Məhkəmə qərarları › İş №2-1(102)-824/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-824/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-824/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi üçün təqaüdün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1963, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun şəhid ailəsi və uşaqlıqdan əlil olması nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Təqaüdü”nün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2901/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1963-cü il təvəllüdlüdür. 2. 11 saylı Şəhər poliklinikasının 93 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı imbesillik dərəcəsində diaqnozla 1992-ci ildən poliklinikada psixiatr qeydiyyatındadır.

3. AA 266059 saylı, 06 iyun 2012-ci il tarix li vəsiqədən görünür ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. 4. 0019462 saylı, 08 sentyabr 1999-cu il tarixli vəsiqəyə əsasən iddiaçı şəhid ailəsi üzvüdür.

5. X4 22 oktyabr 1991-ci ildə vəfat etmiş, 461463 saylı, 14 noyabr 1991-ci il tarixli ölüm haqqında şəhadətnamədə ölümün səbəbi kimi “erməni terrorçuları tərəfindən avtomat silahı ilə güllələnmişdir” göstərilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya diaqnozu ilə 12 oktyabr 1992-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və əlilliyin səbəbi “anadangəlmə” kimi göstərilmişdir.

7. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısı nın 213 saylı, 24 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Ağdam rayonu, Başgüney kəndində qeydiyyatda olan vətəndaş X5 (iddiaçının qardaşıdır) fəaliyyət qabiliyyəti olmayan iddiaçı üzərində qəyyum təyin edilmişdir.

8. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Ə-22G saylı, xx.xx.2004-cü il tarixli məktubundan görünür ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş X1 oğlu X3 şəhid ailəsi kimi İcra Hakimiyyətində qeydiyyatdadır.

9. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-3223/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.1963-cü ildə Ağdərə rayonu, Çldran kəndində doğulmuş, Ağdam rayonu, Başgüney kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, ev 121, 1 saylı ETK-nın stadion sahəsində yaşayan İddiaçı fəaliyyət qab iliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir.

10. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti tərəfindən verilmiş 1/702 saylı, 14 aprel 2021-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçının şəhid ailəsi olması ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətində hər hansı məlumat mövcud deyil.

11. İddiaçı (qəyyumu) şəhid ailəsi kimi Prezident təqaüdü almaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir.

12. Cavabdeh orqanın **********2 saylı, 21 avqust 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Alt Sisteminin 049942 saylı arayışında xx xxxxxx 1963-cü il təvəllüdlü iddiaçıya ikinci dərəcə əlillik müddətsiz olaraq 12 oktyabr 1992-ci il tarixdən, yəni vətəndaşın 29 yaşının tamam olduğu dövrdə müəyyən olunmuşdur. Onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasını təsdiq edən TSERAS-ın arayışı təqdim edilməmişdir. Bununla əlaqədar, vətəndaşın “Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında” Əsasnaməyə uyğun olaraq 18 yaşı çatanadək uşaqlıqdan əlil olma faktını təsdiq edən sənəd təqdim olunarsa, onun şəhid ailəsi üçün Prezident təqaüdünü almaq hüququna yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı 15 sentyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun şəhid ailəsi və uşaqlıqdan əlil olması nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan R espublikası Prezidentinin təqaüdü”nün verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Ağdərə rayonu, Çldran kəndində doğulmuş, Ağdam rayonundan məcburi köçkün düşmüş və hazırda ünvan 1 ünvanında yerləşən 1 saylı ETK-nın stadionunda məskunlaşmış, onun atası X4 xx.xx.1991-ci il tarixdə erməni hərbiçiləri tərəfindən avtomat silahla Ağdərə (keçmiş Mərdakert) rayonunda güllələnmişdir. O, xx.xx.1992-ci ildən müddətsiz ikinci qrup əlildir, əlilliyinin səbəbi kimi uşaqlıqdan “imbesilik dərəcəsində kəmağıllılıq” qeyd olunmuşdur. Ona Sabunçu rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən xx.xx.1999cu il tarixdən “Şəhid ailəsi” kimi vəsiqə verilmişdir. Hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin so nuncu tərəfindən müraciəti təmin olunmamışdır.

15. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə şəhid ailə üzvlərinin siyahısı tənzimlənir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: arvadı (əri) (2.1.1.); valideynləri (2.1.2.); 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları (2.1.3.); qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar (2.1.4.); babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa (2.1.5.); 2. 1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər (2.1.6.). İddiaçının iddia ərizəsində və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin arayışında da qeyd edildiyi kimi, iddiaçıya xx.xx.1992-ci tarixdən (29 yaşında) əlillik qrupu təyin edilmişdir. Qaydaların 2.1.3-cü bəndində şəhid ailə üzvü kimi 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları qeyd edilməsinə baxmayaraq, iddiaçının əlillik qrupu 29 yaşında təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.7-ci bənd inə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçir ərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, şəxsin əlil hesab edilməsi əlilliklə bağlı qərarın qəbul e dildiyi tarixlə birbaşa əlaqəlidir

16. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 916 saylı, 18 fevral 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının 8-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və aidiyyəti digər orqanlar bu Fərmanın 5-ci hissəsində nəzərdə tut ulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Belə ki, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən təqdim edilmiş “1997-ci ilin avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda mərhum X2 adı keçmir. Ağdam rayon Məhkəməsinin 2(103)-844/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə Həmzə Ələkbərovun 22 oktyabr 1991-ci il tarixdə N saylı hərbi hissədə, 2(013)- 844/2019 saylı 13 noyabr 2019-cu il tarixli qərardadı ilə isə 22 oktyabr 1991-ci il tarixdə, N saylı hərbi hissədə həlak olması faktı müəyyən edilsə də, Silahlı Qüvvələrin Baş Qər argah rəisinin təsdiq etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş bölgələrində olan hərbi hissələrin siyahısı qovluğu”na əsasən N saylı hərbi hissə N dekabr 1991-ci ildə, N saylı hərbi hissə isə N mart 1992-ci ildə yaradılmış (mövcud olmuş) və döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş ümumi siyahıya X2 adının daxil edilməsi mümkün olmamışdır.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma ta rixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.1992-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Belə olan halda iddiaçı yuxarıda qeyd olunan Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş şəxslər sırasına (18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları) aid edilə bilməz. Bundan əlavə, iddiaçının mərhum atasının şəhid statusu tanınmadığından “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 493 saylı, 19 dekabr 2006-cı il tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli,18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respubl ikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qaydalara əsasən iddiaçının şəhid ailəsi üçün verilən təqaüdü almaq hüququ yoxdur.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2901/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova-sədrlik edən və məruzəçi, M.N.Tağızadə və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1730/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiy a məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı hal-hazırda qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Sabunçu rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.1999-cu il tarixdə vəsiqə təqdim edildiyini və həmin vəsiqədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993cü il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən güzəşt və imt iyazlardan istifadə etmək hüququnun qeyd olunduğunu bildirmişdir. Vəsiqə verilən tarixdə qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, şəhid ailəsinin üzvləri qismində ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr nəzərdə tutulmuşdur.

24. İddiaçıya “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqın da” vəsiqə verilən zaman onun şəhid ailəsinin üzvü olması müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilər güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli və 16 yanvar 2020-ci il tarixli qərarlarına istinad edilmişdir. Halbuki artıq həmin qərarlardan əvvəl iddiaçının qeyd olunan hüququ mövcud olmuşdur.

25. Bundan başqa, cavabdehin yazılı etirazında qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü i tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər dedikdə, əlilliyin nə vaxt rəsmiləşdirilməsi deyil, vaxtından asılı olmayaraq onun 18 yaşınadək əlil olması faktının müəyyən olunması başa düşülməlidir. Hazırkı iş üzrə iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun təsdiq edilməsi 18 yaşına çatdıqdan sonra, yəni 29 yaşına təsadüf etsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında onun anadangəlmə qüsurlu doğulması təsdiq edilir, sadəcə əlil statusunun ona verilməsi 29 yaşında rəsmiləşdirilmişdir. İşdə olan sübutlarla iddiaçının əlilliklə bağlı sənədi 18 yaşından sonra əldə etməsinə baxmayaraq, onun əslində 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud şəxs olduğu müəyyən olunur. Bu h al işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında göstərilir və qeyd edilir ki, iddiaçı anadangəlmə kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniyadır, uşaqlıqdan (18 yaşadək) əlildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı m üəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından is tifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materi allarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkin məyə dair iddia mümkün sayılır. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkə mə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya ins tansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Nəzərə almaq lazımdır ki, qüvvədə olan və yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən əlillik, yalnız TSEK-in bu barədə qəbul edilmiş qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

35. Hazırki mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında iddiaçının əlilliyinin səbəbi “anadangəlmə” kimi göstərilsə də, ona ikinci dərəcəli əlillik xx.xx.1992-ci il tarixdən, yəni 29 yaşdan təyin e dilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli,18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2.3-cü bəndində nəzərdə tutulmuş şəxslər sırasına (18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaq) aid edilə bilməz. Bu baxımdan iddiaçının hüququnun 1992-ci ildən, yəni 29 yaşdan əvvəl, 18 yaşına çatanadək yaranması barədə dəlili əsassız sayılmalıdır.

37. Belə ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı, 5 fevral 2016-cı il tarixli Qərarının 4.26-cı bəndində əlilliyin təyin olunma t arixinin TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığı təsbit edilmişdir. Hazırki mübahisəyə münasibətdə isə iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməmişdir. Onun əlilliyinin ilk dəfə 1992-ci il tarixdə müəyyən edildiyi iş üzrə materiallarla təsdiq olunur.

38. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya münasibətdə şəhid ailəsi üçün qeyd edilən təqaüdün verilməsi ilə bağlı məsələlər apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri tə krarlamağa lüzum qalmır.

39. Beləliklə, apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir və bu səbəbdən məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2901/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar