Məhkəmə qərarları › İş №2-1(102)-824/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-824/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-824/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşağın sağlamlıq imkanlarının qiymətləndirilməsi ) 11.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1987-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “uşağın sağlamlıq imkanlarının 22 iyun 2020-ci il tarixdən qiymətləndirilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulma sı tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2-1(105)-615/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X2 xx.xx.2020-ci ildən “G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası, ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (Parsial) Sipmtomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıcolma tutmaları”, ağırlaşma F80.0, nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və ni tq inkişafının spesifik pozulması, ağırlaşma F78.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə yanaşı xəstəliklər H52.0 Hipermetropiya, OU hər iki gözün hipermetropiyası yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, sol tərəfli süst hemiplegiya“ xəstəliyinə görə xx.xx.2020-ci ildən sağlamlıq imkanları uşaq kimi qiymətləndirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 xx.xx.2020-ci ildən “G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası, ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (Parsial) Sipmtomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıc olma tutmaları”, ağırlaşma F80.0, nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozulması, ağırlaşma F78.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə yanaşı xəstəliklər H52.0 Hipermetropiya, OU hər iki gözün hipermetropiyası yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, sol tərəfli süst hemiplegiya“ xəstəliyinə görə xx.xx.2020-ci ildən sağlamlıq imkanları uşaq kimi qiymətləndirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 iyul 2012-ci il təvəllüdlü övladı Məmmədova Aişə Elmar qızı anadangəlmə “Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıcolma tutmaları” xəstəliyindən əziyyət çəkir. Qeyd edilən xəstəliklə əlaqədar olaraq qızına müavinət təyin edilmişdir. Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti 12 saylı TSEK-in 22 iyun 2017-ci il tarixli qərarı ilə növbəti müayinə tarixi 22 iyun 2020-ci il müəyyən edilmişdir. Uşağa növbəti dəfə müavinət təyin edilməsi məqsədilə sənədlər keçən ilin iyun (2020) ayında TSEKə göndərilmişdir. Cavabdeh qızına əlillik təyin edilməsindən imtina etmişdir. xx.xx.2021-ci il tarixli imtina arayışında imtinaya səbəb kimi “əlavə müalicəyə ehtiyacının olması, stasionar müalicənin yetərli olmaması” qeyd edilmişdir. Halbuki, Sumqayıt Uşaq Xəstəxanasının 0537003AAB7P seriyalı 88 nömrəli forma-arayışa imtin aya səbəb olan sənədlər əlavə edilmişdir. Təkrarən Sumqayıt Uşaq Xəstəxanası tərəfindən qızına əlillik təyin edilməsi üçün 0537003AaCB/A saylı 88 №-li forma-arayış hazırlanaraq cavabdehə göndərilmişdir. Cavabdeh yuxarıda göstərilən diaqnoz ilə qızının xəstəliyini xx.xx.2021-ci ildə 3 il müddətinə (xx.xx.2024) təsdiq etmişdir. Lakin xəstəliyi ilə əlaqədar olaraq qızına sosial müavinət xx.xx.2020-ci ildən deyil, əlillik təyin edilən tarixdən, yəni xx.xx.2021-ci ildən ödənilir. Halbuki, keçən ilin (2020-ci il) iyun ayından sənədlər əlillik təyin edilməsi üçün cavabdehə göndərilmişdir. xx.xx.2020-ci ildən növbəti əlillik təyin edilən tarixədək (xx.xx.2021) uşaq həmin xəstəlikdən əziyyət çəkmişdir və həmin xəstəlik daimidir. Belə olan halda, əlilliyin vaxtında təyin edilməməsinə görə cavabdeh m əsuliyyət daşıyır. Hesab edir ki, qızı X2 xx.xx.2020-ci ildən əlillik dərəcəsi təyin edilməli və həmin tarixdən başlayaraq ona sosial müavinət ödənilməlidir. Məsələ ilə əlaqədar olaraq o, cavabdehə sifarişli məktubla müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin etirazları:

4. Etirazda qeyd edilir ki, iddiaçının qızı Məmmədova Aişə Elmar qızının əlillik vəziyyətinə Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİ Sinif - Perinatal dövrdə meydana çıxan xüsusi hallar => P10-P15 - Doğuş travması => P11 - Mərkəzi sinir sisteminin digər doğuş travmaları => P11.1 - Doğuş travması zamanı digər dəqiqləşdirilmiş...; Diaqnozun mətni: Ensefalopatiya doğuş travmasından sn. tez-tez olan qıcolma tutmaları ilə. Sol tərəfli beyin sıxılma sindromu, baş beyin ödemi; Meyar:

2. İki il müddətinə: => DİGƏR: 2.1.4” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Elektron təyinatlı xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİ Sinif - Perinatal dövrdə meydana çıxan xüsusi hallar => P10-P15 - Doğuş travması => P11 - Mərkəzi sinir sisteminin digər doğuş travmaları => P11.1 - Doğuş travması zamanı digər dəqiqləşdirilmiş...; Diaqnozun mətni: Ensefalopatiya doğuş travmasından s/v. Tez-tez olan qıcolma tutmaları ilə. Sol tərəfli beyin sıxılma sindromu, baş beyin ödemi; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.5. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hal lar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez- tez təkrarlanan (həft...” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir.

6. Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1:~V Sınıt - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F02* - Başqa rubrikalarda təsnif edilən, digər xəstəliklər zamanı d...; Diaqnozun mətni: Epilepsiya nəticəsində yaranmış demensiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstədə demensiya və psixopatabənzər davranış olduğu halda, şagird olduğu qeyd olunub.” səbəbi ilə imtina verilmişdir.

7. Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarix li göndərişi əsasında baxılmış və “X1: V Sinif -Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F02* - Başqa rubrikalarda təsnif edilən, digər xəstəliklər zamanı d...; Diaqnozun mətni: F02.8* Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Epilepsiya nəticəsində yaranmış demensiya. S.N.Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2020 tarixli 3359 saylı rəyi. Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2020 tarixli Pr84/135 saylı rəyi Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu, Dil və nitq inkişafının spesifik pozuntusu. Sumqayıt ş. 5 N-li u/p-sı Psixi Sağlamlıq Bölməsi Loqopedin xx.xx.2020 tarixli rəyi Yanaşı xəstəliklər G40.0 Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıcolma tutmaları Yanaşı xəstəliklər G31.0 Baş beynin məhdud atrofiyası, Sag beyin yarımkürəsinin hemiatrofiyası.xx.xx.2019 tarixdə Unikal Klinikada aparılmış kompüter Tomoqrafiyanın nəticəsinə əsasən Yanaşı xəstəliklər D64.9 Dəqiqləşdirilməmiş anemiya, Xroniki gedişli defisit anemiyası Yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, Sol tərəfli süst hemiplegiya: Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

8. Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi x əstəlikləri => G30-G32 Sinir sisteminin digər degenarativ xəstəlikləri => G31 - Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degenerativ xəstəlikləri => G31...; Diaqnozun mətni: Baş beynin məhdud atrofiyası, Sağ beyin yarımkürəsinin hemiatrofiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicəsi yetərli deyil.ixtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

9. Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G30-G32 - Sinir sisteminin digər degenarativ xəstəlikləri => G31 - Sinir sisteminin başqa rubrikalarda t əsnif olunmayan digər degenerativ xəstəlikləri => G31...; Diaqnozun mətni: Baş beynin məhdud atrofiyası, Baş beyin sağtərəfli hemiatrofiyası. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıcolma tutmaları; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.5. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həft...” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir.

