Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-825/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə Açar söz: yüksəkliyə görə əmək haqqına əlavə tətbiq edilməsindən imtina GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-141/2020 nömrəli, 23.01.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin bina sında 22.05.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı **.**.1986-cı il tarixində Laçın rayonunda anadan olmuş, 1992-ci ilin may ayında məcburi köçkün düşmüşdür. Hazırda Ağcabədi rayonunda yaşayır və Laçın rayon Polad Bəylərov adına Alxaslı kənd tam orta məktəbində tarix müəllimi işləyir. İddiaçı, cavabdeh orqana müraciət edərək, əmək haqqına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.08.2002-ci il tarixli, 137 nömrəli qərarına əsasən yüksəkliyə görə əlavə ödənilməsini xahiş etmiş, cavabeh isə bundan imtina edərək iddiaçıya ünvanladığı 24.11.2017-ci il tarixli, ******* nömrəli məktubda bildirmişdir ki, iddiaçı da işğaldan qabaq Laçın rayonu Alxaslı kənd tam orta məktəbində çalışmadığından yüksəkliyə görə əmək haqqına əlavə tətbiq edilmir. Bununla razılaşmayan iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin ona vermiş olduğu cavabla bağlı hərəkətinin qanunazidd hesab olunması və onun iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, göstərilən qərarda yüksəkliyə görə əmək haqqına əlavənin ödənilməsi barədə Azərbaycan Respublikasının işğal olunmuş rayonlarında işğaldan qabaq və ya sonra çalışmaq şərti qoyulmamışdır. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2019-cu il tarixli, 2-1(81)2769/2019 nömrəli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 0.10.2019-cu il tarixli, 2-1(82)3266/2019 nömrəli qərarına əsasən, iddia rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(82)3266/2019 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul etməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.01.2020-ci il tarixli, 21(103)-141/2020 nömrəli qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(82)-3266/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarının 1 saylı əlavəsinə əsasən əmək haqqında artımın tətbiq edilməsi hüququn a əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışmış məcburi köçkünlər malikdirlər. İddiaçı isə işğaldan əvvəl Laçın rayonunda müvafiq vəzifədə çalışmadığından iddia təmin oluna bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.01.2020-ci il tarixli, 21(103)-141/2020 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə Nazirlər Kabinetinin müvafiq qərarında yüksəlikyə görə əmək haqqına əlavənin verilməsi üçün Azərbaycan Respublikasının işğal olunmuş rayonlarında məhz işğaldan əvvəl işləmək şərti yoxdur. Apellyasiya instansiya məhkəməsi isə maddi normaları işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Kassator, Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 90.1, 92.0.6-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.01.2020-ci il tarixli, 2-1(103)-141/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı və iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDIRI CI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.01.2020-ci il tarixli, 2-1(103)-141/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz hallarına görə **.**.1986-cı il təvəllüdlü iddiaçı Laçın rayonunun Ağbulaq kəndində ana dan olsa da, 1992-ci ilin may ayında məcburi köçkün düşmüş, əmək fəaliyyətinə Ağcabədi rayonunda başlamışdır. Cavabdeh orqan da göstərilən hala istinad edərək iddiaçının Laçın rayonu ərazisində işğaldan qabaq işləmədiyini əsas gətirərək onun əmək haqqına əlavə hesablanmasından imtina etmiş, iddiaçı isə bunu mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi yüksəkliyə görə əmək haqqına əlavə ödənilməsi ilə bağlıdır və hazırda bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22.08.2002-ci il tarixli, 1 37 nömrəli qərarı ilə tənzimlənir. Həmin Qərarın 5-ci bəndinə görə Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin. Həmin Qərarın 6-cı bəndinə görə, Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilir. Göstərilən normaların məzmunundan aydın olur ki, yüksəkliyə görə iş çinin əmək haqqına əlavənin ödənilməsi üçün sözügedən qərarda 2 zəruri şərt nəzərdə tutulub: işçinin dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışması və çalışdığı yaşayış məntəqəsinin Qərarın 1 və ya 2 saylı Əlavəsində qeyd olunması. Həmin Qərarın 1 saylı əlavəsinin qeydinə görə, əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır. Qeyd olunan normanın tələbinə görə, işğal olunmuş rayonların ərazisində çalışan və əmək haqlarına yüksəkliyə görə artım tətbiq edilən işçilərə münasibətdə, onlar məcburi köçk ün düşdükdən sonra da işlədikləri müəssisənin yerləşdiyi yerdən asılı olmayaraq sözügedən əlavə saxlanılır. Hazırki işin mübahisəsiz hallarına görə isə iddiaçı hal-hazırda Ağcabədi rayonunda yaşayır və həmin rayonda yerləşən Polad Bəylərov adına Alxaslı kənd tam orta məktəbində tarix müəllimi işləyir. Yuxarıda qeyd edilmiş 1 və 2 nömrəli əlavələrdə isə Ağcabədi rayonunun adı qeyd edilməmiş, bununla da həmin qərarla Ağcabədi rayonu ərazisində işləyən şəxlərə yüksəkliyə görə əmək haqqına artım verilməsi nəzərdə tutulmamışdır. Eləcə də iddiaçı 1992-ci ildə (6 yaşında) məcburi köçkün düşmüşdür və həmin vaxt ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmurdu. Beləliklə, işin müəyyən edilmiş mübahisəsiz hallarına göstərilən hüquq normalarını tətbiq etdikdə aydın olur ki, iddiaçının yüksəkliyə görə ə mək haqqına əlavə almaq hüququ yoxdur. Çünki, işğaldan qabaq Laçın rayonunda işləməmişdir, hal-hazırda işlədiyi Ağcabədi rayonu da sözügedən Siyahıda yoxdur. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiya məhkəməsinin qanunun normalarını işin hallarına düzgün tətbiq etmədiyini bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsi də yuxarıda göstərilən normalara istinad edərək əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.01.2020-ci il tarixli, 21(103)-141/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-825/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-825/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver