa edilməklə, payına uyğun olaraq mənzili, qeyri-yaşayış sahəsi, qaraj sahələri mövcud olmuşdur. Cavabdeh inzibati orqana 2020-ci il 21 yanvar tarixdə kompensasiya məbləğinin ödənilməmiş hissələrinin ödənilməsi ilə bağlı müraciətinə baxmayaraq cavab verilməmişdir. Şifahi olaraq heç bir kompen sasiyanın ödənilməyəcəyi bildirilmişdir. Belə ki, onunla “xxxx” MTK arasında bağlanmış 47 saylı mənzilə dair 2014-cü il 12 yanvar tarixli Kooperativ Binada Mənzil Tikintisi haqqında müqaviləyə əsasən 222 kv.m olan yaşayış sahəsi ona məxsus olmuş və həmin sahəyə görə 19 saylı Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən yaşayış binasının dəyəri olaraq 377400 manat ödəniş edilmişdir. Cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsinə əlavədə yanğın su hovuzu tikilisi, transformator məntəqəsi, mənzillərin və liftlərin qabağı, mənzillərin pilləkən qəfəsi, 15-ci mərtəbə üzrə layihədə göstərilən keçid, həyətyanı sahə və döşəmə üzrə kompensasiyanın ödənilməsi tələb edilir. Yanğın su hovuzu tikilis i sakinlərin ümumi istifadəsi üçün deyil, binada yanğının baş verəcəyi təqdirdə tez bir zamanda yanğının qarşısını almaq və söndürülməsi üçün nəzərdə tutulan tikilidir. Transformator məntəqəsi isə, binanın mənzillərinə, lift kabinalarına və binanın digər hissələrinə elektrik enerjisinin paylaşdırılmasını təmin edən qurğudur. Mənzillərin və liftlərin qabağı, mənzillərin pilləkən qəfəsi, həyətyanı sahə sakinlərin mənzillərinə sərbəst giriş-çıxışını təmin etmək məqsədini daşıyır. İddia ərizəsinə əlavədə kompensasiya ödənilməsi tələb olunan qurğular və sahələrə görə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçı ilə “xxxx” MTK ilə bağlanmış “Kooperativ binada mənzil tikintisi ha qqında” müqaviləyə əsasən, iddiaçıya yalnız mənzillər və qeyri-yaşayış sahələri satılmışdır. İddia ərizəsinə əlavəyə əsasən kompensasiya ödənilməsi tələb olunan qurğular və sahələr alğı-satqının predmeti olmamışdır.

5. Etiraza əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)209/2020 saylı 2020-ci il 15 yanvar tarixli Qərarı ilə müəyyən edilmişdir ki, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddəsi baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7608/2020 saylı, 2020-ci il 10 noyabr tarixli qərardadı ilə ”xxxx” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 30 noyabr tarixli, 2-1(112)-7608/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya kompensasiya hesablanarkən bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavənin də nəzərə alınması və iddiaçının həmin məbləği qəbul etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin iddianın mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessu al Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının, hazırkı tələbində artıq özgəninkiləşirdiyi əmlakına görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığından, hazırkı iddia mümkün sayılmamalıdır.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 021-ci il 10 fevral tarixli, 2-1(103)-820/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçı Mənzil Tikinti Kooperativinin üzvü olaraq MTK tərəfindən inşa edilmiş və sökülməyə məruz qalmış mənzillərinin vəsaitlərini almışlar. Lakin yaşayış binasının digər sahələrinə (ümumi istifadədə və faktiki mülkiyyətdə olmuş; Dövlət tər əfindən ayrılmış meydança sahəsi, su anbarı, transformator otağı, binan dəhliz və digər sahələri.) kompensasiya ödənilmədiyi sübuta yetirilmişdir. İş materiallarına əsasən, mübahisə predmetinə çevrilmiş və iddia tələbində göstərilən sahələrin bundan öncə ödənilmiş kompensasiya məbləğinə (mənzillərə ödənilmiş kv.m sahələr) heç bir aidiyyəti yoxdur. İddia ərizəsində tələb edilən sahələrə görə kompensasiyanın ödənilmədiyi tərəflərin izahatlarından və iş materiallarından tam sübuta yetirilmişdir. İddia tələbinin digər hissəsindən də göründüyü kimi mənzillərə görə ödənilməli olan Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən kompensasiya məbləğinin 20% miqdarında əlavə ödəmənin və çətinliyə görə kompensasiya məbləğinin hesablanıb ödənilmədiyi iş materialları (cavabdehin məhkəməyə tə qdim etdiyi inzibati materiallar) ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə araşdırma aparılmadan iddianın mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan DNK-da bağlanmış alğı-satqı müqavilələrindən də göründüyü kimi iddiaçılara əmlak kompensasiyası olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20%-nin ödənilməsinə və çətinliyə görə kompensasiya məbləğlərinin ödənilməsinə dair məlumat mövcud deyildir. İddia tələblərinin dəlillərini təkzib edən heç bir sübut İnzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyiş dirilmədən saxlanmasını xahiş etdi.

15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 36.1. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Maddə 36.2. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır. Maddə 36.3. Çoxmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahənin ye ni mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur. Maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Maddə 37.2. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir.

17. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. Tərəflər arasında bağlanmış və notariatda təsdiq edilmiş 2017-ci il 22 may tarixli müqaviləyə əsasən iddiaçı cavabdehdən 377.400 manat məbləğində kompensasiya almaqla müvaf iq daşınmaz əmlakından cavabdehin xeyrinə imtina etmişdir. Müqavilənin şərtinə görə, həmin məbləğə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr daxildir.

22. Mənzilin aid olduğu binaya xidmətə edən sahə və obyektlərə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, Mənzil Məcəlləsinin yuxarıda istinad edilən müddəalarına görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olma yan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur (Maddə 35.1). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir (Maddə 35.2.). Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmə nzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir (Maddə 36.1).

23. Bununla yanaşı, həmin Məcəllənin yuxarıda qeyd edilən digər normalarının məzmunundan göründüyü kimi, çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır (Maddə 36.2) və çoxmənzilli binada olan sahəyə mülkiyyət hüququ başqa şəxsə keçdikdə, sahənin yeni mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı sahənin əvvəlki mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payına bərabər olur (Maddə 36.3).

24. Nəhayət, çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu bina da ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir (Maddə 37.1). Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir (Maddə 37.2).

25. Beləliklə, istinad edilən normaların tələbləri və tərəflər arasında bağlanmış müqavilə nəzərə alındıqda, iddiaçının mülkiyyət hüququ üzrə ona məxsus mənzil sahəsindən cavabdehin xeyrinə imtina etməsi ilə eyni zamanda çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı da müqavilə üzrə mənzil sahəsini əldə edənə, hazırkı halda, cavabdehə keçmişdir.

26. Beləliklə, iddiaçının iddia etdiyi, istinad edilən müqavilənin bağlanmasınadək ona məxsus olmuş mənzil sahəsinə xidmət edən sahə və obyektlərə münasi bətdə hazırkı məzmunda tələb hüququ yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-820/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar