Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-824/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1963-cü il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müd dət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(106)-217/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1981-xx.xx.1982-ci il tarixlərdə Bakı şəhəri 14 nömrəli texniki məktəbində təhsil almış, xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur.
2. Həmçinin iddiaçı, xx.xx.1985-xx.xx.1988-ci illərdə “Salyanneft” NQÇİ-nin X3 Təmiri sexində qazmaçı köməkçisi, xx.xx.1988-xx.xx.2003-cü ill ərdə quyuların yeraltı təmiri operatoru, xx.xx.2003-xx.xx.2004-cü illərdə qazmaçı köməkçisi, xx.xx.2004-xx.xx.2022-ci illərdə X3 Təmiri sexində təmirçi-çilingər vəzifəsində işləmişdir.
3. Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışına əsasən iddiaçı 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləmişdir.
4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 14 yanvar 2022-ci il tarixli, **********9 nömrəli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə müvafiq olaraq təqdim olunan əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən iddiaçının ümumi iş stajı 25 ildən azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Biri nci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh onun ümumi stajını hesablayarkən səhvə yol verərək onun xx.xx.2005-ci il tarixə olan ümumi stajını 25 ildən az hesablamışdır. Halbuki, onun 35 ildən çox əmək stajı vardır. Ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək bildi rmişdir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə müvafiq olaraq iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən ümumi iş stajı 25 ildən az olduğuna görə iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1ci və 3.2-ci bəndlərinə görə iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışı və əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədləri də təqdim etməlidir ki, iddiaçı təqdim etdiyi arayışı təsdiq etməmi şdir.
8. Şirvan İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2- 1(120)-342/2023 nömrəli qərarı ilə (hakim Ş.Musayev) iddia təmin edilərək, iddiaçının 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pens iyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsinə dair Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. İddiaçının 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir və həmin dövrlər nəzərə alındıqda iddiaçının mübahisəsiz dövrlərlə birlikdə xx.xx.2006-cı il tarixinə kimi 25 ildən artıq sığorta stajı mövcud olur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbini n rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(106)-217/2023 nömrəli qərarı ilə (hakimlər: S.Həsənov - sədrlik edən və məruzəçi, S.Mayılov və M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş, əlavə olaraq 1979-1981-ci illərə aid əmək haqqı kitablarında İddiaçı ata adının qeyd edilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Neftçala rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13100/2-6705/2023 saylı məktubundan gö rünür ki, Neftçala rayonu X5i İnzibati Ərazi Dairəsində 1979-1981-ci illərdən hal-hazıra kimi xx.xx.1963-cü il təvəllüdlü Dadaşov X2 rayonu, X5ində qeydiyyatda olmaqla yaşayır və qeyd edilən illər ərzində Neftçala rayonu X5ində İddiaçı kimi eyni ada və soyada məxsus digər şəxslər müəyyən edilməmişdir. Həmçinin Neftçala rayon İcra Hakimiyyəti Başçısının X5 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-67-5/2- 166/2023 saylı məktubundan görünür ki, Neftçala rayonu X5ində 1979- 1981-ci illərdə vətəndaş İddiaçı başqa eyni ad və soyada məxsus digər şəxslər yaşamamış, qeydiyyatları olmamışdır. Beləliklə apellyasiya şikayətinin həmin dəlilləri əsaslı olmamışdır.
13. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 19, “Əmək pensiyaları haqqında Qanunun 9.1, 9.8, 21.1, 32.1-1-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsinə dair qeydlər əmək kitabçasında qeyd edilməməsinə, eləcə də Fondun 2 saylı Şirvan-Salyan regional filialı tərəfindən tərtib edilmiş müvafiq aktın məzmunundan da göründüyü kimi əmək haqqı kitablarında iddiaçı X1 ata adının qeyd edilməmiş olmasına rəğmən həmin dövrlər sığorta stajına daxil edilmişdir. Halbuki iddiaçıya məxsus əmək kitabçasında qeyd edilməyən müvafiq illərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilə bilməz.
16. Kassator qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 87-ci, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci eləcə də İPM-in 12.1-ci maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz verərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(106)-217/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun: Maddə
19. Mötəbərlik prezump siyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və y a bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qe ydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haq qında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olundu ğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (hə cmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
30. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2006cı il yanvarın 1-dək iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması və həmin stajın ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 2 nömrəli siyahıd a nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması şərtlərinin ödənilməsi tələb olunur.
31. İddiaçının müvafiq yaş həddinə çatması və 12 il 6 aydan çox güzəştli iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapır və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.
32. Cavabdehin imtinasının eləcə də apellyasiya və kassasiya şikayətinin yeganə dəlili iddiaçının iddia etdiyi 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmamasıdır.
33. Bununla bağlı qeyd edilməlidir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçının həmin dövrdə “Azərbaycan” kolxozunda işləməsi Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır.
34. Cavabdeh in arxiv arayışını mötəbər sübut kimi qəbul etməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
35. Beləliklə, hazırkı qərarın 19-20-ci bəndlərində qeyd olunan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
36. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddi açının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 18-22(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(106)-217/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.