Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-825/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə qərarı ilə marağına toxunan şəxsin üçüncü şəxs kimi işə cəlb edilməsi barədə Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xə tai Xidmət Nümayəndəliyinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-363/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, ona 01.08.1979-cu il tarixdən 05.01.2001-ci il tarixədək Neftqaztikinti trestinin idarələrində işlədiyi dövrün əmək stajının dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin siyahısına uyğun olaraq xüsusilə zərərli iş staji kimi nəzərə alınaraq və “X5 LTD” şirkətində (əvvəlki adı X10) 08.01.2001-ci il tarixdən 31.08.2006-cı il tarixədək olan iş stajının sosial sığorta stajına daxil edilərək 03.05.2007-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2345/2017 saylı 19 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı müvafiq olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qərar icraya yönəldilərək icra olunmuşdur.
3. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Publik hüquqi şəxsi Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı vəsatətlə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə X9 şəxsin hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-5538/2020 sayl ı iş) 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2345/2017 saylı qərarının ləğv edilməsi və Dövlət Sosial Müdafiə X9 şəxsin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
5. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X4-məruzəçi, X3 və X6, 10 fevral 2021-ci il tarixli iş) qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5538/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 10 fevral 2021ci il tarixli qərardadından 9 mart 2021-ci il tarixdə kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
7. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmiş, iddiaçıya pensiya təyin edilmiş və məhkəmə qərarı ilə təyin edilmiş pensiya 3 il müddətinə ödənilmişdir. Lakin 2020-ci ilin fevral ayından ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Dövlət Sosial Müdafiə X9 şəxsi hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini, iş üzrə icraatın təzələnməsini xahiş edərkən 19 iyun 2017-ci il tarixli qərarın onun hansı maraqlarına toxunduğunu əsaslandıra bilməmişdir. Hesab edir ki, cavabdeh DSMF-nin Xətai rayon şöbəsi Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olduğundan sonuncunun işə cəlb olunmasına ehtiyac yoxdur. Ona təyin edilmiş pensiya 2020-ci ilin fevral ayından dayandırıldığı üçün Dövlət Sosial Müdafiə Fondunun ən azından həmin tarixdən onun pensiyası və məlum məhkəmə qərarları barədə məlumatı olmuşdur.
8. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, müəyyən müddətlərdə həyata keçirilə bilən hüquqdur. Bu müddət isə İPM-in 85.1-ci maddəsində təsbit edilmiş proses iştirakçıları üçün nəzərdə tutulmuş şikayət vermə müddətidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib ş ikayətin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qəra rının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
81. Apelyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apelyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkə mə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı: (-).
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi nin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğ u gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Apelyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçıya tələb etdiyi növdə pensiyasının yenidən hesablanması barədə yekun məhkəmə qərarı qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və iddiaçı son üç il müddətində ona məhkəmə qərarı ilə təyin olunmuş pensiya məbləğini 2020-ci ilin fevral ayına qədər almaqda davam etmişdir. Lakin sonradan cavabdeh orqanın bir sıra əməkdaşları barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmış və aparılan araşdırma zamanı müəyyən olunmuşdu ki, həmin şəxslər əlbir olaraq 2017-2019-cu illərdə Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşən “Elit” ticarət mərkəzində ofis açıb hüquqi xidmət göstərmək adı ilə neft sahəsində işləyən və ya əvvəllər işləmiş şəxslərə, o cümlədən iddiaçıya məhkəmə yolu ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmas ına nail olmuşlar. Bu hallar işə əlavə olunmuş adı çəkilən idarənin “cinayət işinin başlanması haqqında” 17.09.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır.
18. Qeyd olunanlarla bağlı Dövlət Sosial Müdafiə X9 şəxsi məhkəmə qərarının onun hüquqlarını və qanunla qorunan maraqlarını pozduğuna istinad edərək iş üzrə üçüncü şəxs kimi işə cəlb olunmasını və bununla bağlı iş üzrə icraatın təzələnməsini xahiş etmiş, vəsatət məhkəmə tərəfindən təmin edilmişdir.
19. Apelyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən İPM-in 28.1-ci maddəsinin və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarının tələblərinə əməl edilmişdir.
20. Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır...Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldı ra bilərlər...
21. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə xüsusi diqqət yetirməlidir.
22. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış Dövlət Sosial Müdafiə X9 şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması təsdiq olunur.
23. Cinayət işinin başlanması haqqında qərar 17 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş, üçüncü şəxs kimi cəlb olunma barədə vəsatət 23 sentyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir.
24. O da qeyd edilməlidir ki, Dövlət Sosial Müdafiə X9 şəxsin iddiaçıya pensiya təyin olunması barədə məhkəmə qərarından əvvəllər məlumatlı olması işdə olan sənədlərdən bəlli deyildir. Odur ki, məhkəmə qərarından şikayət verilməsi ilə bağlı işə cəlb olunma barədə qanunla müəyyən edilmiş müddətdə müraciət olunmama barədə iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır.
25. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
26. Kasasiya şikayəti təmin edi lmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-363/2020 saylı, 10 fevral 2021-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.