10. Etirazda göstərilənlərin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"na və 2020 -ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na istinad edilmiş, iddianın təmin edilməməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-589/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, X2 xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçıya verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), iddiaçının qızının sağlamlıq imkanları məhdud uşaq k imi qiymətləndirilməsindən imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-615/2022 nömrəli qərarı ilə (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Zahid Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 21(118)-589/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, A.Məmmədovanın sağlamlıq imkanları məhdud uşaq olmasının növbəti dəfə xx.xx.2020-ci il tarixində deyil xx.xx.2021-ci il tarixində təyin edilməsi iddiaçı tərəfin təqsirindən olmamışdır. Belə ki, mübahisələndirilən müddət ərzində iddiaçı tərəf uşağın sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi üçün müraciət etsə də, göndərişin natamam doldurulması səbəbilə imtina edilmişdir. Belə olan halda, A.Məmmədovanın sağlamlıq imkanlarının təkrar qiymətləndirilməsi nəticəsində sağlamlıq imkanları məhdud uşaq olması əvvəlki diaqnozla yenidən müəyyən edildiyi üçün o, xx.xx.2020-ci ildən sağlamlıq imkanları məhdud uşaq hesab edilməlidir. Əks təqdirdə, bu, onun hüququnun və qanuni mənafeyinin pozulmasına səbəb ola bilə r.

16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. Şikayətdə, həmçinin qeyd olunur ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin səlahiyyəti ilə bağlı qərar vermişdir. Eyni zamanda, məhkəmə faktiki olaraq dövlət orqanının əvəzinə hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyin qiymətləndirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “ Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir... 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

20. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəlləni n 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, A.Məmmədovanın sağlamlıq imkanları məhdud uşaq olmasının növbəti dəfə - xx.xx.2020-ci il tarixində deyil xx.xx.2021-ci il tarixində təyin edilməsi iddiaçı tərəfin təqsirindən olmamışdır. Belə ki, mübahisələndirilən müddət ərzində iddiaçı tərəf uşağın sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi üçün müraciət etsə də, göndərişin natamam doldurulması səbəbilə imtina edilmişdir. Belə olan halda, A.Məmmədovanın sağlamlıq imkanlarının təkrar qiymətləndirilməsi nəticəsində sağlamlıq imkanları məhdud uşaq olması əvvəlki diaqnozla yenidən müəyyən edildiyi üçün o, xx.xx.2020-ci ildən sağlamlıq imkanları məhdud uşaq hesab edilməlidir. Əks təqdirdə bu onun hüququnun və qanuni mənafeyinin pozulmasın a səbəb ola bilər.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini işin faktiki hallarına uyğun hesab etmir.

26. İşin müəyyən edilmiş faktiki hallarına görə, xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2020-ci il təyin edilmişdir (bu səbəbdən iddiaçı öz tələbində xx.xx.2020-ci il tarixə istinad edir).

27. Təyin edilmiş üçillik müddət başa çatdıqdan sonra - Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Göndərişin natamam doldurulması. Xəstədə demensiya və psixopatabənzər davranış olduğu halda, şagird olduğu qeyd olunub.”

28. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib.

29. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür”.

30. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib.

31. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbə b: “Əlavə müalicəyə ehtiyacın olması. Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicəsi yetərli deyil. İxtisaslaşmiş müayinə və müalicə məsləhət görülür”.

32. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib.

33. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021-ci il tarixli müayinənin nəticələrinə əsasən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. 34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

35. Yuxarıda qeyd olunduğu kimi, Məmmədova Aiş ə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə imtina edilmiş, A.Məmmədova əlil (sağlamlıq imkanları məhdud uşaq) hesab edilməmiş, həmin imtinalar iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, həmin inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır (İPM-in 38.2-ci maddəsi). 36. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

37. Həm in Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

38. Beləliklə, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə zidd olmuşdur.

39. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

40. Həmin normada təsbit edilən və işin təkrar apellyasiya baxışına qaytarılmasına səbəb olan əsaslar bu işdə mövcud deyil. Mübahisə ilə bağlı işə dair yekun qərar çıxarılması üçün əsaslar vardır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2-1(105)-615 /2022 nömrəli qərarı ləğv edilir. İddia təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar