Məhkəmə qərarları › İş №2-1(102)-825/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-825/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-825/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa g örə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-410/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AZE 0*******, FİN: xxxxxxx) xx.xx.1961-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub, Mingəçevir şəh., C.Əliyev küç, ev. 14də qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçının iş materiallarına əlavə edilmiş MB № 013459 diplomuna əsasən 1 sentyabr 1979-cu ildən 28 iyul 1984-cü ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunda əyani şöbədə təhsil almışdır.

3. Azərbaycan Respublikası Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mirgəç evir şəhər şöbəsinin 19 saylı 06.05.2020-ci il tarixli arayışına əsasən, iddiaçı 11 avqust 1993-cü il tarixdən 12 yanvar 1998-ci il tarixə kimi AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (hərbi bilet ГР № 045186). 11 avqust 1993ci il tarixdən 5 noyabr 1993-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. “Müharibə Veteranı”dır (vəsiqə M/V № 001673).

4. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı, 01.10.1984-cü il tarixli əmək kitabçasına əsasən, 01.10.1984-29.06.1987-ci illərdə təyinatla Ermənistan Atom Elektrik Stansiyasında Elektrik sexində xüsusi sərfiyyat üzrə növbətçi elektrik montyoru və böyük növbətçi elektrik montyoru vəzifələrində, 07.07.1987- 25.02.1991-ci illərdə Gürcüstan SSR -nin "Qruznerud" X1 Qeyri Filiz zavodunda növb ətçi energetik vəzifəsində, 01.03.199101.12.1992-ci illərdə "Elektrosevkavmontaj" Sazlama İdarəsində sazlayıcı - mühəndis və vəzifəsində, 02.12.1992-05.12.1995-ci illərdə Azərbaycan DRES - in Elektrik sexində 5-ci dərəcəli elektrik montyoru vəzifəsində, 09.02.1998-15.04.1998-ci illərdə Azərbaycan DRES-in Elektrik sexində 6-cı dərəcəli elektrik montyoru vəzifəsində, 15.04.199801.12.1999-cu illərdə həmin sexdə İ dərəcəli mühəndis vəzifəsində, 01.12.199909.10.2003-cü illərdə həmin sexdə İ dərəcəli usta vəzifəsində, 09.10.2003 - 27.11.2019-cu illərdə həmin sexdə İ qrup böyük usta vəzifəsində, 27.11.2019-cu ildən hal - hazıradək həmin sexdə rəis müavini vəzifəsində işləyir. 5. "xxxx" MMC tərəfindən tərtib edilmiş 15.05.2020-ci il tarixli, 07/79 nömrəli işin xarakteri haqqında arayışda qeyd edil mişdir ki, iddiaçı işlədiyi müddət ərzində tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Mazut təsərrüfatında, 330/500 kv APQ sahəsində, Kimya sexində kommutasiya avadanlıqlarının birbaşa yerində quraşdırılması, sazlanması və təmir işlərini yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün iddiaçıya 2 dekabr 1992-ci il tarixdən 5 noyabr 1995-ci il tarixədək və 9 fevral 1998-ci il tarixdən 15 aprel 1998-ci il tarixədək 12% miqdarında, 15 aprel 1998-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçının 2 dekabr 1992-ci il tarixdən 5 dekabr 1995-ci il tarixədək və 9 fevral 1998-ci il tarixdən 15 aprel 1998-ci il tarixədək, 1 dekabr 1999-cu il tarixdən hal-hazıradək tutduğu vəzifələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12№ qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir.

6. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.

7. Cavabdeh iddiaçıya müvafiq olaraq 26 yanvar 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, əmək kitabçasında 15 aprel 1998 – 1 dekabr 1999-cu il tarixləri arasındakı dövr ərzində “Azərbaycan DRES”-in Elektrik sexində mühəndis, 1 dekabr 1999 – 1 yanvar 2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə usta və böyük usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. AR Nazirlər Kabinetinin 2 3 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən, işlədiyi Elektrik sexi qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının olmadığı qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cаvаbdеhə qarşı 01 yanvar 2006-cı il tarixinə 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi sığorta stajı olduğuna görə "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən iddiaçıya 57 yaşının tamam olduğu 20.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini n cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.10.1984-cü il tarixdən 29.06.1997-ci il tarixədək, 07.07.1987-ci il tarixdən 25.02.1991-ci il tarixədək, 02.12.1992-ci il tarixdən 05.12.1995-ci il tarixədək, 09.02.1998-ci il tarixdən 15.04.1998-ci il tarixədək və 01.12.1999-cu il tarixdən hal - hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 24-cü bölməsinin "a" və "b" bəndlərinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Hal - hazıradək onun 40 ildən çox ümumi əmək stajı var, 01 yanvar 2006-cı ilədək isə 26 ildən çox ümumi iş stajı var ki, bunun da 15 ildən çoxu əmək şəraiti xüsusi zərərli və ağır olan güzəş tli işlərdə çalışmağa aiddir. Yəni, onun 01.01.2006-cı il tarixinə 26 il 8 gün iş stajı var.

10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında, işəgötürənlər tərəfindən iddiaçının işlədiyi peşələrin güzəştli peşələr olması barədə hər hansı qeydlər aparılmamışdır. İddiaçı özünün güzəştli peşələrdə işləməsini təsdiq etmək məqsədi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş 15.05.2020-ci il tarixli işin xarakteri haqqında arayış təqdim etmişdir. Orada iddiaçının 02.12.199205.12.1995-ci il arasında Azərbaycan DRES-in elektrik sexinin elektrotexniki laboratoriyasında rele mühafizəsi və avtomatikasının aparatlarının təmir edən 5-ci dərəcəli elektrik montyoru, 09.02.1998-15.04.1998-ci illərdə həmin sexdə 6-cı dərəcəli elektrik montyoru; 15.04.1998- 01.12.1999-cu il tarixlərində həmin sexdə 1-ci dərəcəli mühəndis, 01.12.1998-09.10.2003-cü il tarixədək həmin sexdə birinci qrup usta, 09.10.2003cü27.11.2019-cu il tarixədək həmin sexdə böyük usta vəzifəsində işlədiyini bildirmişdir. Həmçinin, iddiaçının həmin arayışda iddiaçının işlədiyi peşələrin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-ci bölməsinin “a” və “b” bəndlərində əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququnun olması bildirilmişdir. Bununla əlaqədar onu qeyd edirlər ki, iddiaçı ona pensiyanın 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliklə təyin edilməsini istədiyinə görə, onun işlədiyi peşələrin güzəştli peşələr olub-olmamasını da məhz həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təs diq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na əsasən müəyyən edilməlidir. İddiaçının istinad etdiyi 12 saylı qərarın 24-cü bölməsinə baxdıqda müəyyən edilir ki, iddiaçının arayışda qeyd edilən elektrik-montyoru peşəsi həmin qərarda qeyd edilən peşələrdən fərqli peşədir. Belə ki, həmin qərarda ancaq aşağıda işlədiyi sahələr qeyd edilən elektrik montyoru peşələri güzəştli peşələr kimi göstərilmişdir:- gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan), -qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul o lan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları, - gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan). İddiaçının həmin arayışda və əmək kitabçasında qeyd edilən usta peşəsi isə 12 saylı qərarın 24-cü bölməsində qeyd edilməmişdir. Həmçinin, arayışdan göründüyü kimi, iddiaçının həmin peşələrdə elektrik sexində işləmiş, elektrik sexi isə Qərarda qeyd edilən qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexinə uyğun deyil. O da qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və arayışda göstərilən peşələr, həmçinin hal-hazırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 320 saylı qərarında da qeyd edilməmişdir. Odur ki, iddiaçının güzəştli iş sta jı yoxdur.

11. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4377/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim – Elvin Əliyev) iddianın rədd edilməsi qərara alınmışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajına malik olsa da, 01.01.2006-cı il tarixədək 12 il 6 aydan çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası “Azərenerji “ ASC "xxxx" MMC-nin 07-6 saylı 27.12.2021-ci il tarixli işin xarakteri haqqında arayışından görünür ki, İddiaçı 02.12.1992-ci il tarixdən 05.12.1995-ci il tarixədək “Azərbaycan DRES”-nın Elektrik sexinin Elektrotexniki laboratoriyasına rele mühafizəsi və avtomatikası aparatlarını təmin edən 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmişdir (Əmr 507, 03.12.1992). O, elektrik stansiyasının Qazan – Turbin avadanlıqlarının yerləşdiyi yerdə onun işini təmin edən rele mühafizəsi və avtomatikası aparatlarının təmir işləri ilə məşğul olmuşdur. 09.02.1998-ci il tarixdən 15.04.1998-c i il tarixədək (hərbi qulluqdan təxris olunduqdan sonra) yenidən “Azərbaycan “DRES” Elektrik sexinə 6-cı dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmişdir (Əmr 193\k, 06.12.1995). 15.04.1998-ci il tarixindən 01.12.1999-cu il tarixədək həmin sexdə İ dərəcəli mühəndis vəzifəsində (Əmr 31\k, 15.04.1998). 01.12.1999-cu il tarixdən 09.10.2003-cü il tarixədək həmin sexdə İ qrup usta vəzifəsində (Əmr 107\k, 06.12.1999). 09.10.2003-cü il tarixdən 27.11.2019-cu il tarixədək həmin sexdə böyük usta İ qrup vəzifəsində (Əmr 1214, 03.10.2003). 27.11.2019-cu il tarixdən hal–hazıradək Elektrik sexinin “Ümumi heyətində” sex rəisinin müavini vəzifəsində işləyir (Əmr 252\ş, 26.11.2019cu il). İddiaçının çalışdığı yuxarıda qeyd edilmiş sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) a)“Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 28-ci abzasına əsasən “2140000a – 18455 – qazanxana, turbin (buxar - qaz turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vəsaitləri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri”, b) “Elektrik stansiyaları, enerji qatarı, buxar güc təsərrüfatı, adlı 13-cü bölməsinin “b” bənd inin 2-ci abzasına əsasən “2140000b – 23362 – avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar – qaz turbin) yanacaq ötürmə, tozhazırlama.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-410/2022 nömrəli qərarı ilə (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Aytən Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 20.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı 02.12.1992-05.12.1995-ci il, 09.02.1998- 15.04.1998-ci il, 01.12.1999-09.10.2003-cü il, 09.10.2003-01.01.2006-cı il tarixədək olan dövr üzrə işlədiyi müəssisə (işəgötürən), 01.10.1984-29.06.1987-ci il tarixədək olan dövr isə hazırda həmin işlədiyi müəssisədən belə arayışın alınması mümkün olmadığı üçün oxşar müəssisədə oxşar sahədə işlədiyi həmin peşəyə dair güzəştli arayışı verən işəgötürən müəssisə Azərbaycan Respublikası “Azərenerji“ ASC "xxxx" MMC tərəfindən təsdiq olunur.

17. Cavabdeh həmin qəra rdan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının “Azərbaycan İES" MMC-də elektrik montyoru, usta, böyük usta kimi çalışdığı tam iş günü ərzində enerji bloklarında Qazan-Turbin avadanlıqların yerləşdiyi yerlərdə, yanacaq ötürmə avadanlıqlarının yerləşdiyi yerlərdə, 330/500 kv APQ sahəsində, kommutasiya avadanlıqları nın birbaşa yerində quraşdırılması, sazlanması və təmir işlərini yerinə yetirdiyim sahələr Azərbaycan Respublikası Nazirlər kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş " Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nın (Nazirlər Kabinetinin 21.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) aşağıdakı bəndlərinə uyğundur. a) "Elektrik stansiyaları enerji qatarları, buxar güc təsərrüfatı" adlı 13-cü bölməsinin "a" bəndinin 28-ci abzasına əsasən "2140000a - 18455- qazanxana, turbin (buxar - qaz turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına x idmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri": b) "Elektrik stansiyalari, enerjiqatarları, buxar gücü təsərrüfatı, adlı 13-cü bölməsinin "b" bəndinin 2-ci abzasına əsasən "2140000b-23362 - avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar - qaz turbin) yanacaq ötürmə, tozhazırlama.

20. İddiaçının çalışdığı sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın aşağıdakı bəndlərinə uyğundur. a) "Elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı" adlı 24-cü bölməsinin "a" bəndinin 26-cı abzasına əsasən "qa zanxana, turbin (buxar - qaz turbin) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorlari, bütün adlardan olan elektrik çilingərləri"; b) "Elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı, adlı 24-cü bölməsinin "b" bəndinin 4 və 5-ci abzasına əsasən "avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar - qaz turbin) yanacaqötürmə, tozhazırlama.

21. İddiaçının işlədiyi peşələrin güzəştli peşələr olması barədə "xxxx" MMC-nin 27 dekabr 2021-ci il (İ\l°07-66) Apellyasiya Məhkəməsinə göndərdiyi "İşin xarakteri haqqında arayışda öz əksini tapmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmay araq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

23. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. “b” bəndi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qa ydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏM ƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə koll egiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. İş üzrə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçıya məxsus hərbi biletdən, Azərbaycan Respublikası Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mirgəçevir şəhər şöbəsinin arayışından və diplomdan müvafiq olaraq o, 11.08.1993-cü ildən 12.01.1998-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 11.08.1993-cü ildən 05.11.1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, 1979-cu ildə M.Əzizbəyov adına X2 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1984-cü ildə “elektrik stansiyaları” ixtisası üzrə tam kursu bitirmişdir.

32. Eyni zamanda iddiaçıya məxsus 01.10.1984-cü il tarixli əmək kitabçasından əsasən, o, 26.08.1985-ci ildə əmək fəaliyyətinə başlamış və hazırkı vaxta kimi müxtəlif peşələrdə çalışmış və onun ümumi iş stajı təhsil aldığı dövr (5 il), hərbi xidmətdə olduğu dövr və əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla 25 ildən artıq təşkil edir.

33. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması mübahisələndirilir.

34. Məhkəmə kollegiyası qeyd e tməyi zəruri hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı 02.12.1992-05.12.1995-ci il, 09.02.199815.04.1998-ci il, 01.12.1999-09.10.2003-cü il, 09.10.2003-01.01.2006-cı il tarixədək olan dövr üzrə işlədiyi müəssisə (işəgötürən), 01.10.1984-29.06.1987-ci il tarixədək olan dövr isə hazırda həmin işlədiyi müəssisədən belə arayışın alınması mümkün olmadığı üçün oxşar müəssisədə oxşar sahədə işlədiyi həmin peşəyə dair güzəştli arayışı verən işəgötürən müəssisə Azərbaycan Respublikası “Azərenerji “ ASC "xxxx" MMC tərəfindən təsdiq olunur. Odur ki, apellyasiya məhkəməsinin qərar ında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-410/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar